Məhkəmə qərarları › İş №2(104)-1027/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1027/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1027/2023 27.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(052)-107/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43.000 (qırx üç min) manat pulun və dövlət rüsumu kimi ödədiyi 31 manatın, cəmi 43031(qırx üç min otuz bir) manat pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(052)-107/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 43000( qırx üç min) manat və ödənilmiş 30 manat dövlət rüsumu, 1 manat xidmət haqqı alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(052)-107/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(052)-107/2021 nömrəli qərardadı ilə Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(052)-107/2021 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürməklə verildiyindən geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(052)-107/2021 nömrəli qərardadının ləğv edilərək, apellyasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, sözügedən qətnaməni xx.xx.2022-ci il tarixində almış, 25 gün sonra, yəni xx.xx.2022-ci il tarxində apellyasiya şikayəti vermişdir. Lakin, məhkəmə şikayəti geri qaytarmış, səbəb olaraq isə onun qətnaməni xx.xx.2022-ci il tarixində imza etməklə alması göstərilmişdir. Lakin həmin poçt qəbzindəki imza və xətt nümunəsi ona məxsus deyil, çünki onun soyadı Xudiyevadır, sənəddə isə qəbul edənin soyadı Xudiyev olaraq qeyd edilmişdir. Onların ailəsində isə Xudiyev soyadında heç kəs yoxdur. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-107/2021 nömrəli qərardadı ilə Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(052)-107/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətə baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(052)-107/2021 nömrəli qərardadı tam, onunla bağlı Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-107/2021 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(052)-107/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, Cavabdeh Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(052)-107/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün mülki iş Naftalan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarının 109-cu vərəqində olan poçt göndərişinin verilməsi haqqında AZ 4600 saylı xəbərnamədən görünür ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(052)-107/2021 saylı qətnaməsi Cavabdeh xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Xəbərnamənin şəxsən qrafasına imza edilmiş, lakin imza edən şəxsin adı qeyd edilməmiş, soyad isə Xudiyev olaraq qeyd edilmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(052)-107/2021 saylı qətnaməsindən apellyasiya şikayətini müəyyən olunmuş müddəti ötürməklə verdiyindən onu geri qaytarmışdır. Belə ki, sözügedən qətnamənin surəti cavabdehə xx.xx.2021-ci il tarixdə rəsmi çatdırılmış, apellyasiya şikayəti isə xx.xx.2022-ci il tarixdə verilmişdir. Cavabdeh apellyasiya şikayətinin geri qaytarılması barədə şikayətində göstərmişdir ki, sözügedən qətnaməni xx.xx.2022-ci il tarixində almış, 25 gün sonra, yəni xx.xx.2022-ci il tarixində şikayət vermişdir. O, qətnaməni nə poçt vasitəsilə, nə də qəbzə imza etməklə qəbul etməmişdir. İşdə olan xəbərnamədəki imzanın kimə məxsus olması müəyyənləşdirilməlidir. Çünki, həmin imza və xətt nümunəsi ona məxsus deyil və şəxsən hissəsində Xudiyev yazılmışdır onun soyadı isə Xudiyevadır. Onların ailəsində isə Xudiyev soyadında heç kəs yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin xəbərnamədəki imzanın ona məxsus olmamasını bildirməsinə baxmayaraq, imzanın həqiqətən də, cavabdehə məxsus olub-olmamasını aydınlaşdırmamış və bu məqsədlə məhkəmə-xətşünaslıq ekspertizası təyin etməmişdir. “Qroşev Rusiyaya qarşı” iş üzrə 20 oktyabr 2005-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə tərəf iclasda iştirak etmək imkanına malik olduğu tərzdə onun keçirilməsi barədə məlumatlandırılmadığı halda, ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur. Azərbaycan Respublikası MPM-nin 398.0. və 398.0.2.-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Ona görə də, şikayət qismən təmin edilməli, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(052)-107/2021 nömrəli qərardadı tam, onunla bağlı Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-107/2021 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(052)-107/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, Cavabdeh Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(052)-107/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün mülki iş Naftalan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(052)-107/2021 nömrəli qərardadı tam, onunla bağlı Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)- 107/2021 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(052)-107/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. Cavabdeh Naftalan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(052)-107/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün mülki iş Naftalan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar