Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1002/2024 03.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 (qardaşı) iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(125)-47/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 29 iyun 2021-ci il tarixli 2021/00270-EGN nömrəli istehlak kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 36 ay müddətində illik 36 faiz olmaqla 11000 manat kredit verilmişdir.
2. 29 iyun 2021-ci il tarixli 2021/00270-EGN nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 8 nömrəli fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04 iyul 2021-ci il qeydiyyat nömrəli, ********** qeydiyyat tarixli çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 8 nömrəli fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. "xxxx" MMC-nin 27 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 1-ci dalan 8 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 41000 manat təşkil etmişdir.
5. "xxxx" MMC-nin 26 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 1-ci dalan 8 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 40500 manat, likvid dəyəri isə 32400 manat təşkil etmişdir.
6. "xxxx" MMC-nin 15 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 1-ci dalan, 8 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 42000 manat, likvid dəyəri isə 34000 manat təşkil etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 9/3751 nömrəli rəyindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2021-ci il tariхli, 2021/00270-EGN nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 18 aprel 2023-cü il tarixə 8787,10 manat əsas, 4129,32 manat faiz olmaqla, cəmi 12916,42 manat borc müəyyən olunmuşdur.
a).İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 29 iyun 2021-ci il tariхli, 2021/00270-EGN nömrəli kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh1 9127,10 manat əsas, 2089,38 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1309 manat dəbbə, cəmi 12525,48 manat borc və ödənilmiş 127,58 manat dövlət rüsumunun tutulması; Tələbin Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 1-ci dalan ünvanında 0,0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52,9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 30000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 9127,10 manat əsas, 2089,38 manat faiz, ödənişlərin gecikdirilməsinə görə 1309 manat dəbbə olmaqla, cəmi 12525,48 manat borcun və ödənilmiş 127,58 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-yə ödənilməsi; İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2021-ci il tarixli 2021/00270-EGN nömrəli istehlak kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətində illik 36 faiz olmaqla 11000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 8 nömrəli fərdi yaşayış evini İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və əmlakın likvid dəyəri tərəflərin razılığı ilə 30000 manat müəyyən edilmişdir. Eləcədə ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır. Cavabdeh1 kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən 29 avqust 2022-ci il tarixə 9127,10 manat əsas, 2089,38 manat faiz, ödənişlərin gecikdirilməsinə görə 1309 manat dəbbə olmaqla, cəmi 12525,48 manat borc yaranmışdır.
10. İddiaçı BOKT ASC iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh1 8787,10 manat əsas, 4130,76 manat faiz, ödənişlərin gecikdirilməsinə görə 3553 manat dəbbə, cəmi 16470,86 manat borc və ödənilmiş 127,58 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 8 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 30000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 8787,10 manat əsas, 4130,76 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3553 manat dəbbə, cəmi 16470,86 manat borcun və ödənilmiş 127,58 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Gəncə Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(125)-47/2024 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29 iyun 2021-ci il tariхli, 2021/00270-EGN nömrəli krеdit müqaviləsi üzrə 8787,10 manat məbləğində kredit borcu, 1998,09 manat məbləğində faiz borcu, 50 manat dəbbə pulunun, cəmi 10835,19 manat pul, 109,98 manat dövlət rüsumu alınıb İddiaçı BOKT ASC-nin hesabına və 100 (bir yüz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilməsi; İpoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa əsasən 04 iyul 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, reyestr nömrəsi **********82-10301, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 1-ci dalan ünvanında mükiyyətində olan 0,0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52,9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılması; Həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına 29 iyun 2021-ci il tariхli, 2021/00270-EGN nömrəli krеdit müqaviləsi üzrə cəmi 10835,19 manat borc, 109,98 manat dövlət rüsumu alınıb İddiaçı BOKT ASC-nin hesabına və 100 (bir yüz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilməsi; Əmlakın qiymətləndirilməsi üçün sərf edilmiş 300 manat qiymətləndirmə haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülmasi; İpoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən 04 iyul 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, reyestr nömrəsi **********82-10301, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 1-ci dalan ünvanında mükiyyətində olan 0,0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52,9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti likvid dəyəri ilə 34000 manat müəyyənləşdirilməsi; Gəncə şəhəri Nizami rayonu, Nəriman Nərimanov prospekti 1-ci dalan ünvanında nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evdən istifadə hüququ itirilməsi, onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, əmlak boşaldılması və açıq hərrac vasitəsilə satıldıqdan sonra alıcıya təhvil verilməsi; İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 308.1, 385.1, 386.1, 442, 445.1, 462, 467, 739.1, 739.2, maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 34, 39, 59 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 117, 213, 216-220, 233, 360 maddələrinə istinad etmişdir.
13. Gəncə Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(125)-47/2024 nömrəli qərardadı ilə həmin məhkəmənin 09 yanvar 2024-cü il tarixli 2(125)- 47/2024 nömrəli qətnaməsinin nəticə hissəsində yazılmış “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada” sözlərinin “cavabdehl Cavabdeh1” sözləri kimi oxunmasına dair yanlışlığın düzəldilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə ödənişlər nəzərə alınmalı və ipoyeka predmetinin dəyərinin müəyyən olunması üçün ekspertiza təyin edilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ipoteka predmetinin qiyməti ilə razı deyil. Nümayəndə2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
20. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
21. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
22. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
23. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
29. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 449. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
32. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
33. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
34. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər.
36. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
37. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
“İpoteka haqqında” Qanun
38. Maddə 11. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
39. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
40. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
41. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
42. Maddə 37. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.
43. Maddə 41. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.Hərrac açıq auksion formasında keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
49. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş olunsada, lakin şikayətin məzmunundan müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi borcun düzgün hesablanmaması və ipoteka predmetinin likvid satış qiymətinin müəyyən üdilməsi hissələrdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissələrdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
53. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında 29 iyun 2021-ci il tarixli 2021/00270-EGN nömrəli istehlak kredit müqaviləsi bağlanmış və sonuncuya 36 ay müddətində illik 36 faiz olmaqla 11000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 8 nömrəli fərdi yaşayış evini İddiaçı BOKT ASC-nin xeyrinə yüklü etmiş və bu barədə tərəflər arasında 29 iyun 2021-ci il tarixli 2021/00270-EGN nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsədə, lakin borcalan Cavabdeh1 götürmüş olduğu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görədə kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.
54. Yuxarıda da qeyd olunduğu kimi qətnamə borcun düzgün hesablanmaması və ipoteka predmetinin likvid satış dəyərinin müəyyən olunması hissələrdə mübahisələndirilmişdir. Qətnamə mübahisələndirilən hissələrdə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən hissələrdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil.
55. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı borcun düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün məhkəmə-mühasibatlıq, ipoteka ilə yüklü edilmiş əmlakın qiymətləndiriməsi barədə isə məhkəməəmtəəşunaslıq ekspertizaları təyin edilmişdir. "xxxx" MMC-nin 27 fevral 2023-cü il tarixli rəyi ilə Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 1-ci dalan ünvanında mükiyyətində olan 0,0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52,9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin qiyməti 41000 manat, "xxxx" MMC-nin 26 aprel 2023-cü il tarixli rəyi ilə bazar dəyəri 40500 manat, likvid dəyəri 32400 manat, "xxxx" MMC-nin 15 noyabr 2023-cü il tarixli rəyi ilə bazar dəyəri 42000 manat, likvid dəyəri isə 34000 manat müəyyən edilmişdir.
56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 22 iyun 2023-cü il tarixli, 9/3751 nömrəli rəydən isə müəyyən olunmuşdur ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2021ci il tariхli, 2021/00270-EGN nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 18 aprel 2023-cü il tarixə 8787,10 manat əsas, 4129,32 manat faiz olmaqla cəmi 12916,42 manat borcu var.
57. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində işə baxılarkən qətnamə mübahisələndirilən hissəllərdə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma təmin edilmiş, alınmış ekspert rəyləri məhkəmə tərəfindən işdəki sübutlarla əlaqəli şəkildə araşdırılaraq düzgün hüquqi qiymət verilmişdir. İş üsrə yenidən məhkəmə-mühasibatlıq, eləcədə məhkəməəmtəəşunaslıq ekspertizalarının keçırılmıəsinə zərurət yoxdur.
58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissələrdə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissələrdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(125)-47/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “29 iyun 2021-ci il tariхli, 2021/00270- EGN nömrəli krеdit müqaviləsi üzrə əsas kredit borcunun 8787,10 manat, faiz borcunun 1998,09 manat, 50 manat dəbbə olmaqla, cəmi borcun 10835,19 manat müəyyən edilməsi” və “ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən 04 iyul 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, reyestr nömrəsi **********82- 10301, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti 1-ci dalan ünvanında mükiyyətində olan 0,0105 hektar torpaq sahəsi və üzərində yerləşən 52,9 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti likvid dəyəri ilə 34000 manat müəyyənləşdirilməsi” hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.