Məhkəmə qərarları › İş №2(104)-1014/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1014/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1014/2025 24.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun alınması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)- 496/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı Azər-Türk Bank ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X3 ASC-nin xeyrinə 12173.73 (on iki min yüz yetmiş üç manat yetmiş üç qəpik) manat əsas, 808.74 (səkkiz yüz səkkiz manat yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 12982.47 (on iki min doqquz yüz səksən iki manat qırx yeddi qəpik) manat borcun, həmçinin ödənilmiş 129.35 ( yüz iyirmi doqquz manat otuz beş qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-496/2025 saylı qətnaməsi ilə (hakim Ziya Abdullayev) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti elektron qaydada Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-496/2025 saylı qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Cavabdeh1 tərəfindən qətnamədən yenidən аpellyаsiyа şikаyəti verilmiş, lakin buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət verilməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-496/2025 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun alınması” tələbinə dair Bərdə rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, e-2(021)-496/2025 saylı qətnaməsindən mülki iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 apellyasiya şikayətində Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)- 496/2025 saylı qətnaməsini xx.xx.2025-ci il tarixdə əldə etdiyini qeyd etmişdir. Lakin apellyasiya şikayəti (ikinci) xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Göründüyü kimi, Cavabdeh1 qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Birinci instansiya məhkəməsi isə verilmiş apellyasiya şikayətinin bu Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğunluğununu yoxlasa belə, qeyd olunan hala hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-496/2025 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-496/2025 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar