Məhkəmə qərarları › İş №2(104)-1133/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1133/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1133/2023 15.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: Məmmədov Ədil İsa oğlu Hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 357-362-ci maddələrinə riayət edilməklə verilmişdir. Apellyasiyanın qeyri-mümkünlüyü üçün əsaslar yoxdur. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 366-368-ci maddələrini rəhbər tutaraq Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Qərara aldı: Apellyasiya şikayətinə baxılması mümkün hesab edilsin. Apellyasiya şikayətinə baxılması Gəncə Apellyasiya Məhkəməsinin binasında 02 may 2023-cü il tarixə saat 15:30-da açıq məhkəmə iclasında baxılmağa təyin edilsin. Tərəflərə işə baxılma yeri və vaxtı barədə məlumat verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar