Məhkəmə qərarları › İş №2(104)-112/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-112/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-112/2023 18.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi» tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-366/2021 saylı qətnaməsindən İddiaçı QSC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Aöstafa Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 016R********** saylı kredit razılaşması üzrə 6260.31 ABŞ Dolları kredit borcu, 7934.13 ABŞ Dolları faiz borcu və 7217.93 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 21412 (iyirmi bir min dörd yüz on iki) ABŞ Dolları 37 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması; tutmanın Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinə, Liter B, C, D, Ç və 0.04665 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 21412 (iyirmi bir min dörd yüz on iki) ABŞ Dolları 37 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Maji oğlundan və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinə Liter B, C, D, Ç və 0.04665 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-366/2021 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6260,30 ABŞ dolları məbləğdə əsas borc, 5845 ABŞ dolları məbləğdə faiz borcu olmaqla cəmi 12105,30 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, həmçinin ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat dövlət rüsumunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə verilməsi, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan Ağstaf rayonu, Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinə Liter B, C, D, Ç və 0,04665 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə olunan vəsait hesabına kredit borcunun, rüsumların ödənilməsinin təmin edilməsi, artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 12500 ABŞ dolları məbləğdə müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə xx.xx.2015-ci il tarixli 016L**********80 saylı uzunmüddətli kredit müqaviləsi üzrə qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tulularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı QSC-nin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin qismən – ipoteka predmetinin ilkin satış qiymətinin 12500 ABŞ dolları məbləğdə müəyyən edilməsi hissəsində ləğv edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin manatla müəyyən edilməsi, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasına iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, cavabdehlər Cavabdeh1 və qeyriləri ilə xx.xx.2015-ci il tarixli, 016R********** saylı kredit razılaşması üzrə borclarını tam şəkildə banka ödədikləri üçün iddia tələblərindən imtina edirlər. Ona görə də qeyd edilənləri nəzərə alaraq mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bu barədə məhkəmə kollegiyasına ərizə təqdim etdi. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-366/2021 saylı qətnaməsi ləğv olunmalı və iddiaçının iddiadan imtina etməsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli, 0240 saylı ərizəsindən görünür ki, cavabdehlər Cavabdeh1 və qeyriləri ilə xx.xx.2015-ci il tarixli, 016R********** saylı kredit razılaşması üzrə borclarını tam şəkildə banka ödədikləri üçün iddia tələblərindən imtina edirlər. Qeyd edilənlərin nəzərə almaqla mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 47-ci və 52.1-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiadan imtina etmə, bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsində deyilir ki, apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi o halda qəbul edilmir ki, iddiadan imtina etmə qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsində göstərilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən 300 manat ekspertiza xərci kreditordan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261.0.4, 263, 264, 267, 268, 370, 384.0.5, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, Qəraraaldı: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-366/2021 saylı qətnaməsi qətnaməsi ləğv edilsin. İddiaçı AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi» tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilsin və bu əsasa görə iş üzrə icraata xitam verilsin. İş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat pul İddiaçı QSC-dən tulularaq "xxxx" MMC-nin (VÖEN:**********, "xxxx" ASC, Abşeron filialı, VÖEN: **********, M/h: AZ03NABZ********************, Kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ52İBAZ********************) hesabına keçirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar