Məhkəmə qərarları › İş №2(104)-1032/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1032/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1032/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-800/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini, cavabdehdən həmin kredit müqaviləsi üzrə 2426,60 manat əsas borc, 34,48 manat faiz borcu, 25,42 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2486,50 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-800/2021 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 09 dekabr 2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə 2426,60 manat (iki min dörd yüz iyirmi altı manat 60 qəpik) əsas borc, 34,48 manat (otuz dörd manat 48 qəpik) faiz borcu, 25,42 manat (iyirmi beş manat 42 qəpik) cərimə borcu olmaqla, ümumilikdə 2486,50 manat (iki min dörd yüz səksən altı manat 50 qəpik) borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-800/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə onun arasında 09 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri ilə 10-M-1-0-1940-12 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən kredit müqaviləsinin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 2427,24 manat olmaqla, kreditin müddəti 09 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Lakin müqavilə imzalanan zaman ilkin kredit müqaviləsində göstərilmiş zaminlərin adları qəsdən qeyd edilməmişdir. Zaminlər pulu müqavilə bağlanan zaman bu şərtlər ona izah etməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun dəlilləri ilə eyni məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, o, pulu Bankdan götürüb Kifayət adlı qadına verdiyindən, həmin pulu da, Kifayət ödəməlidir. Ona görə də, apellyasiya şikayətin təmin edilməsini, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-800/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini etiraz edərək, göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1940-12 saylı kredit müqaviləsi bağlanmaqla, Bank tərəfindən cavabdehə illik 32%-lə, 18 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. 09 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri ilə, 10-M-1-0-1940-12 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, kredit müqaviləsinin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 2427,24 manat olmaqla kreditin müddəti 09 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Lakin, borclu həmin məbləğləri faizi ilə birlikdə tam qaydada və vaxtında qaytarmamış, nəticədə 2426,60 manat əsas borc, 34,48 manat faiz borcu, 25,42 manat cərimə olmaqla, ümumilikdə cəmi 2486,50 manat borcu yaranmışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-800/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-800/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1940- 12 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcalana 18 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 09 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri ilə 10-M-1-0-1940-12 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, kredit müqaviləsinin şərtləri dəyişdirilərək, illik 1 faizlə 60 ay müddətinə 2427,24 manat olmaqla, kreditin müddəti 09 dekabr 2024-cü il tarixədək uzadılmışdır. 25 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09 dekabr 2019cu il tarixli kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 2426,60 manat, faiz borcu üzrə 34,48 manat, cərimə üzrə 25,42 manat olmaqla, ümumilikdə 2486,50 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 10-M-1-0-1940-12 saylı kredit müqaviləsi bağlanmaqla, Bank tərəfindən cavabdehə illik 32%-lə, 18 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. 09 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri ilə, 10-M-1-0-1940-12 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, kredit müqaviləsinin şərtləri dəyişdirilərək, illik 1 faizlə 60 ay müddətinə 2427,24 manat olmaqla, kreditin müddəti 09 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Lakin, borclu həmin məbləğləri faizi ilə birlikdə tam qaydada və vaxtında qaytarmamış, nəticədə 2426,60 manat əsas borc, 34,48 manat faiz borcu, 25,42 manat cərimə olmaqla, ümumilikdə cəmi 2486,50 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, cavabdeh X3 İddiaçı ASC ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşmış və həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə iddiaçı Banka 2426,60 manat əsas, 34,48 manat faiz borcu, 25,42 cərimə borcu olmaqla, cəmi 2486,50 manat məbləğində borclu qaldığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası Cavabdeh pulu Bankdan götürüb Kifayət adlı qadına verdiyi üçün, həmin pulu da, Kifayətin ödəməli olmasına dair apellyasiya dəlilinə münasibətdə qeyd edir ki, həmin hal iddianın rədd edilməsinə hüquqi əsas vermir. Cavabdeh Bankdan götürdüyü pulu başqasına borc şəklində verdiyi halda, həmin şəxsə qarşı məhkəmədə iddia qaldıra bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-800/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-800/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar