Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-996/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk İddiaçı, Qarşılıqlı iddiaçı Cavabdeh Nüyvər oğlunun, onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Nüyvər oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh Nüyvər oğlunun cavabdeh İddiaçı qarşı torpaq sahəsinin boşaldılması və hasarın ilkin vəziyyətə qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-118/2020 saylı qətnaməsindən Cavabdeh Nüyvər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Nüyvər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsində çəkilmiş hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia belə əsaslandırılmışdır ki, İddiaçı 2018-ci ilin sentyabr ayında evinin ikinci mərtəbəsinə qalxmaq üçün pilləkən qoymaq məqsədi ilə həyətində olan tikilini (sanitar qovşağı) sökəndə görmüşdür ki, həyət qonşusu Cavabdeh ona məxsus torpaq sahəsinə girərək həmin sahəni hasarlamışdır. Cavabdeh onun xəbəri olmadan evinin sərhədindən 3 metrə yaxın sahəni qanunsuz olaraq zəbt etmişdir. O həmin hasarın sökülməsini cavabdehdən tələb etdikdə, cavabdeh ona evi alarkən həmin sahəyə görə evi satana 100 manat əlavə pul verdiyini bildirmişdir. Cavabdehin qanunsuz hərəkətlərinə görə o, evinin ikinci mərtəbəsinə qalxmaq üçün pilləkən qoya bilmir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyətindən istifadə hüququ pozulmuşdur. Cavabdehdən ona məxsus sahənin bir hissəsini ona qaytarmağı tələb etsə də, cavabdeh israrla qaytarmayacağını bildirmişdir. Cavabdehin zəbt etdiyi sahəyə dair heç bir sənədi yoxdur. Cavabdeh Nüyvər oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qanunsuz zəbt etdiyi 1 metr 60 santimetr (1,60x2,80) hissədə ona məxsus həyətdən çıxarılması, cavabdeh tərəfindən ona vurulmuş ziyanın tam ödənilməsi, zədələyib yararsız hala gətirdiyi hasarı tam olaraq bərpa edib, əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Cavabdeh Nüyvər oğlu 2003-cü ildən Binəqədi qəsəbəsi mədən 1 korpus 29 ev 205 A ünvanında yaşayır. Ondan 3-4 il sonra qonşuluğuna köçən İddiaçı ondan həyətinin bir hissəsini ona verməyini israrla xahiş etmiş, lakin o razı olmamışdır. 2009-cu ildən o, öz evindən köçmüş və orada yaşamamışdır. Evi isə kirayəyə vermişdir. xx xxxxxxxx 2018-ci il tarixdə öz evinə gələndə İddiaçı həyətin ona verilməsini tələb etmiş, əks halda həmin sahəni başqa yolla alacağını bildirmişdir. Cavabdeh onun həyətinə qanunsuz daxil olaraq həyətinin 1 metr 60 sm hissəsini özbaşına zəbt etmiş və öz hasarını tikərək həyətini genişləndirmişdir. İddiaçı yaşadığı evin ünvanı da yoxdur. Onun evinin isə 2004-cü ildən ünvanı var və o, həmin ünvanda qeydiyyatdadır. İddiaçı yaşadığı ev özbaşına tikili olmaqla daşınmaz xxxxın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-118/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh Nüyvər oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, Binəqədi qəsəbəsi mədən 1 korpus 29 ev 205 A ünvanında yerləşən fərdi yaşayış evi 2004-cü ildən Cavabdeh qanuni sahiblik və istifadəsində olduğu halda, məhkəmə sahiblik hüququnu qadağan edilmiş özbaşınalıqdan qorumamışdır. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilk iddiaçı isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)- 118/2020 saylı qətnaməsi Cavabdeh Nüyvər oğlunun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlardan görünür ki, ünvan 1 Q ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı qanuni istifadə və sahibliyindədir. İddiaçı hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır və orada pasport qeydiyyatındadır. Onun həmin evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Bu evlə bağlı mövcud olan yeganə sənəd ev kitabıdır. Eyni zamanda, Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən həmin fərdi yaşayış evinin qiymətləndirilməsi həyata keçirilmiş (müəyyən edilmiş qiymət 48500 manat) və bu barədə qiymətləndirmə rəyi tərtib edilmişdir. Rəydə fərdi yaşayış evinin sxemi də çəkilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh Nüyvər oğlunun istifadə və sahibliyindədir və o həmin evdə pasport qeydiyyatındadır. Onun həmin evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Bu evlə bağlı mövcud olan yeganə sənəd ev kitabıdır. İddiaçı və Cavabdeh Nüyvər oğluna məxsus olan fərdi yaşayış evləri qonşuluqda yerləşir və bir tərəfdən sərhəd bölürlər. Bu evlər arasında yerləşən hasarla bağlı tərəflər arasında mübahisə yaranmışdır. Nəticədə İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və hazırda həmin hasarın ona məxsus sahədə yerləşdiyini, nəticədə sahəsinin zəbt edildiyini iddia edərək, hasarın sökülməsini tələb edir. Cavabdeh Nüyvər oğlu da qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, həmin hasarın qanunsuz olaraq onun həyətinə tərəf qabağa çəkildiyini və nəticədə ona məxsus 1,60 metr sahənin İddiaçı tərəfindən zəbt edildiyini iddia edir və həmin sahənin ona qaytarılmasını, vurulmuş ziyanın ödənilməsini və hasarın bərpa edilməsini tələb edir. Məhkəmə iclasında iştirakı Cavabdeh Nüyvər oğlu tərəfindən təmin edilmiş şahidlər hasarın Cavabdeh Nüyvər oğlunun həyətinə tərəf qabağa çəkildiyini bildirirlər. Tərəflərin iştirakı ilə mübahisəli sahədə yerində müayinə keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, tikililərə giriş qapısı ilə üzbəüz durduqda solda İddiaçı, sağda Cavabdeh Nüyvər oğlunun istifadə və sahibliyində olan sahə və tikili yerləşir. Hər iki tərəfin tikilisi hasarlanmışdır və hər tərəfin hasar daxilində həyətyanı sahəsi mövcuddur. Hər iki sahə müstəqil girişə malikdir və həyətyanı sahələri birini digərindən hasar ayırır. İddiaçı tikilisi müəyyən uzunluqda hasardan Cavabdeh Nüyvər oğlunun sahəsinə kimi uzanmışdır. Cavabdeh Nüyvər oğlunun həyətə giriş qapısından solda hasar yerləşir. Hasarın arxa tərəfində İddiaçı istifadəsində və sahibliyində olan sahə və tikili yerləşir. İddiaçı tikilisi iki mərtəbəlidir. İkinci mərtəbəyə giriş mövcud deyil. İddiaçı ikinci mərtəbəyə daxil olmaq üçün pilləkən quraşdırmaq istəyir. Lakin ona məxsus sahənin Cavabdeh Nüyvər oğlu tərəfindən zəbt edilməsi və hasarlanması səbəbindən bunu edə bilmədiyini vurğulayır. Cavabdeh Nüyvər oğlu da onun sahəsinin daha geniş olduğunu, lakin hasarın İddiaçı tərəfindən qabağa çəkildiyini və nəticədə sahəsinin bir hissəsinin zəbt edildiyini bildirir. Mülki iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 27195 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1-də 26 saylı korpusda yerləşən İddiaçı istifadə və sahibliyində olan 254 Q saylı evinin birinci mərtəbəsində olan otaqların faktiki ölçüləri Azərbaycan Respublikası bələdiyyələrinin fiziki və ya hüquqi şəxslərin sifarişi əsasında tərtib edilmiş sxemə uyğun olduğu müəyyən edilmişdir. Lakin ikinci mərtəbəyə qalxmağı üçün pilləkən olmadığından, ikinci mərtəbədə yerləşən otaqlarını ölçülərini plan sxemdə göstərilənlərə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan evə dair verilmiş həmin plan-sxemə əsasən İddiaçıin istifadə və sahibliyində olan torpaq sahəsinin 1,6x2,8m hissəsi Cavabdeh istifadəsindədir və həmin hasar Rail Məmmədovun istifadəsində olan sahəyə doğru 1,6 metr çəkilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 27195 nömrəli ekspert rəyi də mötəbər sübut kimi qəbul edilməmiş, çünki rəydə cavablandırılan suallar “xxxx” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyində əks olunmuş sxem əsas götürülməklə cavablandırılmışdır. Halbuki, bu sənəd hüquq müəyyənedici sənəd deyil və ekspert tədqiqatı bu sənədə əsaslanaraq aparıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz xxxx özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-118/2020 saylı qətnaməsindən yalnız Cavabdeh Nüyvər oğlu tərəfindən apellyasiya şikayəti verildiyinə görə apellyasiya instansiyası məhkəməsi yalnız Cavabdeh apellyasiya şikayəti üzrə qətnamənin qanuniliyini və əsaslılığını yoxlamışdır. İşin faktiki hallarından göründüyü kimi, ünvan 3 A ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh Nüyvər oğlunun mülkiyyətində deyil. Bu xxxx onun istifadə və sahibliyində olsa da, həmin xxxxa dair hər hansı hüquq müəyyənedici sənəd mövcud deyil. Həmin fərdi yaşayış evinin tikilməsi, habelə onun yerləşdiyi torpaq sahəsinin hasarlanması üçün səlahiyyətli dövlət orqanlarından hər hansı icazə alınmamışdır. Mövcud olan ev kitabı evin mülkiyyətdə olmasını təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli məktubunda hər iki tərəfin tikililərinin yerləşdiyi torpaq sahələrinin zəbt edildiyi bildirilmişdir. Bundan əlavə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Hazırkı halda isə Cavabdeh Nüyvər oğlu bu iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddianı rədd etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Nüyvər oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-118/2020 saylı qətnaməsi Cavabdeh Nüyvər oğlunun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-996/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-996/2021
26.01.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver