Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1075/2023 05.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(062)-216/2017 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-216/2017 nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddia tələbi təmin edilmiş, Cavabdeh1 7800 manat məbləğdə pulun, Cavabdeh2 7000 manat məbləğində pulun, X3 2500 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, X3 2500 manat məbləğdə pulun alınaraq X2 verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş və qətnamənin ləğv olunması və iddianın ona aid olan hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 həmiçinin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin surətini xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Ona görə də müddət bərpa edilməli və iş materialları apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-216/2017 nömrəli qərardadı ilə (hakim Fərid Əliyev) Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-216/17 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə Cavabdeh1 tərəfindən verilmiş ərizə üzrə icraata xitam verilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-216/2017 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonuncu qərardaddan narazı qalan İddiaçı şikayət verərək qərardadın ləğv olunması, prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi və şikayətin geri qaytarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-216/2017 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 3051/2022 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-216/2017 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2022-ci il tarixli, 2(062)-216/2017 nömrəli qərardadı ləğv edilmiş, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair cavadehin ərizəsinə baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə geri qaytarılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-216/2017 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-216/2017 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina edilməsi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-216/2017 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən qeyd etmişdir ki, Cavabdeh1 qətnamə barədə məlumatlı olmuş və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək qərardadın ləğv edilməsi və müddətin bərpasına dair ərizəsinin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Laçın rayonunda hərbiçi kimi çalışmaqla Tovuz rayonunda yaşamır. Sözügedən qətnaməni xx.xx.2023-cü il tarixdə almışdır. Bundan başqa, məhkəmə müddətin bərpası ilə bağlı məsələyə baxarkən mübahisə predmeti olan qətnamənin qanuni və ya qanunsuz olması halını da nəzərə almalıdır. Belə ki, o iddiaçıya olan borcunu tam olaraq ödəmişdir. Tovuz Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(062)-216/2017 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki iş materialı ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Cavabdeh1 qətnamə barədə məlumatlı olmuş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzürlü səbəbdən ötürməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından icra vərəqi verilmiş, Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş icra sənəsi üzrə borclu Cavabdeh1 göndərilmişdir. Tələb könüllü icra edilmədikdə isə onun əmək haqqından tutulmalar aparılmışdır. Müdafiə Nazirliyinin N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli, 2172 saylı məktubunda qeyd olunur ki, göstərilən icra sənədinə əsasən borclu Cavabdeh1 əmək haqqından İddiaçı xeyrinə pul tutulması barədə icra vərəqi daxil olmuşdur. Lakin, Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 1112 AsH saylı məktubuna əsasən pul tutulması dayandırıldığı üçün icra vərəqəsi geri qaytarılır. Həmçinin işdə olan Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 1112AsH saylı məktubundan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Buna görə də Cavabdeh1 əmək haqqısından tutulmanın tam olaraq dayandırılması xahiş olunmuşdur. Göründüyü kimi işdə olan sənədlərlə icra oranı ilə cavadebhin işəgötürəni arasındakı yazışmaların 2020-ci ilin oktyabr ayında aparılması və cavabdehin əmək haqqından icra sənədi üzrə pulun tutulmasının da 2020-ci il tarixdə baş verməsi müəyyən edilməkdədir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının MPM-in 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən aslı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən aslıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işüzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Ona görə də, kollegiya şikayətin təmin edilməməsi və Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(062)-216/2017 nömrəli qərardadının və onun əsasında çıxarılmış 24 fevral 2023-cü il tarixli 2(062)-216/2017 nömrəli qərardadının dəyişdirmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə konkret olaraq müəyyənləşdirilmişdir. Hazırki iş üzrə çıxarılan qərardaddan isə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası MPM-in 263, 264, 396, 397.2. 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(062)-216/2017 nömrəli qərardadı və onun əsasında çıxarılmış 24 fevral 2023-cü il tarixli 2(062)-216/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1075/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1075/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver