Məhkəmə qərarları › İş №2(104)-1137/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1137/2025

26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1137/2025 26.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-263/2025 saylı qərardadından iddiaçı “X3 Azərbaycan” QSC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı “X3 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 3903,23 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 2440,06 manat borcun və 44,4 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “X3 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2(030)-263/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(030)-263/2025 nömrəli qərardadından iddiaçı “X3 Azərbaycan” QSC şikayət vermişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(030)- 263/2025 saylı qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı “X3 Azərbaycan” QSC şikayət vermiş və şikayət “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(030)-263/2025 nömrəli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı “X3 Azərbaycan” QSC şikayət vermiş və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(030)-263/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki kredit istehlak məqsədi ilə verildiyi üçün aidiyyat mülki məhkəməyə aiddir. Bu baxımdan qərardad əsassızdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(030)-263/2025 nömrəli qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, heç bir müraciət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-263/2025 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, “X3 Azərbaycan” QSC tərəfindən verilmiş şikayət vəkil tərəfindən imzalanmamış və vəkil orderi şikayət ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 67.1 kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kasasiya və əlavə kasasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 403-1.3-ci maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 407.3 şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4 şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 408.1.3 kasasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kasasiya şikayəti qaytarılır. 408.2 bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin (bundan sonra əsasnamə) 1.5-ci bəndinə əsasən vəkil orderi müvəkkil ilə vəkil qurumu və ya fərdi vəkil arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən sənəddir. Vəkil orderinin həqiqiliyini müəyyən edən isə onun üzərinə yapışdırılan unikal nömrəsi olan holoqramlı markadır. Həmin qaydalara əsasən hər bir orderdə vəkilin iştirakı üçün yalnız bir məhkəmənin adı yazılmalı və bu order həmin məhkəmədə iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək vəkilin iştirakını səlahiyyətli edir. Göründüyü kimi, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(030)- 263/2025 nömrəli qərardadı məhkəmə aidiyyatına riayət edilməsi səbəbindən iddia ərizəsinin qaytarılması ilə bağlıdır və həmin qərardaddan şikayət MPM-nin 403-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq, həmin məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilməlidir. Şikayət həmin tələblərə uyğun verilmədiyi üçün birinci instansiya məhkəməsi şikayəti qaytarmaqla düzgün nəticəyə gəlmişdir. 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 67, 407, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-263/2025 saylı qərardadından iddiaçı “X3 Azərbaycan” QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-263/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar