Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9940/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borcun məbləği olan 4480 (dörd min dörd yüz səksən) manat miqdarında pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə Ceyranbatan qəsəbəsində yerləşən 10 sot torpaq sahəsinin içərisində yarımtikili almışdır. 2017-ci ildə isə həmin yarım tikilini söküb, 2020-ci ilin əvvəllərində həmin yerdə anbar tikintisinə başlamışdır. Əvvəldən tanışı olan və tikinti sahəsində işlətdiyi Cavabdeh2 həmin tikintiyə nəzarətçi təyin etmişdir. Orxana gördüyü işin müqabilində ayda 900 manat məbləğində əmək haqqı verirmiş. Belə ki, 14 may 2020-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhərində yerləşən Dərnəgül bazarı deyilən yerdə anbarın dam örtüyünə istifadə etmək üçün 99 ədəd, uzunluğu 9,70 metr olan listləri 6400 manat pula alıb yük maşınına yüklətmişdir. Daha sonra isə cavabdeh Orxana mobil telefon vasitəsi ilə zəng edərək anbarın dam örtüyü üçün nəzərdə tutulmuş dəmir materialdan olan listləri alıb yük maşını ilə Ceyranbatan qəsəbəsində yerləşən tikinti sahəsinə göndərdiyini demişdir. Orxan isə həmin listləri dam örtüyünün üstünə qaldırmaq üçün kran lazım olacağını bildirmişdir. O, cavabında Orxana bildirmişdir ki, ucuz başa gəlməsi üçün kranı Ceyranbatan qəsəbəsində tikinti sahəsinə yaxın yerdən sifariş etsin. Orxan da onunla razılaşmışdır. Təxminən saat 14:00 radələrində Orxan ona zəng edərək, kran listləri qaldıran zaman sürüşüb listləri yerə düşmüşdür. O, dərhal Ceyranbatan qəsəbəsində yerləşən tikinti sahəsinə getmişdir. Görmüşdür ki, listlərin hamısı yerdədir və əzilmiş, yararsız haldadır. Orxan bildirmişdir ki, 99 ədəd listin 60 ədədinin 2 metrlik hissələri əzilib, 39 ədəd list isə normal vəziyyətdədir. Həmin əzilmiş hissələri kəsilərək yenisi ilə əvəz etmək mümkün olduğunu bildirmişdir. Daha sonra isə kran sürücüsü ilə birlikdə ona dəymiş ziyanı ödəməyə hazırdır. Yəni listlərin əzilmiş hissələrini kəsib yenisi ilə birləşdirmək üçün təxminən 2000 manat pul verəcəklərini ona sözlə bildirmiş, o isə bununla razılaşmamışdır. Daha sonra o, hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hər iki cavabdehin izahatı alınmış və törətdiyi əməli hər iki cavabdeh etiraf etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, anbarın ikinci mərtəbəsində yerə yığılmış metal listlərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, anbann ikinci mərtəbəsində yerdə 40 ədəd üzərində heç bir zədə əlaməti olmayan 9,70 x 1,14 metr ölçüdə dam örtükləri olan metal listləri ayrı yığılmış və 56 ədəd müxtəlif hissələri zədələnmiş 9,70 x 1,14 metr ölçüdə dam örtükləri olan metal listlərin ayrı yığıldığı müəyyən edilmişdir. Beləliklə faktla bağlı ona dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə 18.05.2020-ci il tarixdə məhkəmə-əmtəəşünasüq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 11.06.2020-ci il tarixli 6/973-9/1569 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq ekspertiza tədqiqatına nümunə əsasında təqdim edilmiş 9,70 x 1,14 metr ölçülü dam örtüyü olan təzə vəziyyətdə, gümüşü rəngli metal listin (profnastil) 1 ədədinin 2020-ci ilin may ayına orta bazar qiyməti təxminən 80,0 manat təşkil edir ki, 56 ədədi 4480,0 manat müəyyən edilmişdir. Sonda məlum olmuşdur ki, ona məxsus yarımtikili anbarın dam örtüyü üçün aldığı 99 ədəd uzunluğu 9,70 x 1,14 metr ölçüdə olan metal listlərin anbarın damına qaldırılması üçün Cavabdeh2 tapşırıq vermiş, kran sürücüsü Cavabdeh1 dəvət etmiş, Cavabdeh1 avtokarnı ilə həmin metal listləri anbarın damına qaldıran zaman metal listlərin ehtiyatsızlıqdan sürüşərək düşməsi nəticəsində 56 ədəd metal list (profnastil) müxtəlif hissələrindən əzilərək zədələnmiş və nəticədə ona ümumilikdə 4480 (dörd min dörd yüz səksən) manat maddi ziyan dəymişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, avtokran sürücüsüdür. Cavabdeh2 14 may 2020-ci il tarixdə saat 10 radələrində ona zəng etmiş və iş icraçısı kimi işlədiyi Abşeron rayon Ceyranbatan qəsəbəsində yerləşən, İddiaçı məxsus uzunluğu 150 metr olan tikiliyə uzunluğu 9.70 metr olan dəmir listləri həmin tikiliyə avtokran vasitəsilə boşaltmağını xahiş etmişdir. İşin müqabilində əmək haqqını razılaşlar. Həmin metal məmulatlı dəmir listləri **-XT-*** qeydiyyat nişanlı, XCMC markalı avtomaşınla işə başlamışdır. İş İcraçısı Cavabdeh2 bağlama list dəmirləri qaldırmağa nəzarət edirdi və mən həmin listlər tikilinin yanından 4 metr qaldırdıqdan sonra təhlükəsizlik qaydalarına müvafiq olaraq kranı saxlamışdır. Bu zaman kranın qaldırılmasına göstəriş verən Cavabdeh2 ona səslənmişdir ki, yük dolu kranın 2-10 santimetr irəli vermək gərəkdir. Belə ki, Orxana bildirmişdir ki, əgər kranı qaldırsa üst dəmirlər aşacaq və yuxarıda olan fəhlələrin üzərinə tökülə bilər. Cavabdeh2 ona bildirmişdir ki, yanından baxır və heçnə olan deyil aşmaz. O da Orxanın sözü ilə kran vastəsi ilə 5 santimetr qaldımaq istədikdə listlər bağlanmış kəmərin arasından sürüşmüş və aşağıdakı ona məxsus kranın matorxanasına girmişdir, beləliklə də kranın matorxanasındakı avto hissələr parçalanmışdı. O kranın matoruna fikir vermədən tez yuxarıda işləyən fəhlələrin xəsarət alıb-alamamlarına baxmaq qaçmışdır. Bundan sonra başqa avto kran çağırmış və həmin list dəmirləri ona məxsus avtokranın matorxanasından kran vastəsilə çəkib çıxartmışdır. Bundan sonra Cavabdeh2 iş icraçısı təyin etmiş tikintinin sahibi İddiaçı məlumat verildi və o hadisə yerinə gəldi. Hadisəyə baxdı və bildirdiki onun 6 metirlik tikilindən tokülüb sıradan çıxmış metal listlərinin yenisini alıb versinlər. İddiaçı bildirmişdir ki, onun vəziyyətini başa düşünlər, belə ki, bu hadisədə avtomaşınına 10-12 min manata yaxın ziyan dəymişdir. Yəni yuxarıda sürüşən list dəmirlər onun avtomaşının matorxanasında ilişib qalmışdır və bunun nəticəsində matorxana partlamışdır. Bunu düzəltmək üçün 12 min manata yaxın pulu çıxacaqdır, İddiaçı razılaşmamış və bildirmişdir ki, onun list dəmir materiallarını necə əzilibsə elə də alıb versin. Halbuki İddiaçı Ceyranbatan Qəsəbəsində yerləşən 150 metr uzunluğunda tikilidə heç bir təhlükəsizlik qayadalarına əməl etməmişdir və buna görədə hadisə baş vermişdir. Ona 12.000 manata yaxın dəymişdir. Buna baxmayarq İddiaçı 1000 manat kömək edə biləcəyini bildirmişdir, İddiaçı isə 1000 manatla razılaşmamışdır. 2020-ci ilin may ayında pul tələbinə dair qeydiyyatda olduğu Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesində iştirak etmiş və İddiaçı ona və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə razı olmadığını Məhkəməyə bildirmişdir. Məhkəmə isə qətnamədə onun adından guya iddianı qəbul etməsini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus tikilidə dəmir listlərin qaldırılması digər cavabdeh onunla razılaşmışdır. Həmin ərazidə tikinti təhlükəsizliyinə əməl olunmadığından dəmir listlərin qaldırılmasından imtina etsə də, Cavabdeh2 problemin olmayacağını demişdir və nəticədə də dəmir listlər krandan aşmışdır. Hadisə nəticəsində ona da maddi ziyan dəymişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı digər Cavabdeh2 məhkəməyə gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnaməni Cavabdeh1 aid iddianın təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnaməni cavabdehlərdən Cavabdeh2 mübahisələndirməmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid hissəsi apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd olunan kontekstdə izhatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan Abşeron rayon Polis İdarəsinin İştintaq şöbəsinin 12 iyun 2020ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşin materiallarında olan Cavabdeh2 Abşeron rayon Polis İdarəsinin İştintaq şöbəsində vermiş olduğu 16.05.2020-ci il tarixli izahatından görünür ki, o, təxminən 2019-cu ilin may ayından Qorxmaz adlı şəxslə birlikdə tikinti sahəsində işləyir. Qorxmazın Ceyranbatan qəsəbəsində yerləşən torpaq sahəsi var imiş. Onlar təxminən 4-5 ay əvvəl həmin torpaq sahəsində anbarın tikintisinə başlamışlar. Tikinti zamanı Qorxmaz ustalara və tikintiyə nəzarət etməyi ona tapşırmışdır. Həmin tikintidə hər gün saat 08:00-dan saat 18:00-dək işləyirlər. Gördüyü işin müqavilində Qorxmazdan aylıq təxminən 900 manat pul alır. 14 may 2020-ci il tarixdə saat 09 radələrində Qorxmaz ona mobil telefon vasitəsi ilə zəng edərək anbarın dam örtüyü üçün nəzərdə tutulmuş dəmir materialdan olan listləri yük maşını ilə göndərdiyini demişdir. O da həmin yük maşınını Ceyranbatan qəsəbəsində qarşılayıb tikinti sahəsinə aparmışdır. Yük maşınında anbarın dam örtüyünə istifadə etmək üçün 99 (doxsan doqquz) ədəd uzunluğu 9,70 metr olan listlər varmış. Həmin listləri anbarın damına qaldırmaq üçün kran lazım olmuşdur. O, Qorxmaza zəng edib kran lazım olduğunu demişdir. Qorxmaz isə ona kranı tikinti aparılan Ceyranbatan qəsəbəsinə yaxın yerdən danışmağını bildirmişdir. O, əvvəllər də onların işini görmək üçün sifariş etdiyi kran sürücüsü Fəqaniyə zəng vurmuşdur. Fəqaniyə görüləcək işi izah etmiş, həmin listləri anbarın damına qaldırmaq üçün 100 manat pul istəmişdir. O da razılaşmışdır. 14 may 2020-ci il tarixdə saat 11 radələrində Fəqani kran ilə birlikdə tikinti sahəsinə gəlmiş, orada olan fəhlələr ilə birlikdə həmin listləri Fəqanin məsləhəti ilə kranın tutacaq hissəsinə qoşmuşlar. O, Fəqaniyə demişdir ki, listləri başqa formada qoşsunlar. Fəqani isə ona demişdir ki, 30 ildir ki, bu işlə məşğul olur, belə listləri qaldırmışdır, narahat olmamağını, düz qaldırdığını bildirmişdir. Daha sonra Fəqani həmin listləri anbarın dam örtüyünə qaldırmışdır. O, Fəqaniyə listlərin damın hansı hissəsinə qoyulacağını göstərmişdir. Fəqani listləri anbarın üst hissəsinə kimi kranla qaldırmış, elə həmin an listlər kranın tutacaq hissəsi olan remendən sürüşərək yerə düşmüşdür. Bu zaman həmin listlər əzilmişdir. Bu barədə o Qorxmaza zəng edərək baş vermiş vəziyyəti ona demişdir. Qorxmazdan tikinti sahəsinə gəlməsini istəmişdir. Qorxmaz bir neçə saat sonra tikinti sahəsinə gəlmişdir. O, Qorxmaza yaxınlaşıb demişdir ki, 99 ədəd listin 60 ədədinin 2 metrilik hissəsi əzilmiş, qalan 39 ədəd list isə normal vəziyyətdədir. Həmin əzilmiş hissələr kəsilərək yenisi ilə əvəz etməyin mümkün olduğunu demişdir. Bunun müqavilində o, kran sürücüsü Fəqani ilə zərəri ödəmək üçün danışaraq razılığa gəlmişdir. Onların hesablamalarına görə listlərin əzilmiş hissələrini kəsib yenisi ilə birləşdirmək üçün təxmini 2000 manata yaxın vəsaitin lazım olduğunu müəyyən etmişlər. Kran sürücüsü Fəqani ona düşündükləri 2000 manatın 1000 manatını verəcəyini demişdir. Onlar bu barədə Qorxmaza desələr də, o buna razılaşmamışdır İşin materiallarında olan Cavabdeh1 Abşeron rayon Polis İdarəsinin İştintaq şöbəsində vermiş olduğu 17.05.2020-ci il tarixli izahatından görünür ki, o, 1984-cü ildən kran sürücüsü işləyir. Hazırda etibarnamə ilə idarə etdiyi “ATV AM Comander XT” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtokranı sürür. 14 may 2020-ci il tarixdə saat 10 radələrində əvvəllər də iş əsnasında tanıdığı Orxan ona mobil telefon vasitəsilə zəng edib demişdir ki, Ceyranbatan qəsəbəsində yerləşən anbarın dam örtüyünü örtmək üçün dəmir listləri anbarın üstünə qaldırmaq lazımdır. O da həmin işin müvabilində 100 manat alacağını demişdir. Onlar razılaşmışlar. O, idarə etdiyi avtokranla Orxanın dediyi Ceyranbatan qəsəbəsində yerləşən tikinti sahəsinə getmişdir. Tikinti sahəsində olan yük maşınında anbarın dam örtüyünə istifadə etmək üçün 99 (doxsan doqquz) ədəd uzunluğu 9,70 metr olan listlər varmış. Onlar orada olan fəhlələr ilə birlikdə həmin listləri anbarın damına qaldırmaq üçün kranın tutacaq hissəsinə remen vasitəsilə qoşmuşlar. O, avtokran vasitəsilə həmin listləri yuxarı anbarın damına qaldıraraq göstərilən yerə qoymuşdur. Anbarın damında olan adını bilmədiyi usta ona təxminən 20 sm yükü qabağa verməyi demişdir. O isə ona remenin sürüşdüyünü demişdir. Bu zaman Orxan ona heç nə olmaz deyib listləri yuxarı qaldırmağını istəmişdir. O da listləri yuxarı qaldıran zaman həmin listlər sürüşərək onun avtokranından mühərrik hissəsinə tökülmüş və avtokranın mühərrik hissəsi əzilərək yararsız hala düşmüşdür. Bu zaman həmin listlər əzilmişdir. Bu barədə Orxan Qorxmaza zəng edərək baş vermiş vəziyyəti ona demişdir. Qorxmaz bir neşə saat sonra tikinti sahəsinə gəlmişdir. Orxan Qorxmaza yaxınlaşıb 99 ədəd listin 60 ədədinin 2 metrlik hissələrinin əzildiyini, qalan 39 ədəd listlərin isə normal vəziyyətdə olduğunu, həmin əzilmiş hissələrin kəsilərək yenisi ilə əvəz etməyin mümkün olduğunu demişdir. Bundan sonra Orxan onunla zərəri ödəmək üçün danışaraq razılığa gəlmişlər. Onların hesablamalarına görə listlərin əzilmiş hissələrini kəsib yenisi ilə birləşdirmək üçün təxminən 2000 manata yaxın vəsaitin lazım olduğunu müəyyən etmişlər. O, Orxana düşündükləri 2000 manatın 1000 manatını verəcəyini demişdir. Onlar bu barədə Qorxmaza desələr də, o, bununla razılaşmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2020-ci il tarixli 6/973-9/1569 saylı ekpert rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tətqiqatın nəticələri nəzərə alaraq, ekspertiza tətqiqatlna nümunə əsasında təqdim edilmiş, 9,70 x 1,14 metr ölçülü dam örtüyü olan təzə vəziyyətdə gümüşü rəngli metal listin (profnastil) 1 ədədinin 2020-ci ilin may ayına orta bazar qiyməti təxminən 80 manat, 56 ədədi 4480 manat müəyyən edilir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 şifahi razılığa əsasən iddiaçıya məxsus tikintidə işlərin yerinə yetirilməsinə nəzarət etmiş, tapşırıqların icra edilməsi üçün məsuliyyət daşımışdır. İddiaçıya məxsus olan listlərin tikintinin damına qaldırılması üçün kran sürücüsü olan digər Cavabdeh1 işin görülməsi üçün özü çağırmış, onun işinə nəzarət etmişdir. Lakin listlər tikintinin damına yerləşdirilərkən sürüşərək yerə düşmüş, bunun nəticəsində iddiaçıya məxsus əmlaka ziyan dəymişdir. Hər iki cavabdeh Abşeron rayon Polis İdarəsinin İştintaq şöbəsində izahat verərkən bildirmişdir ki, 99 ədəd listin 60 ədədinin 2 metrlik hissələrinin əzilmiş, qalan 39 ədəd listlərin isə normal vəziyyətdə olmuşdur. Həmin əzilmiş hissələrin kəsilərək yenisi ilə əvəz etməyin mümkün olduğundan onun dəyəri olan 2000 manatının yarısını ödəyə biləcəklərini iddiaçıya bildirmişlər. Lakin iddiaçı bununla razılaşmamışdır. Nəticədə, hər iki cavabdeh gördükləri işlərin nəticəsində iddiaçıya maddi ziyan vurduqlarını qəbul etmişlər. Məhkəmə iclasında Cavabdeh1 qeyd etmişdir ki, Abşeron rayon Polis İdarəsinin İştintaq şöbəsində araşdırma aparılan zaman iddiaçıya pulun ödənilməsini təklif etmiş, lakin iddiaçı listlərini istəmişdir. Hazırda isə iddiaçıya ödəniş etməyə imkanı yoxdur və hadisə nəticəsində idarə etdiyi krana da ziyan dəymişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, işin faktiki hallarından eləcə də apellyasiya şikayətinin məzmunundan Cavabdeh1 tərəfindən iddiaçıya maddi ziyan dəyməsi öz təsdiqini tapmışdır. Bundan başqa Cavabdeh1 iddiaçının təhlükəsizlik qaydalarını pozmasını bildirsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin, ona məxsus krana da maddi ziyan dəyməsini qeyd etsə də həmin halın mövcud olması belə iddiaçıya dəymiş ziyanın ödənilməsinin qarşısını almır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin Cavabdeh1 aid hissədə ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9940/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9940/2021
27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver