Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1099/2023 11.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İİddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(062)-2085/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(012)- 2017/2018 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqdəsi ilə İddiaçı sonuncunun oğlu İsmayıl Kərimovu Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Təlim-Tədris Mərkəzinə 20000 manat müqabilində işə düzəlməsinə köməklik edəcəyinə yalan vəd edib aldadadaraq, bu məqsədlə 15 noyabr 2014-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Parlament prospektində yerləşən Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasının qarşısında həmin pulu alıb ələ keçirərək zərərçəkmiş İddiaçı 20000 məbləğində xeyli miqdarda maddi ziyan vurub təkrarən dələduzluq cinayəti törətmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 3 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17500 manat pulun və ödənilmiş 142,5 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2014-cü ilin noyabr ayında Bakı şəhərində 20000 manat pulu oğlunu işə düzəltmək üçün Cavabdeh vermişdir. Lakin bir müddətdən sonra Cavabdeh həmin pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirmiş, pulu ona yaxın günlərdə qaytaracağını bildirmişdir. Cavabdeh ona verdiyi 20000 manat puldan 2500 manatını 2015-ci ildə xalası oğlu Seymurla ona göndərmiş, qalan 17500 manat pulu tezliklə qaytaracağını vəd etmişdir. Lakin Cavabdeh verməli olduğu 17500 manat pulu qaytarmadığını görüb bu barədə Polis İdarəsinə şikayət etmiş və məlum olmuşdur ki, Cavabdeh təkcə ondan yox, bir cox adamlardan da müxtəlif vaxlarda iş həll edəcəyi adı ilə pul almış, lakin həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmiş və heç kimin pulunu qaytarmamışdır. Cavabdeh barəsində cinayət işi açılmış və bununla əlaqədar olaraq Abşeron Rayon Məhkəməsinin hakimi İlham Kərimlinin apardığı cinayət işi üzrə 11 iyul 2018-ci il tarixli məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək ona olan 17500 manat borcunu 2 il ərzində hissə-hissə ödəyəcəyinə söz vermişdir. Abşeron Rayon Məhkəməsinin 2018-ci il tarixli hökümü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2-4cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cavabdeh cəzasını çəkib azadlığa çıxdıqdan sonra dəfələrlə ona olan borcunu ödəməsi barədə müraciət etsə də, hər dəfə bir bəhanə ilə borcunu qaytarmaqdan yayınmışdır. Cavabdeh hazırda ona 17500 manat borclu qalmış və borcunu qaytaracağına dəfələrlə vəd versə də, sözünə əməl etməyərək, borcunu qaytarmaqdan yayınmışdır. Cavabdeh hazırda ona 17500 manat borcu qalmış və borcunu qaytarmamışdır. O özü işləmir, xəstəliyi ilə əlaqədar müalicəyə ehtiyacı var. Himayəsində həyat yoldaşı, qızı, oğlu və nəvələri vardır. Çox çətin vəziyyətdə ağır maddi durum içərisində yaşayır. Cavabdeh ona borclu olduğu pula böyük ehtiyacı vardır.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tovuz Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(062)-2085/2022 nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın təmin edilməsi, Cavabdeh 17500 manat və 142,5 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci və 1091.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 11 noyabr 2022ci il tarixli, 2(062)-2085/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. İddia müddəti ötürülmüşdür. Lakin o, birinci instansiya məhkəməsində iştirak edə bilmədiyi üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilməmişdir. İddiaçı ilə aralarında notariat qaydasında müqavilə bağlanmamışdır.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1 - mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097 - mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə bu iddialara iddia müddəti şamil edilmir.
12. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” 29 noyabr 1985-ci il tarixli Bəyannamənin 1-ci maddəsində göstərilir ki, “qurbanlar” termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
14. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsaslılığı üzrə dügün nəticəyə gəlsə də, lakin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında əsassız varlanmadan irəli gələn münasibətlərin olduğu qənaətinə gəlməkdə səhv nəticəyə gəlmişdir. Tərəflər arasında olan münasibət deliktlə bağlı olmuş, cinayət hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə əlaqədardır.
18. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
19. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı oğlu İsmayıl Kərimovun işə düzəlməsinə köməklik edəcəyinə yalan verərək aldatmış və bu məqsədlə iddiaçıdan 20000 məbləğində pul almışdır. Cavabdehin əməli cinayət hesab edildiyindən barəsində ittiham hökmü çıxarılmış və azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş zərərin əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir.
20. Cavabdeh Kərimov X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(012)- 2017/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmişdir. Göründüyü kimi, cavabedin ictimai təhlükəli əməl törətməsi və bunun nəticəsində törətmiş olduğu cinayət əməli nəticəsində iddiaçıya ziyan vurulması barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
21. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq vurulmuş maddi zərərə görə məsuliyyət daşıması üçün üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqzidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Yuxarıda şərh edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. Yuxarıda qeyd olunan işin faktiki halları, o, cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cavabdehin iddiaçı qarşısında mülki hüquq məsuliyyəti daşıması müəyyən olunmuşdır. Odur ki, iddiaçı vurulmuş maddi zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
22. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir həmin dəlil əsassızdır. Belə ki, iddiaçı cavabdehdən şəxsi əmlakına vurulmuş zərərin ödənilməsini tələb etmişdir. Konkret mübahisədə əmlak qismində pul vəsaiti çıxış edir. Bu tələblərə isə hər hansı müddət institutu tədbiq edilmir.
23. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(062)-2085/2022 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilsin. Cavabdeh 17500 (on yeddi min beş yüz) manat pul və 142,5 (bir yüz qırx iki manat, 50 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: imza var Hakimlər: imzalar var
düzdür Hakim: Azər Bayramov