Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1166/2025 13.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) X2 iştiraki ilə, İddiaçı cavabdeh X3 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(058)-88/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(058)-88/2025 saylı qətnaməsi ilə (hakim T.Kərimova) iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını, hakim Tərifə Kərimova tərəfindən kobud prosessual pozuntulara yol verildiyindən onun barəsində xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi və psixi iztirablara görə 20000 manat mənəvi təzminatın Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə onu Samux Rayon Təhsil Şöbəsinə çağırmış və o, təhsil şöbəsində olarkən Cavabdeh tərəfindən təhqirlərə məruz qalaraq, döyülmüşdür. Bunun nəticəsində huşunu itirmiş və ona iki dəfə təcili tibbi yardım briqadası Samux rayon Təhsil şöbəsinə gəlsə də, vəziyyətini düzəldə bilməmişlər və onu Gəncə Şəhər Kardioloji xəstəxanasına təxliyyə etmişlər. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gəncə şəhər Kardioloji xəstəxanasında stasionar şəraitdə müalicə almış, ona hipertonik kriz diaqnozu qoyulmuşdur. Xəstəxanadan çıxandan sonra hüquqmühafizə orqanlarına, bütün dövlət və idarə təşkilatlarına müraciətlər etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xx.xx.2021-ci il tarixli, 44(01)-01-349/24 və 44(01)-01- 391/2024 saylı məktubları ilə Samux Rayon Təhsil Şöbəsinin müdiri Cavabdeh tərəfindən ona və Samux rayon Qarağaclı qəsəbə tam orta məktəbinə qərəzli mövqe tutması, sağlam mühitin yaradılmaması üzrə iş aparmaması müəyyən edilmişdir. Baş vermiş hadisədən nəticə çıxarmayan Cavabdeh yenə də, ona qarşı təzyiqlər etmiş və o, xx.xx.2021-ci il tarixdə yenidən xəstələnmişdir. Xəstə olduğu müddətdə 2022-ci ilin yanvar ayında həmkarların qanunsuz yığıncağını keçirmiş, təhsil Nazirliyinə yalan məlumat verərək bildirmişlər ki, üzrsüz səbəbdən işə çıxmır. Əslində isə o, Cavabdeh xəstəliyi ilə əlaqədar olaraq teleqram ünvanlamışdır. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmışdır. İşdən çıxarılması barədə əmrdə göstərilmişdir ki, İddiaçı direktor vəzifəsindən azad edilsin, Nurlana Rəhimova isə qərəzli şəkildə onu müəllim vəzifəsindən də, azad etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-2601/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K161 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmri ləğv edilmiş, onun Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməyi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Apellyasiya və Ali Məhkəmə tərəfindən işdən çıxarılmağının qanunsuz olması bir daha təsdiq edilmişdir. Cavabdeh qərəzi nəticəsində hipertonik kriz xəstəliyinə düçar olmuş, keçirdiyi maddi və mənəvi iztirablarla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalımışdır. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Аpellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Samux Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə və hakimlərinə ayrı-ayrılıqda yazılı etiraz ərizəsi vermişdir. Etiraz ərizəsi məhkəməyə daxil olduqdan sonra hakim Tərifə Kərimova xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtını ləğv etmişdir. Bu faktın həqiqiliyini məhkəmə iclasına baxmaqla müəyyən edilə bilər. Düşünmüşdür ki, etirazı baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndəriləcəkdir. Buna görə də, məhkəmə baxış iclasını təxirə salmışdır. xx.xx.2025-ci il tarixdə şəxsi kabinetinə daxil olduqda görmüşdür ki, yekun məhkəmə aktı qəbul edilib və iddia tələbi rədd edilmişdir. Dərhal şəxsi kabinet vasitəsilə ərizə göndərərək işlə tanış olmaq istədiyimi bildirmişdir. xx.xx.2025-ci il tarixdə işlə tanış olarkən müəyyən etmişdir ki, mülki iş materiallarında məhkəmə baxışı iclasının ləğv edildikdən sonra hansı əsasla yenidən xx.xx.2025-ci il tarixə təyin edilməsi barədə arayış, Samux Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə etdiyi etirazın baxılmasını təsdiq edən qərardad və məhkəmə baxış iclasının yenidən xx.xx.2025-ci il tarixə təyin edilməsi ilə bağlı tərəf olaraq ona hər hansı məlumat verilməsini təsdiq edən sənəd yoxdur. İşdə olan qəbz məhkəmə baxışının iclasının xx.xx.2025-ci il tarixə təyin edilməsi üçün əsas deyil, çünki məhkəməyə etirazı ondan sonra vermiş və məhkəmə baxış iclası ləğv edilmişdir. Məhkəmə-Hüquq Şurasının qaynar xəttinə həmin gün zəng və teleqramlar vurmuşdur. Samux Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə etiraz etməyi barədə baxılmamış saxlanılma dair qərardadı hakim 1 ay sonra xx.xx.2025-ci il tarixdə tərtib edərək imzalamışdır. Məhkəmə iclasının audio və video qeydiyyatına baxmaqla müəyyən etmək olar ki, məhkəmə iclasında etiraz məsələsi araşdırılmamışdır. İddia tələbinin hüquqi əsası ilə bağlı iddiaçı tərəf olaraq iddianın haqlı olmasını sübut etmişdir. Birinci instansiya məhkəməsinin yalnız video görüntüyə münasibət bildirməklə iddia tələbinin rədd etməsi düzgün yanaşma deyildir. Məhkəmə ən azından araşdırılmalı idi ki, İddiaçı bu hiss, həyəcan və digər sarsıntlıar keçirməsinə səbəb kim olmuşdur. Baş vermiş hadisənin Cavabdeh aidiyyatının olmamasını məhkəmə əsaslandıra bilməmişdir. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, video görüntünün qeydə alındığı tarixdə hadisənin baş verməsini təsdiq edən tibbi sənədlər və digər dövlət orqanlarının sənədləri vardır. Cavabdeh ona etdikləri mənəvi sarsıntılar təkcə xx.xx.2021-ciil tarixlə yekunlaşmamışdır. Təhsil Naziri tərəfindən xx.xx.2022-ci il tarixdə direktor vəzifəsindən azad edilməsi barədə əmr verilməsinə baxmayaraq, Cavabdeh ingilis dili müəllimi kimi də, əmək müqaviləsinə xitam vermişdir. İş məhkəmənin icraatında olarkən direktor vəzifəsini vakansiyaya çıxartmışdır. Cavabdeh qanunsuz əməlləri bu gün də davam edir. Barəsində qərəzli şəkildə təqdimat verərək töhmətlər verilməsinə nail olmuşdur. Əmək qabiliyyətinin olmaması vərəqlərini gizlətmişdi. Nəticədə əmək qabiliyyətsiz olmamağımla ödənişlər ödənilmədi. Birinci instansiya məhkəməsi ədalət mühakiməsini qərəzli şəkildə aparmış, bilərəkdən şifahi məhkəmə baxışında dinlənilmək hüququnu məhdudlaşdırmışdır. Belə ki, məhkəmə baxış iclasının vaxtını ləğv etmişdir. Sonra isə tərəf olaraq ona yenidən məhkəmə baxış iclasının təyin edilməsi barədə məlumat verməmişdir. Nəticədə məhkəmə iclasında iştirak edə bilməmiş və şəxsən bütün məhkəmə tərkibinə etdiyi etirazı müdafiə edə bilməmişdir. Birinci instansiya məhkəməsi təqdim etdiyi sübutlara birincisi baxmamışdır. İkincisi isə yalnız baxdığı video görüntü olmuşdur ki, həmin görüntüyə isə qərəzli şəkildə subyektiv mülahizə əsasında formal hüquqi don geyindirməyə çalışmışdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara münasibət bildirilməmişdir. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə onu Samux rayon Təhsil Şöbəsinə çağırmış, təhsil şöbəsində olarkən Cavabdeh tərəfindən təhqirlərə məruz qalaraq, döyülmüşdür. Bunun nəticəsində huşunu itirmişdir. 2 dəfə təcili tibbi yardım briqadası Samux rayon təhsil şöbəsinə gəlsə də, vəziyyətini düzəldə bilməmiş, onu Gəncə Şəhər Kardioloji xəstəxanasına təxliyyə etmişlər. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gəncə şəhər Kardioloji xəstəxanasında stasionar şəraitdə müalicə alınmış, ona hipertonik kriz diaqnozu qoyulmuşdur. Xəstəxanadan çıxandan sonra hüquq-mühafizə orqanları, bütün dövlət və idarə təşkilatlarına müraciətlər etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xx.xx.2021-ci il tarixli, 44(01)-01-349/24 və 44(01)-01-391/2024 saylı məktubları ilə Samux Rayon Təhsil Şöbəsinin müdiri Cavabdeh tərəfindən ona və Samux rayon Qarağaclı qəsəbə tam orta məktəbinə qərəzli mövqe tutması, sağlam mənəvi mühitin yaradılmaması üzrə iş aparmaması müəyyən edilmişdir. Baş vermiş hadisədən nəticə çıxarmayan Cavabdeh yenə də, ona qarşı təzyiqlər etmiş və xx.xx.2021-ci il tarixdə yenidən xəstələnmişdir. Xəstə olduğu müddətdə 2022-ci ilin yanvar ayında həmkarların qanunsuz yığıncağını keçirmiş, təhsil Nazirinə yalan məlumat verərək bildirmişlər ki, üzrsüz səbəbdən işə çıxmır. Əslində isə Cavabdeh xəstəliyilə əlaqədar olaraq teleqram da, ünvanlamışdır. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmış, işdən çıxarılmam barədə əmrdə göstərilmişdir ki, İddiaçı direktor vəzifəsindən azad edilsin, Nurlana Rəhimova isə qərəzli şəkildə onu müəllim vəzifəsindən də, azad etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-2601/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmri ləğv edilmiş, onun Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməyi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Apellyasiya və Ali Məhkəmə tərəfindən işdən çıxarılmağının qanunsuz olması bir daha təsdiq edilmişdir. Cavabdeh qərəzi nəticəsində hipertonik kriz xəstəliyinə düçar olmuşdur. Video görüntünün mötəbər sübut olması ilə bağlı bildirmişdir ik, video görüntülə Samux Təhsil Şöbəsinin inzibati binası və həyətində qeydə alınmışdır. Həmin görüntülərin qeydə alınma anı Cavabdeh onu döyməsindən bir neçə dəqiqə sonra olmuşdur. Əgər video görüntü diqqətlə tədqiq edilsə, müəyyən olunar ki, ilk görüntü Nurlanın otağının qarşısında, digər görüntü isə təhsil şöbəsinin qarşısında qeydə alınmışdır. Görüntülərdəki keçirdiyi hisslərin səbəbkarının Cavabdeh olmasının təsdiqi odur ki, bununla bağlı araşdırılma aparılmışdır. Birinci instansiya məhkəməsi ədalət mühakiməsini qərəzli şəkildə aparmış, bilərəkdən şifahi məhkəmə baxışında dinlənilmək hüququnu məhdudlaşdırmışdır. Belə ki, məhkəmə baxış iclasının vaxtını ləğv etmişdir. Sonra isə tərəf olaraq ona yenidən məhkəmə baxış iclasının təyin edilməsi barədə məlumat verməmişdir. Nəticədə məhkəmə iclasında iştirak edə bilməmiş və şəxsən bütün məhkəmə tərkibinə etdiyi etirazı müdafiə edə bilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq göstərdi ki, 40 ildən artıqdır ki, məktəbdə işləyir. Cavabdeh 2021-ci ilin aprel ayında Təhsil sektoruna müdir təyin olunandan sonra Təhsil sektorunun işçiləri ilə məktəblərə gedib-gəlməyə başlamış, o cümlədən onun direktoru olduğu məktəbə də gəlmişdilər. Müəyyən araşdırmalardan sonra Qafarov Qiyas, Qafarova Yeganə, Əhmədov Elvir və Yusifova Nuridə adlı işçiləri işdən çıxardıb, əmrlərinin surətlərini ona göndərilməsini bildirmiş və bunun üçün ona bir ay vaxt verdiyini demişdir. Doğrudur həmin vaxtı Qiyas və onun arvadı olan Yeganə işə çıxmamışdılar. Belə ki, Qiyas xərçəng xəstəliyindən əziyyət çəkirdi, həyat yoldaşı Yeganə isə ona qulluq edirdi. Bununla belə Qiyas ara-sıra işə gəlirdi. Lakin digər iki nəfər işçi isə işdə olmuşlar. Bir ay keçdikdən sonra cavabdeh Təhsil sektorunun işçiləri ilə yenidən gələrək dediyi işçiləri nəyə görə işdən çıxarmadığını soruşmuş, o, isə onları işdən çıxarı bilmədiyini bildirdikdən sonra məktəbin altını üstünə çevirərək, işçiləri, sənədləri qarışdıraraq getmişlər. Yay tətili vaxtı müəyyən sakitçilik olsa da, lakin yenə də onları sakit buraxmır, zəng edərək işlə bağlı müəyyən tapşırıqlar verir, müəyyən sənədləri tələb edirdi. 2021-ci ilin sentyabr ayında yenidən müəyyən sənədləri tələb etdiyinə görə həmin ayın 15-də o, sənədləri Təhsil şöbəsinə apararaq cavabdehə vermiş, cavabdeh sənədlərlə tanış olduqdan sonra onları cıraraq zibil qutusuna atıb, yenidən təqdim etməyi tapşırmış, bu hal artıq bir neçə dəfə təkrarlandığına görə cavabdehlə sözləşmişdir. Həmin vaxtı cavabdehin otağında onun müavini Vüsal müəllim və Tacəddin müəllim də olmuşdur. Onlar, yəni o, cavabdehlə sözləşəndə cavabdeh yerindən duraraq ona yaxınlaşıb əli ilə üz nahiyəsindən vurmuş, bundan sonra olanları xatırlamır. Lakin ayılanda ətrafında həkimlərin dayandığını görmüş, yalnız bundan sonra ona məlum olmuşdur ki, cavabdeh Nurlana onu vurduqdan sonra o, huşunu itirərək yerə yıxılmış, ona yardım göstərilməsi üçün iki dəfə təcili yardım briqadası dəvət olumuşdur. Bundan sonra onun vəziyyəti düzəlmədiyinə görə xəstəxanaya yerləşdirilmiş, xəstəxanadan çıxdıqdan müəyyən müddət sonra əsassız olaraq işdən azad olunmuş, sonradan o, məhkəmə qətnaməsi əsasında öz işinə bərpa olunmuşdur. İşə bərpa olunduqdan sonra isə cavabdeh, barəsində töhmət intizam tənbehi tətbiq etmiş, intizam tənbehinin verilməsinə dair əmr də məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edərək izahatında göstərdi ki, 2021-ci ildə Samux rayon Təhsil şöbəsinə müdir təyin olunandan sonra şöbənin digər əməkdaşları ilə birlikdə rayon ərazisində yerləşən məktəblərdəki iş və əmək intizamına və s. riayət olunub-olunmamasını üzə çıxarmaq məqsədi ilə yoxlamalar təşkil edilmiş, iddiaçının direktoru olduğu məktəbdə isə həmçinin müəyyən şikayətlər daxil olduğuna görə yoxlama keçirilmiş, yoxlama vaxtı bir sıra pozuntular, o cümlədən bəzi işçilərin işə çıxmadığı aşkar edilmiş, ona görə də iddiaçıya pozuntuların aradan qaldırılması məqsədi ilə tapşırıqlar verilmişdir. Yeni dərs ilinin başlanması ilə bağlı iddiaçıdan, eləcə də digər məktəb direktorlarından siniflərin komplektləşdirilməsi və şagirdlərlə bağlı müəyyən sənədlər tələb edilmiş, iddiaçı həmin sənədləri təqdim etməmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçını şöbənin müvafiq əməkdaşlarının iştirakı ilə qəbul etmiş, təxminən beş dəqiqə söhbətdən sonra iddiaçı su içmək adı ilə otağını tərk etmiş, qısa müddətdən sonra qəbul otağından səs-küy gəldiyini eşitmiş və iddiaçının huşunu itirərək yerə yığıldığını görmüş, əməkdaşlar təcili yardım çağıraraq iddiaçıya tibbi yardım göstərilmiş, həkim iddiaçının təzyiqinin qalxdığını bildirmişdir. İddiaçının guya onu döyməsi barədə dedikləri həqiqətə uyğun deyildir. Qaldı ki, iddiaçının işdən azad olumasına, direktorun işə götürülməsi və işdən azad olunması Təhsil nazirinin səlahiyyətinə daxildir, onun işdən azad olunması üçün təqdimatı isə Regional İdarə verir. X9 verdiyi təqdimat isə Regional İdarə tərəfindən yoxlanılır, zəruri sayıldığı halda Təhsil nazirliyinə təqdimat verilir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) X4 da apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(058)-88/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən, eləcə də apellyasiya şikayətindən göründüyü kimi iddiaçının tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi və psixi iztirablara görə təzminatın ödənilməsi ilə bağlıdır və tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələri təşkil edir. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş SD-R disklər istifadəyə yararsız olduğuna görə onlara baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Samux rayonunun Qaraağcı qəsəbəsi Habil Məmmədov adına tam orta məktəbində direktor vəzifəsində, cavabdeh isə Samux Rayon Təhsil şöbəsinin (hazırda Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin Samux rayonu üzrə Təhsil sektorunun) müdiri vəzifəsində işləyirlər. Yeni dərs ilinin başlanması ilə əlaqədar digər məktəb direktorları kimi iddiaçı da xx.xx.2021-ci il tarixdə Samux Rayon Təhsil şöbəsinə Təhsil şöbəsinin müdiri Cavabdeh qəbulunda olmuş, qəbul zamanı cavabdehlə yanaşı müdir müavini X6 və Təhsil şöbəsinin əməkdaşı X1 qəbulda iştirak etmiş, qəbul zamanı verilmiş tapşırığı, yəni siniflərin komplektləşməsi, şagirdlərlə bağlı sənədlərin tələb olunmasına baxmayaraq nəyə görə təqdim olunmaması cavabdeh tərəfindən iddiaçıya irad olaraq bildirilmiş, bundan sonra iddiaçı su içmək istədiyini bildirərək cavabdehin xidməti otağından çıxmış, qısa müddətdən sonra onun qəbul otağında müvazinətini itirərək yıxıldığı müəyyən olunmuş, ona tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılmış, qan təzyiqinin yüksəldiyi müəyyən olunmuş, ona görə də Gəncə Şəhər Kardioloji xəstəxanasına təxliyyə edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gəncə şəhər Kardioloji xəstəxanasında stasionar şəraitdə müalicə almış, ona “hipertonik kriz” diaqnozu qoyulmuşdur. Bundan sonra iddiaçı hüquqmühafizə orqanlarına müraciətlər etmiş, iddiaçının müraciəti əsasında Samux rayon Təhsil şöbəsinin işçilərindən izahatlar alınmış, Təhsil şöbəsinin işçilərindən X1, X6 izahatlarında Təhsil şöbəsinin müdiri Cavabdeh xx.xx.2021-ci il tarixdə onların da iştirakı ilə məktəb direktorlarını öz xidməti otağında qəbul etdiyini, iddiaçı otağa daxil olduqdan sonra ondan iki dəfə tələb olunmasına baxmayaraq sənədləri nəyə görə təqdim etmədiyi, təhsil şöbəsinin əməkdaşları ilə nəyə görə kobud davrandığı soruşulmuş, lakin ona qarşı təhqir və təzyiq olmamış, iddiaçı su içmək adı ilə sumkasını da götürərək otaqdan çıxdığını, daha sonra isə qəbul otağında özündən gedərək yıxıldığını, bu səbəbdən Təcili tibbi yardıma zəng etdiklərini bildirmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulmasını təsdiq etmək üçün sübut olaraq məhkəməyə video görüntülər təqdim etmişdir. Halbuki həmin video görüntülərdə iddiaçının iddia tələbində göstərdiyi halları, yəni ona cavabdeh tərəfindən hər hansı bir mənəvi zərərin vurulmasını təsdiq edəcək hal və fakt öz əksini tapmamışdır. Hansı ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırda isə iddiaçıya cavabdeh tərəfindən hər hansı mənəvi zərərin vurulması müəyyən deyil və məhkəmə araşdırması zamanı belə bir hal öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəmənin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddiaçı tələbini əsaslandırmaq üçün cavabdeh tərəfindən ona qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsi ilə nəzərdə tutulmuş mülki hüquq pozuntusu (delikt) törədildiyini, ona görə də ona dəymiş zərərin cavabdeh tərəfindən tam ödənilməli olduğunu göstərmişdir. Kollegiya iddiaçılnın həmin dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi mülki hüquqi məsuliyyətin yaranması üçün ilk növbədə hüquqa zidd bir əməlin (hərəkət və ya hərəkətsizliyin) baş verməsi müəyyən olunmalıdır. Hazırkı halda iddiaçı tərəfindən təqdim olunmuş sübutlarla cavabdeh tərəfindən ona qarşı mülki hüquq məsuliyyəti yaradan əməlin törədildiyi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Kollegiya qeyd edir ki, istər iddia ərizəsindən, istərsə də apellyasiya şikayətinin dəlillərindən iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin təqsirindən baş verməsi təsdiqini tapmır. İddiaçı yuxarıda qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsa da, məhkəməyə tələbini təsdiq edən hər hansı sübut təqdim etməmiş, ümumiyyətlə iddianı, həmçinin apellyasiya şikayətini əsaslandırmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin qanunsuz və əsassız olmasına dair dəlilini iddiaçının formal mülahizəsi sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə işin həqiqi hallarına uyğundur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-119/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(058)-88/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1166/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1166/2025
13.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver