Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1098/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh iştirakı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-100/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: MYİ №0****** saylı X5 İcazə Vəsiqəsinin surətindən görünür ki, iddiaçı Həsənov İsmayıl xx.xx.1957-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. xx.xx.2021-ci il tarilxi ərizədən görünür ki, iddiaçı X4 mülkiyyətində olan Moskva şəhəri, Şuxov küçəsi, ev 5, mənzilin 20-nin 3.000.000 rus rubulu dəyərinə satılması üçün Moskva şəhər Əmlak İdarəsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli orderdən görünür ki, X2 tərəfindən Əmlak Mərkəzinin hesabına 3.003.400.00 rus rubulu köçürülmüşdür. xx.xx.2021-cin il tarixli bank orderindən görünür ki, iddiaçı X1 ******************** saylı hesabından Cavabdeh ******************** saylı hesabına 2794140.00 rus rubulu (38000 USD) pul köçürülmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı X4 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 38000 (otuz səkkiz min) ABŞ dollarının ekvivalenti kimi 64600 (altmış dörd min altı yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 314 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən X4 iddianı müdafiə edərək bildirmişdir ki, uzun müddətdir Rusiya Federasiyasında yaşamaqla 1982-ci ildən həmin ölkənin vətandaşıdır. 2021-ci ildə Azərbaycana qayıtmaq istəmiş və bu səbəbdən Moskva şəhərində olan evini ******* rubla satmışdır. Əldə etdiyi 38000 ABŞ dollarını Ağdam rayonunun Mahrızlı kəndində yaşayan qardaşı Cavabdeh vermişdir. Azərbaycanda yaşamağa yeri olmadığından pulu Alimə verməkdə məqsədi sonuncunun ona ev alması olmuşdur. Alim Abşeron rayonunda özünə ev almış, lakin onun pulunu qaytarmamışdır. Onun Alimə borcu olmamışdır. Tələb etməsinə baxmayaraq cavabdehdən pulunu ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, 2021-ci ildə qardaşı İsmail Həsənov ona Rusiyadan 37750 ABŞ dolları göndərmişdir. İsmail 37750 ABŞ dollarını ona məxsus "xxxx" ASC tərəfindən verilmiş karta vurmuşdur. 1992-ci ildə İsmail Rusiyada cinayət törətmiş, həmin vaxt İsmailin yanına gedərək sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün 20000 ABŞ dolları xərc çəkmişdir. Bu səbəbdən İsmayılın ona 20000 ABŞ dolları borcu yaranmışdır. İsmayıldan aldığı 37750 ABŞ dollarının 20000 ABŞ dollarını borcuna çıxmış, qalan 17000 ABŞ dollarını isə İsmayıla qaytarmışdır. Hazırda İsmayıla borcunun olmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-100/2023 saylı qətnamasə ilə (hakim M.Niftəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 37750 (otuz yeddi min yeddi yüz əlli) ABŞ dolları və ödənilmiş dövlət rüsumu əvəzində 314 (üç yüz on dörd) manatın alınaraq X3 verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçı Cavabdeh ona 37750 ABŞ dolları verdiyini etiraf etmişdir. Cavabdeh iddiaçı Cavabdeh ona 1992-ci ildən 20000 ABŞ dolları borcunun olduğunu, 17000 ABŞ dollarını isə Cavabdeh qaytardığını bildirsədə bu halı təsdiq etmək üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı onun doğma qardaşıdır. O, Rusiyada yaşayırdı və həbs olunmuşdur. Həmin işi ilə bağlı cavabdeh ona 20.000 (iyirmi min) ABŞ dolları pul borc vermişdir. Bu səbəbdən də o, Rusiyada olan evini satıb, cavabdehin adına 37.000 (otuz yeddi) min ABŞ dolları pul göndərmişdir. Həmin 37.000 ABŞ dollarının 20.000 ABŞ dolları cavabdehə olan borcu idi. Qalan 17.000 ABŞ dollarını isə saxlamaq üçün cavabdehdə saxlamışdır. Bir neçə gün sonra iddiaçı Azərbaycana gəlmiş və cavabdehdə qalan 17000 ABŞ dolları pulu da özünə götürmüşdür. İddiaçı həmin pulu götürəndən sonra 3 ay cavabdehin evində yaşamışdır. İddiaçı spirtli içkilərə meyillidir. Tez-tez içki məclisləri təşkil edir. Cavabdehdən almış olduğu 17.000 ABŞ dolları pulu xərcləmiş. Hazırda görünür ki, onun pula ehtiyacı yaranıb. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə əslində heç bir araşdırma aparmamış və heç bir hüquqi əsas olmadan iddianı icraata qəbul edib və iddianı təmin etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi xahiş etdi. İddiaçı X4 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 777.1. Tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə. 782.1.Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 779.1.Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» 14 may 2015-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439,1-ci maddəsinin «əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəfər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər» və həmin Məcəllənin 439.2-ci maddəsinin «əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunu şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir» müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin «ödəniş vasitəsi» müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və.s. müqabilində ödonişin həyata keçirilməsi, habelə icbarı ödənişlərin ( vergi, sosial sığorta və.s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə də haqlı olsa da, maddi hüquq normalarını düzgün əsaslandırmamış və maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı uzun müddətdir Rusiya Federasiyasında yaşamaqla 1982-ci ildən həmin ölkənin vətandaşıdır. 2021-ci ildə Azərbaycana qayıtmaq istəmiş və bu səbəbdən Moskva şəhərində olan evini ******* rubla satmışdır. Əldə etdiyi 38000 ABŞ dollarını Ağdam rayonunun Mahrızlı kəndində yaşayan qardaşı Cavabdeh vermişdir. Azərbaycanda yaşamağa yeri olmadığından pulu Cavabdeh verməkdə məqsədi sonuncunun ona ev alması olmuşdur. Cavabdeh Abşeron rayonunda özünə ev almış, lakin onun pulunu qaytarmamışdır. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi həmin mübahisəyə mülki qanunvericliyin tapşırıq müqaviləsi ilə bağlı müddəalarını tətbiq etməli olduğu halda, mülki qanunvericliyin əsassız varlanma ilə bağlı müddəalarını tətbiq etmişdir. Bu hal isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. İddiaçı bildirir ki, Azərbaycanda yaşamağa yeri olmadığından 38000 ABŞ dollarını Cavabdeh verməkdə məqsədi sonuncunun ona ev alması olmuşdur. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, 2021-ci ildə qardaşı İsmail Həsənov ona Rusiyadan 37750 ABŞ dolları göndərmişdir. İsmail 37750 ABŞ dollarını ona məxsus "xxxx" ASC tərəfindən verilmiş karta vurmuşdur. 1992-ci ildə İsmail Rusiyada cinayət törətmiş, həmin vaxt İsmailin yanına gedərək sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün 20000 ABŞ dolları xərc çəkmişdir. Bu səbəbdən İsmayılın ona 20000 ABŞ dolları borcu yaranmışdır. İsmayıldan aldığı 37750 ABŞ dollarının 20000 ABŞ dollarını borcuna çıxmış, qalan 17000 ABŞ dollarını isə İsmayıla qaytarmışdır. Göründüyü kimi tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər (§ 27-28). Odur ki, iddiaçının tələblərinin qanuni əsası kimi, Mülki Məcəllənin 782.1-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. İş materiallarında olan xx.xx.2021-cin il tarixli bank orderindən görünür ki, iddiaçı X1 ******************** saylı hesabından Cavabdeh ******************** saylı hesabına 2794140.00 rus rubulu (38000 USD) pul köçürülmüşdür. Göründüyü kimi iddiaçı 2021-ci ildə Moskva şəhərində olan evini ******* rubla satmışdır. Əldə etdiyi 38000 ABŞ dollarını Ağdam rayonunun Mahrızlı kəndində yaşayan qardaşı Cavabdeh vermişdir. Azərbaycanda yaşamağa yeri olmadığından pulu Cavabdeh verməkdə məqsədi sonuncunun ona ev alması olmuşdur. Cavabdeh Abşeron rayonunda özünə ev almış, lakin onun pulunu qaytarmamışdır. İş materiallarında olan xx.xx.2021-cin il tarixli bank orderindən görünür ki, iddiaçı X1 ******************** saylı hesabından Cavabdeh ******************** saylı hesabına 2794140.00 rus rubulu (38000 USD) pul köçürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 37750 ABŞ dolları məbləğdə pul alınaraq iddiaçıya verilməlidir. Apellyator şikayətində qeyd edilən dəlillərə uyğun məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-100/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 37750 (otuz yeddi min yeddi yüz əlli) ABŞ dolları və ödənilmiş dövlət rüsumu əvəzində 314 (üç yüz on dörd) manat alınaraq X3 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1098/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1098/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver