Məhkəmə qərarları › İş №2(104)-1095/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1095/2024

16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1095/2024 16.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı1 və digərlərinin Cavabdeh1 hüquq varisi X3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi ziyan tələbi) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(042)-151/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 20 noyabr 2019-cu il tarixli, 26578 saylı Ekspert Rəyinin surətindən görünür ki, Ekspertiza Mərkəzinə təqdim edilmiş 136 adda əmlakın dəyəri 12.496 manat təşkil edir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 1(100)151/2020 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilərək, ictimai təhlükəli əməlləri törətdiyi zaman anlaqsız vəziyyətə olduğu üçün o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin cinayət işinin materiallarına əlavə edilmış və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 20 noyabr 2019-cu il tarixli, 26578 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mağazalarda və digər avadanlıqların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən tədqiq edilən ekspertizaya təqdim edilməyən 136 adda tədqiqat obyektlərinin, 31 avqust 2019-cu il tarixə, qərarın təsviri hissəsində olan məlumatlara əsasən, respublika daxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq 12.496 manat müəyyən edilmişdir: O cümlədən: İddiaçı1 məxsus 10 adda əmlak üzrə 1.245 manat; İddiaçı3 məxsus 22 adda əmlak üzrə 2.494 manat; Nurəddin Vəliyevə məxsus 10 adda əmlak üzrə 585 manat; Ozal Vəliyevə məxsus 16 adda əmlak üzrə 875 manat; Aqşin Əliyevə məxsus 16 adda əmlak üzrə 918 manat; İddiaçı2 məxsus 11 adda əmlak üzrə 983 manat; Elgün Əliyevə məxsus 10 adda əmlak üzrə 568 manat; Hüsniyə Əliyevaya məxsus 10 adda əmlak üzrə 817 manat; ümumi istifadədə olan 31 adda əmlak üzrə 4.011 manat. Həmin tədqiq edilən tədqiqat obyektlərinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(104)-85/2021 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 1(100)-151/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. AZ-İİ seriyalı, 045516 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 07 may 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 may 2021-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdeh1 adına reyestrdən çıxarış tərtib edilməmişdir. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi, Şəmkir rayon 1 saylı notariat ofisinin 27 oktyabr 2022-ci il tarixli, 1737 saylı məktubundan görünür ki, 20 may 2021-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh1 Mastan oğlundan miras qalmış əmlaka dair Gədəbəy rayonu, notariat ofisində övladı X2 ərizəsi əsasında 19 aprel 2022-ci il tarixdə 8V-224 reyestrdə qeydə alınmış vərəsəlik işi açılmışdır. Mirasın qəbulu üçün digər vərəsələrin müraciəti qeydə alınmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(104)-264/2022 nömrəli qərardadı ilə Cavabdeh1 hüquqi varisi kimi qızı X4 tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onlara dəymiş 12.496 manat maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə onlar arasında mülki mübahisələri olmuşdur. 31 avqust 2019-cu il tarixdə onların yaşadıqları evin damına gizlətmiş olduğu 16 kalibrli “VİİK” modelli tüfənglə R.Əliyevanı və A.Əliyevi öldürmək məqsədi ilə güllə atmış və nəticədə R.Əliyevanın sağ qıçına və sağ qoluna oğlunun isə belinin omba hissəsinə qırma dolmuşdur. Bununla kifayətlənməyən Cavabdeh1 əvvəlcədən almış olduğu benzinlə dolu kapron qabda olan benzini onların yaşadıqları otağa və evin ikinci mərtəbəsinə tökərək yandırmışdır. Nəticədə onlara və azyaşlı uşaqlarına aid olan geyim məişət və qızıl əşyaları yanıb məhv olmuşdur. Cavabdeh1 törətmiş olduğu cinayət əməlinə görə AR CM-nin 29,120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29.120.2.9, 134 və 186.2.2-ci maddələri ilə cinayət işi başlanmış və Gəncə Ağır Cinayətlər məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərarı ilə o, anlaqsız hesab olunaraq Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə təyin edilmişdir. Həmin cinayət işinin istintaqı zamanı ekspert cəlb edilmiş və ekspertin 20 noyabr 2019-ci il tarixli rəyi ilə ümumilikdə onlara 12.496 manat ziyan dəyməsi müəyyən edilmişdir. Həmin cinayət işinin istintaqı zamanı mülki iddia olmamışdır. Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(042)-151/2021 saylı qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 həmin hadisəni törətdikdən sonra məhkəmə aktına əsasən cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Yəni, həmin vaxt onun törətdiyi əmələ görə özü cavabdehlik daşımışdır. Cavabdeh1 yalnız cinayət işinin gedişi zamanı Gədəbəy Rayon məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 4(042)-5/2020 saylı qərarı ilə prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, qızı Qanuni nümayəndə ona qanuni nümayəndə təyin edilmişdir. Qanuni nümayəndə Məstan qızı hadisə törədildikdən sonra Cavabdeh1 qanuni nümayəndə təyin edildiyindən onun təqsiri və hadisəyə görə məsuliyyət daşıması qanunda nəzərdə tutulmamışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1105.1 və 1105.2-ci maddələrinə, habelə Mülki ProsessualMəcəllənin 49.3, 49.4, 72.1, 216-227, 358-360 və 362-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə, prosessual hüquq normasının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, qətnamədə göstərilir ki, Cavabdeh1 həmin hadisəni törətdikdən sonra cinayət prosessual fəaliyyət qabiliyyət olmayan şəxs hesab edilmişdir. Yəni, həmin vaxt qanuni nümayəndə yox onun özü məsuliyyət daşıyırdı. Bildirirlər ki, bu gün X5 adına daşınmaz əmlak kimi torpaq sahəsi vardır. Bu torpaq sahəsi ilə bağlı Cavabdeh1 yox onun qanuni nümayəndəsi sərəncam verə bilər. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(103)- 53/2023 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(042)-151/2021 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, Cavabdeh1 hüquqi varisi X1 1.245 manat pulun tutulub İddiaçı1, 2.494 manat pulun tutulub iddiaçı X6, 983 manat pulun tutulub İddiaçı2 verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Şəmkir rayon 1 saylı notariat ofisinin 27 oktyabr 2022-ci il tarixli, 1737 saylı məktubundan görünür ki, 20 may 2021-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh1 Mastan oğlundan miras qalmış əmlaka dair Gədəbəy rayonu notariat ofisində övladı X2 ərizəsi əsasında 19 aprel 2022-ci il tarixdə 8V-224 reyestrdə qeydə alınmış vərəsəlik işi açılmışdır. Mirasın qəbulu üçün digər vərəsələrin müraciəti qeydə alınmamışdır. Cavabdeh1 ölümündən sonra vərəsəlik işi açılmış və sonuncun mirasını övladı X4 qəbul edərək vərəsəsi olduğundan hüquqi varisi qismində cəlb edilmişdir. Belə ki, miras miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi, eyni zamanda mirasın passivi üzrə miras qoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Məhkəmə kollegiyası hesab etmişdir ki, mərhum Cavabdeh1 tərəfindən cinayət əməli üzrə iddiaçılara maddi ziyan vurulduğundan, həmin ziyan məbləğinin vərəsələrdən tutulması əsaslıdır. İddiaçılara dəymiş maddi ziyana görə cavabdehin hüquqi varisindən tutulacaq pul iddia həcmində deyil, hər bir iddiaçıya dəymiş ziyan məbləğində müəyyən edilməlidir. Belə ki, yuxarıda göstərilən cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 20 noyabr 2019-cu il tarixli, 26578 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mağazalarında və avadanlıqların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən tədqiq edilən ekspertizaya təqdim edilməyən 136 adda tədqiqat obyektlərinin, 31 avqust 2019-cu il tarixə, qərarın təsviri hissəsində olan məlumatlara əsasən, respublika daxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq 12.496 manat müəyyən edilir. O cümlədən: İddiaçı1 məxsus 10 adda əmlak üzrə 1.245 manat; İddiaçı3 məxsus 22 adda əmlak üzrə 2.494 manat; Nurəddin Vəliyevə məxsus 10 adda əmlak üzrə 585 manat; Ozal Vəliyevə məxsus 16 adda əmlak üzrə 875 manat; Aqşin Əliyevə məxsus 16 adda əmlak üzrə 918 manat; İddiaçı2 məxsus 11 adda əmlak üzrə 983 manat; Elgün Əliyevə məxsus 10 adda əmlak üzrə 568 manat; Hüsniyə Əliyevaya məxsus 10 adda əmlak üzrə 817 manat; ümumi istifadədə olan 31 adda əmlak üzrə 4.011 manat. Həmin tədqiq edilən tədqiqat obyektlərinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı1 məxsus 10 adda əmlak üzrə 1.245 manat, İddiaçı3 məxsus 22 adda əmlak üzrə 2.494 manat İddiaçı2 məxsus 11 adda əmlak üzrə 983 manat məbləğində zərər dəymişdir. İddia tələbinin digər hissəsi üzrə olan məbləğ isə iddiaçılara deyil, başqa şəxslərə münasibətdə dəymiş maddi ziyan məbləğidir və həmin ziyan tələb olunmamışdır. İddiaçılar onlara dəymiş ziyanı tələb etmişlər. Cavabdeh1 öldüyündən cinayət işi üzrə qanuni nümayəndəsi olmuş Qanuni nümayəndə hazırki iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Belə ki, o Cavabdeh1 miras qalmış əmlakı qəbul etməmiş və qanunvericilikdə isə ölmüş şəxsin qanuni nümayəndəsinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1105, 1133, 1151-ci maddələrinə, CPM-in 7.0.36, 12.2, 87.1, 180.2-ci maddələrinə, habelə MPMin 14.1, 77.1, 82.488-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat İddiaçılar (onların vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və mülki işin iddianın təmin olunmayan hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-441/2024 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Əhməd Əhmədov, hakimlər Vüqar Həsənov və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(104)-53/2023 saylı qətnaməsi qismən iddianın ümumi istifadədə olan 31 adda əmlaka dəymiş maddi zərərə görə 4.011 manat pul tələbinin rədd olunması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Cavabdeh1 hüquqi varisi X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin hüquqi varisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh1 vəfat etmiş, Zərniyar və Mətanət isə onun qızlarıdır. Yandırılan ev onun atası evi olmuşdur. İddiaçılardan Xəyalə bacısı, İradə isə anasıdır. Onlar həmin evdə birlikdə yaşamışlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(042)-151/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, İddiaçı3 ilə oxşar məzmunlu izahat verdilər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(042)-151/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-441/2024 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(104)-53/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə- iddia tələbinin cavabdehdən 4.011 manat məbləğində maddi ziyanın tutulması hissəsində ləğv edildiyi və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına qaytarıldığı üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddia tələbinin həmin hissəsində yoxlanılır. Qətnamənin digər hissəsi bağlı araşdırılma aparılmır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(042)- 151/2021 saylı qətnaməsi iddianın təmin edilməyən 4011 manat maddi ziyan hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh1 hüquqi varisi X1 4.011 manat məbləğində maddi ziyan onun qəbul etdiyi miras payı həcmində tutularaq iddiaçılar İddiaçı1, X6 və İddiaçı2 verilməlidir. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarına görə, “üzvi mənşəli şəxsiyyət pozuntusu” dekompensasiya vəziyyətində olmuş Cavabdeh1 31 avqust 2019-cu il tarixdə, saat 12 radələrində tamah məqsədilə İddiaçı1, Rüsxarə Vəliyeva, Aqşin Əliyev, Ozal Vəliyev, İddiaçı2, Elgün Əliyev, Hüsniyə Əliyevanı öldürüb, onların yaşadıqları Gədəbəy rayonu, Arısu kəndində yerləşən evə sahiblənmək üçün maddi mənfəət əldə etmək üçün həmin evi benzin vasitəsilə yandırıb və nəticədə iddiaçılara maddi ziyan dəyib. Lakin, Gəncə Ağır Cinayətlər məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 1(100)-151/2020 saylı qərarı ilə müəyyən edilib ki, Cavabdeh1 Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilib və o, ictimai təhlükəli əməlləri törətdiyi zaman anlaqsız vəziyyətə olduğu üçün cinayət məsuliyyətindən azad edilib. Həmçinin həmin qərarla müəyyən olunub ki, ümumi istifadədə olan 31 adda əşyaların, yəni 1 ədəd “LG” markalı televizorun, 1 ədəd krosna antenanın, 1 ədəd “Samsung” markalı paltaryuyanın, 1 ədəd “Samsung” markalı soyuducunun, 1 ədəd şkafın, 1 ədəd iki nəfərlik çarpayının, 1 ədəd tumbuçka və güzgünün, 1 ədəd stolun, 6 ədəd stulun, 2 ədəd sandığın, 2 ədəd taxta çarpayının, 100 ədəd tarelkanın, 150 ədəd boşqabın, 100 ədəd xrustal stəkanın, 50 ədəd nəlbəkinin, 5 ədəd çaynikin, 5 ədəd qazanın, 150 ədəd xörək qaşığının, 50 ədəd çay qaşığının, 60 ədəd çəngəlin, 6 ədəd xrustal meyvə qablarının, 7 ədəd xrustal ləpə qabının, 30 ədəd xrustal mürəbbə qabının, 25 ədəd kasanın, 5 ədəd sininin, 10 ədəd xrustal qrafinkanın, 10 ədəd yun döşəyin, 10 ədəd yun yorğanın, 15 ədəd yastığın, 30 ədəd yun döşəyin, 4 ədəd gəvənin yanması nəticəsində İddiaçı1, İddiaçı3 və İddiaçı2 cəmi 4.011 maddi məbləğində maddi zərər dəyib. Daha sonra işdən görünür ki, Cavabdeh1 20 may 2021-ci il tarixdə ölüb və ondan Gədəbəy rayonu, Arısu kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və 0,8904 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalıb. Həmin miras əmlakı Cavabdeh1 övladı X4 qəbul edib və sonuncunun ərizəsinə əsasən 19 aprel 2022-ci il tarixdə 8V-224 reyestrdə qeydə alınmış vərəsəlik işi açılıb. Kollegiya qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən olunur ki, mərhum Cavabdeh1 törətdiyi cinayət hadisəsi nəticəsində iddiaçıların hər birinin ayrıca mülkiyyətlərində olan əşyalarla yanaşı, onların ümumi istifadələrində olmuş dəyəri 4.011 manat təşkil edən 31 adda əşyalarına da zərər dəyib və hazırda iddiaçılar ümumi istifadələrində olmuş həmin əşyalara dəymiş zərəri də tələb edirlər. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Habelə Mülki Məcəllənin 213.6-cı maddəsinin mənasına görə, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. İş materialları ilə müəyyən olunur ki, dəyəri 4.011 manat olan 31 adda əşyanın iddiaçıların ümumi istifadələrində olmuşdur. Digər tərəfdən, hazırkı işdə, iddiaçıların cavabdehə qarşı zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-prosessual hüquqi əsalarını düzgün müəyyən etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(042)-151/2021 saylı qətnaməsi iddianın təmin edilməyən 4011 manat maddi ziyan hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh1 hüquqi varisi X1 4.011 manat məbləğində maddi ziyan onun qəbul etdiyi miras payı həcmində tutularaq iddiaçılar İddiaçı1, X6 və İddiaçı2 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(042)-151/2021 saylı qətnaməsi iddianın təmin edilməyən 4011 manat maddi ziyan hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 hüquqi varisi X1 4.011 manat məbləğində maddi ziyan onun qəbul etdiyi miras payı həcmində tutularaq iddiaçılar İddiaçı1, X7 və İddiaçı2 verilsin. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar