Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1132/2025 02.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 9bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair mülki işi üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-379/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları xx.xx.2023-cü il tarixli, GTGK2167217B299 nömrəli elektron qaydada bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik faiz dərəcəsi 21% olmaqla 8880 AZN məbləğində kredit verilmiş və 8800 manat kredit vəsaiti cavabdehin hesabına küçürülmüşdür. Müqavilənin 2.10 və 2.10.1-ci bəndələrində tərəflər razılaşmışlar ki, bu müqavilə imzalamdığı andan müştəri ilə bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR4304993A299 nömrəli (qalıq borc 4913,96 manat) və xx.xx.2023-cü il tarixli GTGK 2167181B299 nömrəli (qalıq borc 0 manat) müqavilələr üzrə ödənilməmiş ümumi qalıq borc (əsas, faiz, cərimə) bu müqavilə üzrə müştəriyə verilmiş kredit vəsaiti hesabına və bank tərəfindən müştərinin əlavə razılığı olmadan akseptsiz qaydada silinərək ödənilir, bununlada tərəflərin qarşılıqlı razılığı ilə həmin müqavilələrə xitam verilir. xx.xx.2023-cü il tarixli GTGK2167217B299 nömrəli kredit müqaviləsinə əlavəyə, yəni ödəniş qrafikinə əsasən, cavabdeh 48 ay ərzində 8800 manat əsas və 4323,69 manat faiz borcuna görə hər ay kredit müqaviləsi üzrə 274.98 AZN məbləğində pul ödəməlidir. Kredit Sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsinə əsasən, cavabdehin orta aylıq əmək haqqısı 865.45 manat təşkil etmiş və cavabdeh kredit borcunun aylıq ödəniş məbləğinin (əsas, faiz, cərimə) onun kart hesabına köçürülən əmək haqqı və digər gəlirlərindən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və xx.xx.2024-cü il tarixli maliyyə arayışına, hesabdan çıxarışa əsasən, iddiaçı ilə cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli GTGK2167217B299 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya ödənilməmiş 7980.64 AZN əsas, 648.87 AZN faiz borcu olmaqla, cəmi 8629.51 AZN borcu yaranmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli məktubla cavabdehə müraciət edərək 7980.64 AZN əsas, 648.87 AZN faiz borcu olmaqla cəmi 8629.51 AZN borcun, 155 gün gecikmə gününə görə 1468,83 manat yarandığını bildirmiş, tam borc məbləğinin ödənilməsini tələb edərək müqavilənin birtərəfli qaydada ləğvinə dair irədə ifadəsini bildirmiş və əks təqdirdə qanunvericiliklə müəyyən olunmuş tərəblərinin yerinə yetiriləcəyi barədə xəbərdarlıq etmişdir. Tərəflər arasında yaranmış mübahisə həllini tapmadığın iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 7980.64 AZN əsas, 648.87 AZN faiz borclu olmaqla, cəmi 8629.51 AZN pul vəsaitinin və 106.30 AZN dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli GTGK2167217B299 nömrəli kredit müqaviləsinə əsasən onun kartına müddəti 48 ay, illik 21 faiz dərəcəsi ilə 8880 AZN məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bank tərəfindən ona dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-379/2025 nömrəli qətnaməsi ilə (hakim Z.Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh 7980.64 (yeddi min doqquz yüz səksən manat altmış dörd qəpik) manat əsasə, 648.87 (altı yüz qırx səkkiz manat səksən yeddi qəpik) manat fazi borcu olmaqla, cəmi 8629.51 (səkkiz min altı yüz iyirmi doqquz manat əlli bir qəpik) manat borc pul və 106.30 (bir yüz alt manat otuz qəpik) dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 462.1, 467, 470.1, 472.1, 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 115.0.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İşə baxılmasının yeri və vaxtı barədə ona rəsmi olaraq məlumat verilməmiş, beləliklə də tərəflər arasında çəkişmə və bərabərlik prinsipi pozulmuşdur. İşə baxan məhkəmə yalnız iddiaçı cəmiyyətin təqdim etdiyi maliyyə arayışını əsas götürərək iddia tələbini təmin etmişdir. Banka olan borcundan ödədiyi məbləğlər nəzərə alınmamışdır. İş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmədən, borc məbləğini dəqiq müəyyən etmədən ondan yuxarı həddə pul tutulması qanunsuzdur. Bildirdiklərinin doğru olmasını müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Sadalananlara əsasən hesab edir ki, apelyasiya şikayətim təmin edilməli və sözügedən qətnamə ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, cavabdehin qeyd etdikləri qətnamənin ləğvi üçün əsas deyildir. Müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğundan iddiaçının haqlı iddiasına səbəb olmuşdur. Cavabdeh bu cür şikayət verməklə müəyyən vaxt qazanmaq istəyir. MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh məhkəmə iclasıəna gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Maddə 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməninin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş edir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək mübahisə predmetinin bölünməzliyini nəzərə alıb qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-379/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli GTKR4304993A299 nömrəli və xx.xx.2023-cü il tarixli GTGK 2167181B299 nömrəli kredit müqavilələri bağlanmış və cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4913,96 manat borcu olmuş, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş borcu olmamışdır. Bundan sonra cavabdeh yenidən kreditin verilməsi ilə bağlı iddiaçıya müraciət etmiş və iddiaçı ilə elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTGK2167217B299 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik faiz dərəcəsi 21% olmaqla 8880 AZN məbləğində kredit verilmiş və 8800 manat kredit vəsaiti cavabdehin hesabına küçürülmüşdür. Tərəflərin xx.xx.2023-cü il tarixli razılaşmasına əsasən tərəflər arasında bağlanmış öncəki müqavilələrə xitam verilmiş və həmin müqavilələrə əsasən cavabdehin ödənilməmiş 4913,96 manat kredit borcu ona verilmiş 8800 manat məbləğində olan sonuncu kredit məbləğindən silinmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü 8800 manat əsas və 4323,69 manat faiz borcundan ibarət öhdəliyini lazmınca icra etməmiş və nəticədə tələb olunan məbləğdə ödənilməmiş borcu qalmışdır. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət edərək 7980.64 AZN əsas, 648.87 AZN faiz borcu olmaqla cəmi 8629.51 AZN borcun, 155 gün gecikmə gününə görə 1468,83 manat yarandığını bildirmiş, tam borc məbləğinin ödənilməsini tələb edərək müqavilənin birtərəfli qaydada ləğvinə dair irədə ifadəsini bildirmiş və əks təqdirdə qanunvericiliklə müəyyən olunmuş tərəblərinin yerinə yetiriləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı müqavilə müddəti bitməmiş vaxtından əvvəl borcu tələb etməklə iradə ifadəsini bəyan etdikdən sonra cavabdehə əlavə borc hesablamamış və hazırki tələbi xx.xx.2024-cü il tarixə yaranmış borcun tutulmasında ibarətdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, məhkəmə icraatı onun iştirakı olmadan aparılmış və bu səbəbdən də məhkəməyə sübut təqdim edə bilməmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə dair reyestr və məhkəmənin baxış iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə dair “sms” bildiriş mövcuddur. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin bu dəlilləri əsassızdır və birinci instansiyası məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməmişdir. Cavabdehin apellyasiya şikayətinin bu dəlilinin əsası ondan ibarətdir ki, o, məhkəmə iclaslarından məlumatlı olmadığından məhkəməyə sübut təqdim etməkdən məhrum olmuşdur. Lakin cavabdeh bu dəlilinin təsdiqi olaraq apellyasiya məhkəməsinə sübut təqdim etməmiş və məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qeyd edir ki, işə baxılması ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular qəbul edilmiş məhkəmə aktının ləğvinə o halda əsas verir ki, yol verilmiş pozuntu düzgün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmiş olsun. Hazırki iş üzrə düzgün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnən prosessual pozultuya yol verilməmiş, məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə cavabdehə bildiriş göndərilmiş və məhkəmə baxışı iclası ilə bağlı sms bildiriş cavabdehə gösdərilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin nəticəsinə təsir edəcək prosessual pozuntuya yol verilməmiş və cavabdehin bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biridə iddiaçı təşkilata müəyyən məbləğdə ödənişlər edilməsinə baxmayaraq, məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməmişdir. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh ödənişlərin edildiyini bildirsə də bununla bağlı istər birinci instansiyası məhkəməsinə, istərsə də apellyasiya instansiyası məhkəməsinə sübut təqdim etməmişdir. Cavabdehə məxsus hesabdan çıxarış məlumatlarından müəyyən edildiyi kimi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 275 manat, xx.xx.2023-cü il tarixdə 288,04 manat, xx.xx.2023-cü il tarixdə 291,84 manat, xx.xx.2023-cü il tarixdə 303,75 manat, xx.xx.2023-cü il tarixdə 283,08 manat kredit borcu ödənilmiş və kart hesabından akseptsiz qaydada silinmişdir. Ödənilmiş və silinmiş vəsaitlərin isə cəmi məbləği 1441,71 manat təşkil edir ki, ödəniş cədvəli ilə müqayisə edildikdə isə müəyyən olunur ki, cavabdehin borcu tələb olunan məbləğdədir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh ödənişlər etdiyi bildirsə də hesabdan çıxarış məlumatlarında olan ödənişlərdən başqa ödənişlər etdiyinə dair məhkəməyə sübut təqdim etməmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir ki, məhkəmənin hər bir halda tərəflərin istəyinə uyğun ekspertizanın keçirilməsi ilə bağlı vəzifəsi mövcud deyildir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəflərə xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir ki, bu məqsədlə məhkəmə, cavabdehə münasibətdə vəzifələrini yerinə yetirmişdir. Cavabdeh məhkəmə icraatından yayınmış və yalnız formal əsaslarla birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir ki, hazırki vəziyyətdə cavabdehin hərəkətləri işin yekunlaşmasını ləngitmək məqsədi daşıyır və hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Belə ki, iddiaçının tələbi aşkar olmaqla yanaşı sübutlarla təsdiqini tapır, cavabdeh iddiaçının tələbinin həqiqəti əks etdirməməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmiş və verdiyi apelyasiya şikayətinin müdafiəsi məqsədi ilə məhkəmə iclasına gəlməmişdir. Göründüyü kimi, apellyatorun ekspertizanın keçirilməməsi ilə bağlı mülahizələri əsassız olmaqla işin baxılmasının yubadılmasnıa xidmət edir və hər hansı sübutlara söykənmir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabeh tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, iddiaçı apellyasiya şikayətində iddia tələbinin rədd edilməsini xahiş edir və ondan tutulan pulun məbləği 5000 manatdan çoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2(021)-379/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1132/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1132/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver