Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9858/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «pul tələbinə dair” 2(005)-1848/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş cinayət hadisəsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 5300 manat və mənəvi zərərin əvəzi olaraq 2000 manat olmaqla, cəmi 7300 manat pul vəsaitinin və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X8 onun qızıdır. O, 2016-cı ildə tibb kollecini bitirmişdir. Müdafiə Nazirliyinin hərbi hospitalına tibb bacısı kimi işə düzəlmək üçün 2017-ci il noyabr ayının əvvələrində o və qızı Leyla Müdafiə Nazirliyinin hərbi hospitalına getmişdilər. Onlar hospitalın qarşısında duran Cavabdeh yaxınlaşıb işə qəbul olma barədə maraqlandıqda, o, özünü «Həmidov Fuad» kimi təqdim etmiş və bildirmişdir ki, Müdafiə Nazirliyinin hərbi hospitalının kadrlar idarəsinin əməkdaşıdır. Həmçinin bildirmişdir ki, qızı Leylanı Müdafiə Nazirliyinin hərbi hospitalına işə düzəlməsinə kömək edə bilər. O, onlara lazım olan sənədləri toplamağı tapşırmışdır. Bir ay ərzində lazım olan sənədləri toplayıb, X5 təqdim etmişlər. Bundan sonra o, Leylanı hərbi həkim komissiyasından da keçirdiyini bildirmişdir. 2018-ci ilin yanvar ayında Cavabdeh yaşadığı evə gələrək işə düzəlmək üçün əmr verilməli olduğunu və buna görə 5000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt pulları olmadığına görə Cavabdeh 2-3 gün gözləməsini xahiş etmişdir. 23 yanvar 2018-ci il tarixdə Cavabdeh yaşadığı evə gələrək ondan 5000 manat pul almış və söz vermişdir ki, 2018-ci ilin fevral ayında Leylanı Müdafiə Nazirliyinin hərbi hospitalına işə düzəlməsi barədə əmr veriləcək. 2018-ci ilin aprel ayına qədər Cavabdeh onu və qızı Leylanı aldadaraq müxtəlif bəhanələr gətirirdi. 6 aprel 2018-ci il tarixdə cavabdeh onu və qızı Leylanı Nəsimi rayon ərazisində yerləşən Müdafiə Nazirliyinin hərbi hospitalının yanına dəvət edib, Leylanın Müdafiə Nazirliyinin hərbi hospitalının terapiya şöbəsinə, tibb bacısı vəzifəsinə təyin edilməsi barədə əmrdən çıxarışları vermiş və bunun üçün kadrlar şöbəsində işləyən xanıma təcili olaraq 300 manat pul ödəməli olduğunu demişdir. İddiaçı da ona bildirmişdir ki, üzərində pul yoxdur. Gəlib yaşadığı evdən pulu götürsün. Cavabdeh də təxminən 16:00 radələrində yaşadığı evə gələrək ondan 300 manat pul almış və bildirmişdir ki, 15 gün ərzində Leylaya zəng olunacaq və hərbi hospitala işə çağırılacaq. Lakin, sonradan Leylaya heç bir zəng olunmamışdır. Bundan sonra Cavabdeh müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa davam etmişdir. Belə olan halda o və qızı Leyla Cavabdeh hərəkətlərindən şübhələndikləri üçün Müdafiə Nazirliyinin hərbi hospitalına getmişlər. Orada bildirmişlər ki, qızı Leyla hospitalın işçisi deyil və ümumiyyətlə onun işə düzəlməsi barədə hospitala müraciət olunmayıb. Bunan sonra araşdırıb müəyyən etmişlər ki, Cavabdeh Müdafiə Nazirliyinin hərbi hospitalının işçisi deyil. Onda bilmişlər ki, cavabdeh onları aldadıb və 5300 manatı ələ keçirib. Dəfələrlə Cavabdeh və atası Xilafət ilə əlaqə saxlayıb pulunun qaytarmağı tələb etsə də amma heç bir nəticə əldə edə bilməmiş və bu günə kimi pulu qaytarılmayıbdır. Cavabdeh bu və digər əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilərək, Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 1(008)-253/2019 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və hal-hazırda cəzasını çəkməkdədir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin təqsiri ucbatından ona dəyən maddi ziyanın əvəzi olaraq 5300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ona ödənilməlidir. Bundan əlavə Cavabdeh təqsiri ucbatından aylarla gət-gələ salınaraq aldadıldığıma görə mənəvi sarsıntı və iztirab da yaşamışdır. Keçirdiyi stres və həyəcan, eləcə də aldığı mənəvi xəsarət nəticəsində yaşadıqları ona və ailə üzvlərinə çox pis təsir edib. Olanları indiyə kimi unuda bilmir. Hesab edir ki, maddi ziyanla yanaşı mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq ona ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 5300 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçı X2 ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Cavabdeh (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı CÇM-də cəza çəkir) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kassasiya şikayəti verdiyi yuxarı instansiya məhkəməsinin qətnaməsinə istinad edərək, ondan iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 5300 manatın tutulması barədə qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi onun kassasiya şikayətinə baxılanadək məhkəmə iclasını təxirə salmalı idi. Hesab edir ki, qətnamə əsassız, qanunsuz, ədalətsizdir, maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsini xahiş edir. Cavabdehin məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi barədə ərizəsini nəzərə alınaraq, kollegiya apellyasiya baxışının apellyatorun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 1(008)-253/2019 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 3 il, 320.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ləyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh üzərində qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Hərbi Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli hökmünə əsasən CMnin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2018-ci il tarixdən hesablanmaqla CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq təyin olunmuş 5 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası CMnin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən toplamaqla Cavabdeh üzərində qəti olaraq 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Qeyd olunan hökmlə müəyyən edilmişdir ki, Cavabdeh zərər çəkmiş şəxs X2 5300 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Göründüyü kimi, iddia tələbində qeyd olunan 5300 manat məbləğində maddi zərərin vurulması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübut olunur və həmin məbləğ qeyd edilən məhkəmə hökmündə də öz əksini tapmışdır. Buna görə də, 5300 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı X1 xeyrinə tutulmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdeh X4 qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan birinci instnsiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mənəvi zərərlə bağlı iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, iddia tələbi 2000 manat məbləğində mənəvi zərərin əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulmasına aid hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(005)- 1848/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9858/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9858/2021
26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver