Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1120/2025 26.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021) 1344/2025 saylı, 06 fevral 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 900 manat beh məbləğinin iki misli olan 1800 manat pulun və 38 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(021) 1344/2025 nömrəli qərardadı ilə (hakim F.Babaşov) İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı məhkəmənin 06 fevral 2025-ci il tarixli, 2(021) 1344/2025 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2(021) 1344/2025 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(021)-1344/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması, şikayətçiyə 10 gün müddət müəyyən edilməklə qərardadda göstərilmiş hallar aradan qaldırıldıqdan sonra prosessual formaya uyğun yenidən məhkəməyə şikayət ərizəsi ilə müraciət etmək hüququ izah edilmişdir. . İddiaçı yenidən məhkəmənin 06 fevral 2025-ci il tarixli, 2(021) 1344/2025 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(021) 4349/2024 saylı qərardadına əsasən cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədləri şəxsiyyət vəsiqəsinin surətini, yaxud həmin sənədin seriya nömrəsini və ya FİN kodu, ya da Maps arayışını və yaşayış yeri və ya qeydiyyatda olduğu ünvan barədə sənədi əlavə etmədiyindən iddia ərizəsi geri qaytarılmışdır. Göstərilən nöqsanlar aradan qaldırldıqdan sonra yenidən məhkəməyə müraciət etsə də məhkəmənin 06 fevral 2025-ci il tarixli, 2(021) 1344/2025 nömrəli qərardadına əsasən iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Bərdə Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(021) 1344/2025 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021) 1344/2025 saylı, 06 fevral 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətin təmin edilməməsi, şikаyətin iş materialları ilə birlikdə bаxılmаsı üçün 7 (yeddi) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021) 1344/2025 saylı, 06 fevral 2025-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsi baxılması üçün iş materialları ilə birlikdə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddia ərizəsində cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, FİN məlumatlarını və elektron poçt ünvanını qeyd edilmədiyini göstərsə də, iddia ərizəsində cavabdehin adı, soyadı, atasının adı, qeydiyyat ünvanı göstərilmiş, iş materiallarında olan Xaçmaz rayon polis şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubunda isə xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh Bərdə şəhəri, Vaqif küçəsi ev 77-də qeydiyyatda olması və şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin AA******* olması göstərilmişdir. Göründüyü kimi hazırkı iddia ərizəsində cavabdehə məxsus əsas rekvizitlər göstərilmiş, bununla da iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə uyğun tərtib olunmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 2(021) 1344/2025 saylı, 06 fevral 2025-ci il tarixli qərardadı ləğv edilməli və iş materialları həmin iddia ərizəsinin icraata qəbul edilib baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(021)-1344/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi icraata qəbul edilib baxılması üçün ona əlavə edilmiş sənədlərlə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1120/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1120/2025
26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver