Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9993/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(008)-477/2021 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 28.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 7417,8 ABŞ dolları əsas borc, 5830,95 ABŞ dolları faiz borcu, 2850,8 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 28.04.2017-ci il tarixdən 14.05.2020- ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1144,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 17 243,65 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 28.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27 faizlə 24 ay müddətinə 10 000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 28.04.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 14.05.2020-ci il tarixədək Cavabdeh1 banka kredit müqaviləsi üzrə 7417,8 ABŞ dolları əsas borc, 5830,95 ABŞ dolları faiz borcu, 2850,8 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 28.04.2017-ci il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1144,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 17 243,65 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(008)-477/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 7417,8 ABŞ dolları əsas borc, 3823,17 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 28.04.2017-ci il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1144,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 12 585,17 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) borc və 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə və Cavabdeh2 qarşı rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat Cavabdeh1 tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-477/2021 saylı iş üzrə 01.06.2021-ci il tarixli qətnaməsininin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə iddia tələbinin zamin Cavabdeh2 tulmasına dair hissəsini rədd edərkən, qətnamədə göstərir ki, “...iddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh1, həm də zamin Cavabdeh2 birgə tələb edir. Yuxarıda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar." Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddələrini düzgün tövsif etməyərək, qətnamədə səhv nəticəyə gəlmişdir. Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında l-MZ-2- 0-186-15 saylı 28 aprel 2015-ci il tarixli “Bank hesab, kredit və zaminlik" müqaviləsi bağlanmışdır. Həmin Müqavilə ilə Zaminin Bank qarşısında olan hüquq və vəzifələri, həmçinin də zaminlik üzrə münasibətlərə xitam verilməsi halları aşağıdakı kimi müəyyən edilmişdir: Bu müqavilənin 2.3.8-ci bəndinə əsasən: - zamin Bank qarşısında Borcalanın kredit üzrə öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir; müqavilənin 2.3.9-cu bəndinə əsasən: - Borcalan tərəfindən borc öhdəliyinin bu Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətləri və qaydası pozulduqda, Zamin əlavə olaraq ilk, bu Müqavilənin 1.2.14cü bəndində göstərilən məbləğdə və qaydada dəbbə pulu ödəyir; Eyni zamanda həmin Müqavilənin 11.3-cü bəndinə əsasən: - Zaminlik üzrə münasibətlər aşağıdakı hallarda xitam olunur: a) tərəflərin qarşılıqlı razılığı ilə; b) zaminliklə təmin olunmuş öhdəlik üzrə borcun digər şəxsə yönəldilməsi zamanı Zamin eyni borcalan üçün cavabdeh olacağı barədə Banka razılıq vermədikdə; c) Zaminin məsuliyyətini ağırlaşdıran və ya onun üçün qeyri-qənaətbəxş olan şərtləri bu müqaviləyə əlavə edildikdə. Bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi kredit məbləği, faizlər və digər ödənişlər Banka tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Belə olan halda, müqavilə ilə nəzərdə tutulan halların zaminə münasibətdə mövcud olmamasına baxmayaraq, həmçinin l-MZ-2-0-186-15 saylı 28 aprel 2015-ci-ci il tarixli "Bank hesab, kredit və zaminlik” müqaviləsində qeyd edilən şərtlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əksinə birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, hər vəhclə iddianı zaminə münasibətdə təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyatı olmayan normalarını uyğunlaşdıraraq qətnamədə tətbiq etmişdir. Bu səbəbdən, məhkəmə MM-in müxtəlif maddələrinə istinad edərək, zaminə münasibətdə iddia tələbinin əsassız olduğunu qeyd edərək və formal mülahizələrlə həmin hissədə iddianı rədd etməklə AR MM-nin normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Həmçinin, qətnamədən göründüyü kimi, məhkəmə cavabdehin faiz və cərimə borcunun məbləğini müəyyən edərkən, iş materiallarındakı ekspert rəyinə istinad edərək hesab etmişdir ki, X3 İddiaçı ASC-yə olan əsas borcun məbləği 7417,80 ABŞ dolları, faiz borcunun məbləği isə 323,17 ABŞ dolları təşkil edir. Halbuki, məhkəmə qətnamədə qeyd edir ki, Cavabdeh1 4.05.2020ci il tarixədək ekspert rəyi ilə əsas borcun məbləği 7598,23 ABŞ dolları, faiz borcunun məbləği isə 3823.17 ABŞ dolları olmaqla, cəmi 1 1.421.40 ABŞ dolları məbləğində borcu vardır. Eyni zamanda məhkəmə qətnamədə qeyd edir ki, “Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq iddia tələbinin əsas borcun və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın tutulması hissələrində iddia ərizəsində göstərilən məbləğdə, yəni 7417,80 ABŞ dolları məbləğində və 144,10 ABŞ dolları məbləğində, faiz borcun tutulması hissəsində isə ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğdə, yəni 3823,17 ABŞ dolları məbləğində Cavabdeh1 tutulmasını əsaslı hesab edir.” Qeyd edirlər ki, iddiaçı tərəfindən Sabunçu rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət olunaraq 14.05.2020-ci il tarixədək hesablanmış borc məbləği tələb olunmuşdu. Məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilərək ekspert qarşısında 14.05.2020-ci il tarixinə olan borcun müəyyən edilməsi sualı qovulmuşdur. Eyni zamanda kredit müqaviləsi üzrə iddia ərizəsində 5830,95 ABŞ dolları məbləğində faiz borcu tələb olunmuşdu. Lakin iddia ərizəsində tələb olunan faiz borcunun 5830,95 ABŞ dolları məbləğində olmasına baxmayaraq birinci instansiya məhkəməsi iddia ərizəsində olan faiz məbləğini yox, ekspert rəyi ilə 14.05.2020-ci il tarixədək müəyyən edilmiş faiz borcunu təmin etmişdir. Bildirmək istəyirik ki, ekspert rəyi ilə, həmçinin ekspert rəyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin faiz borcunun məbləğləri düzgün müəyyən edilməmişdir. Cavabdeh "xxxx" İKB ASC-dən 10.000 ABŞ dolları kredit almış və bu vaxtadək həmin kredit üzrə faiz borcundan cəmi 1499,06 ABŞ dolları məbləğində ödəniş aparmışdır, Qeyd olunanlara əsasən, cavabdehin faiz borcunun məbləği isə onun bankdan götürdüyü 10.000 ABŞ dollarına münasibətdə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, cavabdehin faiz borcunun məbləği onun bankdan götürdüyü 10.000 ABŞ dollarına münasibətdə müəyyən edilməli idi. Lakin ekspert rəyi ilə cavabdehin faiz borcunun məbləğinin 3823.17 ABŞ dolları kimi müəyyən edilməsi isə anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın .aparılmamasının nəticəsi olaraq səhvdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" İKB ASC ilə (hazırkı adı İddiaçı ASC) Cavabdeh1 və Cavabdeh2 arasında 28.04.2015-ci il tarixli 1-MZ-2-0-186-15 №-li kredit və zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 bankdan illik 27 faizlə 24 ay müddətinə 10 000 manat kredit götürmüş, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmişdir. Həmin Müqaviləyə əsasən kredit mənbəyi, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borcalanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımı qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla zamin borcalan ilə eyni həcmdə Bank qarşısında birgə cavabdehdir. İş materiallarında olan 28.04.2015-ci il tarixli məxaric qəbzindən görünür ki, Bank tərəfindən Cavabdeh1 10000 ABŞ dolları məbləğində pul verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 14.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış əsas borcu 7417,8 ABŞ dolları, faiz borcu 5830,95 ABŞ dolları, cərimə borcu 2850,8 ABŞ dolları, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 1144,1 ABŞ dolları təşkil edir. Hazırda iddiaçı cavabdehlərdən 17 243,65 ABŞ dolları məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış 14.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank tərəfindən cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişlər. Sabunçu rayon məhkəməsinin 29.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08.04.2021-ci il tarixli 9/5987 №-li rəyinə əsasən 28.04.2015-ci il tarixli 1-MZ-2-0-186-15 №-li kredit müqaviləsi üzrə Cavabdeh1 14.05.2020-ci il tarixə kredit borcu aşağıdakı kimi müəyyən edilmişdir: Əsas borc üzrə - 7598,23 ABŞ dolları Faiz borcu üzrə – 3823,17 ABŞ dolları Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh1, həm də zamin Cavabdeh2 birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, hazırki kredit müqaviləsinin müddəti 2017ci ildə bitdiyindən, iddia isə məhkəməyə 30.07.2020-ci il tarixdə verildiyindən, məhkəmə kollegiyası hesab edir ki, zaminə qarşı iddia rədd edilməlidir. Belə ki, həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı 05.12.2016-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 30.04.2019-cu il tarixli qərardadı ilə tərəfəlrin məhkəməyə gəlməməsi səbəbindən ərizə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan şikayət verilməmiş və 30.07.2020-ci il tarixdə yeni iddia ərizəsi verilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, zaminə qarşı xitam verilmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, Cavabdeh1 iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08.04.2021-ci il tarixli 9/5987 №-li rəyinə əsasən 28.04.2015-ci il tarixli 1-MZ-2-0-186-15 №-li kredit müqaviləsi üzrə Cavabdeh1 14.05.2020-ci il tarixə kredit borcu - əsas borc üzrə - 7598,23 ABŞ dolları, faiz borcu üzrə – 3823,17 ABŞ dolları müəyyən edilmişdir: Məhkəmə kollegiyası işin araşdırılan hallarını nəzərə alaraq iddia tələbinin əsas borcun və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın tutulması hissələrində iddia ərizəsində göstərilən məbləğdə, yəni 7417,8 ABŞ dolları məbləğində və 1144,1 ABŞ dolları məbləğində, faiz borcun tutulması hissəsində isə ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğdə, yəni 3823,17 ABŞ dolları məbləğində Cavabdeh1 tutulmasını əsaslı hesab edir. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə kollegiyası gecikdirilmiş məbləğə görə hesablanmış cərimənin yüksək olmasını nəzərə alaraq cavabdehdən iddiaçı tərəfindən hesablanmış 2850,8 ABŞ dolları cərimə məbləğinin 200 ABŞ dolları məbləğində tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 7417,8 ABŞ dolları əsas borc, 3823,17 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 28.04.2017-ci il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1144,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 12 585,17 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) borc və 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə və Cavabdeh2 qarşı rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, həmin şikayət iddia ərizəsi ilə oxşar məzmunda olmaqla qeyd edilən dəlillərə yuxarıda qiymət verilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(008)-477/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-9993/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9993/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver