Məhkəmə qərarları › İş №2(104)-1168/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1168/2023

04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1168/2023 04.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (anası) X2 və Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-595/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)- 2723/2020 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, cavabdehlə 11 oktyabr 2015-ci il tarixdə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan 3 avqust 2016-cı ildə X10 adlı uşaq anadan olmuşdur. Sonradan cavabdehlə aralarında fikir ayrılıqları başlamış, aralarında ailə münasibətləri pozulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və bu barədə nikahın pozulması haqqında şəhadətnamə də almışlar. Nikahın pozulması ilə yanaşı azyaşlı uşağın saxlanılması üçün cavabdehdən ayda 130 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Aliment tutulmasına dair icra vərəqi icraya yönəldilmiş, lakin cavabdeh indiyə qədər alimenti aylarla gecikdirməklə və az miqdarda vermişdir. Cavabdeh bir valideyn kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmir, uşağına maddi və mənəvi dəstək göstərmir. Uşağın saxlanılması üçün kəsilmiş 130 manat sabit pul məbləğində alimenti qəsdən aylarla gecikdirərək ödəyir. Artıq 4 aydır alimenti ödəmir-520 manat məbləğində borc yaranmışdır. Qızı məktəbdə təhsil alır və ona görə də, məsrəfləri yetərincə artmışdır. 2020-ci il tarixdən bu yana Respublikada yaşayış minimumu hər il dəyişmişdir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını özü çəkir. Odur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-2723/2020 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-595/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən M.Mustafayev) iddia qismən təmin edilmiş, 03 avqust 2016-cı il təvəllüdlü X10 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-2723/2020 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 03 avqust 2016cı il təvəllüdlü X10 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-595/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-2723/2020 saylı qətnaməsi ilə, nikahları pozulmuş və birgə nikahdan doğulmuş 03 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləği ilə 130 (bir yüz otuz) manat aliment tutulmuşdur ki, həmin məbləğ uşağın xərcləri üçün kifayət etmir. Məhkəmə həmin məbləği artıraraq 160 manat etmişdir ki, bu da uşağın xərclərinin qarşılanması üçün azlıq təşkil edir. Belə ki, Cavabdeh özünə məxsus avtomaşın təmiri sexi var, orada avtomaşınları təmir edir və avtomaşınlara məxsus ehtiyat hissələrini satmaqla, yüksək gəlir əldə edir. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasının iclasında nümayəndəsi (anası) X8 ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (anası) X8 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, cavabdehin hazırda 700 manatdan çox aliment borcu var ki, bu da onun ödəmədən yayınması ilə bağlıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-595/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, o, heç bir yerdə işləmir və atasının köməkliyi ilə alimenti ödəyir. Həm də, o, 2021-ci ildə yeni ailə qurmuş və həmin evlilikdən bir övladı da vardır. İddiaçı uşağı ona göstərməkdən də, imtina edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-595/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-595/2023 nömrəli qətnaməsi dəyişdirilməli, 03 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlamaqla Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-2723/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ilə X7 arasında 11 oktyabr 2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2117 saylı nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 03 avqust 2016-cı il təvəllüdlü X5 anası X1 yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 130 (bir yüz otuz) manat alimentin tutularaq iddiaçı ilə birgə nikahdan doğulmuş 03 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsi, Cavabdeh 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilməsi, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Gəncə “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 459336 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 arasında nikah 24 sentyabr 2021-ci ildə bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 1668 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseyinli, arvada Hüseyinli soyadı verilmişdir. Gəncə şəhəri “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AZ-İİİ № 832886 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03 avqust 2016-cı ildə tərəflərin birgə rəsmi nikahından doğulmuşdur. Atası Cavabdeh, anası X4r. Gəncə şəhəri Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV № 696597 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 18 iyun 2022ci ildə tərəflərin birgə rəsmi nikahından doğulmuşdur. Atası Cavabdeh, anası X6r. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuş, tərəflərin birgə nikahından 03 avqust 2016-cı il təvəllüdlü X10 doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-2723/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə X7 arasında 11 oktyabr 2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2117 saylı nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 03 avqust 2016-cı il təvəllüdlü X5 anası X1 yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 130 (bir yüz otuz) manat alimentin tutularaq iddiaçı ilə birgə nikahdan doğulmuş 03 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. İddiaçı təyin olunmuş alimentin uşağın artan təlabatını ödəmədiyini əsas gətirərək, alimentin miqdarının artırılmasını məhkəmədən xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanmasında, müalicəsində və təhsil almasında tərəflərin iştirak dərəcəsini və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alaraq bir uşaq üçün müəyyən edilmiş 130 manat alimentin artırılaraq 160 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşağın və tərəflərin mənafeyinə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə qismən razılaşmır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Lakin valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi tutulacaq alimentin məbləğini 160 manat məbləğində müəyyən edərkən, 2023-cü il üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat müəyyən edilməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmasını, onun geyim, qida, sağlamlıq və təhsil xərclərinin olmasını və böyüdükcə həmin tələbatın daha da artmasını, müəyyən edilmiş 160 manat məbləğin həmin uşağın xərclərinin ödənilməsi üçün yetərli olmamasını nəzərə almamışdır. Belə ki, uşağa qulluq, onun sağlamlıq, geyim, qida, təhsil, inkişaf və digər məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin, yəni cavabdeh İddiaçı üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni Cavabdeh tutulmasına əsas verir. Kollegiya yuxarıda qeyd edilən halları, tərəflərin maddi vəziyyətini və diqqətəlayiq digər halları nəzərə alaraq, hesab edir ki, tutulan alimentin məbləği artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-i: 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə görə, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Kollegiya hesab edir ki, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-595/2023 nömrəli qətnaməsi dəyişdirilməli, 03 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlamaqla Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-285, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-595/2023 nömrəli qətnaməsi dəyişdirilsin. 03 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlamaqla Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən İddiaçı xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar