Məhkəmə qərarları › İş №2(104)-1014/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1014/2023

17.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1014/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(015)-794/2022 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 17 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC-nin 006İNT********** №-li, 03 iyun 2022-ci il tarixli mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı MMC Cavabdeh qarşı iddiası üzrə "xxxx" MMC-yə 150 manat məbləğində pul ödəmişdir.

2. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 11 aprel 2022-ci il tarixli 402 saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 124 saylı evin 36-cı mənzili 30/17220 saylı xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi ilə adındadır. Lakin qeydiyyata düşməmişdir. MKİS-də olan məlumata əsasən qeydiyyatda heç kim yoxdur.

3. “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 124 saylı evin 36-cı mənzildə kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 8021 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2022-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 203,94 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının ümumilikdə 384,34 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “televizya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televizya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2019-cu il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 32 saylı MKİS-i tərəfindən verilmiş 402 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh qanunsuz qoşulmanın icra edildiyi Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 124 saylı evin 36 saylı mənzilinin sahibidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev 124 mənzil 36-da yaşamış Gözəl Əliyeva adlı şəxslə iddia arasında bağlanmış müqaviləyə əsasən adıçəkilən ünvan xx.xx.2011-ci ildə iddiaçıya məxsus kabel şəbəkəsinə qoşulmuş, xx.xx.2016-cı ilədək son ödənişi etmiş və xx.xx.2016-cı ildə 3 manat 30 qəpik borcla şəbəkədən ayrılmışdır. Mənzilə xx.xx.2020-ci il tarixli 8021 N saylı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və hər hansı qanunsuz qoşulma halı aşkar edilməmişdir. xx.xx.2020-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 8021 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qapını açan və özünü təqdim etməyən mənzil sakini mənzilə baxış keçirməyə icazə verməmiş və aktı qəbul etməmişdir. Beləliklə də, qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Eyni zamanda qeyd edilir ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvana son baxış keçirildiyi xx.xx.2018-ci ildən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2020-ci ilədək olan müddət 618 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 203,94 manat təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən aslı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsəd ilə cavabdehə pretenziya məktubları göndərilmiş, məktubun biri qəbul edilsə də digər məktub geri qayıtmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat pul ödəyir. Ona görə də Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 203,94 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının ümumilikdə 384,34 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ağstafa Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(015)-794/2022 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 124 saylı evin 36-cı mənzili satın almış, mənzilin əvvəlki sahibi ilə “KATV 1” brendi ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlanmış, lakin Cavabdeh ilə “KATV 1” brendi ilə fəaliyyət göstərən İddiaçı MMC-nin arasında müqavilə bağlanmamışdır.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1096.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2,119.1 və 218.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(015)-794/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Yasamal Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 32 saylı MKİS tərəfindən verilmiş 402 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh qanunsuz qoşulmanın icra edildiyi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi,124 saylı evin, 36 nömrəli mənzilinin sahibidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, .Şərifzadə küçəsi, ev 124,. Mənzil 36-da yaşamış Gözəl Əliyeva adlı şəxslə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən adıçəkilən ünvan xx.xx.2011-ci ildə iddiaçıya məxsus kabel şəbəkəsinə qoşulmuş, xx.xx.2016-cı ilədək son ödənişi etmiş və xx.xx.2016-cı ildə 3 manat 30 qəpik borcla şəbəkədən ayrılmışdır. İddiaçıya məxsus mənzilə xx.xx.2020-ci il tarixli 8021 saylı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və hər hansı qanunsuz qoşulma halı aşkar edilməmişdir. Aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Həmin ünvana son baxış keçirildiyi xx.xx.2018-ci ildən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2020-ci ilədək olan müddət 618 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablanmaq şərti ilə 203.94 manat təşkil edir. Cavabdeh etirazında mənzildə heç kimin yaşamadığını, mənzilin boş olduğunu qeyd etmişdir. Mənzildə yaşayış olmuş, yoxlama keçirilən zaman mənzilin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulması müəyyən olunmuş və daha sonra mənzilə baxış keçirilməsi üçün mənzilin qapısı döyülmüş lakin mənzil sakini tərəfindən mənzilə baxış keçirilməsinə icazə verilməmişdir. Lakin məhkəmə tərəfindən qəbul edilmiş qətnamədən görünür ki, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş DVD diski tədqiq etməmiş, həmin diskdəki görüntüləri qətnaməsində şərh etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək etirazında göstərmişdir ki, O, Ağstafa rayonu Köçəsgər kəndində yaşayır, İddiaçı MMC adlı hər hansı bir şirkəti tanımır və həmin şirkətin nə işlə məşğul olması barədə hər hansı bir məlumatı yoxdur. İddiaçı MMC-nin iddia ərizəsini oxuduqdan sonra bilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 124 saylı evin 36-cı mənzili ona məxsus olduğunu əsas gətirib və ona qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair tələb irəli sürmüşdür. Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 124 saylı evin 36-cı mənzilini satın aldıqdan sonra bu günədək həmin mənzildə yaşayış olmayıb və ya kirayəyə verilməyib. Ev sahibi odur, onun İddiaçı MMC ilə hər hansı bir müqaviləsi yoxdur. Ona görə də Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 124 saylı evin 36-cı mənzilini satın aldıqdan sonra həmin evdə yaşayış olmadığını və onun tərəfindən İddiaçı MMC-yə hər hansı bir maddi ziyan vurulmadığı üçün, İddiaçı MMC-nin ona qarşı iddialarına etiraz edir və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamışdır. Belə ki, Yasamal Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 32 saylı MKİS tərəfindən verilmiş 402 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh qanunsuz qoşulmanın icra edildiyi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi,124 saylı evin, 36 nömrəli mənzilinin sahibidir. xx.xx.2021-ci tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, .Şərifzadə küçəsi, ev 124,. Mənzil 36-da yaşamış Gözəl Əliyeva adlı şəxslə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən adıçəkilən ünvan xx.xx.2011-ci ildə iddiaçıya məxsus kabel şəbəkəsinə qoşulmuş, xx.xx.2016-cı ilədək son ödənişi etmiş və xx.xx.2016-cı ildə 3 manat 30 qəpik borcla şəbəkədən ayrılmışdır. İddiaçıya məxsus mənzilə xx.xx.2020-ci il tarixli 8021 saylı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və hər hansı qanunsuz qoşulma halı aşkar edilməmişdir. Aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Həmin ünvana son baxış keçirildiyi xx.xx.2018-ci ildən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2020-ci ilədək olan müddət 618 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablanmaq şərti ilə 203.94 manat təşkil edir. Cavabdeh etirazında mənzildə heç kimin yaşamadığını, mənzilin boş olduğunu qeyd etmişdir. Mənzildə yaşayış olmuş, yoxlama keçirilən zaman mənzilin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulması müəyyən olunmuş və daha sonra mənzilə baxış keçirilməsi üçün mənzilin qapısı döyülmüş lakin mənzil sakini tərəfindən mənzilə baxış keçirilməsinə icazə verilməmişdir. Ona görə də Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 203,94 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının ümumilikdə 384,34 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, Məhkəmə Kollegiyasına müraciəti daxil olmuş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.

29. Belə ki, işin hallarına görə Yasamal Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 32 saylı MKİS tərəfindən verilmiş 402 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh qanunsuz qoşulmanın icra edildiyi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi,124 saylı evin, 36 nömrəli mənzilinin sahibidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, .Şərifzadə küçəsi, ev 124,. Mənzil 36-da yaşamış Gözəl Əliyeva adlı şəxslə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən adıçəkilən ünvan xx.xx.2011-ci ildə iddiaçıya məxsus kabel şəbəkəsinə qoşulmuş, xx.xx.2016-cı ilədək son ödənişi etmiş və xx.xx.2016-cı ildə 3 manat 30 qəpik borcla şəbəkədən ayrılmışdır. İddiaçıya məxsus mənzilə xx.xx.2020-ci il tarixli 8021 saylı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və hər hansı qanunsuz qoşulma halı aşkar edilməmişdir. Aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Həmin ünvana son baxış keçirildiyi xx.xx.2018-ci ildən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2020-ci ilədək olan müddət 618 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablanmaq şərti ilə 203.94 manat təşkil edir. Cavabdeh etirazında mənzildə heç kimin yaşamadığını, mənzilin boş olduğunu qeyd etmişdir. İşdə olan sənədlərdən, Azərişıqın Abunə haqqında Cavabdeh arasında bağlanılmış müqavilə əsasında tərtib olunmuş ödəniş cədvəlindən görünür ki, akt tərtib olunan müddətdə Bakı şəhəri, Yasamal rayonu, .Şərifzadə küçəsi, ev 124,. Mənzil 36-da yaşayış olmuş, mütəmadi olaraq işıq pulu sərfiyyatı ilə bağlı qeydlər vardır. Bundan başqa yoxlama keçirilən zaman mənzilin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma müəyyən olunmuş və daha sonra mənzilə baxış keçirilməsi üçün mənzilin qapısı döyülmüş, lakin, mənzil sakini tərəfindən mənzilə baxış keçirilməsinə icazə verilməmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi iddianın təmin edilməməsi nəticəsi ilə razılaşmayaraq hesab edir ki, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu, delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Baxılan işdə iddia tələbi üzrə cavabdeh tərəfindən iddia edilən ziyanın vurulması öz təsdiqini tapmışdır. Beləki, iddiaçı tərəf iddianın əsası kimi cavabdehin adına olan mənzildə yaşayış olmasını, kabel şəbəkəsinə qoşulmasını bildirmişdir. Göründüyü kimi, işə əlavə edilmiş DVD diskinə baxış keçirilərkən cavabdehə məxsus mənzilin “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulması müəyyən edilmişdir. Cavabdeh tərəfindən etirazını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin etirazda qeyd etdiyi evdə yaşayış yoxdur subutu isə inandırıcı deyildir. X1 Zəkiyə Avıl qızı arasında bağlanılmış müqavilə əsasında tərtib olunmuş ödəniş cədvəlində akt tərtib olunan müddətdə həmin mənzildə sərfiyyatla bağlı müvafiq qeydlər vardır. Bu da əsas verir ki, həmin evdə göstərilən tarixlərdə yaşayış olmuşdur. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat hissəsində qismən (50 manat), qalan hissədə isə hazırkı işin hallarına münasibətdə əsaslıdır və təmin edilməlidir.

32. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən qətnamənin mübahisələndirilən hissəsi (iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(015)-794/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 203,94 (iki yüz üç manat doxsan dörd qəpik) manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30(otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 284,34 (iki yüz səksən dörd manat otuz dörd qəpik) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar