Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1011/2023 22.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh etibarnamə üzrə nümandəsi X3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(076)-16/2022 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 001KK**********01 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə faiz dərəcəsi aylıq 2% olmaq şərtilə kredit xətti ilə 20000 manat məbləğində limit müəyyən edilməklə plastik kart vasitəsilə istifadə etməsi rəsmləşdirilmişdir. Həmin kredit xətti cavabdehə verilərkən borcalanın öhdəliklərinin icrasının təminatı kimi 001DD**********02 saylı xx.xx.2016-cı il tarixli girov müqaviləsi ilə iddiaçının cavabdehə məxsus depozit hesabında saxladığı 30000 manat əmanətini girov qoymuşdur. 10353 saylı, xx.xx.2019-cu il tarixli və 10418 saylı, xx.xx.2019-cu il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehə borcunu ödəməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 9/8253 saylı ekspert rəyindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixə "sonuncu ödəniş olunan tarixə" əsas və faiz borcu yoxdur. (sıfırdır) İşdə olan təkrar ekspertiza üzrə xx.xx.2022-ci il tarixli 9/2843 saylı ekspert rəyindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixə əsas və faiz borcu yoxdur. (sıfırdır) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qarşı"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001KK**********01 saylı kredit müqaviləsi üzrə 19998 manat əsas, 3732.8 manat faiz, 16838.77 manat cərimə olmaqla cəmi 40569.57 manat kredit borcu və iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutulmanın cavabdehin xx.xx.2016-cı il tarixdə bağladığı 001DD**********02 saylı girov müqaviləsi əsasında "xxxx" QSC-nin cavabdehə məxsus depozit hesabında saxladığı 30000 Azərbaycan manatı miqdarında olan pul depozitinə yönəldilməsi, girov qoyulmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 001KK**********01 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə faiz dərəcəsi aylıq 2% olmaq şərtilə kredit xətti ilə 20000 manat məbləğində limit müəyyən edilməklə plastik kart vasitəsilə istifadə etməsi rəsmiləşdirilmişdir. Həmçinin qeyd edilən kredit xətti cavabdehə verilər borcalanın öhdəliklərinin icrasının təminatı kimi 001D**********02 saylı xx.xx.2016-cı il tarixli girov müqaviləsi ilə iddiaçının cavabdehə məxsus depozit hesabında saxladığı 30000 manat əmanətini girov qoymuşdur. Tərəflər arasında bağlanmış kredit kart üzrə kredit müqaviləsinin tələblərinə əsasən X7 Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış müddətdə, məbləğdə və ona hesablanan faizlərlə pul vəsaitini tam və ya hissə-hissə Cavabdeh mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin iddiaçının fikrincə cavabdeh müqavilənin şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və X8 Səhmdar Cəmiyyəti öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Şəmkir Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(076)-16/2022 saylı qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001KK**********01 saylı kredit müqaviləsi üzrə 19998 manat əsas, 3732.8 manat faiz, 16838.77 manat cərimə olmaqla cəmi 40569.57 manat kredit borcu və iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutulmanın cavabdehin xx.xx.2016-cı il tarixdə bağladığı 001DD**********02 saylı girov müqaviləsi əsasında "xxxx" QSC-nin cavabdehə məxsus depozit hesabında saxladığı 30000 Azərbaycan manatı miqdarında olan pul depozitinə yönəldilməsi, girov qoyulmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442, , 448, və 739-cu maddələrini rəhbər tutaraq iddia tələbini qismən təmin etmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Məhkəmə hesab edir ki, hazırda cavabdehin xx.xx.2022-ci il tarixə əsas və faiz borcu yoxdur. İşdə olan xx.xx.2022-ci il tarixli 9/8253 saylı ekspert rəyindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixə "sonuncu ödəniş olunan tarixə" əsas və faiz borcu yoxdur. İşdə olan təkrar ekspertiza üzrə xx.xx.2022-ci il tarixli 9/2843 saylı ekspert rəyindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixə əsas və faiz borcu yoxdur. Ekspert qənaətini iddiaçının təqdim etdiyi çıxarışlara əsasən, bilavasitə xx.xx.2016-cı il üzrə əmanət hesabı müqaviləsinin hesabdan çıxarış məlumatları əsasında cavabdehin 30000 manat əmanət hesabından, həmin şəxsin mübahisələndirilən (001KK**********01) kredit hesabına xx.xx.2020-ci il tarixdə 19998 manat pul köçürülməsini və həmin vəsaitin əsas kredit borcuna silinməsini tədqiq edərək əsaslandırmışdır. Həmçinin ekspert qeyd edib ki X4 müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (qərardadın verildiyi nir tarixə) Cavabdeh X4nda olan qalıq məbləği 10022,83 manat məbləğində müəyyən olunur. Ekspert rəydə borclunun depozit hesabından kredit müqaviləsi hesabına xx.xx.2020-ci il tarixdə 19998 manat pul vəsaitinin köçürülərək əsas borca silindiyi qətaətinə gəlsədə hansı tarixdə nə qədər pul vəsaitin depozit hesabdan kredit müqaviləsi hesabına köçürülərək faiz borcuna silinib silinməməsi qətaətinə gəlmədən rəydə faiz borcunun olmadığını göstərmişdir. Buna görə də məhkəmə ekspert rəylərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilən hallara görə iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 001KK**********01 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə faiz dərəcəsi aylıq 2% olmaq şərtilə kredit xətti ilə 20000 manat məbləğində limit müəyyən edilməklə plastik kart vasitəsilə istifadə etməsi rəsmləşdirilmişdir. Həmçinin qeyd edilən kredit xətti cavabdehə verilərkən borcalanın öhdəliklərinin icrasının təmnatı kimi 001DD**********02 saylı xx.xx.2016-cı il tarixli girov müqaviləsi ilə iddiaçının cavabdehə məxsus depozit hesabında saxladığı 30000 manat əmanətini girov qoymuşdur. Hazırda cavabdehin xx.xx.2022-ci il tarixə əsas və faiz borcu yoxdur. Məhkəmənin bu yanaşması əsassızdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, ekspert rəydə borclunun depozit hesabından kredit müqaviləsi hesabına xx.xx.2020-ci il tarixdə 19998 manat pul vəsaitinin köçürülərək əsas borca silindiyi qətaətinə gəlsədə hansı tarixdə nə qədər pul vəsaitin depozit hesabdan kredit müqaviləsi hesabına köçürülərək faiz borcuna silinib silinməməsi qətaətinə gəlmədən rəydə faiz borcunun olmadığını göstərmişdir. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən, yəni tələbin faiz və cərimə borcu hissəsində əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən müəyyən edilir ki, iddiaçı bank xx.xx.2020-ci il tarixdə cavabdehin 001KK**********01 saylı kredit müqaviləsi üzrə yaranmış 19998.00 manat məbləğində kredit borcunu onun əmanət qoyduğu 30000 manatlıq hesabdan silmişdir. Qeyd olunan kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan müqavilə üzrə öhdəliklərini pozduqda bank müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizləri və krediti vaxtından əvvəl ödəməyi borcalandan tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh X5 AccessBank QSC ilə xx.xx.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi əsasında xx.xx.2016-cı tarixli X4 Müqaviləsi üzrə "xxxx" QSC-də depozit hesabında saxladığı 30000 (otuz min) manat pul məbləğini girov qoymuşdur. Belə ki, xx.xx.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi üzrə 30000 manat girov ilə yüklü edilmişdir. xx.xx.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsinin 3.2.1-ci bəndinə əsasən borclu kredit müqaviləsindən irəli gələn girovla təmin edilmiş öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, bank tutmanı girov predmetinə yönəldə bilər. Göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi üzrə tələb etdiyi əsas borc məbləğini cavabdehlə arasında bağladığı 001KK**********01 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə və xx.xx.2016-cı il tarixli X4 müqaviləsinə əsasən cavabdehin əmanət qoyduğu və hesabında olan 30000 manat pul vəsaitindən silmişdir ki, işə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan halını aydınalşdırmadan iddianı əsassız olaraq təmin etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, cərimə məbləği hissəsində iddia qismən təmin edilməli və cavabdehdən tutulmalı olan cərimə məbləği azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Belə ki, iddiaçı əsas borc məbləğini cavabdehlə arasında bağladığı 001KK**********01 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə və xx.xx.2016-cı il tarixli X4 müqaviləsinə əsasən cavabdehin əmanət qoyduğu və hesabında olan 30000 manat pul vəsaitindən silsə də, cərimə məbləğini silməmiş və məhkəmə qaydasında tələb etmişdir. Lakin kollegiya qeyd edir ki, cərimə məbləği tənəsübsüz surətdə yüksək olmuşdur. Ona görə də, cərimə məbləği azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin olunmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(076)-16/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 001KK**********01 saylı kredit müqaviləsi üzrə 3732,80 manat faiz, 500 manat cərimə olmaqla, ümumilikdə 4232,80 manat məbləği alınaraq, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Tutma Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin depozit hesabında saxladığı pul məbləğinə yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1011/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1011/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver