Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-102/2023 22.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evin alınması və təmiri üçün verilmiş pulun qaytarılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(062)-164/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Masazır qəsəbəsi, “Qurtuluş 93”, ev 8 ünvanında yerləşən 46 saylı mənzilin alınmasına ödənilmiş ilkin ödəniş üçün verilmiş 2500 manatın İddiaçı3 və İddiaçı2 xeyrinə, evin tikintisi üçün verilmiş 18000 manatın İddiaçı1 xeyrinə, mənəvi zərərə görə 10000 manatın İddiaçı3 xeyrinə və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(062)-164/2021 nömrəli (hakim N.Mustafayev) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 15947 (on beş min doqquz yüz qırx yeddi) manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat pulun alınıb İddiaçı1 verilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli 2(104)-2593/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-164/2021 saylı 17 fevral 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində, yəni Cavabdeh 15947 (on beş min doqquz yüz qırx yeddi) manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat pulun alınıb İddiaçı1 verilməsi hissədə ləğv edilməsi; Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti vermişlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli 2(102)-6508/2021 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, Əzizova (Qarayeva) Elnarə Çingiz qızı və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021ci il tarixli, 2(104)-2593/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin faktiki halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı3 Cavabdeh ilə nişanlı olduğu zaman ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil əldə etmişlər. Tərəflər arasında olan razılaşmaya əsasən, İddiaçı3 atası İddiaçı1 cehizin əvəzində evin təmirini üzərinə götürmüş və təmirə ümumilikdə 18000 manat xərc çəkmişdir. Mənzilin ilkin ödənişi olan 5000 manat və aylıq ödənişləri İddiaçı3 və Cavabdeh tərəfindən bərabər ödənilmişdir. Bundan başqa İddiaçı3 anası İddiaçı2 adına kredit götürülərək evin ödənişlərinə sərf edilmişdir. Evin təmiri başa çatdıqdan sonra İddiaçı3 Cavabdehlə birlikdə uzun müddət həmin evdə yaşamışlar. Sonradan xasiyyətlərində olan uyğunsuzluq səbəbindən ayrılmışlar və aralarında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh İddiaçı3 və uşağına həmin evdə yaşamağa imkan verməmiş və onları evdən çıxartmışdır. Hazırda mənzilin alınmasına və təmirinə görə çəkilmiş xərclərin əvəzini tələb edirlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı3 ilə nikahları pozulduqdan sonra onun başqa şəhərdə ezamiyyətdə olduğundan istifadə edərək, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin kilidini sındırmış və oraya daxil olmuşdur. O, 3 il ərzində İddiaçı3 sözügedən mənzildən çıxara bilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsi ilə Əzizova X9 rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93”, ev 8 ünvanında yerləşən 46 saylı mənzildən çıxarılmışdır. Yalnız bundan sonra o, həmin mənzili tərk etmişdir. İddiaçı3 ona məxsus qaimələri də özü ilə aparmış, bu qaimələrdən istifadə edərək ona qarşı iddia qaldırmışdır. Həmin qaimələrin əksəriyyətində alınan malların kimə təqdim edilməsi barədə hər hansı qeyd yoxdur. İddiaçılar qaimələri təqdim etsələr də, qaimələrin onlara məxsus olmasını sübut edə bilməmişlər. Həmin qaimələrə sonradan öz ad və soyadlarını yazmışlar. Bu fakt məhkəmə-xətşünaslıq ekspertizası ilə də sübut oluna bilər. Şahid kimi dindirilən və həmin evdə usta kimi işlədiklərini bildirən şəxslərə həqiqətən 4000 və 1200 manat ödəniş edildiyini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Şahidlər yalan ifadə vermişlər, onları tanımır və həmin şəxslər heç vaxt onun evində olmamışlar. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin olaraq qeyd edilməlidir ki, Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində, yəni “Cavabdeh 15947 (on beş min doqquz yüz qırx yeddi) manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat pulun alınıb İddiaçı1 verilməsi” hissədə mübahisələndirilmişdir. Qətnamənin əsaslığı digər hissələrdə mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, işə təkrar apellyasiya qaydasında baxılan zaman kassasiya instansiya məhkəməsinin qərarında olan göstərişlərə əməl edilməlidir. Çünki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsində qeyd olunmuşdur ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası yoxlanılan hissədə, yəni iddia tələbinin təmin edilmiş hissəsində apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və yoxlanılan hissədə birinci instansiya məhəkəmsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(001)- 11332/2017 saylı qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında 21 iyun 2013-cü il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 30 iyun 2016-cı il tarixdə anadan olmuş Esmanur adlı uşaqlarının X4 yanında saxlanılması, 30 iyun 2016-cı il tarixdən başlayaraq, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 137 manat sabit pul məbləğində alimentin alınıb X6 verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında olan nikah 01 fevral 2019-cu il tarixdə, 54 nömrə ilə pozulmuşdur; Sumqayıt Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli 2(105)-1685/2019 saylı qətnaməsindən görünür ki, X4 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir; Qaimə fakturalardan görünür ki, 10747 (on min yeddi yüz qırx yeddi) manat dəyərində tikinti materialları alınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, İddiaçı1 ilə aralarında olan razılaşmaya əsasən, ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin suvaq işlərini görmüş və əvəzində sonuncudan 1200 manat almışdır. Cavabdeh əvvəllər tanımamış və sonuncu mənzilin suvaq işləri görülən ərəfədə cəmi bir dəfə həmin mənzilə gəlmişdir. Təmir üçün sərf edilən tikinti materialları İddiaçı1 tərəfindən alınmışdır; Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X16 ifadə verərək bildirmişdir ki, İddiaçı1 ilə aralarında olan razılaşmaya əsasən, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin təmir işlərini görmüş və əvəzində sonuncudan 4000 manat almışdır. Cavabdeh mənzilin təmir işləri görülən ərəfədə cəmi bir-iki dəfə həmin mənzilə gəlmişdir. Təmir üçün sərf edilən tikinti materialları İddiaçı1 tərəfindən alınmışdır. Birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1 və 1097.1-ci maddələrinə istinadən iddianı təmin etmişdir. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıları qetd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslan nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3, İddiaçı3 Cavabdeh ilə nişanlı olduğu zaman ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil əldə etdiklərini, cavabdehlə aralarında olan razılaşmaya əsasən, İddiaçı1 qızı İddiaçı3 cehizi əvəzində evin təmirini üzərinə götürdüyünü və təmirə ümumilikdə 18000 manat xərc çəkdiyini, mənzilin ilkin ödənişi olan 5000 manat və aylıq ödənişləri İddiaçı3 və Cavabdeh tərəfindən bərabər ödənildiyini, İddiaçı2 öz adına kredit götürərək evin ödənişlərinə sərf etdiyini, evin təmiri başa çatdıqdan sonra İddiaçı3 Cavabdehlə birlikdə uzun müddət həmin evdə yaşadıqlarını, sonradan xasiyyətlərində olan uyğunsuzluq səbəbindən ayrıldıqlarını və aralarında olan nikahın məhkəmə qətnaməsinə əsasən pozulduğunu, Cavabdeh İddiaçı3 və onun uşağına həmin evdən çıxartdığını, buna görə də mənzilin alınmasına və təmirinə görə çəkilmiş xərclərin əvəzini tələb etdiklərini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməsi hissədə mübahisələndirilmişdir və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə cavabdeh köçməmişdən qabaq həmin mənzildə təmir işlərinin görülməsi işin mübahisə olunmayan tərəfidir. İşin qeyd olunan halı cavabdehin iddiaya etiraz ərizəsi ilə sübut olunur (işin 73-cü vərəqi). Həmçinin etirazdan müəyyən olunur ki, təmir işlərinə nəzarəti də İddiaçı1 həyata keçirtmişdir. Eləcə də, iş materiallarında olan qaimə fakturalara əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzilin təmir-tikintisi üçün 10747 manat dəyərində tikinti materialları alınmışdır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, işin mübahisə olunan tərəfi mənzilin təmirinə görə sərf edilmiş vəsaitin məbləği, həmçinin həmin vəsaitin Cavabdeh və ya İddiaçı1 tərəfindən sərf edilməsinin müəyyən olunmasından ibarətdir. Çünki Cavabdeh şikayətində israrla bildirmişdir ki, mənzilin təmirinə çəkilmiş xərc məhz onun vəsaiti hesabına olmuşdur. Belə ki, özünün və ailə üzvlərinin vəsaiti hesabına mübahisəli mənzili təmir etdirmişdir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh mənzilin təmir xərclərinə sərf edilmiş vəsaitin ona aid olmasını bildirsə də, lakin bununla bağlı məhəməyə sübut təqdim etməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı1 ilə aralarında olan razılaşmaya əsasən, ünvan 3 ünvanında yerləşən 46 nömrəli mənzilin suvaq işlərini görmüş və əvəzində İddiaçı1 1200 manat almışdır. Cavabdeh əvvəllər tanımamış və sonuncu mənzilin suvaq işləri görülən ərəfədə cəmi bir dəfə həmin mənzilə gəlmişdir. Təmir üçün sərf edilən tikinti materialları İddiaçı1 tərəfindən alınmışdır. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 vermiş olduğu ifadəsində bildirmişdir ki, İddiaçı1 ilə aralarında olan razılaşmaya əsasən, ünvan 3 ünvanında yerləşən 46 nömrəli mənzilin təmir işlərini görmüş və əvəzində sonuncudan 4000 manat almışdır. Cavabdeh mənzilin təmir işləri görülən ərəfədə cəmi bir-iki dəfə həmin mənzilə gəlmişdir. Təmir üçün sərf edilən tikinti materialları İddiaçı1 tərəfindən alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri-xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneəçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi şahidlər X1 və X16 tərəflər arasındakı mübahisədə bilavasitə iştirak etmiş olduqlarından hazırkı işlə bağlı məlumatlı şəxsdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, adları qeyd olunan şahidlərin iş üzrə tərəflərlə hər hansı xidməti asılılıq, qohumluq, dostluq və sair münaisbətləri olmaları, habelə işin həllində maraqlı olmaları halı müəyyən olunmur. Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, həm Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, bütün günü işdə olduğuna görə təmir işlərinə nəzarəti İddiaçı1 həyata keçirtmişdir. İş üzrə dindirilmiş şahidlər də öz növbəsində bildirmişlər ki, Cavabdeh mənzilin təmir işləri görülən ərəfədə cəmi bir-iki dəfə həmin mənzilə gəlmişdir. Təmir üçün sərf edilən tikinti materialları İddiaçı1 tərəfindən alınmışdır. Göründüyü kimi iş üzrə dindirilmiş şahidlər X1 və X11 vermiş olduqları ifadə işin müəyyən edilmiş həqiqi halları ilə də uyğun gəlir. Belə olan halda məhkəmə kollegiyası qeyd olunan şahid ifadələrini səmimi və inandırıcı hesab edir və belə qənaətə gəlir ki, şahid ifadələri mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi şahid ifadələri, İddiaçı1 tərəfindən məhkəməyə təqdim edilmiş qaimə fakturalar ilə müəyyən olunur ki, evin təmirinə sərf olunmuş materiallara 10747 manat və təmir işlərinin həyata keçirilməsinə görə xidmət haqqı olaraq isə 5200 manat, ümumilikdə 15947 manat vəsait İddiaçı1 tərəfindən sərf edilmişdir. Bundan əlavə iş materiallarında olan tərəflər arasındakı müxtəlif mübahisələrə dair məhkəmə qətnamələrindən görünür ki, Cavabdeh həmin işlər üzrə vermiş olduğu izahatlarında bildirmişdir ki, sürücü işləyir və başqa yaşayış yeri yoxdur. İddiaçının atasının mənzilə ehtiyacı yoxdur, sonuncunun iki ədəd mənzili var. İşin qeyd olunan bu halı isə onu deməyə əsas verir ki, Cavabdeh mənzil təmiri üçün vəsaitinin olmaması, buna görə də iddiaçı tərəflə cehiz əşya əvəzinə mənzilin təmiri barədə razılığa gəlmələrinə dair iddiaçı tərəfin göstərdikləri inandırıcı və ağlabatandır. Həmçinin məhkəmə kollegiyası tərəfindən müvafiq qərardad qəbul edilərək, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildə 2012-ci ildə aparılmış təmir-bərpa işlərinin köhnəlmə (amortizasiya) dərəcəsinin həddinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qərardad icra olunması üçün Məhkəmə Ekspertizsı Mərkəzinə göndərilmişdir. Lakin həmin Mərkəzin 05 may 2023-cü il tarixli məktubu ilə köhnəlmə (amortizasiya) dərəcəsinin müəyyən edilməsinə dair metodika olmaması əsası ilə rəy verilməsindən imtina edilmişdir. Beləliklə işin yuxarıda qeyd olunan hallarına məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnaməsi yoxlanılan hissədə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı mübasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Qətnamə mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır, işin faktiki halları, habelə digər mötəbər sübutlarla təsdiq olunmur. Ona görə də həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndiirlən hissədə, yəni iddianın təmin edilmiş hissəsində ləğvi üçün əsas deyil. Həmçinin məhkəmə kollegiyası cavabdehin “iş materiallarındakı tikinti-təmir materiallarının alınması barədə qaimələrdə alınan malların kimə təqdim edilməsi barədə qeyd olmaması, habelə iddiaçı tərəfindən qaimələr təqdim edilsə də, lakin qaimələrin iddiaçıya məxsus olmasına dair sübut olmaması” barədə apellyasiya şikayətinin dəlilinə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təmir işlərinin həyata keçirilməsi üçün satın alınmış ləvazimat və digər əşyaların əldə edilməsi proseduru hər hansı hüquqi şəxslər arasında baş verməmişdir ki, külli miqdarda əşya, əmlak alqı-satqısı baş versin ki, həmin qaimə fakturaların müəyyən formaya cavab verməsi tələb olunsun. Görünən və bəlli olan hal odur ki, vətəndaş mənzil təmiri üçün müxtəlif pərakəndə satış obyektlərindən məhdud sayda təmir üçün əşyalar satın almış və bunun üçün də hər hansı xüsusi formada qaimə faktura tələb etməsinə zərurət görülməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, həmin qaimə fakturaların mübahisəli evin təmir-tikinti materiallarına sərf olunmuş vəsait olmasını şübhə altına alacaq hər hansı hal müəyyən olunmur. Ona görə də cavabdehin bu dəlilləri kollegiya tərəfindən əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə qətnamə mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(062)-164/2021 nömrəli qətnaməsi yoxlanılan hissədə, yəni “Cavabdeh 15947 (on beş min doqquz yüz qırx yeddi) manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat pulun alınıb İddiaçı1 verilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-102/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-102/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver