Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1019/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(062)-1409/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9752 (doqquz min yeddi yüz əlli iki) manat və dövlət rüsumu hesabına ödədiyi 118 (yüz on səkkiz) manat pulun müştərək qaydada cavadbeh və Cavabdeh3 Tofıq oğlundan 200 (iki yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh2 15 ildən artıq müddətdir ki, tanıyır. Cavabdeh1 ilə də onu Sənan Məhərrəm tanış etmişdir. Cavabdeh1 ona vacib pul lazım olduğunu bildirmişdir. Həmin vaxt Sənan ona bildirmişdir ki, Mirzəli pulu qaytarmasa da o, özü qaytaracaqdır. O, isə onlara inanmışdır. Danışıq zamanı ona bildirmişdir ki, pulunu bir il müddət ərzində qaytaracaqdır. Sonralar Tovuz rayonunda bulaqda oturan zaman onlar bildirmişdir ki, onların Fövqaladə Hallar Nazirliyində tanışları vardır və o, işlər vasitəsilə oraya adam düzəldə bilirlər. Cavabdeh1 ümumilikdə 13252 manat pul vermişdir. Həmin pulları bir dəfə deyil, müxtəlif vaxtlarda vermişdir. Belə ki, 10 iyun 20-ci il tarixdə 1700 manat Cavabdeh1 vermişdir. xx.xx.2020-ci tarixdə isə yenidən 1700 manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə Tovuzda bulaqda olarkən Cavabdeh1 3500 manat pul da vermişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 qardaşı Amil Əliyevin kartına 600 manat pul göndərmişdir. xx.xx.2020-ci il tarixdə Amilin kartına 250 manat pul göndərmişdir. xx.xx.2021-ci il tarixdə Dəyanət İbrahimovun kartına 202 manat pul göndərmişdir. xx.xx.2021-ci il tarixdə Dəyanət İbrahimovun kartına 500 manat pul göndərmişdir. 1300 manat pulu isə Amil Əliyevin kartına müxtəlif vaxtlarda göndərmişdir. Ümumilikdə Cavabdeh1 13252 manat pul vermişdir. Həmin puldan 1400 manat, 1500 manat və 600 manat olmaqla, cəmi 3500 manat cavabdehlər ona pul qaytarmışdır. Yerdə qalan 9752 manat pulu isə qaytarmaq istəmirlər. Müxtəlif vaxtlarda onlarla əlaqə saxlasa da cavabdehlər pulunu qaytarmırlar. Tovuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(062)-1409/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8500 manat pulun alınaraq İddiaçı, Cavabdeh3 Tofıq oğlundan 200 manat pulun alınaraq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Tovuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(062)-1409/2022 saylı qətnaməsinin ləğv edilməsi və mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o İddiaçı 20 ildən artıq müddətdir ki, tanıyır. 2019-cu ildə İddiaçı ona zəng vuraraq dostu Məzahirin oğlunun Beyləqan rayonu ərazisində yerləşən N saylı hərbi hissədə əsgər kimi hərbi xidmətdə olmasını bildirib, onu həmin hərbi hissədə aşbaz kimi xidmət etməsinə köməklik etməyini bildirdi. O ona Mirzəli adlı hərbiçi tanışının olmasını, ola bilsin ki, Mirzəlinin həmin hərbi hissədə tanışının olmasını, ona bu barədə müraciət etməsini bildirib, Cavabdeh1 mobil telefon nömrəsini ona verdi. Sonradan İddiaçı ona dedi ki, Cavabdeh1lə danışmış və Cavabdeh1 həmin əsgəri hərbi hissədə aşbaz kimi xidmət etməsini təşkil etmişdir. Həmin vaxtdan sonra İddiaçıla Cavabdeh1 münasibətləri yaranmış və mütamadi olaraq onlar görüşmüşlər. Aradan bir il keçdikdən sonra,yəni 2020-ci ilin yay aylarında Cavabdeh1 ona zəng vuraraq, onu İddiaçı Tovuz rayonuna qonaq çağırmasını bildirib, onunla birlikdə Tovuz rayonuna getməyini xahiş etdi. O da onunla razılaşıb birlikdə Tovuz rayonuna getdilər. Həmin vaxtı Tovuz rayonunda olan "Bulaq" yeməkxanasını işlədən İddiaçıla həmin yeməkxanada görüşmüşlər. Orada İddiaçı onlara qonaqlıq verdi. Onlar yeməkxanada yeyib-içərkən İddiaçıla Cavabdeh1 bir neçə dəfə kənara çəkilib nə barədəsə söhbət etdiklərini gördü. Aradan bir müddət vaxt keçdikdən sonra ona məlum oldu ki, İddiaçı Cavabdeh1 kimisə Fövqəladə Hallar Nazirliyində işə düzəlməsinə köməklik etməsini xahiş etmiş, Cavabdeh1 də İddiaçı Fövqəladə Hallar Nazirliyində tanışının olmasını bildirib, həmin şəxsin vasitəsi ilə həmin şəxsi işə düzəldə biləcəyini bildirib, həmin şəxsin işə düzəltməsi müqabilində müəyyən miqdarda pul istəmiş, İddiaçı da həmin pulu hissə-hissə Cavabdeh1 vermişdir. Onun bu barədə əvvəlcədən məlumatı olmamışdır. Ona bu barədə sonradan İddiaçı Cavabdeh1 axtarıb, ondan verdiyi pulu tələb edərkən danışmış və ondan Cavabdeh1 tapılmasında ona köməklik etməyini xahiş etmişdir. O Cavabdeh1 bir neçə dəfə zəng edərək İddiaçı onu axtarmasını, nəyə görə onun pulunu qaytarmamasını bildirsədə, Cavabdeh1 həmin pulun bir hissəsini qaytarsada, qalan pulu eşitdiyinə görə qaytarmamışdır. Qeyd edir ki, o heç bir vaxt İddiaçı Cavabdeh1 həmin pulu qaytarmazsa həmin pulu özü qaytarmağına söz verməmişdir. İddiaçı bu barədə yalan göstərmişdir. İddiaçı Cavabdeh1 axtararkən ondan xahiş etdi ki, Cavabdeh1 tapıb onunla görüşdürsün. O nə qədər çalışsa da Cavabdeh1 İddiaçıla görüşdürə bilmədi. Belə ki, Cavabdeh1 İddiaçıla görüşməkdən hər dəfə yayınırdı. İddiaçı elə başa düşürdü ki, o qəsdən Cavabdeh1 onunla görüşdürmür. Mülki işə Tovuz Rayon Məhkəməsində baxılarkən İddiaçıla telefon əlaqəsi saxlayıb danışarkən İddiaçı həmin pulun alınmasında onun heç bir iştirakının olmamasını, həmin pul tələbi ilə ondan heç bir şikayətinin olmadığını bildirmiş, ona görə də o məhkəmədə iştirakının vacib olmadığını güman edərək məhkəməyə getməmişdir. Qeyd edir ki, İddiaçı iddia ərizəsində və məhkəmə iclasında da həmin 13252 manat məbləğində pulu Cavabdeh1 verməsini, həmin puldan 10 iyun 2020-ci il tarixdə 1700 manat, xx.xx.2020-ci il tarixdə yenidən 1700 manat, xx.xx.2020-ci il tarixdə isə 3500 manat pulu Cavabdeh1 şəxsən özünə verməsini,xx.xx.2020-ci il tarixdə Cavabdeh1 qardaşı Amil Əliyevin pul kartına 600 manat, xx.xx.2020-ci il tarixdə 250 manat,müxtəlif vaxtlarda isə Amil Əliyevin pul kartına isə 1300 manat pul göndərməsini, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 tanışı Dəyanət İbrahimovun pul kartına 202 manat, xx.xx.2021-ci il tarixdə isə 500 manat pul göndərməsini göstərmişdir. Göründüyü kimi İddiaçı həmin pulları Cavabdeh1 özünə vermişdir. Onun həmin pulların Cavabdeh1 verilməsindən məlumatı və iştirakı olmamış, eləcə də həmin puldan Cavabdeh1 ona verməmişdir. Tovuz Rayon Məhkəməsi isə qətnamə qəbul edərkən işə obyektiv, hərtərəfli və tam baxmadan heç bir sübuta, dəlilə söykənməyən sözlərdən ibarət fıkirlərə əsaslanaraq İddiaçı iddia tələbini tam təmin edərək 8500 manat pulun müştərək qaydada alınaraq İddiaçı xeyrinə tutulmasını qət etmiş, bununla da onun hüquqlarını pozmaqla, qanunla qorunan mənafehinə zərər vurulmuş, xələl gətirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o, cavadbeh Cavabdeh3 yanımır və onlara qarşı qaldırılmış iddiaya hansı aidiyyətinin olmasını isə bilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmənin suallarına cavabında bildirmişdir ki, Cavabdeh3 adlı şəxs onun yanında kababçı işləmiş və işləyən müddətdə ondan 200 manat borc almışdır. Cavabdeh1 və Cavabdeh2 ona olan borclarının Cavabdeh3 ona olan borclu ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada Cavabdeh1 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlilərini və materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(062)-1409/2022 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılmış iddia ilə Cavabdeh3 Tofıq oğluna qarşı qaldırılmış iddia arasında bağlılıq mövcud olmamışdır. İddialar arasında bağlılığın olmaması iddia ərizəsinin məzmunun da açıq aşkar aydın olmuşdur. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin qeyd olunan halını nəzərə almadan iddia ərizəsini geri qaytarmalı olduğu halda icraata qəbul edərək mahiyyəti üzrə baxmış, bununla da prosessual qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 149.3-cu maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı qaydasında qeyd edilən nöqsanın aradan qaldırılması da mümkün deyildir. Buna görə də Tovuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(062)-1409/2022 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmalıdır. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, ümumi əsaslarla yenidən, hər iddia tələbi üzrə ayrıca və ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12 və 384.0.5-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tovuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(062)-1409/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(062)-1409/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarılsın. İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1019/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1019/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver