Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1129/2023 10.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-21/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Мüəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(061)-21/2021 saylı qətnaməsi ilə (hakim N.Mustafayev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 509,65 manat əsas kredit borcu, 291,41 manat məbləğində faiz borcu, 75 manat məbləğində cərimə borcu olmaqla cəmi 876,06 (səkkiz yüz yetmiş altı manat altı qəpik) manat məbləğində pulun, 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 4988,48 ABŞ dolları məbləğındə əsas kredit borcu, 2709,67 ABŞ dolları məbləğində faiz borcu, 291 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 7989,15 (yeddi min doqquz yüz səksən doqquz dollar on beş sent) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manata məzənnə nisbəti ilə, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması və xidmət haqqı kimi ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqlarının alınaraq İddiaçı QSC-yə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 14000 (on dörd min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetlərinin açıq həracda satılması, əmlakların satışından əldə edilən məbləğlər hesabına cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsi, əmlakların satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra boşaldılması və alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-21/2021 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda ərizə ilə müraciət edərək həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilmıəsini xahiş etmişlər. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(062)-21/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsindən ötrü cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üçün prosessual müddət bərpa edilmişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətt müqaviləsi, 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 509,65 manat əsas kredit borcu, 291,41 manat məbləğində faiz borcu, 746,16 manat məbləğində cərimə borcu olmaqla cəmi 1455,36 manat borcun, 049R********** saylı kredit razılaşması üzrə 4988,48 ABŞ dolları məbləğində əsas kredit borcu, 2709,67 ABŞ dolları məbləğində faiz borcu, 2913 manat məbləğində cərimə borcu olmaqla cəmi 10611,15 ABŞ dolları borcun, ümumilikdə hər iki kredit razılaşması üzrə cəmi 1455,36 manat məbləğində borcun, 049R********** saylı kredit razılaşması üzrə cəmi 10611,15 ABŞ dolları məbləğində kredit borcunun, dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə edilən vəsait hesabına 1455,36 manat və 10611,15 ABŞ dolları məbləğində kredit borcunun, dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 21 manat dövlət rüsumunun və 10 manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşmasına əsasən, 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşmasına əsasən, 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 23 fevral 2016-cı il tarixli, 20 aprel 2016-cı il tarixli, 05 avqust 2016-cı il tarixli və 27 fevral 2017-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Cavabdeh2 ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən, Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrin şərtlərinə əsasən, zaminlər kredit məbləğinin qaytarılmasında borcalanla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə kredit müqaviləsinin şərtləri pozulmuşdur. Hazırda cavabdehin banka ümumilikdə hər iki kredit razılaşması üzrə cəmi 1455,36 manat məbləğində borcu, 049R********** saylı kredit razılaşması üzrə cəmi 10611,15 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Аpellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onların məhkəmə qətnaməsindən məlumatları olmayıb. Həmin qətnamənin mövcudluğundan yalnız Azərbaycan Respublikası Xammal və X4 Mərkəzi "xxxx" MMC-nin onlara ünvanlandığı xx.xx.2023-cü il tarixli 01/15 saylı bildirişdən sonra xəbər tutmuşlar. Ümumiyyətlə hazırki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə onlara məlumat verilməmişdir. Cavabdeh1 İddiaçı QSCdən 18 may 2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 20 may 2015-ci il tarixli kredit razılaşması ilə 7000 ABŞ dolları məbləğində, 23 oktyabr 2015-ci il tarixli kredit razılaşmasına əsasən 2000 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilə üzrə olan borc Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının təsiri dairəsinə düşmüşdür. Həmin Fərmanı nəzərə alaraq borcluların kredit borcu üzrə əsas borcuna əlavə olaraq faiz və cərimə məbləği hesablana bilməz. Buna baxmayaraq İddiaçı QSC tərəfındən məhkəməyə 2021-ci il tarixdə verilmiş iddia ərizəsində İddiaçı QSC-yə olan borca əsassız olaraq faiz və cərimə hesablanmışdır. Məhkəmədə işə baxılan zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfındən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının müddəaları nəzərə alınmamış, iddia tələbi İddiaçı QSC nin iddia ərizəsində qeyd edilənə uyğun təmin edilmişdir. Məhkəmə yalnız formal olaraq cərimə məbləğini azaltmaqla kifayətlənmişdir. Birinci insatnsiya məhkəməsi insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozaraq, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verməklə hazırkı məhkəmə qətnaməsini qəbul etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada təkrar xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Hüququ məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 18 may 2015-ci il tarixli 049S**********02 saylı və 23 oktyabr 2015-ci il tarıxli 049S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrin şərtlərinə əsasən, zaminlər kredit məbləğinin qaytarılmasında borcalanla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 23 oktyabr 2015-ci il tarixlı 049R********** saylı kredit razılaşmasından görünür ki, 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşmasından görünür ki, 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 23 fevral 2016-cı il tarixli, 20 aprel 2016-cı il tarixli, 05 avqust 2016-cı il tarixli və 27 fevral 2017-ci il tarixli sazişlərdən görünür ki, tərəflər arasında bağlanmış həmin kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan 18 may 2015-ci il tarixli 049M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Cavabdeh2 ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən, Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin ipoteka predmetinin qiymətləndirilməsinə daır 25 fevral 2021-ci il tarixli hesabatından görünür ki, ipoteka predmetinin hazırkı dəyəri 14000 (on dörd min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşmasına əsasən, 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşmasına əsasən, 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 23 fevral 2016-cı il tarixli, 20 aprel 2016-cı il tarixli, 05 avqust 2016-cı ıl tarixli və 27 fevral 2017-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Cavabdeh2 ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən, Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrin şərtlərinə əsasən, zaminlər kredit məbləğinin qaytarılmasında borcalanla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərı yerinə yetirməmiş və nəticədə kredit müqaviləsinin şərtləri pozulmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, cavabdehin mülkiyyətində olan ipoteka predmetinin hazırkı dəyəri 14000 (on dörd min) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin və zaminlik müqaviləsinin şərtləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu krediti müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə araşdırılmış sübutlarla cavabdehin göstərilmiş qaydada iddiaçıya borclu olduğu sübuta yetdiyinə görə birinci instansiya məhkəməsi mülki qanunvericiliyin yuxarıda göstərilən normaların tələblərini nəzərə alaraq iddia tələbini əsas borc və əsas borca hesablanmış faizlərin tutulması hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Qətnamədən görünür ki, məhkəmə iddia tələbini cərimə hissəsində qismən təmin etmişdir ki, iddiaçı da iddia tələbinin həmin qaydada təmin edilməsi ilə razılaşmışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissədə də razılaşır. Apellyasiya şikayətinin məhkmənin araşdırma aparmadan cərimənin yüksək miqdarında müəyyən edilməsi dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, müqavilə şərtləri pozulduğu halda cərimənin hesablanması iddiaçının hüququdur. Lakin hesablanmış cərimənin tənasübsüz surətdə yüksək olduğu müəyyən edildiyi halda məhkəmə həmin cəriməni azalda bilir. Birinci instansiya məhkəməsi tələb olunan cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edərək həmin məbləği azaltmışdır ki, məhkəmə kollegiyası qətnaməni həmin hissədə də qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərindən biri işə onların iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə bildirişi göndərmiş, lakin cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə baxılsarkən çəkişmə prinsipinin pozulduğuna dair dəlilini əsassız sayır. Kollegiya qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 14000 manat müəyyən edilmiş, həmin məbləği nə iddiaçı, nə də cavabdeh tərəf mübahisələndirməmişdir. Odur kollegiya həmin hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-21/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1129/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1129/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver