Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1045/2025 23.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X12 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X7 və Cavabdeh, eləcədə onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(021)-247/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən ödənilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı X6 1600 manat, Bakı sağlamlıq Mərkəzinə 16 may 2024-cü ildə iki dəfəyə 1920 (70=185=1920) ödəniş etmişdir.
2. 17 may 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X16 MMC-yə 100 manat ödəniş edilmişdir.
3. X9 tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı 24 aprel 2024-cü il tarixdə xəstəxanaya girişi qeydə alınmış, 26 aprel 2024-cü il tarixdə klinikada yoğun bağırsağın stomasının qapadılması əməliyyatı edilmiş və 29 aprel 2024-cü il tarixdə isə ümumi yaxşılaşma ilə evə buraxılmışdır.
4. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-baş idarəsi tərəfindən verilmiş Epikrizdən görünür ki, İddiaçı 10 oktyabr 2023-cü il tarixdə xəstəxəxanya girişi qeydə alınmış, 18 oktyabr 2023-cü il tarixdə çıxışı qeydə alınmışdır. Xəstəyə 12 oktyabr 2023-cü il tarixində ümumi endotraxeal anesteziyanın tətbiqi ilə "Çanaq sümüklərinin osteosintezi" ve "Sol akromioklavikulyar oynağın qapalı reduksiyası" cərrahi əməliyyatları icra edildi. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçdi. Əməliyyatdan sonraki dövrdə xəstə stasionar şəraitdə müalicə olunmuşdur. Gündəlik yara sarğıları icra edilmişdir. Xəstəyə təyinatı üzrə müvafiq həkim konsultasiyaları edilmişdir. 13 oktyabr 2023-cü il tarixində xəstəyə sanatasion bronxoskopiya icra edilmişdir. Müalicə nəticəsində xəstənin ümumi vəziyyətində yaxşılaşma qeyd edilmişdir. Xəstə kafi vəziyyətdə müalicənin ambulator şəraitdə davam etdirilməsi məqsədi ilə ev təyinatları verilərək evə yazılmışdır.
5. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin xx.xx.2023-cü il tarixli Fakturasından görünür ki, İddiaçı tərəfindən 14520,07 manat ödəniş edilmişdir.
6. Məhkəmə-Tibbi Ekspertiza və X14 publik hüquqi şəxsin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 799 saylı Rəydən görünür ki, İddiaçı bədəni üzərində müəyyən edilmiş xəsarətlər travmatik şok İİİ dərəcə ilə müşayət olunan baş beyin diffuz travması, sol bazu-körpücük oynağının çıxığı, simfizin cırılması, qalça, qasıq, oturaq sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, Xİİ döş fəqərə cisminin sağ yarısının sınığı, dalağın çıxarılması, Hartmann cərrahi əməliyyatından sonrakı kolostoma, episitostoma, sidik kanalının travması, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı piyada kimi törənə bilər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.
7. Bərdə Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 1(021)-40/2024 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və onun barəsində seçilmiş "başqa yerə getmən haqqında iltizam" qətimkan tədbiri ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə 4477 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 oktyabr 2023-cü il tarixdə saat 20:00 radələrində X10 idarə etdiyi Mercedes BENZ C200 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə Rayonu Şirvanlı kəndindən keçən 34-cü kilometrliyində Ağdam rayon istiqamətində hərəkətdə olarkən yol hərəkəti tələblərini pozaraq onu piyada yolun orta xəttini üzərində vurmuşdur. Baş vermiş hadisə nəticəsində “travmatik şok İİİ dərəcə ilə müşayiət olunan baş beyin diffuz travması, sol bazu körpücük oynağının çıxığı, simfizin cırılması, qalça qaşıq, oturaq sümüklərinin qapalı, yer dəyişmiş sınıqları, Xİİ döş fəqərə cisminin sağ yarasının sınığı, dalağın çıxarılması hartman cǝrahi əməliyatıdndan sonraki kolostoma episitostoma sidik kanalının travması xəsarətləri ilə müşahiət olunan həyatı üçün təhlükəli olan sağlamlığa zərər vurmaya aid xəsarətlər almışdır. Cavabdeh X10 məhkəmə iclasında özünü təqsirli bilmişdir. Aldığı xəsarətlərə görə bir sıra Dövlət və özəl xəstəxanalarda müalicə almışdır. X5 əməliyyat olmuşdur. Gəncə Beynəlxalq xəstaxanasına aprel ayının 26-sı bağırsağının içəri yığılması üçün 1600 manat pul ödəmişdir. May ayının 16-18 araları Bakı Sağlamliğ Mərkəzinə sidik kanalını əməliyyat etdirmək üçün 2000 manat ödəmişdir. Bundan əlavə müalicə üçün dərmanlara 407 manat ödəmiş, eləcədə 470 manat yola xərcləmişdir.
10. Bərdə Rayon Məhkəməsinin 25 yanvar 2025-ci il tarixli 2(021)-247/2025 nömrəli qətnaməsi ilə (hakim F.Abdullayev) İddianın qismən təmin olunması; Cavabdeh oğundan 1620 manat tutularaq İddiaçı ödənilməsi; İddia tələbinin qalan hissədə təmin olunmaması; iş üzrə ödənilmiş 64.77 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 36.20 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1 və 1108.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 106.1, 119.1, 119.2, 124.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra iddiaçının müalicəsi üçün 28443 manat ödəniş etmiş, daha sonra isə onun müayinə və müalicəsinə, eləcədə dərman və digər xərclərə görə də əlavə pul xərcləmiş, ümumilikdə 35000 manata kimi xərc çəkmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra iddiaçının müalicəsi üçün 28443 manat ödəniş etmişəm.Bundan başqa iddiaçının müayinə və müalicəsinə dərman və digər xərclərə görədə pul xərcləmiş, ümumilikdə 35000 manata kimi xərc çəkmişdir. Zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən cinayət məsuliyyətindən azad edilmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddia tələbinin təmin edilməsi hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X13 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehin iddiaçıya ödəniş etməsi iş materialları ilə təsdiq olunur. Sonuncu dəfə sığortadan aldığı 1500 manatı da iddiaçıya vermişdir. İlkin bağırsaq əməliyyatı həkim səhlənkarlığı nəticəsində yalnış aparıldığından iddiaçı yenidən əməliyyat olunmuşdur. Ona görədə sonradan çəkilən xərc cavabdehdən tələb edə bilməz. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddia tələbinin təmin edilməsi hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X7 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, baş vermiş yol nəqliyaat hadisəsinin nəticəsi olaraq 26 aprel 2024-cü il tarixdə X1 bağırsağının (əvvəlki əməliyyat zamanı çöldə saxlanıldığından) içəri yığılması əməliyyatı keçirilmişdir. 17 may 2024-cü ildə isə Bakı Sağlamlıq Mərkəzində Türkiyədən gəlmiş həkimlər tərəfindən sidik kanalının qırılması əməliyyatı olunmuşdur. Həmin əməliyyatlara görə X6 1600 manat, Bakı Sağlamlıq Mərkəzinə isə 2000 manat ödəniş etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Sonuncu məhkəmə iclasında nümayəndəsi vastəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh 02 oktyabr 2023cü il tarixdə saat 20 radələrində idarə etdiyi Mercedes Benz C200 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən 34-cü kilometrliyində Ağdam rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni o, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək yolu sağdan sola doğru adi yerişlə keçən piyada İddiaçı yolun orta xəttinin üzərində vurmuş, daha sonra 26 metr qarşıda yolun Bərdə rayonu istiqamətində sağ kənarında dayanmış X11 məxsus BMW 5201 markalı, 90- BF321 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı travmatik şok İİİ dərəcə ilə müşayiət olunan baş beyin diffuz travması, sol bazu-körpücük oynağının çıxığı, simfizin cırılması, qalça, qasıq, oturaq sümüklərininin qapalı, yerdəyişmiş sınıqları, Xİİ döş fəqərə cisminin sağ yarısının sınığı, dalağın çıxarılması, hartman cərrahi əməliyyatından sonrakı kolostoma, episitostoma, sidik kanalının travması xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. Cavabdeh zərərçəkmiş şəxs İddiaçı ilə barışdığından və ona dəymiş zərəri ödədiyindən Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(021)40/2024 saylı qərarı ilə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. İddiaçı aldığı xəsarətlərdən ilkin müalicə olunsada, müalicənin davamı olaraq xx.xx.2024-cü il tarixdə X5 üzərində yoğun bağırsağın stomasının qapadılması (bağırsağının içəri yığılması) əməliyyatı keçirilmiş və bu əməliyyat üçün onun tərəfindən xəstəxanaya xx.xx.2024-cü il tarixdə 1600 manat ödəniş edilmişdir. Daha sonra, yəni xx.xx.2024-cü il tarixdə Bakı Sağlamlıq Mərkəzində Uretranın bulboz hissəsinin daralması (sidik kanalının qırılması) əməliyyatı icra edilmiş və bu əməliyyat üçün də 2000 manat ödəniş olunmuşdur. Dəymiş ziyanın aradan qaldırılması barədə tərəflər arasında razılıq əldə edilmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.
38. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, İddiaçı cinayət işi üzrə icraat zamanı cavabdehlə barışması və ona dəymiş ziyanı tamamilə ödənilməsi barədə ərizə verməsinə baxmayaraq, həmin ərizənin verilməsindən sonra avtomobilin onu vurması nəticəsində yaranan xəsarətlərlə əlaqədar təkrar olaraq X4 və Bakı Sağlamlıq Mərkəzində 2 dəfə əməliyyat olunması zamanı onun tərəfindən həmin xəstəxanalara əlavə 3600 manat ödənilmişdir. Lakin İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin xəstəxanasında əməliyyat üçün ödədiyi 14.520 manat, xx.xx.2024-cü il tarixdə 15.000 manatı cavabdeh tərəfindən qaytarılmasını və cavabdehə ödənilməli olan 1500 manat sığorta pulunu etibarnamə əsasında onun tərəfindən alınmasını nəzərə alaraq iddia 1620 manat təmin edilməlidir. İddianın təmin edilməməsi hissədən apellyasiya şikayəti verilməmişdir.
39. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.
40. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
41. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
42. Bundan əvvəldə qeyd olunduğu kimi, iş üzrə Cavabdeh 02 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “Mərcedes Benz C200” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı xəsarət alması, eləcədə sonuncunun aldığı xəsarətlə əlaqədar müəyinə və müalicəsi üçün X9 və Bakı Sağlamlıq Mərkəzində ödəniş edilməsi işin mübahisəsiz halıdır. Cavabdehin törətdiyi hüqazidd əməli nəticəsində, İddiaçı səhhətinə ziyan vurulmuş və sonuncu bu ziyanın aradan qaldırılması üçün tibb müəssələrinə pul ödəyərək maddi ziyana məruz qalmışdır. Belə olan təqdirdə kollegiya hesab edir cavabdehin qanuna zidd hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddiaçının cavabdeh qarşı tələbi qanuni və əsaslı sayılmalıdır.
43. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(021)-247/2025 nömrəli qətnaməsi mübahisələndirilən, yəni Cavabdeh oğundan 1620 manat tutularaq İddiaçı ödənilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.