Məhkəmə qərarları › İş №2(103)-99/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-99/2025

12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-99/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X20 qarşı “mənzilin və mənzildə olan əşyaların qanunsuz satılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) sədrliyi, X33 və X9 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Mütəxəsis "xxxx" MMC-nin nümayəndəsi X11 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(004)-3147/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh bilə-bilə, qəsdən, qanunsuz olaraq İddiaçı məxsus olan mənzili xx.xx.2019-cu il tarixdə öz adına özəlləşdirərək, ilkin qeydiyyatdan keçirtmiş, sonra isə həmin mənzili xx.xx.2019-cu il tarixdə X6, İddiaçı mülkiyyətində olan mənzildən məhrum etmiş, ona külli miqdarda maddi ziyan vurmaqla əmlakını qanunsuz olaraq özgəninkiləşdirməklə, pulunu ələ keçirmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı qanuni şəkildə əldə etdiyi mənzil onun sahibliyindən çıxmışdır. 2.Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X20 qarşı “mənzilin və mənzildə olan əşyaların qanunsuz satılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olmuş Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilin (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) Cavabdeh tərəfindən qanunsuz olaraq X3 nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 382.000 manat və ödənilmiş 673 manat dövlət rüsumu olmaqla, cəmi 382.673 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh əməlində cinayətin əlamətləri olduğu üçün barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, o, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilini (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) 2002-ci ildə "xxxx" Mənzil Kooperativindən dəyərini ödəyərək almışdır. Həmin mənzilə dair onun adına Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixli 034202 saylı order verilmişdir. O, mənzili əsaslı və bahalı təmir etdirib bütün mebel avadanlıqları ilə təchiz edərək, oraya köçmüş və 2013-cü ilin dekabr ayınadək orada yaşamışdır. Sonra şəxsi işləri ilə bağlı zərurət yarandığından başqa yerə köçmüş və mənzil boş qalmışdır. Bunu bilən "xxxx" MTK İdarə Heyətinin sədri X28 mənzili baha qiymətə kirayəyə verməyi ona bir neçə dəfə təklif etmişdir. O, razılaşaraq mənzilin açarlarını Kooperativin sədri Emil Məhərrəmova vermişdir ki, kirayəyə versin. Emil Məhərrəmov həmin mənzili 2014-cü ilin fevral ayından kirayəyə vermiş və 2017-ci ilin sentyabr ayı da daxil olmaqla ona hər ay 800 manat kirayə haqqı ödəmişdir. X35 adlı şəxs 2017-ci ilin oktyabr ayında zəng edərək, ona məxsus mənzili aldığını və onunla görüşmək istədiyini bildirmişdir. Vüqar Cəfərov adlı şəxs onunla görüşmüş və xeyli söhbətdən sonra məlum olmuşdur ki, onun mənzilini Emil Məhərrəmov qanunsuz olaraq Vüqar Cəfərova satmışdır. Bundan sonra, o, mənzilinə getmiş və mənzildə tanımadığı Cavabdeh ailə üzvləri ilə birlikdə yaşadığının şahidi olmuşdur. Cavabdeh həmin mənzili koooperativin sədri Emil Məhərrəmovdan aldığını bildirmişdir. O, mənzilin və içindəki bütün mebel və avadanlıqların onun olduğunu, mənzilin Cavabdeh qanunsuz satıldığını və mənzilini boşaltmağı Cavabdeh tələb etmişdir. Lakin Cavabdeh onunla razılaşmamış və mənzildən çıxmamışdır. Sonradan R.Hacyev onunla razılaşaraq mənzili qısa müddətdə tərk edəcəklərini söyləsə də, vədinə əməl etməmişdir. Eyni zamanda bütün baş verənlərlə bağlı apardığı araşdırmalar nəticəsində ona məlum olmuşdur ki, X28 "xxxx" MTK-nın sədri vəzifəsində işləyərkən öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə bir neçə şəxslə cinayət əlaqəsinə girərək ona və digər payçı şəxslərə məxsus olan mənzilləri cinayət yolu ilə başqa-başqa adamlara satmışdır. Nəticədə isə Emil Məhərrəmov çoxsaylı şikayətlər əsasında əvvəlcə istintaqa cəlb edilmiş, sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə X28 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, ona məxsus Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzili "xxxx" MTK-nın xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında X15, xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında X29, xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında Cavabdeh satılmışdır. Hökmdə "xxxx" Mənzil Tikinti Kooperativinin ofisindən götürülmüş Bakı şəhəri İ.Qutqaşınlı küçəsində yerləşən 3 və 4 nömrəli binaların sakinlərinin siyahısı və onların adlarına tərtib edilmiş orderlər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin, 7 saylı mənzili ona məxsusdur və həmin mənzil üzərində onun mülkiyyət hüququ mövcuddur. Hökmlə zərərçəkmiş şəxslərdən yuxarıda göstərilən X26 təqsirləndirilən şəxs X21 qarşı mülki iddiası qismən, yəni 170.030 manat məbləğində təmin edilmiş, qalan hissədə, yəni bank faizinə görə 49.199 manat və mənəvi ziyana görə 50.000 manat hissəsində isə baxılmamış saxlanılaraq həmin hissənin mülki mühakimə icraatı qaydasında vermək hüququ V.Cəfərova izah edilmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə mənzili tərk etmədiklərinə görə o, Yasamal Rayon Məhkəməsində Cavabdeh və onunla birlikdə yaşayan X16, X22 və X7rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair” iddia qaldırmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 710/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə ilə mənzil onun mülkiyyəti hesab edilmiş, həmin mənzilin cavabdehlərin qanunsuz istifadəsində olması, onların həmin mənzildən çıxarılaraq mənzilin onun istifadəsinə və sahibliyinə verilməli olması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4124/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-710/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. Cavabdeh qarşı mənzildən çıxarılma tələbinin təmin olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və cinayət işi üzrə hökm olmasına baxmayaraq, Cavabdeh mənzili xx.xx.2019-cu il tarixdə gizli olaraq öz adına ilkin olaraq özəlləşdirmş və sonra da mənzili boşaldaraq ona təhvil vermişdir. Bundan sonra dələduzluq edərək ona məxsus mənzili xx.xx.2019-cu il tarixdə 3 saylı “Asan Xidmət” Mərkəzinin notariusunda alqısatqı müqaviləsinə əsasən X4. Cavabdeh hər dəfə ondan xahiş etmişdir ki, vaxt versin, qısa müddət ərzində mənzildən çıxacaq. Lakin bu müddət ərzində Cavabdeh mənzili öz adına rəsmiləşdirməklə məşğul imiş, 2019-cu ilin avqustun axırında Rəvan özü könüllü şəkildə mənzili boşaldıb ona vermişdir. Sonradan məlum olur ki, Cavabdeh avqustun 31-də çıxarış alır və mənzil faktiki olaraq onda olduğu halda Nailə Namazovaya satmışdır. Təqribən iki ay keçəndən sonra, sonradan Nailə Namazova olduğunu bildiyi qadın yanında bir nəfər şəxslə gəlmişdir ki, bu mənzil onundur. Həmin vaxt mübahisə düşmüşdür, DİN 102 xidmətinə zəng etmişlər, polis bölməsinə gedib izahat vermişlər. Orada məlum olmuşdur ki, Nailə Namazova mənzili Cavabdeh almışdır. O, tələb etmişdir ki, bu məsələni aydınlaşdırmaq üçün Cavabdeh bölməyə gəlsin. Polis işçilərinin zənginə bir saata gəlirəm desə də, Cavabdeh gəlməmişdir. Bu hadisədən xeyli müddət keçsə də, o, öz mənzilində yaşamışdır. Bu müddət ərzində X45 Hacıyevin onu aldatması ilə əlaqədar heç bir yerə şikayət etməmişdir. Mənzil xx.xx.2019-cu il tarixdə Nailə Namazovanın adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs kimi tanınmışdır. Cavabdeh cinayət işi üzrə zərərçəkmiş kimi tanındığı üçün ona dəymiş 173.000 manat ziyanın qarşılığında "xxxx" MTK tərəfindən Cavabdeh ümumi sahəsi 137 kv.m olan iki mənzil verilmişdir. Göründüyü kimi, Cavabdeh onun mənzilini almaq üçün "xxxx" MTK-nın sədri Emil Məhərrəmova ödədiyi 173.000 manatın əvəzində "xxxx" MTK-da ümumi sahəsi 137.00 kv.m olan iki mənzil almış, həmçinin aldatma və etibardan sui-istifadə etməklə ona məxsus mənzili qanunsuz olaraq öz adına özəlləşdirmiş və daha sonra Nailə Namazovaya satmaqla, ona külli miqdarda zərər vurmaqla mənzilindən məhrum etmişdir. Çünki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-138/2021 saylı qətnaməsi ilə onun məxsus Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 saylı evin, 7 saylı mənzilinin X1 dair "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin X5 dair "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin Cavabdeh satılmasına dair "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, həmin mənzil barəsində Cavabdeh ilə X30 arasında 3 saylı “Asan Xidmət” mərkəzində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barəsində X18 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərərk, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6, 7 saylı mənzilin boşaldılaraq X20 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6791/2021 nömrəli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegyasının xx.xx.2022-ci il tarixli 2(102)- 958/2022 nömrəli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6791/2021 nömrəli qətnaməsi qismən - mənzilin "xxxx" Mənzil Kooperativi tərəfindən ilk iddia üzrə cavabdehlər X15, X31, Cavabdeh satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmişdir. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Qətnamə ilk iddianın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3527/2022 nömrəli qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-138/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 saylı evin, 7 saylı mənzilinin X1 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2014cü il tarixli 02 nömrəli iclas protokulu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X5 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin Cavabdeh satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin, 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegyasının xx.xx.2022-ci il tarixli 2(102)- 5852/2022 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 3527/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzillə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-138/2021 nömrəli qətnaməsi 2023-cü ilin yanvar ayında icra edilmiş və o, ailə üzvləri ilə birlikdə mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilindən (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) çıxarılmış və mənzil alıcı X20 təhvil verilmişdir. Göründüyü kimi, Cavabdeh qanunsuz olaraq ona məxsus olan mənzili öz adına özəlləşdirərək X6, onu mülkiyyətindən məhrum etmiş və ona dələduzluq yolu ilə külli miqdarda maddi ziyan vurmuşdur. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində qanuni şəkildə əldə etdiyi mənzil onun qanuni sahibliyindən çıxmışdır. Ona məxsus olan Bakı şəhəri İ.Qutqaşınlı küçəsi 3 nömrəli 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, 124 kv.metr sahəsi olan 7 saylı mənzilin bazar qiyməti, bir kvadrat metri 2500 manat olmaqla, 322.500 manat təşkil edir. Bundan başqa Cavabdeh evdə olan mebel dəstlərini, televizor və digər əşyaları götürərək, ona daşınar əşyaları ilə bağlı 60.000 manat maddi zərər vurmuşdur. Cavabdeh özü də etiraf etmişdir ki, evdəki əşyalar ondadır və başqa yerə qoymuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. 5.Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X18 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahatında bildirmişdir ki, X30 xx.xx.2019-cu il tarixdə dəyərini ödəməklə Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin, 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilini (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) Cavabdeh satın almışdır. xx.xx.2019-cu il tarixli çıxarışa əsasən mənzil X18 mülkiyyətindədir. Tərəflər arasında uzun müddətli məhkəmə mübahisəsi olmuş və mənzil boşaldılaraq X20 təhvil verilmişdir. İddianın həllini məhkəmənin mülahizəsinə buraxır. 6.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 24 iyul 2023-cü il tarixli, 2(004)-3147/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Vahid Hacıyev) iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilin (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) Cavabdeh tərəfindən qanunsuz olaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 nəticəsində İddiaçı vurduğu maddi zərərin əvəzi olaraq 310.000 (üç yüz on min) manat və ödənilmiş 600 manat dövlət rüsumu olmaqla, cəmi 310.600 (üç yüz on min altı yüz) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 673 manat dövlət rüsumunun 73 manatının iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etmişdir: 7.X8 "xxxx" MTK İdarə Heyəti sədrinə ünvanladığı 12 sentyabr 2009-cu il tarixli ərizəsinə əsasən X17 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli, 177 saylı qərarının 14-cü bəndinə uyğun olaraq MTK-nın Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 m2 sahəsi olan 7 nömrəli mənzili və pay haqqını vətəndaş İddiaçı verdiyini göstərərək kooperativ üzvlüyündən azad olunmasını xahiş etmişdir. "xxxx" MTK tərəfindən verilmiş MK-01/05 nömrəli 19 sentyabr 2009-cu il tarixli maliyyə arayışına əsasən "xxxx" MTK-nın üzvü X19 Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 m2 sahəsi olan 7 nömrəli mənzilin dəyərini tam ödəmişdir və MTK-ya borcu olmamışdır. "xxxx" MTK üzvlərinin iclasının 18 nömrəli protokolundan 19 sentyabr 2009-cu il tarixli çıxarışa əsasən X17 ərizəsinə əsasən MTK üzvlüyündən azad edilmiş, ünvan 2 ünvanında 1-ci giriş, 3-cü mərtəbə, yaşayış sahəsi 80,9 m2 olan 4 otaqlı, 7 saylı mənzil və pay haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli 177 saylı qərarının 14-cü bəndinə uyğun olaraq vətəndaş X12 adından vətəndaş İddiaçı adına keçirilmiş və bir nəfər ailə üzvü ilə İddiaçı kooperativə üzv qəbul edilmişdir. 8.Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 034202 nömrəli 30 sentyabr 2009-cu il tarixli orderə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 m2 sahəsi olan 7 nömrəli mənzildə yaşayış sahəsindən istifadə və sahibilk hüququ olmuşdur. 9.ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Q.Xəlilov küçəsi, 6-cı bina 7 nömrəli mənzil ilkin olaraq Cavabdeh adına "xxxx" Mənzil Kooperativinin MK-01/05 nömrəli xx.xx.2016-cı il tarixli maliyyə arayışı, "xxxx" Mənzil Kooperativinin BMK-22/19 nömrəli xx.xx.2019-cu il tarixli arayışı və "xxxx" Mənzil Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli 01 nömrəli protokolundan çıxarış əsasında xx.xx.2019-cu il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Sonradan 3 saylı “Asan Xidmət” mərkəzinin xx.xx.2019-cu il tarixli 4Ə-1712 reyestrli alğı-satqı müqaviləsinə əsasən X18 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. 10.Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-77/2019 nömrəli hökmünə əsasən "xxxx" X27 Heyətinin sədri vəzifəsində işləmiş X28 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, ona qəti olaraq 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, "xxxx" MK-nın İdarə Heyətinin sədri vəzifəsində işləmiş X28 Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 3-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 80,9 kv metr olan, 4 otaqlı, 7 saylı mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativi Təsərrüfatı İdarəsinin xx.xx.2009-cu il tarixli 034202 nömrəli orderi əsasında hazırkı mülki iş üzrə İddiaçı məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək, həmin mənzilin Ruhin Əsgərova məxsus olduğunu deyib, alıcıları aldadaraq əvvəlcə X15, sonra X31, üçüncü dəfə isə Cavabdeh satmışdır. 11.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-710/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, X23, X32 və X7rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 3, 7 nömrəli mənzilin boşaldılmaqla, İddiaçı istifadəsi və sahibliyinə verilməsi, həmin mənzilə cavabdehlər Cavabdeh, X23, X32 və X10 istifadə hüquqları itirilmiş hesab olunmuşdur. 12.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4124/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-710/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-710/2018 nömrəli qətnaməsi xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. 14.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 15/2020 nömrəli qərarı ilə Cavabdehkassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. 15.ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küşəsi 6 nömrəli binada yerləşən ümumi sahəsi 124 m2 olan 7 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 12, M3, m. 3) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına 31 avqust 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. 16.Cavabdeh ilə X30 arasında bağlanmış 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küşəsi 6 nömrəli binada yerləşən ümumi sahəsi 124 m2 olan 7 nömrəli mənzil Cavabdeh tərəfindən 145.000 manata X2. 17.ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küşəsi 6 nömrəli binada yerləşən ümumi sahəsi 124 m2 olan 7 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 12, M3, m. 3) tam mülkiyyət hüququ üzrə X18 adına 10 oktyabr 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. 18.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-138/2021 saylı qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla cavabdehlər Cavabdeh, X30, Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinin notariat kontoru, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, X24, X36, ”Bakı” Mənzil Kooperativinə qarşı “İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X1 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X5 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı i l tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin Cavabdeh satılmasına dair “Bakı" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzil barəsində Cavabdeh ilə X30 arasında 3 saylı “Asan Xidmət” mərkəzində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1712 reyestr nömrəli alğısatqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barəsində X18 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə iddiası rədd edilmişdir. -Cavabdeh X18 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh, Bakı Mənzil Kooperativi və DƏDRİX-in 1 saylı ərazi idarəsi cəlb olunmaqla İddiaçı qarşı “mənzilin təhvil verilməsi, orderin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası qəsmən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi 6 nömrəli evin 7 saylı mənzilinin boşaldılaraq X20 təhvil verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilmişdir. 19.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6791/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 20.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegyasının xx.xx.2022-ci il tarixli 2(102)- 958/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 6791/2021 nömrəli qətnaməsi qismən - mənzilin "xxxx" Mənzil Kooperativi tərəfindən ilk iddia üzrə cavabdehlər X15, X31, Cavabdeh satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmişdir. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Qətnamə ilk iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. 21.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3527/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-138/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X1 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokulu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X5 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin Cavabdeh satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv edilmişdir. 22.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegyasının xx.xx.2022-ci il tarixli 2(102)- 5852/2022 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3527/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzillə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. 23.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-138/2021 nömrəli qətnaməsi 2023-cü ilin yanvar ayında icra edilmiş və İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilindən (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) çıxarılmış və mənzil alıcı X20 təhvil verilmişdir. 24.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh bilə-bilə qəsdən qanunsuz olaraq İddiaçı məxsus olan mənzili aldatma və etibardan sui-istifadə etməklə gizli olaraq xx.xx.2019-cu il tarixdə öz adına özəlləşdirərək, ilkin qeydiyyatdan keçirtmiş, sonra isə həmin mənzili xx.xx.2019-cu il tarixdə X6, İddiaçı mülkiyyətində olan mənzildən məhrum etmiş, ona külli miqdarda maddi ziyan vurmaqla əmlakını qanunsuz olaraq özgəninkiləşdirməklə, pulunu ələ keçirmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində qanuni şəkildə əldə etdiyi mənzil İddiaçı qanuni sahibliyindən çıxmışdır. 25."xxxx" MTK xx.xx.2022-ci il tarixli 08 nömrəli məktubla 4 saylı Vəkil Bürosununun şifahi sorğusuna cavab verərək bildirmişdir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq işinin yekununa əsasən zərərçəkmiş kimi tanınan Cavabdeh 173.000 manat dəymiş ziyanın qarşılığında "xxxx" MTK tərəfindən ümumi sahəsi 137 kv.m olan mənzillə təmin edilmişdir. Qoşma Cavabdeh ərizəsi. 26.Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş kimi tanınan Cavabdeh "xxxx" MTK-nın sədrinə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2020-ci il tarixdə ərizə verərək bildirmişdir ki, ona dəymiş 173.000 manat ziyan "xxxx" MTK tərəfindən tam şəkildə ödənildi. Ziyanla bağlı "xxxx" MTK tərəfindən 137 kv.m sahəsi olan mənzillə təmin olundu. Gələcəkdə maddi və mənəvi ziyanla bağlı heç bir orqan qarşısında iddia və tələbi olmayacağına təminat verir. Sözlərini imzası ilə təsdiq edir. 27.Cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs kimi tanınmışdır. Cavabdeh cinayət işi üzrə zərərçəkmiş kimi tanındığı üçün ona dəymiş 173.000 manat ziyanın qarşılığında "xxxx" MTK tərəfindən Cavabdeh ümumi sahəsi 137 kv.m olan mənzil verilmişdir. 28.Göründüyü kimi, Cavabdeh İddiaçı məxsus olan mənzili almaq üçün "xxxx" MTK-nın sədri Emil Məhərrəmova ödədiyi 173.000 manatın əvəzində "xxxx" MTK-dan ümumi sahəsi 137 kv.m olan mənzil almışdır, həmçinin aldatma və etibardan sui-istifadə etməklə İddiaçı məxsus mənzili qanunsuz olaraq öz adına özəlləşdirmiş və daha sonra Nailə Namazovaya satmaqla, İddiaçı külli miqdarda maddi zərər vurmaqla, onu mənzilindən məhrum etmişdir. 29.İddiaçı məxsus olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilinin (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) dəyəri hazırda həmin ərazidə olan bazar qiymətlərinə uyğun olaraq 1 kv.m 2.500 manat olmaqla, 124 kv.m x 2.500 manat = 310.000 manat təşkil edir. Yəni, Cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus mənzilin satılması nəticəsində İddiaçı dəymiş real maddi zərər 310.000 manat təşkil edir. 30.İddiaçı məxsus mənzil onun iradə ifadəsi olmadan "xxxx" MTK-nın sədri tərəfindən cinayət yolu ilə digər şəxslərin adlarına keçirilmişdir, daha sonra isə Cavabdeh iddiaçıya məxsus mənzili biləbilə qanunsuz olaraq özəlləşdirilməklə Nailə Namazovaya satmış, İddiaçı külli miqdarda maddi zərər vurmaqla, onun hesabına əsassız olaraq varlanmışdır. İddiaçı mənzilinin qanunsuz olaraq əlindən çıxması nəticəsində ona dəymiş real maddi zərərin əvəzi kimi 310.000 manat pulun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. 31.İddiaçı mənzilin əlindən çıxması nəticəsində 1 kv.m sahə üçün 2.500 manat hesablanmaqla sahəsi 124 kv.m olan təmirli mənzilin dəyərinin 322.500 manat təşkil etdiyini qeyd etsə də, məhkəmə 124 kv.m sahənin 1 kv.m üçün 2.500 manat olmaqla hesablama apararkən, bu məbləğin 310.000 manat olduğunu müəyyən etmişdir. 32.Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi daşınmaz əmlakın qanunsuz olaraq sahiblikdən çıxması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 310.000 manat və ödənilmiş 673 manat dövlət rüsumunun iddia tələbinə mütənasib olan 600 manat hissəsi olmaqla, cəmi 310.600 manat pul tutularaq İddiaçı ödənilməlidir. 33.Məhkəmə həmçinin qeyd etmişdir ki, ödənilmiş 673 manat dövlət rüsumunun 73 manatı iddiaçıya aid edilməlidir. 34.Məhkəmə iddia tələbini daşınar əşyalara görə dəymiş 60.000 manat zərərin əvəzinin ödənilməsi hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh onun mənzilində olan mebel dəstlərini, televizor və digər əşyaları götürərək, ona daşınar əşyaları ilə bağlı 60.000 manat maddi zərər vurdubunu qeyd etsə də, əşyaların məhz Cavabdeh tərəfindən ələ keçirildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. 35.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 157.2, 21.1, 21.2-ci;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 82.4, 119 və 216-220-cimaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 36.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cüil tarixli, 2(004)-3147/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3147/2023 saylı xüsusi qərardadının ləğv edilməsini və 2(004)-3147/2023 saylı mülki işin hallarını təhrif edərək bilə-bilə qanunsuz məhkəmə aktı qəbul edən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyev barəsində xüsusi qərardad qəbul edilərək müvafiq qurumlara xəbər verilməsini xahiş etmişdir. 37.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə həm zərərlə bağlı Mülki Məcəllənin 21-ci maddəsinə, həm də əsassız varlanma ilə bağlı Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad etmiş və mövqeyini belə əsaslandırmışdır ki, “... İddiaçı məxsus mənzil onun iradə ifadəsi olmadan "xxxx" MTK-nın sədri tərəfindən cinayət yolu ilə digər şəxslərin adlarına keçirilmişdir, daha sonra isə CavabdehMəzahir oğlu iddiaçıya məxsus mənzili bilə-bilə qanunsuz olaraq özgəninkiləşdirməklə Nailə Namazovaya satmış, İddiaçı külli miqdarda zərər vurmaqla onun hesabına əsassız olaraq varlanmışdır...”. Göründüyü kimi məhkəmə eyni münasibətə iki fərqli hüquq norması tətbiq etmiş, mübahisənin hansı hüquq norması əsasında həll edilməli olması barədə qəti fikirdə olmamışdır. Mülki qanunvericiliyin tələblərindən bəllidir ki, bir şəxsin digər şəxs qarşısında mülki hüquqi öhdəliyi 1) zərər vurma; 2) əsassız varlanma; 3) tərəflər arasında müqavilə bağlanılması və 4) Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan yarana bilər (MM, maddə 386.1). Bu baxımdan əgər məhkəmə cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin mövcud olması qənaətinə gəlmişdirsə, ilk öncə işin faktiki halları əsasında həmin öhdəliyin yaranma əsasını dəqiqləşdirməli və daha sonra buna uyğun maddi hüquq normasını tətbiq edərək mübahisəni həll etməli idi. Məhkəmənin mübahisəyə hansı hüquq normasının tətbiq edilməsi məsələsində qeyrimüəyyən qalması hüququn müəyyənliyi və qətnamənin qətiliyi prinsipinə zidd olmaqla məhkəmə qətnaməsinin əsassız olmasına dəlalət edir. Məhkəmənin mübahisəni həll etdiyi normalara gəldikdə isə, hazırki işdə nə cavabdeh tərəfindən iddiaçıya zərər vurulması, nə də ki, cavabdehin iddiaçının hesabına əsassız varlanması halları baş verməmişdir. Belə ki, iddia olunan zərərə görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu sübut olunmalıdır. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Bu üç halın heç biri hazırki işdə mövcud deyil. Belə ki, məhkəmə qətnamədə Cavabdeh guya İddiaçıməxsus mənzili öz adına keçirib başqa şəxsə satarkən bu əməliyyatları gizli yolla, aldatma və etibardan sui-istifadə edərək və qanunsuz şəkildə həyata keçirdiyini göstərsə də, bu, işin hallarına uyğun deyildir. Belə ki, Cavabdeh aşkar şəraitdə, heç kimi aldatmadan və heç kimin etibarından sui-istifadə etmədən xx.xx.2016-cı il tarixli maliyyə arayışı, xx.xx.2019-cu il tarixli arayış və "xxxx" Mənzil Kooperativinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolu əsasında dəyərini ödəyib "xxxx" MTK-dan aldığı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə çıxarış almış və həmin çıxarış əsasında özünə məxsus olan həmin mənzili xx.xx.2019-cu il tarixdə Nailə Namazovaya satmışdır.Məhkəmə bu əməliyyatların baş verdiyi tarixdə mənzilin İddiaçı aid olduğu qənaətində olsa da, nəzərə almamışdır ki, həmin vaxt mənzil Cavabdeh satılaraq onun sahibliyində və istifadəsində, çıxarış alındıqdan sonra isə mülkiyyətində olmuş və Cavabdeh bütün bu əməliyyatları qüvvədə olan və etibarlı sənədlər əsasında həyata keçirmiş, hüquqazidd heç bir davranışa yol verməmişdir. Məhkəmə nədənsə öz qənaətini açıqlayarkən işin hallarını açıq-aşkar təhrif etmiş, işin hallarına uyğun qətnamə çıxarmaq əvəzinə, işin hallarını iddianın təmin edilməsinə uyğunlaşdırmışdır. Belə ki, hakim qətnamədə göstərmişdir ki, “...CavabdehMəzahir oğlu İddiaçı məxsus olan mənzili almaq üçün "xxxx" MTK-nın sədri Emil Məhərrəmova ödədiyi 173.000 manatın əvəzində "xxxx" MTK-dan ümumi sahəsi 137 kv.m olan mənzil almışdır, həmçinin aldatma və etibardan suiistifadə etməklə İddiaçı məxsus mənzili qanunsuz olaraq öz adına özəlləşdirmiş və daha sonra Nazilə Namazovaya satmaqla İddiaçı külli miqdarda maddi zərər vurmaqla onu mənzilindən məhrum etmişdir...”. Məhkəmənin mövqeyindən belə başa düşülür ki, Cavabdeh öncə"xxxx" MTK-dan 173.000 manat zərərin müqabilində 137 kv.m mənzil almış, daha sonra İddiaçı ona məxsus olduğunu iddia etdiyi mənzili öz adına keçirərək satmışdır. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Cavabdeh xx.xx.2019-cu il tarixdə mənzilə dair çıxarış almış, xx.xx.2019-cu il tarixdə mənzili satmış, xx.xx.2020-ci il tarixdə isə "xxxx" MTK tərəfindən ona 173.000 manat zərərin müqabilində 137 kv.m mənzilin verilməsi barədə Baş prokuror yanında Korrrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə vermişdir. Göründüyü kimi, "xxxx" MTK tərəfindən ona mənzil verilməmişdən əvvəl Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr olan 7 saylı mənzilə (indiki Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 12, M3, m3)) dair öz adına çıxarış almış və özünün mülkiyyətində olan mənzili satmışdır. Öz mənzili üzərində sərəncam vermək qanunazidd olmadığına görə, o, bu hərəkəti ilə heç kəsə zərər vurmamışdır. Cavabdehin hərəkətləri ilə iddiaçıya vurulan zərər arasında heç bir səbəbli əlaqə yoxdur. Halbuki, iddiaçıya zərər vuran eyni mənzili bir neçə nəfərə satmasına görə cinayət məsuliyyətinə cəlb edilən "xxxx" MTK rəhbərliyidir. Bundan başqa, Cavabdeh mənzili satmaqla iddiaçının hesabına əsassız varlanmamışdır. Çünki, cavabdeh iddiaçıya deyil, özünə məxsus olan əmlakı satmışdır. Cavabdeh sonradan 137.000 manat zərərin müqabilində 137 kvadratmetr mənzili İddiaçı deyil, "xxxx" MTK-dan əldə etmişdir. Həmin mənzilə münasibətdə cavabdehin əsassız varlanıb-varlanmaması əsası ilə iddia qaldırmaq hüququ "xxxx" MTK-ya məxsusdur. Ona görə, hazırkı iddia bu əsasla da təmin edilə bilməzdi. Bir sözlə məhkəmə tətbiq edilməli olmayan normaları tətbiq edərək mübahisəni həll etmişdir. Qeyd edilənlərlə bərabər, işdən göründüyü kimi, istər deliktin törədilməsi, istərsə də əsassız varlanma əsası ilə Kazımov X13 Rəvan Məzahir oğluna qarşı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçıya zərər "xxxx" MTK və onun vəzifəli şəxsləri tərəfindən vurulduğuna görə iddiaya cavab verməli olan şəxslər zərərvuran şəxslərdir. "xxxx" MTK tərəfindən verilən mənzilə görə isə əsassız varlanma əsası ilə iddia qaldırmaq hüququ həmin MTK-ya məxsusdur. Lakin iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmamasını yoxlamadığı üçün məhkəmə nəticədə qanunsuz qətnamə qəbul etmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar,başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə mənzilin 1 kvadratmetrinin qiymətinin 2500 manat olması və buna görə də 124 kvadratmetr mənzilin cavabdeh tərəfindən satılması nəticəsində iddiaçıya 310.000 manat (124 kv.m * 2500 manat = 310.000 manat) ziyan vurulması qənaətinə gəlsə də, bu halları hansı sübutlar əsasında müəyyən etdiyini qətnamədə göstərməmişdir. Məhkəmə qətnaməni sübutlarla deyil, öz mülahizələri ilə əsaslandırmışdır. Halbuki, Vəkil2anın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.3-cü maddəsində görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsoi üçün əsasdır. Məhkəmə mübahisəni tərəflərin iştirakı ilə və çəkişmə prinsipi əsasında hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, nədənsə iki dəfə iclas keçirərək tələsik şəkildə işə baxılmasını yekunlaşdırmış, cavabdehin məhkəmə iclaslarında iştirak edib mübahisəyə münasibət bildirməsinə, sübutlar təqdim etməsinə, bir sözlə öz müdafiəsini lazımi qaydada həyata keçirməsinə şərait yaratmamışdır. Hakim 2(004)-3147/2023 nömrəli mülki iş üzrə əməllərində cinayət tərkibi olan Cavabdeh (xx.xx.1984-cü ildə İsmayıllı rayonunda doğulmuş, ünvan 3 ünvanda qeydiyyatdadır, FİN xxxxxxx) cinayət məsuliyyətinə cəlb olunması məqsədi ilə Bakı şəhəri Yasamal rayon prokuroruna xəbər verilməsinə dair eyni tarixli və eyni nörməli xüsusi qərardad qəbul etmişdir. Qərardad belə əsaslandırılmışdır ki, “... Cavabdeh İddiaçı məxsus olan mənzili almaq üçün "xxxx" MTK-nın sədri Emil Məhərrəmova ödədiyi 173.000 manatın əvəzində "xxxx" MTK-dan ümumi sahəsi 137 kv.m olan mənzil almışdır, həmçinin aldatma və etibardan sui-istifadə etməklə İddiaçı məxsus mənzili qanunsuz olaraq öz adına özəlləşdirmiş və daha sonra Nailə Namazovaya satmaqla, İddiaçı külli miqdarda maddi zərər vurmaqla, onu mənzilindən məhrum etmişdir...”. Halbuki, işdən də göründüyü kimi hakim məhz cinayət görüntüsü yaratmaq məqsədi ilə işin hallarını təhrif edərək işin hallarına uyğun olmayan qətnamə və xüsusi qərardad qəbul etmişdir. Həmin qərardaddan müstəqil şikayət verilməsi mümkün olmadığına görə hesab edirik ki, qətnamədən verilən apellyasiya şikayətinə baxılarkən sözügedən qərardadın qanuniliyi yoxlanılmalı və həmin qərardad da ləğv edilməlidir. Bununla yanaşı apellyator hesab edir ki, cavabdeh tərəfindən cinayət törədilməsi görüntüsünü yaratmaq üçün bilə-bilə işin hallarını təhrif edən və tələsik şəkildə işi yekunlaşdıraraq qanunsuz məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsinin hakimi barəsində xüsusi qərardad qəbul edilməli və bu barədə müvafiq qurumlara məlumat verilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 38.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 39.Məhkəmə kollegiyasının iclasında mütəxəsis qismində dəvət olunmuş "xxxx" MMC-nin nümayəndəsi X25 bildirmişdir ki, onlar baxış keçirilməsi üçün mənzilə yaxınlaşmış, mülkiyyətçi Nailə xanım qapını açsa da, onların evə daxil olmağına icazə verməmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, № CVN/F 03-021/25 saylı mütəxəss rəyinə əsasən, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı təmirli mənzilin indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6, mənzil 7 (yeni qaydalarla: AZ1006, ünvan 4 ünvanında yerləşən mənzilin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 325000 manat təşkil edir. Mənzilin 2019-cu il və xx.xx.2023-cü il tarixinə bazar dəyəri 309524 manat, yuvarlaq şəkildə 310000 manat təşkil edir. 40.İş üzrə tərəflər və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 41.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 42.Maddə 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 43.Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 44.Maddə 1096.1-ci və 1096.2.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 45.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 46.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 47.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 48.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 49.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 50.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 51.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 52.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 54.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 55.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(004)-3147/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 56.Kollegiya ilk olaraq qeyd edir ki, tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, X8 "xxxx" MTK İdarə Heyəti sədrinə ünvanladığı 12 sentyabr 2009-cu il tarixli ərizəsinə əsasən X17 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli, 177 saylı qərarının 14-cü bəndinə uyğun olaraq MTK-nın Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 m2 sahəsi olan 7 nömrəli mənzili və pay haqqını vətəndaş İddiaçı verdiyini göstərərək kooperativ üzvlüyündən azad olunmasını xahiş etmişdir. "xxxx" MTK tərəfindən verilmiş MK-01/05 nömrəli 19 sentyabr 2009-cu il tarixli maliyyə arayışına əsasən "xxxx" MTK-nın üzvü X19 Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 m2 sahəsi olan 7 nömrəli mənzilin dəyərini tam ödəmişdir və MTK-ya borcu olmamışdır. "xxxx" MTK üzvlərinin iclasının 18 nömrəli protokolundan 19 sentyabr 2009-cu il tarixli çıxarışa əsasən X17 ərizəsinə əsasən MTK üzvlüyündən azad edilmiş, ünvan 2 ünvanında 1-ci giriş, 3-cü mərtəbə, yaşayış sahəsi 80,9 m2 olan 4 otaqlı, 7 saylı mənzil və pay haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli 177 saylı qərarının 14-cü bəndinə uyğun olaraq vətəndaş X12 adından vətəndaş İddiaçı adına keçirilmiş və bir nəfər ailə üzvü ilə İddiaçı kooperativə üzv qəbul edilmişdir. 57.Kollegiya apellyatorun öz mənzili üzərində sərəncam verməyinin qanunazidd olmadığına görə, bu hərəkəti ilə heç kəsə zərər vurmaması ilə bağlı dəlilini əsassız hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 58.Belə ki, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, X23, X32 və X7rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 3, 7 nömrəli mənzilin boşaldılmaqla, İddiaçı istifadəsi və sahibliyinə verilməsi, həmin mənzilə cavabdehlər Cavabdeh, X23, X32 və X10 istifadə hüquqları itirilmiş hesab olunmuşdur. 59.Qeyd olunan qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4124/2019 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-710/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 60.Cavabdeh mənzilin İddiaçı istifadəsi və sahibliyinə verilməsini, onun özü tərəfindən mənzilin boşaldılması və istifadə hüququnun itirilmiş hesab olunduğunu bildiyi halda, qətnaməni 2018-ci ildən başlayaraq mübahisələndirməklə yanaşı, bilə-bilə, qəsdən, qanunsuz olaraq İddiaçı məxsus olan mənzili gizli şəkildə xx.xx.2019-cu il tarixdə öz adına özəlləşdirərək, ilkin qeydiyyatdan keçirtmiş, sonra isə həmin mənzili xx.xx.2019-cu il tarixdə X6 (sonuncu məhkəmələr tərəfindən vicdanlı alıcı kimi tanınmışdır), İddiaçı mülkiyyətində olan mənzildən məhrum etmiş, ona külli miqdarda maddi ziyan vurmaqla əmlakını qanunsuz olaraq özgəninkiləşdirməklə, pulunu ələ keçirtmişdir. Yəni, cavabdehin bu qanunsuz hərəkətləri olmasaydı, iddiaçı mənzilindən məhrum olmazdı. 61.Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 62.Belə olan halda kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3527/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-138/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X1 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokulu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X5 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin Cavabdeh satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv edilmişdir. 63.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegyasının xx.xx.2022-ci il tarixli 2(102)- 5852/2022 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3527/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzillə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. 64.Qüvvədə olan həmin məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, mənzilin Cavabdeh satılması, Cavabdeh mənzilə mülkiyyət hüququnun həmin saxta sənədlər əsasında qeydiyyata alınması halları baş vermişdir. 65.Həmçinin, iş materiallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı məxsus olan mənzili almaq üçün "xxxx" MTK-nın sədri Emil Məhərrəmova ödədiyi 173.000 manatın əvəzində "xxxx" MTK-dan ümumi sahəsi 137 kv.m olan mənzil almışdır. 66.Belə ki, "xxxx" MTK xx.xx.2022-ci il tarixli 08 nömrəli məktubla 4 saylı Vəkil Bürosununun şifahi sorğusuna cavab verərək bildirmişdir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq işinin yekununa əsasən zərərçəkmiş kimi tanınan Cavabdeh 173.000 manat dəymiş ziyanın qarşılığında "xxxx" MTK tərəfindən ümumi sahəsi 137 kv.m olan mənzillə təmin edilmişdir. Qoşma Cavabdeh ərizəsi. 67.Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş kimi tanınan Cavabdeh "xxxx" MTK-nın sədrinə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2020-ci il tarixdə ərizə verərək bildirmişdir ki, ona dəymiş 173.000 manat ziyan "xxxx" MTK tərəfindən tam şəkildə ödənildi. Ziyanla bağlı "xxxx" MTK tərəfindən 137 kv.m sahəsi olan mənzillə təmin olundu. Gələcəkdə maddi və mənəvi ziyanla bağlı heç bir orqan qarşısında iddia və tələbi olmayacağına təminat verir. Sözlərini imzası ilə təsdiq edir. 68.Cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs kimi tanınmışdır. Cavabdeh cinayət işi üzrə zərərçəkmiş kimi tanındığı üçün ona dəymiş 173.000 manat ziyanın qarşılığında "xxxx" MTK tərəfindən Cavabdeh ümumi sahəsi 137 kv.m olan mənzil verilmişdir. 69.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 70.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. 71.Göründüyü kimi, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı qanuni şəkildə əldə etdiyi mənzilindən məhrum olmuş, ona maddi zərər dəymişdir. Cavabdeh qanunsuz hərəkətləri ilə İddiaçı qanuni şəkildə əldə etdiyi mənzilindən məhrum olması və son nəticədə ona vurulmuş maddi zərər arasında səbəbli əlaqə mövcuddur. 72.Kollegiya apellyatorun məhkəmənin həm zərərə, həm də əsassız varlanmaya istinad etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qanuni əsası və əsaslandırma olaraq sırf maddi zərər vurulmasına istinad olmunmuşdur ki, bu da qətnamənin ləğv olunması üçün əsas yaratmır. 73.Dəymiş zərərin müəyyən edilməsi ilə bağlı apellyatorun dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, məhkəmə, iddiaçı mənzilin əlindən çıxması nəticəsində 1 kv.m sahə üçün 2.500 manat hesablanmaqla sahəsi 124 kv.m olan təmirli mənzilin dəyərinin 322.500 manat təşkil etdiyini qeyd etsə də, məhkəmə 124 kv.m sahənin 1 kv.m üçün 2.500 manat olmaqla hesablama apararkən, bu məbləğin 310.000 manat olduğunu müəyyən etmişdir. 74.Bunla bağlı mübahisələndirilən mənzilin dəyərinin müəyyən edilməsi ilə əlaqdar mütəxəssis rəyi alınmışdır. 75.Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, № CVN/F 03- 021/25 saylı müətəxəssi rəyinə əsasən: -Aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı təmirli mənzilin indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla: AZ1006, ünvan 4 ünvanında yerləşən mənzilin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 325000 (üç yüz iyirmi beş min) manat təşkil edir. -Aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı təmirli mənzilin indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla: AZ1006, ünvan 4 ünvanında yerləşən mənzilin 2019-cu il və xx.xx.2023-cü il tarixinə bazar dəyəri 309524 manat, yuvarlaq şəkildə 310000 (üç yüz on min) manat təşkil edir. 76.Kollegiya hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi qiymətləndiricinin AR Qiymətləndiricilər Palatasının üzvü, AQC-nin sertifikatlı qiymətləndiricisi, iqtisadi ali təhsilli və daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə 13 il iş stajına malik olması, habelə qiymətləndirmə həyata keçirilərkən mübahisəli mənzilə baxış keçirilməsi nəzərə alınmaqla mötəbər sübut kimi qəbul edilməlidir. 77.Beləliklə kollegiya qeyd edir ki, işdə olan sübutlarla müəyyən olunduğu kimi İddiaçı məxsus olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilinin (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) dəyəri məhkəmə tərəfindən işə baxılarkən düzgün olaraq 310.000 manat müəyyən olunmuşdur. Yəni, Cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus mənzilin satılması nəticəsində İddiaçı dəymiş real maddi zərər 310.000 manat təşkil edir. 78.Buna görə də iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuş, məhkəmə mübahisələndirilən hissədə iddia tələbini qismən təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. 79.Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla məhkəmənin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticənin ləğvi üçün əsas təşkil etmir. 80.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 81.Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu prosessual qanunvericiliyin tələblərinə uyğun həll edilmişdir. 82.Həmçinin prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iş üzrə mütəxəssis rəyinin alınmasına görə ödənilməli olan 350 manatın 283 manatı Cavabdeh, 67 manatı isə İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. 83.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 84.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(004)-3147/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə mütəxəssis rəyinin alınmasına görə ödənilməli olan 350 (üç yüz əlli) manatın 283 (iki yüz səksən üç) manatı Cavabdeh, 67 (altmış yeddi) manatı isə İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar