Məhkəmə qərarları › İş №2(104)-103/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-103/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-103/2023 18.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Məriman oğlu və Cavabdeh5 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-499/2017 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Məriman oğlu və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 049R********** saylı kredit razılaşması üzrə 15660.64 ABŞ Dolları məbləğində kredit borcu, 2364.18 ABŞ Dolları məbləğində faiz borcu və 5071.80 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23 096 (iyirmi üç min doxsan altı) .ABŞ Dolları 62 (altmış iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, Tələbin Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən, Cavabdeh4 mülkiyyətindəki 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 50.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə cəmi 23 096 (iyirmi üç min doxsan altı) ABŞ Dolları 62 (altmış iki) sent məbləğində 'borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Hərracda satışdan olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması; Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən, Cavabdeh4 mülkiyyətindəki 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 50.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(62)-499/2017 saylı qətnaməsi ilə (hakim N.Mustafayev) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15660,64 ABŞ dolları əsas, 2364,18 ABŞ dolları faiz, 507 ABŞ dolları cərimə olmaqla cəmi 18531,82 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması və xidmət haqqı kimi ödənilmiş 31 manbat pulun tutulması, tutmanın Cavabdeh4 məxsus olan Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 50,8 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilən məbləğ hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən sonra və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh5 həmin evdən istifadə hüquqları itirilməklə mənzildən çıxarılması, mənzilin boşaldılması və daşınmaz əmlakın əldə etmiş şəxsə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 049L**********59 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 049R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 049R**********S saylı, xx.xx.2015-ci il tarixli 049R**********SA saylı, xx.xx.2016-cı il tarixli 049R**********SB saylı və xx.xx.2016-cı il tarixli 049R**********SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4339.36 ABŞ Dolları ödəmiş, onun 15660.64 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 171 gün üçün hesablanmış faiz borcu 2364.18 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 171 gün üçün hesablanmış cərimə 5071.80 ABŞ Dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 xx.xx.2015-ci il tarixli 049S**********04 saylı zaminlik müqaviləsinə, Cavabdeh4 xx.xx.2015-ci il tarixli 049S**********03 saylı zaminlik müqaviləsinə, Cavabdeh2 isə xx.xx.2015-ci il tarixli 049S**********01 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Həmçinin, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyanlar Cavabdeh4 ilə Bank arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 049M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən, Cavabdeh4 mülkiyyətindəki 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 50.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi tərəfindən 33 №-li reyestr kitabının 56 №-li vərəqində qeydiyyata alınmış Seriya RX ******* №-li çıxarışla, Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən, Cavabdeh4 mülkiyyətindəki 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 50.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh5 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək, həmin fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmişdir. Mülki iş materiallarında olan: 12 yanvar 2015-ci il tarixli 049L**********59 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 13 yanvar 2015-ci il tarixli 049S**********04, 149S**********03 saylı və 17 noyabr 2015-ci il tarixli 049S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3, ləsənov Amar Zakir oğlu və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrin şərtlərinə əsasən, zaminlər kredit məbləğinin qaytarılmasında borcalanla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. 13 yanvar 2015-ci il tarixli 049R********** saylı kredit azılaşmasından görünür ki, Cavabdeh1 24 ay müddətinə, aylıq aiz dərəcəsi 1,9167% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. 13 yanvar 2015-ci il tarixli 049R********** saylı kredit azılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə 13 mart 2015-ci il tarixli 149R**********S saylı, 16 oktyabr 2015-ci il tarixli 049R**********SA saylı, 09 mart 2016-cı il tarixli 049R**********SB saylı sazişlərdən görünür ki, borclu yeni ödəniş planına uyğun olaraq ödəniş etməsi öhdəliyini qəbul etmişdir, işə əlavə edilən 12 yanvar 2015-ci il tarixli 049M**********01 saylı ipoteka rıüqaviləsindən görünür ki, 12 yanvar 2015-ci il tarixli 049L**********59 saylı kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan Cavabdeh4 ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən Cavabdeh4 əğlunun mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 50,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri ərəflərin qarşılıqlı razılığı ilə 15000 (on beş min) ABŞ dolları miqdarında müəyyən idilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, 12 yanvar 2015-ci il tarixli 149L**********59 saylı kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Cavabdeh4 ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən fərdi yaşayış evi, Liter B,C və 0,07 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Bu barədə 21 yanvar 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2017-ci il tarixli 8823 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki iş üzrə göstərilmiş əsas kredit borcu 15136,63 ABŞ dolları, faiz borcu 3004,38 ABŞ dolları təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh4 məxsus olan Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 50,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 06 may 2022-ci il tarixinə bazar dəyəri 70.000 (yetmiş min) manat təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 şəxsinin qiymətləndirmə haqqında əsasnaməsində likvid bazar dəyərinin müəyyən edilməsi nəzərdə tutulmamışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 285/AB/22 saylı qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmeti olan Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 50,8 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin bazar dəyəri 35.000 manat, likvid dəyəri isə 28.000 manatdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə işə baxarkən məhkəmə bildirişlərini onlara çatdırılmasını təmin etməmiş və onların xəbərləri olmadan iddiaçının iddiasını təmin edən əsassız qətnamə qəbul etmişdir. Həmçinin, iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilməklə ipoteka predmeti olan əmlakın real qiymətləndirilməsi aparılmalıdır. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 Məriman oğlu və Cavabdeh5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən əmlakın ilkin satış hissəsi mübahisələndirildiyindən və cavabdeh tərəfindən apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi prosessual əsasa görə ləğv olunmalı və iddianın qismən təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk öncə Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyinə dair şikayətin dəlillərini araşdıraraq hesab edir ki, həmin dəlillər əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinin tələbinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməlidir. Həmin Məcəllənin 9.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Daha sonra həmin Məcəllənin 9.3-cü maddəsində deyilir ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrıayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. (Azərbaycan Respublikası MPM-nin 138.1-ci və 138.2-ci maddələri). Məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Məhkəmə bildirişi “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. (Azərbaycan Respublikası MPMnin 134.1.4 və 135.1-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-ci maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası MPM-nin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (Azərbaycan Respublikası MPM-nin 135.5-ci maddəsi). İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə təyin olunmuş məhkəmə iclasına çağırılması barədə cavabdehlərə ünvanlanan bildiriş yazılmışdır. Məhkəmə bildirişi işə əlavə olunsa da, həmin bildirişin Cavabdeh4 çatdırılması barədə işdə hər hansı sübut yoxdur. Bu halda bildiriş MPM-nin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş qaydada rəsmi verilmiş hesab oluna bilməz. Kollegiya bildirir ki, yuxarıda göstərilən hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin ləğvinə səbəb olur. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İddia tələbinin hüquqi əsaslılığı ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 049L**********59 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 049R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyanlar Cavabdeh4 ilə bank arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 049M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən, Cavabdeh4 mülkiyyətindəki 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 50.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin, borcalan üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə onun banka 15.660,64 ABŞ dolları əsas borc, 2.364,18 ABŞ dolları faiz borcu və 5.071,80 ABŞ dolları cərimə borcu ümumilikdə cəmi 23.096,62 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına kredit və ipoteka ilə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən hüquqi qiymət verilməlidir. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyantn dəyərindən həmin əşyantn mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlartna nisbətən üstün qaydada təminat alsın. Göstərilən Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrastnı təmin etmək üçün əşyantn ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayantn tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabtna ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydastnda təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. İşin faktiki hallarından da göründüyü kimi, bankla borcalan Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə borclu əsas öhdəliyi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə yerinə yetirməmiş, onun kreditora 15136,63 ABŞ dollar əsas kredit borcu, 2364,18 ABŞ dollar faiz borcu yaranmışdır. Eyni zamanda bank tərəfindən borcalulara 507 ABŞ dollar cərimə borcu hesablanmışdır. İşin halları əsasında müəyyən olunmuşdur ki, borcalan aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Borcun düzgün müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin 09 oktyabr 2017-ci il tarixli 8823 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 13 yanvar 2015-ci il tarixli, 049R********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə İddiaçı QSC-yə əsas kredit borcu üzrə 15.136,63 ABŞ dolları, 3.004,38 ABŞ dolları faiz borcu vardır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya bildirir ki, ekspert rəyində göstərilən 3.004,38 ABŞ dolları faiz borcu iddia ərizəsində qeyd olunan faiz borcundan yüksək olduğundan, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulmalı olan əsas borc iddiaçı tərəfindən tələb olunan məbləğdə (2.364,18 ABŞ dolları) müəyyən olunmalıdır. Çünki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə qeyd edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin halları əsasında müəyyən olunmuşdur ki, borcalan aldığı krediti müqaviləsində müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Hazırda kreditorun cərimə borcu tələb etməsi göstərilənlərə əsasən qanunidir. Belə ki, cərimə məbləğinin ödənilməsi tələbinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 5.071,80 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, 507 ABŞ dolları məbləğdə cərimənin tutulması tərəflərin əmlak mənafelərinə uyğundur. Zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MMin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, borcun zaminlərdən də tutulması əsaslıdır. Kollegiya yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, işin bu halları Cavabdeh4 məxsus olan Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 50,8 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi üçün əsasdır. Çünki, Azərbaycan Respublikası «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin yönəldilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. Məhkəmədə müəyyən edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsi üçün «İpoteka haqqında» Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur. Həmçinin «İpoteka haqqında» Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur. Cavabdehlər tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyi üçün məhkəmə kollegiyası tərəfindən iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması və rəyin verilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə tapşırılmışdır. Lakin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 şəxsinin qiymətləndirmə haqqında əsasnaməsində likvid bazar dəyərinin müəyyən edilməsi nəzərdə tutulmadığından ekspertizanın aparılması və rəyin verilməsi "xxxx" MMC-yə tapşırılmışdır. İşdə olan "xxxx" MMC-dən alınmış Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 50,8 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli, 2(104)-987/2022 saylı qərardadı üzrə Cavabdeh4 məxsus Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 50,8 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin hazırki bazar və likvid qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMC-in mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Həmin əmlakın xx.xx.2022-ci il tarixə olan bazar qiyməti 35.000 manat, likvid qiyməti 28.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 38.2.2-ci maddəsindən görünür ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən, qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı “Azərbaycan Respublikasının Nazirlər Kabineti” müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəriciləri məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə istinad edərək həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən digər sübutlarla paralel qiymətləndirib kollegiya belə qənaətə gəlir ki, həmin qiymətləndirmə rəyi əsas sübut növü kimi götürülməli və qiymətləndirilməlidir. Buna görə də ipoteka predmetinin ilkin satış qiymətinin müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə göstərilən məbləğdə, yəni 28.000 manat məbləğində müəyyən edilməlidir. Çünki, rəy kifayət qədər əsaslandırılmışdır və hazırkı reallığı əks etdirir. Həmçinin, iddia tələbi ipoteka predmetinə tutma yönəldildikdən sonra və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh5 həmin evdən istifadə hüquqları itirilməklə mənzildən çıxarılması, mənzilin boşaldılması və daşınmaz əmlakın əldə etmiş şəxsə verilməsi hissəsində də əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh4 və X3 fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razılıq vermişlər, həmçinin tutma ipoteka predmetinə yönəldiləcəyi halda yaşayış evini və torpaq sahəsini könüllü boşaltmağı öhdəsinə götürmüşdür. Belə ki, «İpoteka haqqında» 59.3-cü maddəsində göstərilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Bundan başqa, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehlərə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh1 oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə-qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri 300 (üç yüz) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul olunmaqla iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-499/2017 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunmaqla iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 15136,63 (on beş min yüz otuz altı dollar altmış üç sent) ABŞ dolları əsas borc, 2.364,18 (iki min üç yüz altmış dörd dollar on səkkiz sent) ABŞ dolları faiz borcu, 507 (beş yüz yeddi) ABŞ dolları cərimə borcu olmaqla, 18007,81 (on səkkiz min yeddi dollar səksən bir sent) ABŞ dolları (pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat və 21 (iyirmi bir) manat xidmət alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Tutma Cavabdeh4 məxsus olan Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 50,8 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın və əldə satışdan əldə olunan vəsait hesabına cavabdehlərin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan kredit borcu ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 28.000 (iyirmi səkkiz) manat məbləğdə müəyyən edilsin. İpoteka predmetinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay sonra Cavabdeh4 və Cavabdeh5 həmin evdən istifadə hüquqları itirilməklə onlar mənzildən çıxarılsın, mənzil boşaldılsın və mənzil daşınmaz əmlakı əldə etmiş şəxsə verilsin. İpoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul Cavabdeh1 tutulub SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri 300 (üç yüz) manat pul Cavabdeh1 tulularaq "xxxx" MMC-nin (VÖEN:**********, "xxxx" ASC, Abşeron filialı, VÖEN: **********, M/h: AZ03NABZ013501**********2944, Kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ52İBAZ********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar