Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1036/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 və Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və maddi ziyan tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(076)-178/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kassa qəbzindən görünür ki, Eyyub Musayev tərəfindən Cavabdeh hesabına 444338.00 (dörd yüz qırx dörd min üç yüz otuz səkkiz) Rus rublu məbləğində pul vəsaiti göndərilmişdir.
2. 18 sentyabr 2018-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X2 əvəzinə 5000 (beş min) manat məbləğində 0.06 ha torpq sahəsi almışdır.
3. 08 noyabr 2018-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X2 əvəzinə 4800 (dörd min səkkiz yüz) manat məbləğində 0.06 ha torpq sahəsi almışdır.
4. Məhkəmə Kollegiyasına cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdən görünür ki, mərhum X2 qəbirüstü daşı qara mərmərdən götürülmüş və orada müasir qaydada abadlıq işləri görülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək 3.000.000 (üç milyon) Rus rublu məbləğində pulun qətnamə icra olunan vaxt Azərbaycan manatına uyğun məzənnəsi, 340 (üç yüz qırx) manat dövlət rüsmunun və hüquqi xidmətə görə ödənilmiş 1000 (bir min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında olan şifahi razılığa görə daşınmaz əmlaklar almaq üçün ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlər olmaqla ümumilikdə ******* (üç milyon) Rus rublu məbləğində pul göndərmişdir. Lakin cavabdeh vədinə əməl etməyərək söz vermiş olduğu əmlakları almamış, göndərilən vəsaiti öz istədiyi kimi sərf etmişdir. Cavabdehin göndərilmiş vəsait hesabına mərhum X2 adına aldığını iddia etdiyi əmlakların pulunu X6 özü ayrıca göndərmişdir. Hətta cavabdehin X6in adına almış olduğu əmlakın dəyəri də Eyyub Musayevin göndərmiş olduğu vəsaitdən qatqat aşağı qiymətə alınmışdır. Cavabdeh iddiaçının göndərmiş olduğu pulları öz ehtiyacları üçün xərcləmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Ona görə də hüquqlarını təmsil etdiyi şəxs məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(076)-178/2023 nömrəli qətnaməsi ilə (hakim Könül Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh ******* (iki milyon üç yüz doxsan yeddi min səkkiz yüz doxsan altı) Rus rublu məbləğində pulun qətnamə icra olunan vaxt Azərbaycan manatına olan məzənnəsi ilə alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə qanunsuz və əsassız olduğundan təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, iş üzrə hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 700 (yeddi yüz) manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi, Cavabdeh 200 (iki yüz) manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir.
8. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İddiaçı ******* (iki milyon üç yüz doxsan yeddi min səkkiz yüz doxsan altı) Rus rublu məbləğində borclu olması və həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul və maddi ziyan tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və Cavabdeh ******* (iki milyon üç yüz doxsan yeddi min səkkiz yüz doxsan altı) Rus rublu məbləğində pul qətnamə icra olunan vaxta Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq İddiaçı verilməlidir. Həmçinin ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427, 739.1,740-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(076)-178/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırmamış, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, onlar arasındakı münasibət tapşırıq müqaviləsindən yaranmış olsa da məhkəmə borc müqaviləsinə dair normalara istinad etmişdir. İddiaçının iddiasına görə cavabdehə əmisi tərəfindən daşınmaz əmlakın alınması tapşırığı vermişdir, əgər belədirsə mütləqdir ki, notarial qaydada təsdiqlənmiş etibarnamə verilsin. Bundan başqa təqdim edilən sənədlərlə sübut olunmuşdur ki, iddiaçının əri Eyyub Musayev həqiqətən baş etibarnamə vermişdir ki, daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanan zaman onu təmsil etsin. Cavabdeh 2018-ci ildə ünvan 1 ünvanında yerləşən evi və Şəmkir şəhərində 0.06 ha torpaq sahəsinin alınmasında Eyyub Musayevi təmsil etmiş və onun adından müqavilə bağlanmışdır. Bundan sonra Eyyub Musayev dəfələrlə Şəmkir rayonuna gəlmiş, həmin əmlakları görmüş, öyrənmiş və əmlakla alınan vaxtdan onun sahibliyində və istifadəsində olmuşdur. İddiaçının adından göndərilmiş pullar da mərhum ərinin tapşırıqlarının icrası ilə bağlı olmuşdur. İddiaçı iddia tələbinə dair mötəbər sübut təqdim etmədiyi halda birinci instansiya məhkəməsi iddianı təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı və onun mərhum əri cavabdehə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar göndərmişlər. Lakin iddiaçı göndərilmiş pulların iddia olunan məbləğdə və ya başqa hansı məbləğdə olmasını dəqiq bilmir. Çünki pullar müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə göndərilmişdir. Lakin cavabdeh həmin pulları öz ehtiyacları üçün xərcləməmişdir. Belə ki, göndərilmiş həmin pul vəsaitlərinin hesabına o, mərhum əmisi, Elza Fanisovnanın əri Eyyub Musayevin adına etibarnamə əsasında daşınmaz əmlaklar almışdır. Hətta almış olduğu evdə əsaslı təmir işləri aparmış, təmir işlərinə külli miqdarda vəsait sərf etmişdir. Hazırda cavabdehin iddiaçıya heç bir məbləğdə borcu yoxdur. Belə ki, cavabdeh, iddiaçının onun adına göndərdiyi pul vəsaitini onların istədiyi kimi yönləndirmiş, vəsaiti iddiaçının istədiyi yerlərə sərf etmişdir. Həmin pullar iddiaçınin yox cavabdehin mərhum əmisinin pulu olmuşdur. X6 pul göndərərək cavabdehə əmlak almaq, həmin əmlakda təmir-bərpa işləri aparmaq, xeyir-şər məclislərində maddi dəstək üçün pul yazdırmaqdan ötrü müxtəlif vaxtlarda pul göndərmişdir. Eyyub Musayev sağlığında cavabdehdən heç bir narazılığı olmamışdır. Əmisi Eyyubun ölümündən sonra İddiaçı göndərdiyi (dəfn, yas mərasimi, başdaşı qoyulması üçün) pulu isə həmin məqsədlər üçün istifadə etməklə xərclənmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, tərəflər arasında borc müqaviləsi bağlanmışdır. Hesab edirik ki, məhkəmənin həmin nomaya istinad etməsi əsassızdır. Belə ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc yerən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin iddiaçı iddia ərizəsində iddia tələbinin hüquqi əsası kimi ona əsaslanmışdır ki, guya o cavabdehlə arasında bağlanmış şifahi razılığa əsasən daşınmaz əmlaklar almaq üçün ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlər olmaqla ümumlikdə ******* rubl göndərmişdir. Göründüyü kimi, iddiaçının dediyi kimi olmuş olsa belə onda onların arasında tapşırıq müqaviləsi bağlana bilərdi, məhkəmə mübahisəyə aidiyyəti olmayan borc müqaviləsinin maddələrini tətbiq etmişdir. Tapşırıq müqaviləsi borc müqaviləsindən fərqli bir müqavilədir və iddiaçı tərəf qeyd etdiyi tapşırığı (yəni daşınmaz əmlakın alınması barədə) hansı qaydada verməsi, tapşırığa görə cavabdeh tərəfindən hansı işlərin aparmalı olduğu, ümumiyətlə tapşırığın lazımınca icra edib-etməməsi, və sair bu cürə halları sübut etməlidir. İddiaçı iddia edir ki, guya cavabdehə daşınmaz əmlak alması tapşırığı verilmişdir. Məlumdur ki, daşınmaz əmlakın alınması üçün mütləq qaydada notarius tərəfindən təsdiq edilən etibarnamə lazımdır. Lakin iddiaçı belə bir etibarnamə təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçının əri Eyyub Musayev sağlığında Azərbaycanda olan vaxt cavabdehə baş etibarnamə vermişdir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman onu təmsil etsin. Bundan sonra cavabdeh 2018-ci ildə ünvan 3 ünvanında yerləşən evi və Şəmkir şəhərində 0,06 ha torpaq sahəsinin alınmasında Eyyub Musayevi təmsil etmiş onun adından müqavilə bağlamışdır. Bundan sonra Eyyub Musayev dəfələrlə Şəmkir rayonuna gəlmiş həmin əmlakları görmüş, öyrənmiş və əmlaklar alınan vaxtdan onun sahibliyində və istifadəsində olmuşdur. İddiaçı iddia ərizəsində həmçinin göstərir ki, guya onun tapşırığı əsasında alınan əmlakları cavabdeh onun adına qeydə alacağını söz vermişdir. Sonra o göstərir ki, əldə etdiyimiz əmlaklar faktiki olaraq onun və ailə üzvlərinin istifadəsində olmasına baxmayaraq, cavabdehin adına qeydə alınıb. 2021-ci ildə onun əri qəflətən vəfat etmişdir. Ərinin vəfatından sonra o, əmlakların onun adına qeydə alınmasını xahiş etmişdir. Cavabdeh əvvəlcə həmin əmlakların onun adina, rəsmi qeydiyyata aldıracağını vəd etsə də, sonradan hənin əmlakları onun adına qeydə aldırmaqdan imtina etmişdir. Ona görə də o hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı özü də etiraf etmişdir ki, alınan əmlaklar onun faktiki istifadəsindədir, lakin əmlaklar guya cavabdehin adına qeyd edilib. Əslində isə iddiaçının sahibliyində və istifadəsində olan həmin əmlaklar cavabdehin nümayəndə kimi iştirak etdiyi alqı-satqı müqavilələri əsasında iddiaçının məhrum əri Eyyub Musayevin adina qeyd edilmiş və çıxarış verilmişdir. Cavabdeh tapşırıq aldığı Eyyub Musayevin dediyi kimi evləri sonuncunun adina qeyd etdirmişdir və onun iddiaçı ilə evləri məhz iddiaçının adina qeyd etdirmək kimi heç bir razılığı olmamışdır. İddiaçı cavabdehə bir neçə dəfə əmisi 2021-ci ilin noyabr ayında rəhmətə gedəndən sonra dəfn xərcləri üçün pul göndərmişdir və həmin pullarin hamısı bu məqsədlə xərclənmişdir. İddiaçının öz adından göndərdiyi pullar da əmisinə məxsus olmuşdur. Cavabdeh əmisinin xahişini icra edib özünə məlumat vermiş və əmisinin hər-hansı bir etirazı olmamışdır. Əmisi öləndən bir müddət sonra iddia qaldırılmışdır. İddiaçının adından mülki işin materiallarına iddiaçı tərəfindən əlavə edilən və məhkəmə tərəfindən sübut növü kimi qəbul edilən pul göndərişi qəbzlərindən görünür ki, iddiaçı cavabdehə əri öləndən sonra 2021-ci ilin noyabr, dekabr ayında 6 dəfə hər dəfə 100000 rubl olmaqla, cəmi 600000 rubl pul köçürmüşdür, bu da təxminən 12000- 13000 manat olmuşdur. Həmin köçürülən pullar iddiaçının əri, cavabdehin əmisi Eyyubun yas mərasimi verilməsi, dəfn xərcləri və baş daşı düzəldilməsi üçün nəzərdə tutulmuşdur. Bundan əvvəlki dövrlərdə isə göndərilən pulların bəzisi iddiaçının adından göndərilsədə onun ərinin tapşırığı ilə göndərilmişdir. O pulların təyinatı hər dəfə fərqli olmuşdur. Cavabdeh iddiaçının ərinin adına 2 daşınmaz əmlak almışdır və bu alqı-stqı 2018-ci lilə təsadüf etmişdir. İddiaçının əri həmin əmlakları görüb bəyənmiş, saglığında razı qalmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Onlar nümayəndə və vəkilləri ilə təmsil olunmuşlar. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
20. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
21. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
22. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
29. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
30. Maddə 389.Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(076)- 178/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
35. Beləliklə, İddiaçı iddiasına görə cavabdeh ilə aralarında olan şifahi razılığa görə daşınmaz əmlaklar almaq üçün ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlər olmaqla ümumilikdə ******* (üç milyon) Rus rublu məbləğində pul ona göndərilmişdir. Lakin cavabdeh vədinə əməl etməyərək söz vermiş olduğu əmlakları almamış, göndərilən vəsaiti öz istədiyi kimi sərf etmişdir. Ona məxsus olan cavabdeh tərəfindən mübahisələndirilməmiş, ayrı-ayrı tarixli kassa qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına ümumilikdə ******* (iki milyon üç yüz doxsan yeddi min səkkiz yüz doxsan altı) Rus rublu məbləğində pul vəsaiti göndərilmişdir.
36. Birinci instansiya məhkəməsi, iddianı qismən təmin edərək qeyd etmişdir ki, Cavabdeh İddiaçı ******* (iki milyon üç yüz doxsan yeddi min səkkiz yüz doxsan altı) Rus rublu məbləğində borcu olması və həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul və maddi ziyan tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və Cavabdeh ******* (iki milyon üç yüz doxsan yeddi min səkkiz yüz doxsan altı) Rus rublu məbləğində pul qətnamə icra olunan vaxta Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq İddiaçı verilməli və ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
37. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi adı çəkilən maddi hüquq normalarına istinad etsə də, tərəflər arasında yaranmış münasibətlərə düzgün qiymət verməmiş, maddi hüquq normasının tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəflər arasında borc müqaviləsi normalarını əsas tutaraq iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc yerən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Baxılan işdə isə iddiaçı iddia ərizəsində iddia tələbinin hüquqi əsası kimi ona əsaslanmışdır ki, guya o cavabdehlə arasında bağlanmış şifahi razılığa əsasən daşınmaz əmlaklar almaq üçün ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlər olmaqla ümumlikdə ******* rubl göndərmişdir. Göründüyü kimi iddiaçının qeyd etdiyi kimi olmuş olsa belə onda tərəflər arasında tapşırıq müqaviləsi bağlana bilərdi və birinci instansiya məhkəməsi araşdırma apararkən mübahisəni həmin normaya uygun aparmalı idi. Göründüyü kimi, birinci inctansiya məhkəməsi mübahisəyə borc müqaviləsinin normalarını tətbiq etmiş və araşdırmanı səhv istiqamətdə aparmışdır. Hansı ki, tapşırıq müqaviləsi borc müqaviləsindən fərqlidir. Belə ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Baxılan iş üzrə Cavabdeh əmisi tərəfindən sonuncunun adına daşınmaz əmlak alınmasına dair baş etibarnamə verilmiş, cavabdeh tərəfindən daşınmaz əmlakın alınması işdə olan sənədlərlə təsdiqini tapmışdır. Bundan başqa, İddiaçı qeyd etdiyi tapşırığı (yəni daşınmaz əmlakın alınması barədə) hansı qaydada verilməsi, tapşırığa görə cavabdeh tərəfindən hansı işlərin görülməsi, ümumiyyətlə tapşırığın lazımınca icra edib-etməməsi və sair hallar barədə nə birinci instansiya məhkəməsinə nə də ki, Məhkəmə Kollegiyasına heç bir subut (etibarnamə və s.) təqdim etməmişdir.
38. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı iddia edir ki, guya Cavabdeh daşınmaz əmlak alması tapşırığı vermişdir. Əslində isə daşınmaz əmlakın alınması üçün notarius tərəfindən təsdiq edilən etibarnamə mütləq olmalıdır. Lakin iddiaçı belə bir etibarnamə təqdim etməmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçının əri Eyyub Musayev sağlığında cavabdehə baş etibarnamə vermişdir ki, Cavabdeh daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman Eyyubu təmsil etsin. Bundan sonra cavabdeh 2018-ci ildə ünvan 3 ünvanında yerləşən evi və Şəmkir şəhərində 0,06 ha torpaq sahəsinin alınmasında Eyyub Musayevi təmsil etmiş, onun adından müqavilə bağlamışdır. Bundan sonra Eyyub Musayev dəfələrlə Şəmkir rayonuna gəlmiş həmin əmlakları görmüş, iddiaçının əri Eyyub həmin əmlakları görüb bəyənmiş, heç bir narazılığı olmamış və əmlaklar alınan vaxtdan onun sahibliyində və istifadəsində olmuşdur. İddiaçı iddia ərizəsində həmçinin göstərmişdir ki, guya onun tapşırığı əsasında alınan əmlakları cavabdeh onun adına qeydə alacağını söz vermişdir. Sonra o göstərir ki, əldə etdiyimiz əmlaklar faktiki olaraq onun və ailə üzvlərinin istifadəsində olmasına baxmayaraq, cavabdehin adına qeydə alınıb. 2021-ci ildə onun əri qəflətən vəfat etmişdir. Ərinin vəfatından sonra o, əmlakların onun adına qeydə alınmasını xalıiş etmişdir. Cavabdeh əvvəlcə həmin əmlakların onun adina, rəsmi qeydiyyata aldıracağını vəd etsə də, sonradan həmin əmlakları onun adına qeydə aldırmaqdan imtina etmişdir. Buna görə də o hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı özü də etiraf edir ki, alınan əmlaklar onun faktiki istifadəsindədir. Lakin əmlaklar guya cavabdehin adına qeyd edilmişdir. Əslində isə bu hallar həqiqəti əks etdirmir. Çünki, hazırda iddiaçının sahibliyində olan həmin mülklər, cavabdehin nümayəndə kimi iştiak etdiyi alqı-satqı müqavilələri əsasında iddiaçının məhrum əri Eyyub Musayevin adına rəsmiləşdirilmiş və çıxarışlar verilmişdir. Eyyub Musayevin sağlığında tərəflər arasında heç bir narazılıq olmamışdır. Baş etibarnamə ilə cavabdeh tapşırıq aldığı Eyyub Musayevin dediyi kimi evləri sonuncunun adina qeyd etdirmişdir və onun İddiaçı ilə evləri məhz iddiaçının adina qeyd etldirmək ilə bağlı heç bir razılığı olmamışdır. Göründüyü kimi, iddiaçının iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün heç bir araşdırma aparmadan sözügedən qətnaməni çıxarmışdır. Mülki iş materiallarına iddiaçı tərəfindən əlavə edilən pul göndərişi qəbzlərindən görünür ki, iddiaçı cavabdehə əri öləndən sonra 2021-ci ilin noyabr, dekabr ayında 6 dəfə hər dəfə 100000 rubl olmaqla cəmi 600000 rubl pul köçürmüşdür. Bu da təxminən 12000 - 13000 manat etmişdir. Həmin köçürülən pullar iddiaçının əri, cavabdehin əmisinin yas mərasimi verilməsi, dəfn xərcləri və baş daşı düzəldilməsi üçün nəzərdə tutulmuşdur. Bundan əvvəlki dövrlərdə isə göndərilən pulların bəzisi iddiaçının adından göndərilsədə onun əri Eyyubun tapşırığı ilə göndərilmişdir. Əvvəlki göndərilən pulların təyinatı daşınmaz əmlak və sair xərclərlə bağlı (hər dəfə fərqli) olmuşdur. Həmçinin, məhkəmə Kollegiyasına cavabdeh tərəfdən təqdim olunmuş fotoşəkillərdən bir daha müəyyən olunur ki, mərhum X2 qəbirüstü daşı qara mərmərdən götürülmüş və orada müasir qaydada abadlıq işləri görülmüşdür.
39. Məhkəmə kollegiyası bu məqamda qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
40. Bundan başqa, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə liçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyi və əsaslılığı üçün xüsusi əhəmiyyət kəsb edir.
41. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.
42. Baxilan işdə isə irəli sürülən tələb birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamış, gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
43. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh apellyasiya şikayətində şikayətinin dəlillərini əsaslandıra bilmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yuxarıda qeyd olunan normaların tələbləri çərçivəsində qəbul edilməmiş və bu da, qətnamənin ləğv edilməsi üçün əsasdır.
44. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsaslıdır və təmin olunmalıdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(076)-178/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.