Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9992/2020 25.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Şirinov Ziya Allahverdi oğlu, Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC, Cavabdeh 14.908,24 ABŞ dolları əsas, 3.352,66 ABŞ dolları faiz, 8.673,35 ABŞ dolları cərimə borcu və 2.136,85 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, tələbin cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş “İnfiniti FX35” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına borcun İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh 14.908,24 ABŞ dolları əsas, 3.130,98 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə və 2.136,85 ABŞ dolları (illik 5%) kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış kredit borcu olmaqla, ümumilikdə 20.476,07 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin ona məxsus olan ipoteka ilə yüklü edilmiş “İnfiniti FX35” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manatın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşdə olan məhkəmə qəbzindən (səh.85) görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə imza edilməklə rəsmi qaydada alınmışdır. Buna baxmayaraq, cavabdeh apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə rayon məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi, apelyasiya şikayətinin qanunla müəyyən edilmiş bir aylıq müddət ötürüldükdən sonra verməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə təqdim olunmamışdır. Odur ki, apelyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apelyasiya mümkün sayıla bilməz. Ona görə də, həmin apelyasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 363.1.3-cü maddəsinə əsasən isə, apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9992/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9992/2020
25.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver