Məhkəmə qərarları › İş №2(104)-1105/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1105/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1105/2024 29.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), X1 və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(023)-834/2023 nömrəli qərardadından Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh onun vəsaiti hesabına əldə edilmiş “VAZ 21074” markalı 60BU250 (hazırda 20ER692) dövlət qeydiyyat nömrə nişanlı avtomobilin özü özü olmadıqda isə dəyəri olan 5000 manat pulun, Cavabdeh Çin Xalq Respublikasından sifariş etdiyi ehtiyat hissələrinə görə ödədiyi 400 ABŞ dollarının ekvivalenti olan 680 manat pulun, cavabdehin yaşadığı evə sərf etdiyi enerjisinə görə yanamış borcun ödənilməsi üçün verilmiş 175 manat pul olmaqla cəmi 5855 (beş min səkkiz yüz əlli beş) manat pulun və ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi berədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli (hakim Nemət Mustafayev) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 5855 (beş min səkkiz yüz əlli beş) manat pulun və ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Cahid oğlu apellyasiya şikayəti vermiş və Qazax Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Bundan sonra, cavabdeh apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə məhkəməyə ərizə vermiş və ərizəni onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-834/2023 saylı qərardadında göstərilmişdir ki, qətnamə cavabdehə 19 sentyabr 2023-cü il tarixdə çatdırılmışdır. Lakin cavabdeh hal-hazırda Rusiya Federasiyasında yaşayır və qeyd olunan sənəd cavabdehə şəxsən təqdim edilməmişdir. Cavabdehin həmin qətnamədən 20 sentyabr 2023-cü il tarixdə məlumatı olmuşdur. Buda onu deməyə əsas verir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-834/2023 saylı 04 sentyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh 20 sentyabr 2023-cü ildə təqdim edilmiş sayılır. Qazax Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil2 vermiş olduğu apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdehin vəkili şikayət vermiş və Qazax Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qərardadı ilə şikayət mülki prosessual qanunvericilikdə müəyyən olunmu forma məzmuna uyğun tərtib edilməməsi səbəbi ilə geri qaytarılmışdır. Qərardaddan narazı qalan cavabdeh şikayət vermiş, Qazax Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli qərardadlarının ləğv edilməsi, Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023cü il tarixli 2(023)-834/2023 saylı qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(104)-524/2024 saylı qərardadı ilə Qazax Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli iş üzrə qərardadının ləğv edilməsi, Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessul müddətin bərpa edilməsinə dair cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş ərizəyə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)- 524/2024 saylı mülki işin Qazax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(023)-834/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil2 vermiş olduğu apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi, apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasından imtina edilmişdir. Həmin qərardaddan cavabdehin nümayəndəsi Vəkil2 şikayət verərərək Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-834/2023 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə mülki işi yeddi gün müddətində şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(023)-834/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli və apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İş materiallarından görünür ki, Qazax Rayon Məhkəməsinin 09 sentyabr 2023-cü il tarixli 2(104)-2424/2023 nömrəli qətnaməsi poçt vasitəsilə Cavabdeh yaşadığı ünvana göndərilmiş və 19 sentyabr 2023-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən qəbul edilmiş, apellyasiya şikayəti isə onun nümayəndəsi Vəkil2 tərəfindən 20 oktyabr 2023-cü il tarixdə elektron kabinet vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Qazax Rayon Məhkəməsinin 09 sentyabr 2023-cü il tarixli 2(104)-2424/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün müddət axımı 20 sentyabr 2023-cü il tarixdən başlamışdır. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin son günü 20 oktyabr 2023-cü il tarixə təsadüf etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosesual qanunvericiliklə nəzərdə tutlmuş müddət ərzində verilmişdir. Ona görə də apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötməsi istisna təşkil edilir və müddətin bərpa edilməsinə zərurət yoxdur. Odur ki, Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməməli, verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(023)-834/2023 saylı qərardadı və həmin qərardadla bağlı 01 aprel 2024-cü il tarixli, 2(023)-834/2023 saylı qərardadı qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, prosessual müddətin bəpasına dair ərizə təmin edilməməli və apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək, apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133, 263-264, 357, 360, 398, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Qazax Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(023)-834/2023 nömrəli qərardadından Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(023)-834/2023 saylı qərardadı və həmin qərardadla bağlı 01 aprel 2024-cü il tarixli, 2(023)-834/2023 saylı qərardadı qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş ərizə apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötmədiyindən təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar