Məhkəmə qərarları › İş №2(104)-1141/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1141/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1141/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-699/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 838,33 manat borcun abonentin **********01080 saylı koduna və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-699/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən F.Babaşov) iddia təmin edilmiş və Cavabdeh 838,33 (səkkiz yüz otuz səkkiz manat otuz üç qəpik) manat borc alınaraq abonentin **********01080 saylı koduna, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınaraq İddiaçı İB-nin ABB-nin Tərtər Şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-699/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin Tərtər RQİİ hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinə qəsdən çıxarılan “Smart” tipli sayğacının laborator yoxlamasının nəticəsinə dair İddiaçı İB-nin Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-7908/Q001 №-li Aktda göstərilmişdir ki, “Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Sayğac mənfiyə işləyib. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır.” Sayğacın klapanı onun daxilində yerləşir və sayğacın plombu sındırılmadan ona müdaxilə etmək qeyrimümkündür. Odur ki, sayğacın klapanının işlək olub-olmaması mənim tərəfimdən aşkar edilə bilməzdi. Bundan başqa çıxarılmış “Smart” tipli sayğac kartla yüklü edilir. Odur ki, onun tərəfindən 2019-cu ilin oktyabr ayından 2023-cü ilin 11 iyul tarixinədək kartıma həmişə sərfiyyat tələbinə uyğun qaza görə pul yüklənmiş, sonra isə kart sayğaca salınmaqla aktivləşdirilmişdir. Belə olan halda o, sayğacın klapanına müdaxilə edə və ya onun işlək olmadığını bilə bilməzdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, onun sayğacı kart sistemi ilə işləyir və qurtardıqca ödəniş edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-699/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh evinə quraşdırılmış “Smart” tipli sayğacının laborator yoxlamasının nəticəsinə dair İddiaçı İB-nin Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-7908/Q001 №-li Aktda göstərilmişdir ki, sayğacın klapanı işlək deyil, sayğac mənfiyə işləyib, xətalar normadan artı olmaqla, iistismara yararsızdır. Belə ki, 2023-cuü ilin may-avqust ayları sayğac işləməmiş və yazmamışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-699/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-699/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 150 manat borc alınaraq abonentin **********01080 saylı koduna, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınaraq İddiaçı İB-nin ABB-nin Tərtər Şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli, AKX-01480xx/xx-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci maddəsindən görünür ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Cavabdeh xx.xx.1959-cu ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Q.B.Zakir küçəsi ev 23-də qeydiyyatdadır və yaşayır. İşə əlavə edilən Abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2023-cü ilin oktyabr ayına olan borcu 838,33 manat təşkil edir. Tərtər RQİİ tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, abonent tərəfindən istifadə edilmiş təbii qazın dəyəri xx.xx.2023-cü il tarixə 817,33 manat debitor borc yaranmışdır və borcun 10 gün müddətində ödənilməsi tələb edilir. Qaz sayğacının çıxarılması və istismara qəbulu haqqında xx.xx.3023-cü il tarixli aktdan görünür ki, mənfiyə işlədiyi üçün növbədən kənar yoxlamaya göndərildi. İddiaçı İB-nin Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5- 7908/Q001 №-li Aktda göstərilmişdir ki, “Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Sayğac mənfiyə işləyib. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır.” İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” bağlanmış, bundan sonra İddiaçı İB tərəfindən cavabdehin evində qaz sayğacı quraşdırılmış və abonentin adına rəsmiləşdirilmişdir. Cavabdeh isə təbii qazdan istifadəyə görə aylıq borcunu ödəməli olduğu halda o, bu məbləği ödəməkdən yayınmış və nəticədə təbii qazdan istifadəyə görə 838,33 manat məbləğində borcu yaranmışdır. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.2-ci bəndinə görə, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.3-cü bəndinə görə, qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.1-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin qüsurlu olması aşkar edilsə də, həmin halın baş verməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın mexanizminin qüsurlu olması məhz sonuncu tərəfindən həyata keçirilməsi və ya qüsurda onun hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Cavabdeh “Smart” tipli sayğacının mənfiyə işləyib, xətalar normadan artı qolmaqla, iistismara yararsız olmasında təqsiri olmasa da, işləmədiyi üçün, 5 ay müddətində hər ay 250 m3 qaz sərfi götürülməklə, (250x5=1250) 1250 m3 qaz sərfi, dəymiş ziyan isə 1250x12=150 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qismən işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)- 699/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 150 manat borc alınaraq abonentin **********01080 saylı koduna, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınaraq İddiaçı İB-nin ABB-nin Tərtər Şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-699/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 150 manat borc alınaraq abonentin **********01080 saylı koduna, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınaraq İddiaçı İB-nin ABBnin Tərtər Şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülməlidir. İddiaçı tərəfindən Cavabdeh hesablanmış 150 (yüz əlli) manat məbləğində cərimə borcu silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar