Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1037/2023 25.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Goranboy Rayon Мəhkəməsinin 2(045)-1424/2022 saylı mülki iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şifahi müqavilə əsasında 5 ay sosial sığorta haqqının ödənilməsi, 8 (səkkiz) baş qoyunu və ya 2000 (iki min) manat pulun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır, Göygöl rayonun Dozular kəndindin yaxınlığında qoyun fermasının sahibidir. 2021-ci ilin sentyabr ayında cavabdeh Süleymanov Ramazanovla aralarında olan şifahi müqaviləyə görə o, cavabdehə maxsus 600 baş qoyunları otarmalı, bunun müqabilində hər ay sosial sığorta haqqı ödənildikdən sonra 200 (iki yüz) manat əmək haqqı ödənilməsinə və əlavə özünə məxsus 48 (qırx səkkiz) baş qoyunu saxlamağa razılaşmışdır. Göstərilən vaxtdan 5 ay, yəni 2022-ci ilin yanvar ayının 20-ə kimi müqavilə şərtinə görə cavabdehǝ məxsus 600 baş qoyunları otarmaqla saxlamışdır. Cavabdeh müqavilə şərlərindən irəli gələn 200 manat pulu vermiş, ancaq sosial-sığorta haqqını ödəməmişdir. Bundan başqa fermada olmayan vaxtdan istifadə edərək ona məxsus olan hər biri 250 (iki yüz əli) manat, cəmi 2000 (iki min manat) dəyərində 8 (səkkiz) baş qoyun-quzularını öz qoyunlarına qataraq bazarda satmışdır. O, buna görə cavabdehə etiraz edən zaman, 2000 manat dəyərində olan qoyun və quzularını verməkdən imtina etmişdir. Bundan başqa o, öhdəsinə götürdüyü işi axıra kimi yerinə yetirərək cavabdehə məxsus 600 baş qoyunları 5 ay otarmış, lakin cavabdeh öhdəsinə götürdüyü sosial sığorta haqqını va 8 baş 2000 manat dəyərində olan qoyun-quzuları verməmiş, bugünə kimi 8 baş qoyunlarının pulu Cavabdeh sərəncamındadır. Bu səbəbdən o, cavabdehə bir neçə dəfə öhdəliklərin icra edilməsini xatırlatmış, lakin cavabdeh müqavilədə nəzərdə tutulan öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək macburiyyətində qalmışdır. Goranboy Rayon Мəhkəməsinin 2(045)-1424/2022 saylı mülki iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh ilə aralarında olan razılığa əsasən ona məxsus 600 baş qoyunları otarmış, bəsləmiş, üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Lakin, cavabdeh öhdəlikdən irəli gələn sosial sığorta haqqını və 2000 manat dəyərində 8 baş qoyun quzuları əlindən alaraq verməmişdir. Bu hallar məhkəmədə təsdiq olunsa da, məhkəmə işə baxarkən sübutları düzgün qiymətləndirməmiş, əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Ona görə də, Goranboy Rayon Мəhkəməsinin 2(045)- 1424/2022 saylı mülki iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, sonda şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işin məhkəmə baxışının baxqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və İddiaçı dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı irəli sürülən iddianın təmin edilməsinə əsas verə bilən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən,. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən,qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqlar üzrə Avropa Məhkəməsi qeyd etmiшdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiya göstərir ki, işə apellyasiya qaydasında baxılarkən də iddiaçı məhkəməyə öz izahatından başqa şikayətinin əsaslı olduğunu təsdiq edə bilən heç bir mötəbər sübut növünü təqdim edə bilməmişdir. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə olan halda iddiaçının izahatında göstərdiyi xüsusatları təsdiq edə bilən, əlaqəli, başqa sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçı bu barədə heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən tədqiq edilmiş sübutlar isə irəli sürülən iddianın təmininə əsas vermir. İddiaçının məhkəməyə bildirdiklərinin əksinə olaraq, iş materillarında olan Goranboy Rayon Мəhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Cavabdeh 5 baş xırdabuynuzlu heyvanını oğurladığını etiraf etmiş və bu əməlinə görə ona islah işləri növündə cəza təyin edilmişdir
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. 41.Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarilə haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Мəhkəməsinin 2(045)-1424/2022 saylı mülki iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki işdə isə iddianın qiyməti 5000 manatdan azdır və ona görə də bu qətnamədən kassasiya şikayətiverilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 402.1-ci maddələrini rəhbər tutaraq,
QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Мəhkəməsinin 2(045)-1424/2022 saylı mülki iş üzrə 02 sentyabr 2022-ci il tarixli dəyişdirilmədən saxlansın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.