Məhkəmə qərarları › İş №2(103)-9935/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9935/2021

27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9935/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)-2468/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat pulun alınaraq ona ödənilməsi və həmin məbləğin onun pensiyasına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Kəkil oğlu 05 aprel 2012ci ildən 13 iyun 2016-cı il tarixədək Fövqəladə Hallar Nazirliyinin «Kadr siyasəti Baş İdarəsinin Kadr Təlimatı İdarəsinin Hərbi» xidmətə qəbul şöbəsinin rəisi vəzifəsində işləyərkən, qardaşı X1 vasitəsilə ona müraciət etmiş bir çox vətəndaşın, o cümlədən məni aldadaraq guya vətəndaş Ayaz Məmmədovu Xüsusi Riskli Xilasetmə xidmətinə və Niyaz Məmmədov isə X6 Xidmətinə işə düzəltməyə söz verərək ona yalandan vəd edərək 2016cı ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Ayaz Məmmədovdan 3000 manat və 2016-cı ilin may ayında isə ondan 5000 manat olmaqla 8000 manat pul alaraq mənimsəmiş və etibardan sui-istifadə edərək dələduzluq etmişdir. Haqqında xeyli vətəndaşıq ərizəsi əsasında dələduzluq və vətəndaşları rüşvət verməyə təhrik etməklə cinayət əməli etdiyinə görə barəsində cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmışdır. Bakı Hərbi Məhkəməsində işə baxılarkən vətəndaş Cavabdeh Kəkil oğlu törətdiyi əməlləri səmimi olaraq etiraf etmiş və qohum-əqrabası vasitəsi ilə vurduğu maddi ziyanın ödəyəcəyinə söz versə də bu günə qədər 11 nəfər zərərçəkmişə vurduğu maddi ziyandan bir manat da olsun ödəməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(003)-2468/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 5000 (beş min) manat alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2468/2021 saylı iş üzrə 15.07.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi qətnaməni çıxararkən maddi hüquq normalarını, prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, o, Bakı Hərbi Məhkəməsinin 06 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 310, 32.4, 312.1 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. İddiaçı ona pul verməsi ilə bağlı epizodu Bakı Hərbi Məhkəməsi belə təsbit etmişdir: “Cəbrayılov qeyd olunan vəzifədə işləyərkən, Ayaz Məmmədovu Xüsusi Riskli Xilasetmə Xidmətinə, Niyaz Məmmədovu isə X4 Xidmətinə işə düzəldəcəyi ilə bağlı tanışı İddiaçı yalandan vəd vermiş, 2016-cı ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Ayaz Məmmədovdan 3000 manat, 2016-cı ilin may ayında isə İddiaçı Bakı şəhəri Yasamal rayonu ərazisində 5000 manat almaqla ümumilikdə 8000 manat alaraq dələduzluq etmiş və vətəndaşları təkrarən rüşvət verməyə təhrik etmişdir.” Buna səbəb, hazırda imperativ xarakter daşıyan “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7nömrəli qərarının 36-cı bəndi olmuşdur. Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətləri vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi Cinayət Məcəlləsinin 29, 312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312ci maddəsinin qeydində nəzərdə tutulmuş halları müəyyən edilmədikdə həmin şəxslərdə cinayət məsuliyyətlərinə cəlb edilməli məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak CM-nin 99- 1.1.2-ci maddələrinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Göstərilən qərardan aydın olur ki, təqsirli şəxsin əməli həm Cinayət Məcəlləsinin 178-ci, həm də 32.4, 312-ci maddələri ilə qiymətləndirildiyi halda rüşvət qismində verilməsi nəzərdə tutulan əmlak xüsusi müsadirənin predmetidir, dövlət nəfinə alınmalıdır, həmin əmlakı verən şəxsi isə zərərçəkmiş şəxs hesab edilmir. Buna istinad edən istintaq orqanı və Bakı Hərbi Məhkəməsi İddiaçı cinayət prosesində zərərçəkmiş kimi deyil,şahid kimi göstərmişlər. Belə olan halda, Bakı şəhəri Xəzər rayon Məhkəməsi faktiki olaraq dövlət nəfinə alınmalı olan 8000 manat puldan 5000 manatını həmin pulu ona rüşvət qismində səlahiyyətli vəzifəli şəxsə çatdırmaq üçün verən İddiaçı ödəməyi qət etmişdir və bunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı vurulmuş maddi ziyan kimi ondan tələb etdiyi iddianın predmeti qanunla dövlət nəfinə alınmalı olan xüsusi müsadirənin predmetidir. İddia mülki qanunvericiliyin normalarının pozulması ilə əlaqəli deyildir, əməl mülki hüquq pozuntusu deyildir. İddiaçı cinayət işi üzrə zərərçəkən hesab edilmişdir və dövlət nəfinə alınmalı olan xüsusi müsadirənin predmeti ona ödənilə bilməz. Qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qaunu səhv təsfir etmişdir, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etirz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi və ya vəkili məhkəmə iclasına gəlməmişdir.Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən cavabdehin özünün məhkəmə iclasında iştirakını təmin etmək üçün zərurət olmamışdır. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materiallarını, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 06.03.2018-ci il tarixli 1(093)-23/2018 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdfan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaları qismən toplamaq yolu ilə qəti olara 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Ayaz Məmmədovu Xüsusi Riskli Xilasetmə, Niyaz Məmmədovu isə X6 Xidmətinə işə düzəldəcəyi ilə bağlı tanışı İddiaçı yalandan vəd vermiş, 2016-cı ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Ayaz Məmmədovdan 3000 manat, 2016-cı ilin may ayında isə İddiaçı Bakı şəhəri Yasamal rayonu ərazisində 5000 manat olmaqla, ümumilikdə 8000 manat pul alaraq, özgənin xeyli miqdarda əmlakını özqulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş və vətəndaşları təkrarən rüşvət verməyə təhrik etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən Bakı Hərbi Məhkəməsinin 06.03.2018- ci il tarixli 1(093)-23/2018 saylı hökmü məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Lakin məhkəmə kollegiyası, qanunvericiliyin tələbini nəzərə alıb, qeyd olunanları və iş üzrə birinci instansiya məhkəməsinin iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı ümumilikdə 5000 manat məbləğində pul vəsaitinin iddiaçıdan alması, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan bu hal işin mübahisəsiz halıdır. Odur ki, iddia tələbi qismən təmin edilməli, 5000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, hökmdən göründüyü kimi 3000 manat cavabdehə Ayaz Məmmədov tərəfindən verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, hazırki iş üzrə Ayaz Məmmədovun vurulmuş ziyan barədə tələbi olmadığından, həmin hissədə Eyvaz Qurbanovun iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 5000 (beş min) manat alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər formal mülahizələrə əsaslanmışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(006)-2468/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar