Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-994/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi (tanınması)” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi (tanınması)” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5376/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən ******* nömrəli Çıxarışa əsasən, ümumi sahəsi 50,95 kv.m olan, ünvan 2-nin hüquq sahibi Cavabdeh1dur.
2. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 16 nömrəli Notariat kontorunun xüsusi notariusu Cavabdeh3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2017-ci il tarixdə ölmüş X6 vərəsəsi Cavabdeh1 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 8, mənzil 2 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X8 verilmiş **********26-05101-193015 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.95 kv/m olan iki otaqlı mənzildən ibarətdir.
3. Azərbaycan Respublikası ölüm haqqında şəhadətnaməyə əsasən vətəndaş X10 xx.xx.2017-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 10 ayının 26 günündə 2097 nömrə ilə qeyd edilmişdir.
4. X7 xx.xx.2017-ci il tarixdə Notariat kontoruna ərizə ilə müraciət edərək, bildirib ki, məhrum atası X4 qalmış ona çatan vərəsəlik payından qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir.
5. İddiaçı xx.xx.2017-ci il tarixdə Notariat kontoruna ərizə ilə müraciət edərək, məhrum həyat yoldaşı X4 qalan ona çatan vərəsəlik payından oğlu Cavabdeh1 xeyrinə imtina etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6 İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamənin, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa olunması (tanınması)” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* nömrəli çıxarışın ləğv edilməsinə, ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun bərpa olunaraq (tanınaraq) bununla bağlı İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o mərhum X10 ilə 5 mart 1982-ci il tarixdə birgə nikaha girərək ailə qurmuş, onların birgə nikahlarından xx.xx.1983-cü il tarixdə Cavabdeh1, xx.xx.1985-ci il tarixdə X7 dünyaya gəlmişdir. Birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50,95 kvm olan yaşayış sahəsi əldə edilmiş, həmin mənzil xx.xx.2011-ci il tarixdə mərhum X6 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq bununla bağlı Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Mənzildə iddiaçı, mərhum X10, oğulları Cavabdeh1 və qızları Çinarə Nağıyeva qeydiyyatda olmaqla yaşamış, X10 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, Çinarə Nağıyeva 2012-ci ildə ailə qursa da, ünvan 2 ünvanında qeydiyyatda qalmaqda davam etmişdir. Sabunçu Rayon Məhkəməsinin icraatında olan başqa 2(103)-3592/2023 nömrəli mülki iş üzrə Cavabdeh1 İddiaçı və X3 qarşı yaşayış binasının tərkib hissəsinə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 12000 manat kompensasiya ödənilməklə və X3 isə kompensasiya ödənilmədən ünvan 2 ünvanına istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən həmin başqa mülki iş üzrə sübutları məhkəməyə təqdim etmək üçün vərəsəlik işinin açıldığı Bakı şəhəri 16 nömrəli notariat ofisindən notariat işinin surətini əldə edərək məhkəməyə təqdim edilib. Notariat işi ilə tanış olarkən aydın olub ki, İddiaçı mərhum X10 ilə birgə nikah dövründə əldə etdikləri, buna görə də ikisinin birgə mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən mənzil qanunsuz olaraq bütünlüklə miras əmlak hesab edilərək Cavabdeh1 adına keçirilmişdir. Belə ki, həmin mənzilə dair Cavabdeh1 adına tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sonra da həmin şəhadətnamə əsasında mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış verilmiş, bununla da iddiaçının sözügedən mənzilin ½ hissəsi üzərində olan mülkiyyət hüququ pozulmuşdur.
8. Cavabdehin Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianı qəbul etmədiyini, əmlak birgə nikah dövründə əldə edilmişdir. Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair iddia müddəti 3 (üç) il olduğunu həmin müddətdən 5 illik müddət keçdiyini, MM-nin müvafiq maddəsinə əsasən vərəsə mirasın bir hissəsindən imtina edirsə o mirasdan bütünlüklə imtina etmiş olduğunu, həmçinin vərəsəlik işi 2018-də açıldığından iddia müddəti ötmüşdür.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5376/2023 nömrəli, 3 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın 1/2 hissəsinin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun bərpa olunaraq (tanınaraq) bununla bağlı İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. (hakim X5)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, X6 ölümü ilə vərəsəlik işi açıldığı andan qeyd olunan daşınmaz əmlakın ½ hissəsi İddiaçı mülkiyyəti hesab olunur. Həmçinin cavabdeh tərəfindən verilmiş etiraz ərizəsində vərəsəlik işinin açılmasından 5 ildən artıq müddət keçdiyi və bu barədə iddia müdətinin tətbiq edilməsi qeyd olunsa da, məhkəmə bu barədə hesab edir ki, məhkəməyə təqdim olunmuş notariat işindən görünür ki, İddiaçı Xaməmməd qızı xx.xx.2017-ci il tarixdə Notariat ofisində ərizə verərək aydın şəkildə ifadə etmişdir ki, mərhum həyat yoldaşım X4 qalmış ona vərəsəlik payından oğlu Cavabdeh1 xeyrinə imtina edir. Eyni zamanda miras əmlak birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan ½ hissəsi İddiaçı mülkiyyəti olduğundan mülkiyyət münasibətləri ilə bağlı mübahisələrə iddia müddəti şamil edilmir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29cu, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci, 34-cü, 35-ci, 36-cı, 37-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 225-ci, 1159-cu, 1255ci, maddəsinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14-ci, 77-ci, 88-ci, 217-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan çıxarışa əsasən çıxarış 2018-ci ildə vərəsəlik əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Hazırki işdə isə 5 il müddətdir ki, bu barədə hər hansı iddia qaldırılmamışdır. Bundan əlavə iddiaçı vərəsə payını verməklə əslində bütün payını vermişdir. Əks halda o notariusda ona aid olan hissəyə yəni birgə nikah dövründə əldə olunmuş əmlak dair şəhadətnamə tələb etməli idi. Həmçinin istifadə hüququna xitam verilməsi ilə bağlı işdə iddiaçı ifadəsi ilə bütün əmlakı oğluna verməsindən xəbəri olduğunu bildirmişdir. Bu günə kimi də əmlakla bağlı heç bir iddiası olmamışdır. Mirasın açıldığı vaxtdan 5 il müddətin keçməsi isə onun əmlakla bağlı iddia qaldırmaq hüququndan məhrum edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir;
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın tamamilə rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
24. İlk öncə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mərhum X10 ilə 5 mart 1982-ci il tarixdə birgə nikaha girərək ailə qurmuş, onların birgə nikahlarından xx.xx.1983-cü il tarixdə Cavabdeh1, xx.xx.1985-ci il tarixdə X7 dünyaya gəlmişdir. Birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50,95 kvm olan yaşayış sahəsi əldə edilmiş, həmin mənzil xx.xx.2011-ci il tarixdə mərhum X6 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq bununla bağlı Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Mənzildə iddiaçı, mərhum X10, oğulları Cavabdeh1 və qızları Çinarə Nağıyeva qeydiyyatda olmaqla yaşamış, X10 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Miras qalan əmlaka dair vərəsələrin payları müəyyənləşdirilmişdir. Lakin hazırda İddiaçı mərhum X10 ilə birgə nikah dövründə əldə etdikləri, buna görə də ikisinin birgə mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən mənzilin qanunsuz olaraq bütünlüklə miras əmlak hesab edilərək Cavabdeh1 adına keçirilməsini mübahisələndirir.
25. Lakin iş materiallarından göründüyü kimi ünvan 1 ünvanı xx.xx.2011-ci il tarixdə X10 tərəfindən birgə nikah dövründə alınmış əmlak olduğundan qeyd olunan əmlakın ½ hissəsi İddiaçı mülkiyyətidir. Belə olan halda X6 ölümü ilə vərəsəlik işi açıldığı andan qeyd olunan daşınmaz əmlakın ½ hissəsi İddiaçı mülkiyyəti hesab olunur. X6 ölümü ilə vərəsəlik işi açılmış birinci növbə vərəsələr olan İddiaçı və X7 xx.xx.2017-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək X4 miras qalmış vərəsəlik paylarından Cavabdeh1 xeyrinə imtina etdiklərini bildirmişlər. Həmin imtina edilən hissə isə mərhum X4 miras qalmış əmlak, ünvan 2 ünvanında yerləşən mənzil deyil, həmin mənzilin yalnız mərhum X8 aid olan hissəsi, yəni ½ hissəsi olmuşdur. Mənzilin ½ hissəsinin İddiaçı birgə mülkiyyətdən çatan əmlak hissəsi olmasına baxmayaraq, notarius bu hala diqqət yetirməmiş, nəticədə digər vərəsələr, İddiaçı və X1 miras əmlakdan yalnız onlara çatası paylarından imtina etmələrini nəzərə almadan qanunsuz olaraq mübahsəli mənzilə dair iddiaçının adına tam hissədə pay olmaqla şəhadətnamə vermişdir. Nəticədə İddiaçı mənzilin ½ hissəsinə olan və qununla qorunan xüsusi mülkiyyət hüququ pozulmuş, Cavabdeh1 mənzilin üzərində tam mülkiyyət hüququ qanunsuz olaraq dövlət qeydiyyatına alınmışdır.
26. Bu səbəbdən qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın 1/2 hissəsinin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun bərpa olunaraq (tanınaraq) bununla bağlı İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışın verilməsi qənaətinə gəlmişdir.
27. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin təbiqi ilə bağlı dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim olunmuş notariat işindən görünür ki, İddiaçı Xaməmməd qızı xx.xx.2017-ci il tarixdə Notariat ofisində ərizə verərək aydın şəkildə ifadə etmişdir ki, mərhum həyat yoldaşı X4 qalmış ona vərəsəlik payından oğlu Cavabdeh1 xeyrinə imtina edir. Eyni zamanda miras əmlak birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan ½ hissəsi İddiaçı mülkiyyəti olduğundan mülkiyyət münasibətləri ilə bağlı mübahisələrə iddia müddət şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Göründüyü kimi hazırkı münasibətlərə iddia müddətinin tətbiq edilməməsi nəticəsinə gəlməkdə də birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bununla yanaşı yuxarıda göstərilənlərə əsasən qeyd edilməlidir ki, Ailə Məcəllsinin qeyd edilən müdəasında göstərilən müddətin hazırki işə hər hansı bir aidiyyəti olmamaqla hazırda tərəflər arasında olan mübahisəyə tətbiq edilə bilməz.
28. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5376/2023 nömrəli, 3 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.