Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1037/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı “AS Mobile” mağazasının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3001/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3001/2023 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın qismən təmin edilməsi, 348 manat məbləğində əsas borc, 3,40 manat cərimə borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı X1 (“AS Mobile” mağazası) ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 29 noyabr 2023cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “AS Mobile” mağazası Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 348 manat əsas borc, 40,50 manat cərimə, cəmi 388,50 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh X2 (“AS Mobile” mağazası) ilə bağladığı 10 aprel 2023-cü il tarixli 184682 saylı müddətli alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu (**********74977//**********74976) olan Samsung A13-3/32 GB almış və nəticədə 348 manat borc yaranmışdır. Malın dəyərindən hər ay üçün 39 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə düşən qalan öhdəlikləri yerinə yetirməyərək aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Odur ki, cavabdehdən 348 manat əsas borc, 40,50 manat cərimə, cəmi 388,50 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını tam və obyektiv araşdırmamış, belə ki, onu məhkəməyə dəvət etmədən və dinləmədən qətnamə qəbul etmişdir. Belə ki, 10 aprel 2023-cü il tarixdə iddiaçıdan Samsung A13 markalı mobil telefon almışdır. Telefonun dəyəri 468 manat olub. Kredit şəklində aylıq 39 manat olmaqla 12 aya ödəniş bölünüb. Telefonu aldıqdan 3-4 gün sonra telefonda nasazlıq olduğunu öyrənmişdir. Belə ki, ona zəng gəlmirdi və onu görən hər kəs “sənə niyə zəng çatmır” deməsiylə telefonda problemin olduğu anlaşıldı. Həmin gün (3-4 gün sonra) Ənvər adlı şəxsə yaxınlaşaraq telefonun işləmədiyini bildirmişdir. Həmin gün onun özü ilə birlikdə bir neçə telefon ustasının yanında olmuşlar. Onun nömrəsini başqa telefona taxdıqda nömrəyə zəng çatırdı. Lakin aldığı telefonda isə nömrəyə zəng çatmırdı. Ona nömrədən olduğunu dedi. O, gedib nömrə işlədiyi halda yenidən dublikatını çıxartdırmış və yeni nömrəni telefona taxıb yoxladıq yenə də nömrəyə zəng çatmamışdır. Yenidən Ənvər adlı şəxsə yaxınlaşaraq nömrənin dublikatını çıxartdığını və yenidən yoxladığını və yenə də zəng çatmadığını, telefonun nasaz olduğunu bildirmişdir. O, isə cavabında servisə göndərərək bu problemi aradan qaldıracağını dedi. O, haqlı olaraq narazılıq etmişdir ki, təmir edilmiş telefon istəmir. Elə olsa idi ikinci əl telefon alardı. O, isə deyirdi ki, narahat olmasın düzələcək. Ona vədlər verərək 3 ay 40 manat olmaqla kredit ödənişini etmişdir. Telefon servisə gedib gəldi. Lakin heç bir dəyişiklik olmadı. Hələ də eyni problem davam edir. Bunu bildirib ya telefonu dəyişməsini, ya da telefonu geri götürməsini və pulunu qaytarmasını tələb etmişdir. O, isə cavabında ona nə telefonu düzəldirəcəyini, nə telefonu dəyişəcəyini, nə də telefonu geri götürüb onun pulunu qaytarmayacağını bildirmişdir. O, müxtəlif bəhalələrlə telefonun qaytarılması və ya dəyişdirilməsi müddətini ötürməkdən ötrü onu şirin dili ilə yola vermiş hətta telefonu servisə təmirə göndərərək 3-4 ay pulunu da ona ödətmişdir. Telefonun düzəlmədiyini bildirərək krediti ödəmədikdə isə o, məhkəməyə verərək onun xəbəri olmadan onun xeyrinə olan əsassız qətnamə qəbul olunmasına nail olmuşdur. Hesab edir ki, iddiaçının satdığı malın xarab olması ilə bağlı müqavilənin şərtləri pozulmuşdur. Ona görə də Tovuz Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(062)- 3001/2023 nömrəli qətnaməsi ləğv edilməli idddia tələbi rədd edilməlidir. Prosessual məsələlər: Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3001/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “AS Mobile” mağazası ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 184682 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə bərabər hissə-hissə ödəmək şərtilə 468 manat dəyərində mal vermişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh borcunu aylıq 39 manat olmaqla iddiaçıya ödəməlidir. İş materiallarında olan 184682 saylı müqaviləyə əlavəyə ödəniş hesablama cədvəlindən görünür ki, Cavabdeh borc müqaviləsinə əsasən borcundan 3 ay 40 manat olmaqla ödəniş etmiş, nəticədə 388,50 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə borcu barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasın müəyyən olunmuşdur ki, “AS Mobile” mağazasının sahibi X2 Cavabdeh ilə X2 (“AS Mobile” mağazası) arasında bağlanılmış 10 aprel 2023-cü il tarixli 184682 saylı müddətli alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu (**********74977//**********74976) olan Samsung A13-3/32 GB almış və nəticədə 348 manat borc yaranmışdır. Malın dəyərindən hər ay üçün 39 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə düşən qalan öhdəlikləri yerinə yetirməyərək aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Odur ki, cavabdehdən 348 manat əsas borc, 40,50 manat cərimə, cəmi 388,50 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini əsas borc hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir Kredit borcu vaxtında ödənilmədiyinə görə hesablanmış cəriməyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehdən 40,50 manat məbləğində dəbbə pulunun (cərimə) tutulmasını xahiş etmiş olsa da, məhkəmə qanunvericiliyin yuxarıda istinad olunan normasına əsaslanaraq və işin hallarını nəzərə alaraq həmin məbləği azaldaraq ödənilməsi üçün cavabdehin üzəridə 3,40 manat məbləğində cərimə saxlamışdır ki, iddiaçı da həmin xüsusatı mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, birinci instansiya məhkəməsi onu məhkəməyə dəvət etmədən və dinləmədən qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki işə birinci instansiya məhkəməsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış və iş materiallarından olan xx.xx.2023-cü il tarixli bildirişdən də göründüyü kimi, Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı etirazını və ona əlavə edilmiş sənədləri, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəmə təqdim olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh isə iddiaya qarşı heç bir etiraz təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini, eləcə də məhkəmə tərəfindən iddiaçının marağı nəzərə alınmaqla qətnamə çıxarılmasına dair dəlilini əsassız sayır. Çünki cavabdeh verdiyi şikayətdə məhkəmə tərəfindən iddiaçının marağı nəzərə alınmaqla qətnamə çıxarıldığını göstərilmiş olsa da, həmin şikayətə dəlilini təsdiq edən sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3001/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(104)-1037/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1037/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver