Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9911/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Aisf qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X9 kişi oğlunun, Cavabdehin Cavabdeh və nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(003)-1829/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki MMC-nin mülkiyyətindəki dəyəri 36429,45 manat olan əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınaraq MMC-yə təhvil verilməsi, əmlakın cavabdehin qanunsuz sahibliyində saxlanıldığı müddət üçün ondan əldən çıxmış fayda olaraq 01.03.2021-ci il tarixdən hesablanmaqla yekun məhkəmə qərarı çıxarıldığı günə qədər hər gün üçün 100 manatın, 11.06.2020-ci il tarixdən 13.08.2020-ci il tarixədək obyektin təhvil verilməsinin gecikdirildiyi müddət üçün gündəlik 200 manat olmaqla, cəmi 12600 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia verərək, cavabdehdən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi 200 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsinin icarəyə götürən “X10” MMC-nin istəyinə uyğun olaraq market üçün işlək vəziyyətə gətirilməsi üçün tərəfindən çəkilmiş xərcin əvəzinin, təmir olunmuş qeyri-yaşayış sahəsi istifadə zamanı yararsız vəziyyətə gətirildiyindən, icarəyə götürülməzdən əvvəlki qaydada restoran üçün işlək vəziyyətə gətirilməsi və istifadəyə yararlı vəziyyətdə tam təmirli vəziyyətdə təhvil alınması ilə əlaqədar vurulmuş maddi ziyanın əvəzi olaraq 26400 manatın, mətbəx mebelinin yararsız vəziyyətə salınmağına görə 1500 manatın, onunla “X10” MMC arasında 02.06.2020-ci il tarixli icarə müqaviləsi 10 il müddətinə bağlandığı halda, 8 aydan sonra xitam verilməsi nəticəsində əldən çıxmış fayda olaraq 10.000 manatın, icarə müqaviləsinin vaxtından əvvəl xitam olunması ilə əlaqərdar ona dəymiş maddi ziyan ödənilmədiyi halda, onun barəsində əsassız olaraq polis və prokurorluq orqanlarına şikayət etməsi ilə əlaqədar ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 manatın, ödənilmiş 31 manat dövlət rüsumunun, onun xüsusi mülkiyyətində olan sözügedən fərdi yaşayış evinin ½ hissəsinin əvvəlki vəziyyətə gətirilərək istifadəyə yararlı vəziyyətə düşənədək və cavabdehin əşyaları onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılanadək hər ay 2000 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(003)-1829/2021 saylı qərardadı ilə Cavabdeh iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatəti qismən təmin edilərək, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş (Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi 200 metr sahəsi olan fərdi yaşayış evinin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün nə qədər vəsait tələb edilməsi barədə) və icraat ekspert rəyi alınanadək dayandırılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(003)-1829/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ekspertizanın təyin olunması və iş üzrə icraatın dayandırılması barədə qərardad əsassızdır. Əvvəla ona görə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən, iddiaçının istifadəsinə 91,5 kv.m. sahə verilmiş, cavabdeh isə bu hissədən istifadə etmişdir. Məhkəmə qərardadı ilə icarəçinin istifadəsində olmamış fərdi yaşayış evinin hissələrinin də istifadəyə yararlı vəziyyətə gətirilməsi xərclərinin məbləği sualının ekspert qarşısında qoyulmasının məqsədi məlum deyil. İkincisi, icarə müqaviləsinin 5.3.3-cü bəndinə əsasən, müqaviləyə xitam verildiyi halda obyekti bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə köhnəlmə nəzərə alınmaqla, ümumi məqsədlər üçün istifadəyə yararlı vəziyyətdə icarəyə verənə geri qaytarmaq icarəçinin vəzifəsidir. Yəni, burada icarəçinin öhdəliyi pul vermək deyil, müəyyən hərəkətləri yerinə yetirmək, obyekti yararlı vəziyyətə salmaq üçün təmir etməkdir. İndiki halda isə, cavabdeh obyekti bağlamış, nəinki təmir etməyə, həmçinin əşyalarını çıxarmağa belə iddiaçıya imkan veməmişdir. Beləliklə, iddiaçının cavabdeh qarşısında pul ödəmək öhdəliyi yaranmadığından obyektin təmiri üçün xərclərin məbləği barədə ekspertiza təyin edilməsi əsassız olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, şikayətin dəlillərinə uyğun izahat verərək, məhkəmə kollegiyasından onun təmin olunmasını xahiş etmiş və suallara cavab olaraq bildirmişdir ki, iş üzrə ekspertiza təyin olunmamalı idi, işin halları baxımından buna hər hansı zərurət yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi (vəkili) isə, şikayətə etiraz edərək, məhkəmə kollegoyasından təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyası, məruzəni və izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 255.0 və 255.0.5-ci maddələrinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün iş üzrə ekspertiza təyin olunduğu halda məhkəmənin işin icraatını dayandırmaq səlahiyyəti qanunda nəzərdə tutulmuşdur. Bu səbəbdən Xəzər Rayon Məhkəməsinin ekspert rəyi alınanadək işin icraatını dayandırması əsaslıdır. Şikayətin dəlilləri isə iş üzrə ekspertizanın təyin olunmasının əsassız olması ilə bağlıdır. Halbuki, mülki-prosessual qanunvericilikdə ekspertizanın təyin edilməsi haqqında qərardaddan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Belə ki, MPM-in “Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ” başlığını daşıyan 395-ci maddəsinin tələblərinə görə, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Ekspertizanın təyin olunması barədə qərardad isə işin sonrakı hərəkətinə mane olmamaqla, iddiaçı keçirilmiş ekspertizanın rəyi ilə razı olmadığı halda, ona etiraz etmək, əlavə, yaxud təkrar ekspertiza təyin edilməsi haqqında vəsatət vermək, qətnamədən narazı qaldığı halda nəzərə alınmamış etirazlarını apellyasiya şikayətində əks etdirmək və s. hüquqları vardır. Odur ki, həmin dəlillər icraatın dayandırılması barədə qərardadın ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(003)-1829/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(003)- 1829/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9911/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9911/2021
05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver