Məhkəmə qərarları › İş №2(103)-9856/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9856/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9856/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-52/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh X2, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-52/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 30.09.2014-cü il tarixli, **********45514/SİM nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 mülkiyyətində olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evinə, 02.10.2014-cü il tarixli, **********45514/İM-1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 mülkiyyətində olmaqla Şabran rayonu, Daşlı yataq kəndində yerləşən 3,2462 ha torpaq sahəsinə (məqsədli istifadə növü – “əkin”; kateqoriyası – “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,65 ha torpaq sahəsinə (məqsədli istifadə növü “əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,15 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - "kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,1451 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”, kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5446 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - "kənd təsərrüfatı təyinatlı torpaqlar"), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5493 ha torpaq sahəsinə (məqsədli istifadə növü -“əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar"), Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”) və Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinə (məqsədli istifadə növü - “əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”) (yuxarıda qeyd edilən torpaq sahələri və 3-cü - 10-cu torpaq sahələri üzərində əkilmiş çoxillik əkmələr – (cəmi 16 500 ədəd) alma (Gransimid, Golden, Simerinka) ağacları ilə birlikdə)), 16.10.2014-cü il tarixli, **********45514/İM-3 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh9 mülkiyyətində olmaqla Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzilinə və 17.10.2014-cü il tarixli, **********45514/İM-2 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh11 mülkiyyətində olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzilinə tutma yönəldilsin. İpoteka predmetləri açıq hərracda satılsın və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borc alan "xxxx" MMC-nin 29.09.2014-cü il tarixli, **********45514 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında yaranmış 2.000.000 (iki milyon) manat məbləğində əsas, 307.332,98 (üç yüz yeddi min üç yüz otuz iki manat, doxsan səkkiz qəpik) manat məbləğində faiz, 125.000 (bir yüz iyirmi beş min) manat məbləğində cərimə, cəmi 2.432.332,98 (iki milyon dörd yüz otuz iki min üç yüz otuz iki manat, doxsan səkkiz qəpik) manat məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumunun və 260 (iki yüz altmış) manat məbləğində xidmət haqqının, habelə sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 172 (bir yüz yetmiş iki) manat məbləğində pulun əvəzi ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi mülkiyyətlərinə uyğun olaraq ipoteka qoyanlara qaytarılsın. Hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti – 1.760.000 (bir milyon yeddi yüz altmış min) manat, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzilinin ilkin satış qiyməti – 330.000 (üç yüz otuz min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qasəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzilinin ilkin satış qiyməti – 104.500 (bir yüz dörd min beş yüz) manat, Şabran rayonu, Daşlı yataq kəndində yerləşən 3,2462 ha torpaq sahəsinin ilkin satış qiyməti - 21.450 (iyirmi bir min dörd yüz əlli) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,65 ha torpaq sahəsinin ilkin satış qiyməti – 4.400 (dörd min dörd yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,15 ha torpaq sahəsinin ilkin satış qiyməti – 236.500 (iki yüz otuz altı min beş yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,1451 ha torpaq sahəsinin ilkin satış qiyməti – 236.500 (iki yüz otuz altı min beş yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5446 ha torpaq sahəsinin ilkin satış qiyməti – 149.600 (bir yüz qırx doqquz min altı yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinin ilkin satış qiyməti – 128.000 (bir yüz iyirmi səkkiz min) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinin ilkin satış qiyməti – 128.000 (bir yüz iyirmi səkkiz min) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5493 ha torpaq sahəsinin ilkin satış qiyməti – 149.600 (bir yüz qırx doqquz min altı yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinin ilkin satış qiyməti – 42.900 (qırx iki min doqquz yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinin ilkin satış qiyməti – 42.900 (qırx iki min doqquz yüz) manat məbləğində (3cü - 10-cu torpaq sahələri üzərində əkilmiş çoxillik əkmələr - cəmi 16 500 (on altı min beş yüz) ədəd alma (Gransimid), Golden, Simerinka ağacları ilə birlikdə) müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evi satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh13, Cavabdeh2, X3, Cavabdeh4, Zeynalova (Boqatıreva) Violetta Tofikovna, Hüseynova-Cavabdeh6 və Cavabdeh7 həmin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər bu əmlakdan məcburi qaydada çıxarılsın. İpoteka pedmeti olan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzili satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlər Cavabdeh9 və Cavabdeh10 həmin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər bu əmlakdan məcburi qaydada çıxarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qasəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzili satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlər Cavabdeh11 və Cavabdeh12 həmin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər bu əmlakdan məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, X1, Cavabdeh8 və Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət olunmuşdur. Cavabdeh X2, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-52/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin baxılması üçün prosessual əsaslar olmadığından, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, mülki iş həcmi, tərəflərin sayının çox olduğu halda, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər işdə iştirak edən şəxslərin sayına uyğun birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Belə ki, birinci instansiya Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2(001)-52/2021 saylı göndəriş məktubundan da görünür ki, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər qoşmaya əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 362-ci maddəsinə görə apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki halda apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar olmadığından apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 362, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-52/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh X2, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, yenidən apellyasiya şikayəti ilə müraciət oluna bilər. Qərardaddan işdə iştirak edən şəxsə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar