Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1012/2024 06.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1034/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 6000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 80 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1034/2023 nömrəli qətnaməsi (hakim Elşad Bayramov) ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1034/2023 nömrəli qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1034/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1034/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1034/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun verilmiş hesab edilməsi və baxılması üçün işlə birlikdə aidiyyəti üzrə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)- 1012/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və şikayətə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-1012/2024 saylı qərardadı ləğv edilməli, İddiaçı Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1034/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1034/2023 nömrəli qətnaməsi İddiaçı xx.xx.2023-cü il tarixdə göndərilmiş (iş materialları səhifə 62), iddiaçı özü verdiyi apellyasiya şikayətlərində həmin qətnamənin alınma tarixini xx.xx.2023-cü il tarixi göstərmiş, apellyasiya şikayəti isə, (sonuncu) xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göründüyü kimi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1034/2023 nömrəli qətnaməsi İddiaçı xx.xx.2023-cü il tarixdə göndərilmiş (iş materialları səhifə 62) və o, həmin qətnaməni xx.xx.2023-cü ildə isə əldə etmişdir. Buna baxmayaraq, apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə imzalanmışdır ki, bununla qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Birinci instansiya məhkəməsi isə, verilmiş apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğununu tam yoxlamadan apellyasiya instansiyası məhkəməsinə göndərmiş və apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-1012/2024 saylı qərardadı ləğv edilməli, İddiaçı Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1034/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-1012/2024 saylı saylı qərardadı ləğv edilsin. İddiaçı Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1034/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1012/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1012/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver