Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-995/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Hümbət qızı və Cavabdehnin iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-476/2020 saylı, 24 sentyabr 2020ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Hümbət qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumu əvəzi alınaraq ona ödənilməsi və cavabdehin yaşadığı mənzilin kanalizasiya sistemini düzəltməklə evinə suyun axıdılmasına son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-476/2020 saylı, 24 sentyabr 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 640 manat tutularaq İddiaçı Hümbət qızına ödənilməsi; Cavabdeh yaşadığı mənzilin kanalizasiya sistemini düzəltməklə iddiaçının evinə suyun axıdılmasına son qoyması; məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat pulun iddiaçıya, 20 manat pulun cavabdehə aid edilməsi; həmin məbləğin 20 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; aparılmış tədqiqatın dəyəri olan 100 manat pulun cavabdehə aid edilməsi və həmin məbləğin ondan tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia edir ki, evinin hamamı onun otağına bitişikdir. Birincisi, orada yerləşən evlər çox köhnə evlərdir və palçığ evlərdir. İkincisi o, həmin sözü gedən evdə 3 (üç) ildir ki, yaşamır. Halbuki, iddiaçı bu il məhkəməyə müraciət etmişdir. Ekspertiza təyin edildi və ekspert yalnız hamının bildiyi və gördüyü vəziyyəti kağıza köçürərək məhkəməyə göndərmişdir. Bunun üçün isə xüsusi biliyə malik olmağa ehtiyac yoxdur. Halbuki, ekspert doğurdan da, iddiaçının evinə sızan suyun onun tərəfindən və yaxud onun mənzilindən axıb-axmamasını müəyyən etməli idi. Məhkəmə qərar qəbul etdikdən sonra onlar iddiaçı ilə məhkəmə zalından çıxdıqdan sonra ondan heçnə tələb etmədiyini bildirdi və onlara usta gətirərək evinin unitazını sökdürüb yoxlatdırdı ki, müəyyən etsin su onlardan axır ya yox. Lakin yenədə, bir şey aşkarlaya bilmədi. Bu səfər öz növbəsində isə, onların yəqin gizli xətti var deməyə başladı. İddiaçı açıq aşkar ona şər böhtan atır və buda Cinayət Məcəlləsinə əsasən məsuliyyət yaradır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, evinin açarını iddiaçıya istənilən vaxt təqdim edə bilər ki, iddiaçı onun evini tam yoxlatdırsın. Əgər evindən iddiaçının evinə su axıdılırsa tam məsuliyyət daşımağa hazırdır. Əmindir ki, onun evindən iddiaçının evinə su axmır. Çünki, həmin evdə üç ildən artıqdır ki, heç kimi yaşamır. Bunu, "xxxx" ASC-nin əməkdaşları da yoxladılar. Ancaq iddiaçı yenə də əsassız israr edir ki, su onun evindən gəlir. Bu isə doğru deyildir.Ona görə də şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı Hümbət qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, suyun axmasının cavabdehin evindən olub-olmamasını yoxlamaq üçün usta çağırıb cavabdehin evinə baxdıra bilər. Amma qorxur ki, cavabdeh sonradan evinin dağıdılmasına görə ona şər atar. Ancaq əmindir ki, su cavabdehin evindən sızaraq onun evinə zərər vurur. Ona görə də şikayətin rədd edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 1096.1, 1097.1, 1108.1 maddələrinə, MPM-in isə 14.2.və 77.1-ci maddələrinə istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə tikinti-texniki ekspertizanın 10/334 saylı, 29 iyun 2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı Hümbət qızına məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə su sızması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görüləcək təmir-tikinti işlərinə dair smeta hazırlanmış və dəymiş maddi ziyanın məbləği 640 manat müəyyən edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X.İsmayılov küçəsi, massiv 5 ünvanında yerləşən 128 saylı və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi 2 saylı yaşayış evləri yer səviyyəsinin üzərində inşa olunduğundan, baxış keçirilən zamanı 2 saylı sanitariya qovşağında quraşdırılmış su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq (rütubət, sızma, sıradan çıxma və s.) müşahidə olmadığından və 2 saylı yaşayış evinin sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, İddiaçı Hümbət Qızına məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X.İsmayılov küçəsi, massiv 5 ünvanında yerləşən 128 saylı evə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C,Qəhrəmanov küçəsi 2 saylı evdən suyun axıb-axmadığını dəqiqliklə müəyyən etmək mümkün olmadı. Cavabdeh təqdim etdiyi apellyasiya şikayətində, eləcə də məhkəmə iclasında verdiyi izahatında suyun onun evindən axıdılmamasında təkid etdiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə tikinti texniki ekspertizasının 10/840 saylı, 27 avqust 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X.İsmayılov küçəsi, massiv 5 ünvanında yerləşən 128 saylı evə divarının künc hissəsində suvaq qatının tökülməsi, divar kağızının qopması, ləkələrinin olması, döşəmənin çürüməsi müşahidə olunmuşdur. Lakin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X.İsmayılov küçəsi, massiv 5 ünvanında yerləşən 128 saylı və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi 2 saylı yaşayış evləri yer səviyyəsinin üzərində inşa olunduğundan, baxış keçirilən zamanı 2 saylı sanitariya qovşağı söküldüyündən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X.İsmayılov küçəsi, massiv 5 ünvanında yerləşən 128 saylı evə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi 2 saylı evdən suyun axmasının texniki səbəbini müəyyən etmək mümkün olmadı. İddiaçı Hümbət Qızına məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X.İsmayılov küçəsi, massiv 5 ünvanında yerləşən 128 saylı evə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C,Qəhrəmanov küçəsi 2 saylı evdən suyun axıb-axmadığını dəqiqliklə müəyyən etmək mümkün olmadı. Eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X.İsmayılov küçəsi, massiv 5 ünvanında yerləşən 128 saylı evin qüsur olan otağın arxasında iddiaçıya məxsus otaq olduğunu və bir tərəfdən dalan ilə əhatə olunduğunu nəzərə alaraq digər evlərdən su sızması texniki cəhətdən mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən, 10/334 saylı, 29 iyun 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyini əsas götürmüşdür. Qeyd olunan rəy tam olmasa da əsassız da olmamışdır. Çünki, rəydə cavabdehin evinin sanitariya qovşağında quraşdırılmış su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq (rütubət, sızma, sıradan çıxma və s.) müşahidə olmadığından və 2 saylı yaşayış evinin sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, İddiaçı Hümbət Qızına məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X.İsmayılov küçəsi, massiv 5 ünvanında yerləşən 128 saylı evə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C,Qəhrəmanov küçəsi 2 saylı evdən suyun axıb-axmadığını dəqiqliklə müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Demək, bu rəylə də su sızmanın cavabdehin evindən axıdılması müəyyən olunmamış, ancaq məhkəmə nədənsə cavabdehi bu hüquq pozuntusunu törətməkdə təqsirli bilmişdir. İkincisi, qeyd olunan ekspert rəyi ilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 640 manat müəyyən edilmişdir. Ancaq, axıntının cavabdehin evində qeydə alındığı müəyyən edilməmiş, yəni konkret olaraq cavabdehin iddiaçıya maddi ziyan vurmasının təsdiq edilmədiyini birinci instansiya məhkəməsi nəzərə almayaraq ətraflı araşdırma aparmamışdır. Əksinə, apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/840 saylı, 27 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X.İsmayılov küçəsi, massiv 5 ünvanında yerləşən 128 saylı evə divarının künc hissəsində suvaq qatının tökülməsi, divar kağızının qopması, ləkələrinin olması, döşəmənin çürüməsi müşahidə olunmuşdur. Lakin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X.İsmayılov küçəsi, massiv 5 ünvanında yerləşən 128 saylı və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi 2 saylı yaşayış evləri yer səviyyəsinin üzərində inşa olunduğundan, baxış keçirilən zamanı 2 saylı sanitariya qovşağı söküldüyündən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X.İsmayılov küçəsi, massiv 5 ünvanında yerləşən 128 saylı evə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi 2 saylı evdən suyun axmasının texniki səbəbini müəyyən etmək mümkün olmadı. İddiaçı Hümbət Qızına məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X.İsmayılov küçəsi, massiv 5 ünvanında yerləşən 128 saylı evə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C,Qəhrəmanov küçəsi 2 saylı evdən suyun axıb-axmadığını dəqiqliklə müəyyən etmək mümkün olmadı. Eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X.İsmayılov küçəsi, massiv 5 ünvanında yerləşən 128 saylı evin qüsur olan otağın arxasında iddiaçıya məxsus otaq olduğunu və bir tərəfdən dalan ilə əhatə olunduğunu nəzərə alaraq digər evlərdən su sızması texniki cəhətdən mümkün deyildir. Ekspert rəyləri məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyləri məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyləri ilə razılaşmaya bilər. Lakin iş üzrə keçirilmiş həm ilk, həm də əlavə məhkəmə mühəndis texniki ekspertizasının rəyləri ilə zərərin cavabdeh tərəfindən vurulmasının təsdiq olunmadığı hissəsində məhkəmənin razılaşmaması üçün əsaslar yoxdur. Buna görə də, həmin rəylər mötəbər sübut kimi qəbul edilməlidir. Bundan əlavə, cavabdehin məhkəməyə ünvanladığı məktublardan da görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən mübahisəli ünvana baxış keçirilmiş və qonşunun su xəttində heç bir axıntı aşkar edilmədiyi təsdiq edilmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 476/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-476/2020 saylı, 24 sentyabr 2020ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri- 200 (yüz) manat İddiaçı Hümbət qızından alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün, ödədikləri dövlət rüsumları isə tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-995/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-995/2021
22.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver