Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1130/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Heydər oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(062)-2382/2022 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək 01 avqust 2013-cü il tarixli, 56/13 saylı kredit müqaviləsi üzrə ümumilikdə 2932.66 manat - bundan 1322.94 manat əsas 51,09 manat faiz, 1104.85 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 453.78 manat faiz borcu və iş üzrə ödənilmiş 49.33 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh2 Heydər oğluna məxsus ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi, həmçinin ümumi birgə torpaq sahəsi üzrə Cavabdeh2 Heydər oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində 0.15 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 110.9 kv.m., yaşayış sahəsi 54.2 kv.m., yardımçı sahə 56.7 kv.m., otaqların sayı 2, mərtəbəliliyi 1 olan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, Cavabdeh2 Heydər oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 evdən istifadə hüququna xitam verilərək, evin ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Tovuz fılialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 56/2013 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 8.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cu il tarixli 56/2013 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün 01.08 2013-cu il tarixli, 04/2013 saylı ipoteka müqaviləsi bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsi tərəfındən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən fərdi yaşayış evi üzrə tam mülkiyyət hüququ Cavabdeh2 Heydər oğluna məxsus, həmçinin ümumi birgə torpaq sahəsi üzrə Cavabdeh2 Heydər oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində 0.15 ha. torpaq sahəsində yerləşən, ümumi sahəsi-110.9 kv.m., yaşayış sahəsi-54.2 kv.m., yardımçı sahə-56.7 kv.m., otaqların sayı-2, mərtəbəliliyi-1 olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 9.3- cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdehlər müqavilə üzrə öhdəlikləri icra etməmişlər. Daha əvvəl Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə tərəfındən kredit borcu Azərbaycan Respublikasında fıziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyündən iddia ərizəsi baxılmamış saxlanmışdır. Cavabdehin banka təqdim etdiyi yeni müqavilənin bağlanması ilə bağlı ərizəsi əsasında bank tərəfındən 28 fevral 2019-cu il tarixli Fərmana uyğun olaraq yeni müqavilə hazırlanaraq bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixli **********716 nömrəli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, yeni müqavilənin bağlanması üçün cavabdeh tərəfındən müəyyən edilmiş müddətdə banka müraciət edilmədiyindən, yeni müqavilə bağlamaqdan imtina etmiş hesab edilmişdir. 02 avqust 2022-ci il tarixinə Cavabdeh1 tərəfındən götürülmüş 01 avqust 2013-cü il tarixli 56/13 saylı kredit müqaviləsi üzrə ümumilikdə 2932.66 manat - bundan 1322.94 manat əsas 51,09 manat faiz, 1104.85 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 453.78 manat faiz borcu təşkil edir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(062)-2382/2022 saylı qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbi rədd edilmişdir. İşdə olan sübutlar: Kreditor "xxxx" ASC-nin Tovuz fılialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 56/2013 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfındən borcalana 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 8.000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan "xxxx" ASC-nin Tovuz fılialı ilə ipoteka qoyanlar Cavabdeh2 Heydər oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış 01.08 2013-cu il tarixli, 04/2013 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışda göstərilən Tovuz rayonu, Aşağı Quşçu kəndində 0.15 ha. torpaq sahəsində yerləşən, ümumi sahəsi-110.9 kv.m., yaşayış sahəsi-54.2 kv.m., yardımçı sahə- 56.7 kv.m., otaqların sayı-2, mərtəbəliliyi-1 olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ipoteka predmeti olan daşınmaz əmlak üzərində ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 02 avqust 2022-ci il tarixində Cavabdeh1 tərəfındən götürülmüş 01 avqust 2013-cü il tarixli 56/13 saylı kredit müqaviləsi üzrə onun ümumilikdə 2932.66 manat - bundan 1322.94 manat əsas 51,09 manat faiz, 1104.85 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 453.78 manat faiz borcu vardır. Apellyasiya şikayətinin dəlilləri. Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(062)-2382/2022 saylı qətnaməsindən narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(062)-2382/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli 56/2013 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün xx.xx.2013-cü il tarixli, 04/2013 saylı İpoteka müqaviləsi bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən fərdi yaşayış evi üzrə tam mülkiyyət hüququ üzrə Cavabdeh2 Heydər oğluna məxsus, həmçinin ümumi birgə torpaq sahəsi üzrə Cavabdeh2 Heydər oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus mülkiyyət hüquqlarını Tovuz rayonu, Aşağı Quşçu kəndində 3.15 ha. torpaq sahəsində yerləşən, ümumi sahəsi-110.9 kv.m., yaşayış sahəsi-54.2 kv.m., yardımçı sahə-56.7 kv.m., otaqların sayı-2(iki), mərtəbəliliyi-1 (bir) olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdirlər. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilk dəfə xx.xx.2018-ci il tarixində iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Prezidenti "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərman imzalayıb. Cavabdehin kredit borcu həmin Fərmanın təsiri altına düşmüşdür. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı "kredit borcunun qaytarılması" barədə iddia ərizəsi Tovuz Rayon Məhkəməsi 2(062)-145/2019 saylı 21 avqust 2019-cu il tarixli qərardadı ilə cavabdehin kredit borcunun Azərbaycan Respublikasının Prezidentinin "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən iddia ərizəsini baxılmamış saxlamışdır. Cavabdeh1 dosyesi Tovuz Rayon Məhkəməsində qalmışdır. Borclu Cavabdeh1 23 sentyabr 2019-cu ildə borc məbləğinin restruktrizasiya olunmasına dair ərizə ilə LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Lakin cavabdeh yeni müqavilənin bağlanmasından yayındığından bank tərəfindən sənədlər məhkəmədən alınaraq, yenidən xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə tərəfindən banka heç bir məhkəmə sənədi-işin icraata qəbul edilməsi, hazırlıq iclasının, baxış iclasının təyin edilməsi barədə bildiriş göndərilməmişdir. Bank tərəfindən alınmış şifahi məlumata əsasən müəyyən edilmişdir ki, məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixində saat 09:30-a təxir edilmişdir. Tərəflərindən işə işçi sayının məhdudluğu, icraatda olan işlərin çoxluğu və s. üzrlü məsələlərdən məhkəmə iclasında iştirak edə bilməmələrinin səbəbi göstərilərək, iclasın iştirakları olmadan baxılmasını xahiş etmişlər. Cavabdeh3 iddia ərizəsinə etiraz edərək, iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermişdir. Bankın iddiası üzrə iddia müddəti tətbiq edilərək rədd edilmişdir. Borclu Cavabdeh1 23 sentyabr 2019-cu ildə borc məbləğinin restruktrizasiya olunmasına dair ərizə ilə LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Tovuz Rayon Məhkəməsi tərəfindən banka bildirişlərin göndərilməməsi nəticəsində bank tərəfindən sözügedən ərizə təqdim edilə bilməmişdir. Borclu Cavabdeh1 tərəfindən yeni müqavilənin bağlanması üçün müraciət etməsi özlüyündə borclunun borcu etiraf etməsini göstərən hərəkətdir və həmin etiraf və öhdəliyin icrası üçün möhlət istənməsi ərizəsinə əsasən iddia müddətinin axımı kəsilərək, yenidən 3 il müddət yarandığından bank hazırki iddia ilə xx.xx.2022-ci il tarixdə müraciət etdikdə iddia müddəti ötməmişdir. Bank tərəfindən qanunvericilikdə müəyyənləşdirilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Məhkəmə tərəfindən iddia ərizəsi icraata qəbul edilmiş lakin Fərmanının təsiri altına düşdüyündən iddia ərizəsini baxılmamış saxlamışdır. Bankın müəyyənləşdirilmiş qaydada iddia ərizəsi verməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olur. Ona görə də iddia müddəti baxılmamış saxlanılma qərardadının qanuni qüvvəyə mindiyi andan xx.xx.2019-cu il tarixdən (Qərardad xx.xx.2019-cu ildə qəbul edilmişdir.) başlamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Tovuz Rayon Məhkəməsi qərardadında qeyd olunmuşdur ki, "Məhkəmə eyni zamanda iddiaçıya izah edir ki, fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni, fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş ağlabatan müddət bankların ziyanına istifadə oluna bilməz." Məhkəmə nəzərə almamışdır ki, cavabdehin banka təqdim etdiyi yeni müqavilənin bağlanması ilə bağlı ərizəsi əsasında Bank tərəfindən 28 fevral 2019-cu il tarixli Fərmana uyğun olaraq yeni müqavilə hazırlanaraq bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, bildiriş göndərilmişdir. Cavabdeh fərmanının icrası ilə əlaqədar yeni müqavilənin bağlanması üçün banka müraciət etsə də, müqavilə hazırlandıqdan sonra müxtəlif bəhanələr gətirərək müqaviləni imzalamaqdan yayınmışdır. Bu da onu göstərir ki, borclu fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-ə kimi olduğunu, müraciətə bağlı olaraq yeni müqavilənin bağlanması üçün müddətin müəyyən edilməməsindən istifadə edərək, müqaviləni imzalamaqdan boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən iddia müddəti ötməmişdir. Belə ki, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı maddəsinə əsasən, Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Fərman qəbul edildikdən sonra məhkəmələrdə fərmanın təsir dairəsinə düşmüş işlər baxılmamış saxlanılırdı, elə bu işdə də olduğu kimi. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verildikdə də yuxarı instansiyalarda qüvvədə qalır, işlər üzrə sənədlər məhkəmədən alınaraq yenidən müraciət edildikdə də eyni nəticə baş verirdi. Bu da özlüyündə bankların tələb etmə hüququnun Fərmanın qəbul edildiyi tarixdən xx.xx.2019-cu il tarixinədək məhdudlaşdırdığını başqa sözlə bankların öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəlmədiyini göstərir. Hətta yeni müqavilənin bağlanması üçün müraciətlərin qəbulu müddəti 31 dekabr 2019-cu il tarixində başa çatsa da, sonrakı illərdə bəzi işlər üzrə məhkəməyə müraciət etdikdə belə Fərmanın təsir dairəsinə düşməsini əsas gətirərək məhkəmələr tərəfindən baxılmamış saxlanılırdı. İddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququ yarandığı andan, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlamalıdır. Buna görə də, yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatdığından iddia müddətinin axımı 2020-ci il 01 yanvar tarixindən başlanır və xx.xx.2023-cü ildə bitir. Bank isə hazırki iddianı yenidən xx.xx.2022-ci ildə vermişdir. Hətta Bank tərəfindən digər işlərdə də müəyyəndirilmiş qaydada məhkəmədə iddia irəli sürülmüş, lakin iddiaçıdan asılı olmayan səbəblərə əsasən 2020-ci il tarixində də işlər baxılmamış saxlanılmışdır. Göründüyü kimi bank öhdəliyin icra edilməsi üçün mümkün olan bütün imkanlardan istifadə etmişdir. Cavabdeh Bankdan götürdüyü krediti Azərbaycan Respublikasının Prezidentinin "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli fərman ilə yaradılmış güzəştli şərtlərlə ödəmək əvəzinə iddia müddətindən istifadə edərək borcu ödəməməsi dürüstlük qaydasına ziddir. Məhkəmə qətnaməsində qeyd edilir ki, iddia müddətinin tətbiqinə dair ərizə Cavabdeh3 tərəfindən verilmişdir. Halbuki, borclu Cavabdeh1 tərəfindən verilməli idi. İddia tələbi Cavabdeh3 münasibətdə əlavə əşya hüquqlarına aiddir və borca münasibətdə tətbiq edilə bilməz. Mülki işdə iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və bankın iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdır. Məhkəmə tərəfindən Banka heç bir Məhkəmə sənədi-işin icraata qəbul edilməsi, hazırlıq iclasının, baxış iclasının təvin edilməsi, cavabdehin etiraz ərizəsi və diqər sənədlər barədə məlumat göndərilməmişdir. Məhkəmə hazırkı iş üzrə mülki məhkəmə icraatında Bankın prosessual hüquqlarını pozmuş və məhdudlaşdırmışdır. Bank hüquqi şəxsdir və hüquqi ünvanı mövcuddur, həmçinin hüquqi ünvanı iddia ərizəsində göstərilmişdir. Məhkəmə tərəfindən bankın hüquqi ünvanına sadəcə məhkəmə qətnaməsi göndərilmişdir. Belə ki, Məhkəmə tərəfindən bildirişlərin və digər sənədlər onlara göndərilməməsi nəticəsində cavabdeh tərəfindən etirazın verilməsindən xəbərdar olmamışlar və həmin etiraza dair sübutlarını təqdim edə bilməmişlər. İddiaçı öz iddia ərizəsində və digər qoşmalarda cavabdehin banka təqdim etdiyi yeni müqavilənin bağlanması üçün ərizənin olduğunu, hətta məhkəmə qətnamənin təsviri hissəsində də bu barədə qeyd etmiş, lakin bank tərəfindən həmin sübutun təqdim edilməməsi nəticəsində prosessual hüquq normaları pozulmuşdur.(sözügedən ərizənin sübut qismində əhəmiyyəti apellyasiya şikayətinin Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər hissəsində qeyd edilmişdir). Məhkəmə tərəfindən cavabdehin etiraz ərizəsi ilə bankın məlumatlatlandırılmaması nəticəsində bank öz sübutlarını təqdim edə bilməmiş və hüquqları pozulmuşdur. Bank tərəfindən iddia ərizəsinə əlavə edilmiş 13 saylı qoşmanın mətnindən də görünür ki, cavabdeh tərəfindən yeni müqavilə bağlanılması üçün ərizə xx.xx.2019-cu il tarixində yazılmışdır. Bank tərəfindən cavabdehin kredit borcunun restrukturizasiya edilməsi ilə bağlı müqavilə hazırlanmış, lakin cavabdehə dəfələrlə yazılı və şifahi məlumatlar verilməsinə baxmayaraq, müqaviləni imzalamamışdır. Məhkəmə prosesi ilə bağlı bildirişlər banka daxil olmadığından cavabdehin xx.xx.2019-cu il tarixli ərizəsini məhkəməyə təqdim etmək mümkün olmamışdır. Həmçinin yuxarıda qeyd etikləri iddia ərizəsinin 13 saylı qoşmasının mətnindən belə bir ərizənin mövcud olduğu (cavabdehin borcunu etiraf etməsi kimi qiymətləndirilir) və cavabdehin iddia müddətinin tətbiqi barəsindəki ərzəsinə bankın münasibəti qismində nəzərə alına bilər və ya bank cavabdeh tərəfindən etiraz verilməsi ilə bağlı xəbərdar edilə, həmin etiraza münasibət bildirə bilərdi. Sözügedən fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qəbul edilmişdir. Fərmanın icrası mülki dövriyyə iştirakçılarının mənafeyini pozmamalı, mülki qanunvericiliyin prinsiplərinə zidd olmamalı, yalnız borcluya münasibətdə tətbiq edilməməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə iddia müddəti xx.xx.2018-ci ildə bitir və bank xx.xx.2018-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etdikdə iddia müddəti ötməmişdir. Həmçinin cavabdehin xx.xx.2016-cı il tarixdə kredit üzrə ödənişi olmuşdur. Belə ki, Mülki Məcəllə və Fərman bir-birini təkzib etmir. Qətnamə mübahisəli hüquq münasibətində (kredit münasibətində) tərəflərin hüquq və vəzifələrini Mülki Məcəlləyə əsasən müəyyənləşdirilən aktdır. Qətnamənin mövcudluğu fərmanın tətbiqinə mane olmur. Əgər fərmanın tətbiqi üçün əsas varsa fərmanın qeyd-şərtsiz tətbiq olunmalıdır, baxmayaraq ki, kredit müqaviləsi üzrə borcun tutulması barədə qanuni qüvvəyə minmiş qətnamə var. Bu halda Fərmanın icrasını təmin etməli olan şəxslər (o cümlədən bank) müvafiq prosessual qaydalardan istifadə etməlidir: icra sənədinin məhkəməyə qaytarılması barədə ərizə vermə, icra sənədi üzrə icraatda tələbdən imtina, tələbdən qismən imtina və s. Yəni məhkəmə iddianı baxılmamış saxlamayıb qətnamə qəbul etsəydi və müştəri ərizəsinə əsasən restrukturizasiya müqaviləsini bağlasaydı (artıq indiki kimi yayına bilməyəcəkdi) bank icra icraatına xitam verəcəkdi. Nəzərə alınmalıdır ki, fərmanın təsir dairəsinə düşmüş kredit borcluları banklara ərizə ilə ani müqavilənin bağlanması üçün müraciət edərək, müqavilə bağlanması üçün müddətin müəyyənləşdirilməməsindən məhkəmə prosesində olan işlərin, həmçinin məhkəməyə verilmək üçün hazırlanan işlərin normal prosesinə maneçilik törədəcək, müqavilə bağlamaqdan qəsdən yayınaraq süni surətdə iddia müddətinin keçməsinə şərait yaradırlar. Məhkəmə iddianı rədd etməklə fərmanın tətbiq edilməsinin əsas məqsədindən yayınaraq, banklara münasibətdə onlara maddi ziyan vurur. Bu da məhkəmələr tərəfindən fərmanın tətbiq edilməsinin banklara "münasibətdə Mülki vəzifələrin və mülki qanunvericiliyin prinsiplərin pozulması nəticəsinə bağlı məhkəmə təcrübəsinin formalaşmasına gətirib çıxarır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
739. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(062)-2382/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə iddia müddətinin ötürülməsi əsası ilə Mülki Məcəllənin 373-cü maddəsini tətbiq edərək iddianı rədd etmişdir ki, bununla da birinci instansiya məhkəməsi mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etmişdir. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında borc müqaviləsi 01 avqust 2013-cü il tarixdə bağlanmış müqavilə üzrə öhdəliyin icrasının son müddəti 01 avqust 2015-ci il tarixinədək şərtləndirilmişdir. İddiaçı müddətin axımının kəsmi halı kimi xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş olunduğunu iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş ödənişlərə dair hesabdan çıxarışda sonuncu ödənişin 16 fevral 2015-ci il tarixdə olması müəyyən edilməkdədir. Bundan başqa iddia müddətinin axımının kəsimi kimi iddiaçı xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etdiyin iddia etsə də bu barədə də məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının təşəbbüsü əsasında əldə edilərək iş materiallarına əlavə edilmiş iddia ərizəsindən isə görünür ki, iddia ərizəsinin tarixi kimi 18 iyul 2018-ci il qeyd olunsa da iddia ərizəsi 05 oktyabr 2018-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Bununla da iddia müddəti ilk dəfə məhkəməyə müraciət edilərkən artıq ötürülmüş olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin xx.xx.2018-ci il tarixədək məhkəməyə daxil olması halına münasibətdə də iddia müddəti ötürülmüş hesab olunur. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinin tələbinə əsasən məhkəmədə iddianın irəli sürülməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmaqla, müddətin axımının kəsilməsi ilə iddia müddəti yenidən başlanır ki, bu zaman fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Lakin, bu qayda iddia ərizəsinin məhkəmə tərəfindən baxılmamış saxlanılması hallarına aid olmamaqla, bununla bağlı qayda ayrıca olaraq Mülki Məcəllənin 381.1-ci maddəsi ilə tənzimlənməkdədir. Həmin maddənin tələbinə görə isə iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni, iddia müddətinin axımının kəsilməsi anınadək keçən müddət, iddia ərizəsinin baxılmamış saxlanması müddətindən sonra davam etməyə başlamaqla ümumi qaydada davam edir. Bu zaman iddia müddəti yenidən başlanmış hesab olunmur. Məhkəmə kollegiyası Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadında qeyd olunan mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydasının Azərbaycan Respublikasının Prezidentinin "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanla müəyyən edilməsi ilə əlaqədar həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddətin iddia müddətinə daxil olmaması ilə mövqeyə münasibətdə isə qeyd edir ki, iddia müddətinin ötürülməsinin müəyyən edilib-edilməməsi məsələsində həmin qərardad hazırkı iş üzrə hər hansı bir preyudisial əhəmiyyət kəsb etməməkdədir. Qeyd olunan fakt isə o halda iddia müddətinin ötürülməsi səbəbinin üzrlü sayılması və iddia müddətinin bəpa edilməsi üçün əsas hesab oluna bilərdi ki, iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında baş vermiş olardı. Lakin, iddiaçı iddia ərizəsini xx.xx.2018-ci il tarixədək məhkəməyə təqdim edilməsini iddia etməsini iddia etməsinə, cavabdeh tərəfindən isə yeni müqavilə bağlanılması üçün xx.xx.2019-cu il tarixdə ərizənin yaızlmasına, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı maddəsinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatmasına baxmayaraq, 31 dekabr 2019-cu il tarixdən iki il səkkiz ay keçdikdən sonra 2022-ci ilin senyabr ayında iddia ərizəsi ilə müraciət etmişdir ki, qeyd olunan iki il səkkiz aylıq müddətin üzrlü hesab olunmasının əsaslandırmamaqla yanaşı ötürülmüş iddia müddətinin bəpasına dair vəsatətlə də məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası iddiaçının cavadbehin kredit borcunun restrukturizasiya edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə ərizə yazması bu halın da borcunu etiraf etməsi kimi qiymətləndirilməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, qeyd olunan fakt borcun etiraf olunması kimi qəbul edilsə də iddia müddətinin axımını kəsməmişdir. Belə ki, iddia müddətinin axımının kəsilməsi iddia müddətinin daxilndə edilmiş hərəkətlərə şamil olunmaqdadır. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqinə dair ərizənin borcalan cavabdeh tərəfindən deyil, ipoteka qoyan Cavabdeh3 tərəfindən verilməsi ilə əlaqədar onun ərizəsinin borca münasibətdə tətbiq edilə bilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, ipoteka qoyan borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin etmək öhdəliyi daşıdığından dolayısı ilə o, kreditor qarşısından borcalanla birgə borclu qismində öz əmlakı ilə məsuliyət daşıyır. Mülki Məcəllənin 502-ci maddəsinin tələbinə görə isə birgə borclunun kreditora qarşı müqavilənin mahiyyətindən irəli gələn və ya yalnız özünün hüququ çatan, yaxud birgə borcluların hamısı üçün ümumi olan bütün qarşılıqlı tələbləri irəli sürmək ixtiyarı vardır. Digər tərəfdən borc tələbinə dair iddianın təmin olunmaması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinin də təmin olunmamasını səbəb olur. Mülki Məcəllənin 213.6-cı maddəsinin mahiyyəti də nəzərə alındıqda ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyanı qismində cavadbehin də iddia müddətinin tətbiqi barədə də ərizə vermək üçün subyektiv hüququnun olması müəyyən olunur. Bna görə də məhkəmə kollegiyası iddiaçının qeyd olunan apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir. Məhkəmə kollegiyası çəkişmə prinsipinin pozulması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərini də əsasszı hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə bildirişləri iddiaçının ünvanına göndərilməklə yanaşı, telefonoqramlar vasitəsi ilə də iddiaçının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, iddiaçının nüamyəndəsi də məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir ki, bu fakt da işə çəkişmə prinsipinin pozulması ilə baxılması halını istisna etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(062)-2382/2022 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(062)-2382/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.