Məhkəmə qərarları › İş №2(104)-1031/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1031/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1031/2023 25.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi, vəkil X4 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1750/2022 saylı mülki iş üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarların surətlərindən görünür ki, Cavabdeh Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsində verdiyi izahatında İddiaçı 40.000 manat məbləğində pul vəsaitini borc aldığını və həmin borcun 30.000 manat məbləğində hissəsini İddiaçı qaytardığını bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 40.000 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh X2 birlikdə işlədikləri vaxtlardan tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh ondan 2018-ci ilin sentyabr-oktyabr aylarından xəstə övladının müalicəsi və 2-ci övladının anadan olması üçün süni mayalandırma ilə əlaqədar 35.000 manat məbləğində pul vəsaitini, daha sonra isə Goranboy rayonu Sarov kənd orta məktəbində direktor vəzifəsində çalışan xalası oğluna lazım olması adı ilə 5.000 manat, cəmi 40.000 manat məbləğində pul vəsaitini borc almışdır. O, Cavabdeh övladının müalicəsi ilə əlaqədar maddi vəziyyətinin pis olmasını nəzərə alaraq, Cavabdeh borcunu tələb etməsə də, sonradan Cavabdeh borcunu tələb etmiş və bu zaman onlar arasında münaqişə baş vermişdir. Həmin münaqişə ilə əlaqədar Gəncə şəhəri Nizami rayon polis şöbəsində verdiyi izahatında da Cavabdeh ondan 40.000 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmişdir. Cavabdeh ona olan 40.000 manat məbləğində borcundan yaşadığı evdə bir dəfə ona 3.000 manat, bir dəfə isə 4.000 manat, cəmi 7.000 manat məbləğində hissəsini qaytarmışdır. Bu günkü vaxtadək qalan borcunu dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh borcunu qaytarmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, İddiaçı eyni üniversitetdə müəllim işləyirlər. Tərəflər arasında əvvəllər yaxın münasibətlər olmuş 2014cü ildə Cavabdeh 2013-cü il təvəllüdlü övladı Nurtacın anadangəlmə serebral iflic xəstəliyi ilə əlaqədar külli miqdarda pula ehtiyacı yaranmışdır. Lakin Cavabdeh maddi imkanı yaxşı olmadığından tanışlarından borc almaq məcburiyyətində qalmışdır. Buna görə də Cavabdeh qızının xəstəliyi ilə əlaqədar 2014-cü ildən 2018-ci ilədək hissə-hissə bir neçə dəfəyə İddiaçı cəmi 15.000 manat 10 faizlə borc pul götürmüşdür. 2018-ci ilin avqust ayında Cavabdeh əri X8 özünə məxsus Gəncə şəhəri, Sülh küçəsi, 1-ci dalan, 5 nömrəli evi 33.000 manat məbləğinə satmışdır. Həmin pulun 2.000 manat məbləğində hissəsi alqısatqı xərcləri təşkil etmiş, qalan pul Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə kredit borcu, N.İ.İdrisovun «Nikoil Bank » və «Dəmir Bank» Açıq Səhmdar Cəmiyyətlərində olan borclarının, bundan sonra qalıq qalmış 15.000 manat məbləğində pul vəsaiti isə İddiaçı olan borcun ödənilməsinə sərf edilmişdir. Beləliklə də İddiaçı olan borc tam məbləğdə ödənilmişdir. Lakin 2018-ci ilin dekabr ayında ipoteka ilə mənzil almaq üçün ilkin ödəniş etmək məqsədi ilə Cavabdeh İddiaçı 10 faiz əlavə ödəniş etmək şərti ilə 10.000 manat məbləğində pul vəsaitini borc almış, 2019-cu ilin mart ayında «Azərbaycan Beynəlxalq Bankı»ndan 4.000 manat məbləğində pul vəsaitini kredit götürüb İddiaçı vermişdir. Həmin ilin noyabr ayında Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 6.500 manat məbləğində pul vəsaitini kredit almış və İddiaçı olan borcunun 6.500 manat məbləğində hissəsini qaytarmışdır. Cavabdeh qeyd olunan borca görə faiz borcu 2019-cu ilin mart ayına qədər 1.000 manat, mart ayından noyabr ayınadək isə 600 manat olmuş, Cavabdeh faiz borclarını mütəmadi olaraq ödəmişdir. Daha sonra 2019-cu ilin dekabr ayında Cavabdeh qaynanası Mehriban İdrisovanın gözünün əməliyyat etdirilməsi üçün İddiaçı 2.000 manat və əlavə olaraq 600 manat, eyni zamanda ipoteka krediti ödənişləri gecikməyə düşdüyü üçün İddiaçı əlavə olaraq, 1.600 manat məbləğində də borc almışdır. 2020-сi ilin yanvar ayında Cavabdeh "xxxx" BOKT QSC-dən 4.000 manat məbləğində lombard girovu götürmüş və buna əlavələr edərək faizi ilə birlikdə İddiaçı olan borcunu ödəmişdir. Bundan sonra 2021-ci ilin yanvar ayının 31-də Cavabdeh qaynanası rəhmətə getmiş, Cavabdeh maddi vəziyyəti pisləşmişdir. Cavabdeh dəfn və hüzr xərclərinin, həmçinin övladı Nurtacın müalicə xərclərinin ödənilməsi üçün İddiaçı 10.500 manat pul vəsaitini hissəhissə pul vəsaitini borc almışdır. 2021-ci ilin mart ayında İ.A.X11 Universitetinin müəllim kollektivindən 6 nəfər arasında lotereya təşkil etmiş, Cavabdeh adını 1 dövrədə 2 dəfə qeyd etmişdir. Cavabdeh hər ay bir lotereyaya görə 500 manat, digərinə görə isə 300 manat məbləğində ödəniş etmiş, İddiaçı ümumilikdə lotereya vasitəsi ilə Cavabdeh borcunun 3.000 manat məbləğində hissəsini almışdır. Avqust ayında da İddiaçı Cavabdeh verilməli olan 1.800 manat məbləğində lotareya ödənişini də götürmüşdür. 2021-ci ilin sentyabr ayının maaşından isə Cavabdeh kartından İddiaçı aylıq faizlərə görə 200 manat pul vəsaiti götürmüşdür. 2021-ci ilin sentyabr ayında isə İddiaçı təkrar 5 nəfərdən ibarət ayda 500 manat olmaqla lotareya təşkil etmişdir. 1-ci növbə Cavabdeh növbəsi olduğu üçün Cavabdeh verilməli olan 2.500 manat məbləğində lotereya yığım pulunu İddiaçı özü götürmüşdür. 15 dekabr 2021-ci ilin sentyabr ayında isə N.Q.X3 adlı şəxsdən faizi ilə birlikdə 3.000 manat məbləğinə aldığı qızıl-zinət əşyasını Gəncə Univermağında 1.680 manat məbləğinə sataraq, 16 dekabr 2021-ci ildə 1.500 manat məbləğində pul vəsaitini İddiaçı vermişdir. Bundan sonra Cavabdeh İddiaçı 1.500 manat məbləğində borcu qalmışdır. Həmin 1.500 məbləğində pul vəsaitini isə 25 yanvar 2022-ci il tarixdə Cavabdeh qızının əməliyyat xərci ilə əlaqədar xeyriyyəçi Gütən Ramazanovanın köməklik məqsədi ilə verdiyi 1.800 manat məbləğində pul vəsaitinin 1.500 manat hissəsini İddiaçı tələb etdiyinə görə sonuncunun bacısı Gülbənizə evində vermişdir. Həmin borclara görə faiz borclarını isə Cavabdeh İddiaçı özünün əmək haqqı və qızının təqaüd kartlarını verməklə ödəmişdir. Beləliklə də Cavabdeh İddiaçı olan bütün borcunu ödəmişdir. 2021-ci ilin avqustsentyabr aylarında Cavabdeh maddi vəziyyəti pisləşdiyi üçün İddiaçı faiz borclarına güzəşt tətbiq olunmasını xahiş etmiş və İddiaçı faizlərlə əlaqədar güzəştlər tətbiq etmiş, daha sonra faiz borcunun hesablanmasını dayandırmışdır. Lakin 2022-ci ilin yanvar ayında İddiaçı Cavabdeh borcundan qalan 1.500 manat ödənişi etdikdən sonra faiz borclarının da ödənilməsini tələb etmişdir. Belə ki, Cavabdeh həmin vaxt övladı Nurtacın böyrək əməliyyatı olunması üçün öz mülkiyyətində olan mənzili satışa qoymuş və İddiaçı bunu eşidərək, Cavabdeh pulunun ola biləcəyini düşünüb sonuncudan əlavə pul tələb etmişdir. 2022-ci ilin fevral ayının 2-də İddiaçı Cavabdeh evinə gəlmiş, tərəflər arasında baş vermiş münaqişə ilə əlaqədar Gəncə şəhəri Nizami Rayon Polis İdarəsində araşdırma aparılmış, İddiaçı barəsində inzibati xətaya görə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Qeyd olunan səbəbdən də İddiaçı Cavabdeh qisas almaq məqsədi ilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Cavabdeh onun arvadıdır. O, Cavabdeh 2014-cü ildən İddiaçı hissə-hissə borc pul aldığını bilsə də, həmin borcun hansı məbləğdə olduğunu bilmir. 2018-ci ildə o və Cavabdeh mülkiyyətlərində olan mənzili sataraq digər borclarını, həmçinin Cavabdeh İddiaçı olan 15.000 manat məbləğində borcunu ödəmişlər. Cavabdeh 2021-ci ilə qədər İddiaçı olan borcundan ümumilikdə 40.000 manat məbləğində ödəniş etmişdir. Ödənilmiş borcun 4.000 manat məbləğində hissəsini Cavabdeh atası X1 bankdan aldığı kredit hesabına onlara verdiyi pulla, həmçinin Cavabdeh adına bankdan kredit alınmış 6.000 manat məbləğində pulla ödənilmişdir. O, Cavabdeh loretarayadan əldə olunan vəsait hesabına borcundan nə qədər ödəniş etdiyindən məlumatsızdır.

6. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Cavabdeh onun bacısı qızıdır. O, pandemiya dövründə Cavabdeh evində yaşamış və həmin ərəfələrdə İddiaçı borcla əlaqədar mütəmadi olaraq, Cavabdeh narahat etdiyi bilmişdir. Cavabdeh maddi imkanı olmadığına görə çox vaxt o, Cavabdeh İddiaçı olan borclarını ödəmişdir. Lakin o, Cavabdeh İddiaçı hansı məbləğdə borcunun olduğunu bilməmişdir. Cavabdeh hər ay 500 manat ödəniş etməklə, lotareya oynadığını bilsə də, həmin lotareyaya görə Cavabdeh ödənilməli olan pulun məbləğindən məlumatsız olmuşdur. Cavabdeh İddiaçı olan borcundan ödənişlər etməsini şəxsən görməsə də, Cavabdeh bir dəfə İddiaçı bacısı Gülbənizə 1.500 manat məbləğində, İddiaçı yaşadığı çoxmərtəbəli binanın liftinə İddiaçı götürməsi üçün hər dəfə 700 manat olmaqla, 2 dəfə pul qoymasını görmüşdür.

7. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Cavabdeh onun qızıdır. O, İddiaçı Cavabdeh 9 ilə yaxındır ki, borc verən şəxs kimi tanıyır. Lakin o, Cavabdeh İddiaçı hansı məbləğdə borcunun olduğunu xatırlamır. Cavabdeh bir dəfə 1.500 manat dəyərində qızıl-zinət əşyasını, satıb pulunu verməklə, bir dəfə isə 2.000 manat dəyərində qızıl-zinət əşyasını İddiaçı verməklə, loterayadan əldə olunmuş 2.000 manat məbləğində pulu ödəməklə, 500 manat məbləğində pul vəsaitini Samirə adlı qadına verməklə, Q.A.Həmzəyevin verdiyi 4.000 manat məbləğində pulu İddiaçı verməklə borcundan ödənişlər etdiyini bilir. Lakin o, Cavabdeh İddiaçı olan borcundan ödənişlər etməsini şəxsən görməmişdir.

8. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, bir dəfə qızı Cavabdeh İradə adlı xanıma olan borcunu ödəmək məqsədi ilə «Azərbaycan Beynəlxalq Bankı»ndan 4.000 manat məbləğində pul vəsaitini kredit götürmüş və Cavabdeh vermişdir. Lakin o, Cavabdeh İradə adlı xanıma hansı məbləğdə borcunun olduğunu bilmir və Cavabdeh İradə adlı xanıma borcundan ödənişlər etməsini görməmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1750/2022 saylı mülki iş üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsi ilə ( hakim: C.Quliyev) İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh 33.000 (otuz üç min) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 211 (iki yüz on bir) manat, cəmi 33.211 (otuz üç min iki yüz on bir) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1750/2022 saylı mülki iş üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun cavabdehə borcunun olub-olmaması ilə bağlı gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, o, sələmçi kimi iddiaçıdan 2014-cü ildən başlayaraq 2021-ci ilə qədər 40000 manat məbləğində hissəhissə borc pul almış, həmin pulları isə tam olaraq qaytarmışdır. Hissə-hissə aldığı həmin pulların məbləğləri və qaytardığı vaxtlar, eləcə də məbləğlər barədə iddiaya etiraz ərizəsində ətraflı qeyd etmiş və sübutlarını sənədlər və şahid ifadələri olaraq məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmə həmin sübutları əsassız olaraq qəbul etməyərək iddiaçının xeyrinə qətnamə çıxarmışdır. İddiaçı təhqiqat orqanına verdiyi izahatında ona 35000 manat pul borc verdiyini, 3000 manat qaytardığını bildirmiş, iddia ərizəsində isə 40000 manat borc verdiyini, lakin heç bir məbləğ qaytarmadığını bildirmişdir. Məhkəmədə isə 7000 manat qaytardığını bildirmişdir. Bütün bunlar onun yalan iddia qaldırmasının dəlilidir. Məhkəmədə dindirilmiş şahidlər də bu borcdan ailənin problemi kimi xəbərdar olmuşlar və müxtəlif məbləğlərdə pulun qaytarılmasında ona köməklik etməklə bilavasitə məlumatlı olmuşlar. İfadələrində həmçinin İradəyə borcunu tam qaytardığını bildirdiklərini qeyd etmişlər. Eyni zamanda iddiaçı onun maaş kartının onda olmasını da etiraf etmişdir. Xüsusilə qeyd etmişdir ki, iddiaçı sələmçilik fəaliyyəti ilə məşğul olur, 2014-cü ildən bəri ondan aldığı pulu qaytarmasaydı iddiaçı ona daimi olaraq müxtəlif məbləğlərdə borc pul verməzdi. Bundan əlavə o, bütün məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq məhkəmə qətnamədə onun iştirakını qeyd etməmiş, vəkilinin iştirak etdiyini qeyd etmişdir. Məhkəmə onun izahatlarını qətnaməyə yazmamış, sübut kimi qiymət verməmiş, bununla da prosessual hüquq normalarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi, vəkil X10 apellyasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, əlavə olaraq 9 il ərzində iddiaçıdan 40000 manat borcu hissə-hissə götürmüş, həmin pulu hissəhissə olaraq da qaytarmışdır. Hazırda onun iddiaçıya 3500 manat faiz borcu qalmışdır. İddiaçıdan pulu alarkən və qaytararkən heç bir sənədləşmə aparılmamış, şahidlər həmin pulun verilməsindən xəbərdar olsalar da, pulun verilməsində iştirak etmədiklərindən həmin halı təsdiq edə bilmirlər. Sonda apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, cavabdehlə aralarında əvvəllər çox yaxşı münasibətləri olduğundan ona (cavabdehə) 40000 manat borc vermişdir. Polisə yazdığı ərizədə 35000 yazmağının səbəbi isə 5000 manat borcu cavabdehin vasitəsilə onun xalasına verməsidir. Cavabdeh həmin borcdan 7000 manatı qaytarmış, 33000 manat borcu isə ödənilməmiş qalmışdır. Cavabdehin ona qaytardığı 7000 manatın 5000 manat hissəsi onun cavabdehin xalasına verdiyi puldur. Sonda apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 20 Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 28 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

34. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 40.000 manat məbləğində pul vəsaitini müxtəlif vaxtlarda almış və həmin pul vəsaitinin 7.000 manat məbləğində hissəsini İddiaçı qaytarsa da, digər 33.000 manat məbləğində hissəsini hazırki tarixədək qaytarmamışdır. Qeyd olunan xüsusatlar mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə, eləcə də tərəflərin öz izahatları ilə təsbit edilmişdir. Belə ki, Cavabdeh istər iddia tələbinə öz etirazında, istərsə də Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsində verdiyi izahatlarında İddiaçı 40.000 manat məbləğində pul vəsaitini borc aldığını bildirsə də, qeyd olunan borcunun qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında xx.xx.2022-ci il tarixdə İddiaçı olan 40.000 manat məbləğində borcunu tam ödədiyini, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsində verdiyi izahatında isə İddiaçı 10.000 manat məbləğində borcunun qaldığını bildirmişdir. Göründüyü kimi Cavabdeh etiraz və izahatları bir-birini təkzib etmişdir. Cavabdeh İddiaçı 40.000 manat məbləğində pul vəsaitini borc aldığını bildirdiyindən İddiaçı həmin pul vəsaitinin Cavabdeh verilməsini sübutetmə yükündən azad olmuş, Cavabdeh 40.000 manat məbləğində pul vəsaitinin həqiqətən İddiaçı qaytarmasını sübutetmə vəzifəsi yaranmışdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, yazılı formada bağlanmalıdır. Hazırki halda isə tərəflər arasında predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış, Cavabdeh İddiaçı 40.000 manat məbləğində pul vəsaitini borc almasını bildirmişdir. Buna görə də tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsızdır və Cavabdeh həmin əqd üzrə aldıqlarını İddiaçı qaytarmalıdır. Lakin İddiaçı məhkəmədə verdiyi izahatları ilə Cavabdeh ondan aldığı 40.000 manat məbləğində pul vəsaitinin 7.000 manat məbləğində hissəsini qaytardığı müəyyən edilir. Bu səbəbdən də məhkəmə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. 35.Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, hazırki iş üzrə İddiaçı 33000 manat borcu olmadığını bildirmiş, qətnamənin ləğv edilməsini və ona qarşı irəli sürülən iddianın təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 36.Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri müzakirə edərək, kollegiya hesab edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas sayıla bilməz.

37. Belə ki, məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. 38.İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarların surətlərindən görünür ki, Cavabdeh Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsində verdiyi izahatında, eləcə məhkəmə kollegiyasının iclasında İddiaçı 40000 manat məbləğində pul vəsaitini borc aldığını və həmin borcun 30.000 manat məbləğində hissəsini İddiaçı qaytardığını bildirməklə iddiaçıdan 40000 manat pul aldığını etiraf etmişdir. Beləliklə, iddiaçının cavabdehə 40000 manat məbləğində borc verdiyi iş materialları, o cümlədən, cavabdehin işin bu halını etiraf edən izahatı ilə işin faktiki halı kimi müəyyən edilir.

39. İddia edilən borcun cavabdehə verildiyi işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə 40000 manat məbləğdə borcu qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. Cavabdeh iddiaçıya olan borcunu sonuncuya qaytardığını bildirsə də, məhkəməyə öz izahatından başqa bu halı təsdiq edə bilən heç bir mötəbər sübut növünü təqdim edə bilməmişdir. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə olan halda cavabdehin izahatında göstərdiyi xüsusatları təsdiq edə bilən, əlaqəli, başqa sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu barədə heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Yalnız iddiaçı cavabdehin ondan aldığı 40000 manat məbləğində puldan 7000 (yeddi min) manat məbləğini qaytardığını bildirmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini qismən-33000 (otuz üç min) manat məbləğində təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. 41.Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1750/2022 saylı mülki iş üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1750/2022 saylı mülki iş üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar