Məhkəmə qərarları › İş №2(104)-1161/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1161/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1161/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-495/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çəkdiyi xərclərə görə 5000 manat, evin alqısatqısı üçün 1200 ABŞ dolları pulun müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(044)- 495/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1300 ABŞ dolları məbləğində pulun qətnamə icra olunduğu vaxt Azərbaycan manatının məzənnəsi ilə alınaraq İddiaçı1 verilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(044)-495/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddanın rədd edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(104)-2929/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(044)-495/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-495/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyavr 2022-ci il tarixli, 2(044)-495/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Gəncə Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(125)-495/2021 saylı qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Cavabdeh2 şikayətinə münasibətdə geri qaytarılmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(044)-495/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Cavabdeh1 şikayətinə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə uyğun hesab edilmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Cavabdeh1 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılmalı və ona Gəncə Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(104)- 2929/2021 saylı qətnaməsindən qanunvericiliyə müvafiq olaraq kassasiya şikayəti vermək hüququ izah edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırkı iş üzrə digər Cavabdeh2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(044)-495/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(104)-2929/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(044)-495/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materiallarından görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi 24 fevral 2021-ci il tarixli, 2(044)-495/2021 saylı qətnamə qəbul edilmiş və Cavabdeh2 həmin qətnamədən verdiyi apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin qəbul etdiyi 13 avqust 2021-ci il tarixli, 2(104)-2929/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(044)- 495/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Cavabdeh1 isə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin mövcud olmayan xx.xx.2021ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin başqa tarixli mövcud olmayan 26 sentyabr 2022-ci il tarixli, 2(044)- 495/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tariuxli qərardadının 41-ci bəndinə görə, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır.42-ci bəndinə görə, şikayətin bu əsasla geri qaytarılması apellyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir.44-cü bəndinə görə, apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Həmin Qərardadla məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzliyi və məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməli olması qərara alınmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(044)-495/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında həmin qətnaməsinin əsaslılığı tam yoxlanılmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(044)-495/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM; 361.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilməli, şikayət geri qaytarılmalı və ona Gəncə Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(104)-2929/2021 saylı qətnaməsindən qanunvericiliyə müvafiq olaraq kassasiya şikayəti vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 366 və 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin, şikayət geri qaytarılsın. Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(104)- 2929/2021 saylı qətnaməsindən qanunvericiliyə müvafiq olaraq kassasiya şikayəti vermək hüququ izah edilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar