Məhkəmə qərarları › İş №2(103)-989/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-989/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-989/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3060/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3.238,61 ABŞ dolları, müqavilə müddətindən sonra 5% hesablanmaqla faiz borcu üzrə 203,93 ABŞ dolları olmaqla, cəmi 3.442,54 ABŞ dolları, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 3.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdeh müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Qeyd edilən xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxx 2020-ci il tarixinə Cavabdeh əsas borc üzrə 3.238,61 ABŞ dolları, müqavilə müddətindən sonra 5% hesablanmaqla faiz borcu üzrə 203,93 ABŞ dolları olmaqla, cəmi 3.442,54 ABŞ dolları borcu mövcuddur. Hazırki iş üzrə iddia ərizəsi 2018-ci il tarixdə məhkəməyə göndərilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-1255/2019 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmış və əsas kimi xx xxxxxx 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına istinad edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2544/2020 saylı qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-1255/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı qüvvədə saxlanılmışdır və qeyd edilən Fərmana istinad edilmişdir. Bildirilir ki, hazırki iş üzrə Cavabdeh xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə borc məbləği restrukturizasiya olunmalı problemli kreditlərin siyahısına daxil edilsə də, cavabdeh X3 Palatasının rəsmi internet səhifəsində yerləşdirilən çıxarışa əsasən ona təklif edilən müvafiq restrukturizasiya məbləği ilə razılaşmamış və razılaşmadığı üçün problemli kredit üzrə borc məbləği restrukturizasiya edilməmişdir. Həmçinin müvafiq Fərmanın icrası məqsədilə X3 Palatası tərəfindən müəyyən edilmiş Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Cavabdeh restrukturizasiya məbləği ilə razılaşmadığı üçün yeni müqavilə bağlanması üçün müraciət etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “kompensasiya tutulması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsini, İddiaçı ASC-dən kompensasiya tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ASC pul tələbinə dair ona qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-1255/2019 saylı qərarı ilə mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı ASC yenidən Bakı Apelyasiya məhkəməsinə müraciət etmişdir. Lakin, 2(103)-2544/2020 saylı qərara əsasən şikayət baxılmamış saxlanmışdır. Bankın təqsiri ucbatından o, restrukturizasiya imkanından yararlana bilməmişdir. Dəfələrlə banka şikayət etsə də heç bir müsbət nəticə əldə etməmişdir. Bankdan əldə etdiyi çıxarışa əsasən xarici valyutada borcu olduğu bildirilir. Amma Azərbaycan Respublikasının Prezidentinin 2019-cu ilin fevral ayında kompensasiya ilə bağlı müvafiq sərəncamı mövcuddur. Buna məhəl qoymayaraq bank onun bütün hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3060/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3.238,61 (üç min iki yüz otuz səkkiz dollar, altmış bir sent) ABŞ dolları məbləğində əsas, müqavilə müddətindən sonra 5% hesablanmaqla 203,93 (iki yüz üç dollar, doxsan üç sent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 3.442,54 (üç min dörd yüz qırx iki dollar, əlli dörd sent) ABŞ dolları məbləğində borcun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh İddiaçı ASC-yə qarşı kompensasiya tutulması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2013cü il tarixli kredit müqaviləsi üzrə borc məbləği restrukturizasiya olunmalı problemli kreditlərin siyasına daxil edilsədə heç bir faiz məbləği azaldılmamışdır. X3 palatasının rəsmi internet səhifəsində yerləşdirilən çıxarışda da göstərildiyi kimi, 0 faiz, yəni heç bir kompensasiya olunmayıb. Götürdüyü kredit devalvasiya zamanına düşür. Buna baxmayaraq, dəfələrlə Banka müraciət etsə də, onun narazılığına məhəl qoyulmur və ona yenidən nəzarət palatasına müraciət etməsi bildirilir. X3 palatasının və Mərkəzi Bankın ona ünvanladığı cavab məktublarını Binəqədi Rayon Məhkəməsində təqdim etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdi. Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanının müddətinin bitdiyini əsas gətirərək Bank ona qarşı məhkəmədə yenidən iddia qaldırıb və Bankın iddiası təmin edilib. Məhkəmənin çıxardığı qətnamədən razı deyil və hesab edir ki, qətnamə ləğv olunmalıdır. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3060/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və onun xarici valyutada olan 3.033,15 ABŞ dolları olan borcunun düzgün hesablanıb kompensasiya və restrukturizasiya olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vermiş olduğu apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3060/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3060/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Reyhan Ramazanovanın və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli müqavilədən görünür ki, bank Cavabdeh plastik kartı vasitəsilə illik 18 % hesablanmaqla 12 ay müddətinə 3.500 ABŞ dolları məbləğində kredit xətti açmış, borc alan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.5-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borc verən tərəfindən borc alanın plastik kartına müvafiq kredit limitinin açılması gündən başlayaraq xx xxxxxxx 2014-cü il tarixində başa çatır. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və tərəflər 4.5-ci bənddə nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş “borcun qaytarılması” haqqında 14/8630 saylı, xx xxxxxxx 2018-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə bank ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini 3 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin cavabdehdən tutulması barədə məhkəmə qərarının çıxarılacağının xahiş olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən təqdim olunmuş MF-1076 saylı, xx xxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh kredit kartı xx xxxxxxx 2013-cü il tarixində verilmiş, kredit xəttinin məbləği 3.500 ABŞ dolları təşkil etmiş, kredit xəttinin müddəti 12 ay müddətinə qeyd edilmişdir. xx xxxxx 2020-ci il tarixinə cavabdehin ödənilməmiş əsas borcu 3.238,61 ABŞ dolları, ödənilməmiş faizlər (5%) 203.93 ABŞ dolları, cəmi borcu 3.442,54 ABŞ dolları təşkil edir. İş materiallarında olan, Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsindən əldə olunmuş “Problemli kreditlərin kompensasiyası”na dair çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə restrukturizasiya olunması təklif olunan məbləğ 5.505,64 manat təşkil edir. Həmin çıxarışdan həmçinin görünür ki, cəmi hesablanmış kompensasiya məbləği 0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh verilmiş kredit məbləğinə görə xx xxxxxxx 2013-cü il tarixli müqavilə üzrə bankın borcludan tələb etdiyi məbləğ - kredit məbləğ üzrə 3.238,61 ABŞ dolları əsas, müqavilə müddəti bitdikdən sonra 5 % hesablanmaqla 203,93 ABŞ dolları olmaqla, cəmi 3.442,54 ABŞ dolları təşkil edir. Bundan başqa məhkəmə kоllegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin dəlili olan bankın hərəkətləri nəticəsində ona kompensasiyanın hesablanmaması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətində qeyd etdiklərini təsdiq edən başqa sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Halbu ki, Mərkəzi Bankın internet səhifəsindən əldə olunmuş çıxarışdan görünür ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hesablanmış kompensasiya məbləği 0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3060/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3060/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar