Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1196/2024 13.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dаir mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(076)-277/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 13 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı 2022-ci ildə Cavabdeh2 1000 manat, daha sonra isə 160 manat olmaqla, ümumilikdə 1160 manat borc pul vermişdir. Cavabdeh2 isə həmin borcdan 320 manat ödəmiş, qalıq 840 manat borcu isə ödəməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona olan 2220 manat, eləcə də ödədiyi 42 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, əslində cavabdehlərin ona 2600 manat borcunun olduğunu, 80 manatın da ödənildiyini bildirərək,cavabdehlərdən 2520 manatın və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehləri uzun illərdir tanıyır, həmkəndlidirlər. Cavabdeh1 2021-2022-ci illər ərzində bir neçə dəfəyə, ümumilikdə 2600 manat borc pul vermişdir. Həmin pulu Cavabdeh2 alıb yaxın zamanlarda qaytaracağını bildirsə də, cavabdehlər onun pulunu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Halhazıradək Cavabdeh2 ona 80 manat ödəyib. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur.
5. Şəmkir Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(076)-277/2024 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “pul” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 və 442-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə hazırlıq iclasında cavabdehlər ondan borc pul aldıqlarını, lakin həmin pulu guya faiz şəklində aldıqlarını qeyd etmişlər. Halbuki, onlar borcu qısa müddətə qaytaracaqlarına vəd verərək, 2600 manat pulu borc götürmüşlər. Məhkəmə tərəfindən MPM-nin 185.5-ci maddəsinə istinad edilməklə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu qeyd edilməklə, həmçinin guya onun tərəfimdən cavabdehlərə 2600 manat pulun verilməsinin mötəbər sübutlarla öz təsdiqini tapmadığı qeyd edilərək iddia tələbi rədd edilmişdir. Bundan əlavə, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra cavabdehlər tərəfindən ona məxsus kart hesabına 50 manat borc ödənişi həyata keçirilmişdir. Hazırda cavabdehlərin ona 2470 manat borcu qalmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. 11 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2022-ci ilin sentyabr ayından başlayaraq cavabdehlərə 5-6 dəfəyə borca pul vermişdir. Sonuncu dəfə Cavabdeh1 1200 manat borc vermişdir. Sonuncu qonşusudur və həmişə münasibətləri yaxşı olmuşdur. Cavabdeh1 pulu digər Cavabdeh2a vermək üçün ondan borca almışdır. Ona görə də hesab edir ki, cavabdehlər borcun qaytarılmasına görə müştərək məsuliyyət daşıyırlar.
11. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şkayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 qonşusudur və münasibətləri yaxşı olmuşdur. Digər Cavabdeh2 isə Vəfanın xalası oğludur. Cavabdeh2 avtomobilinin təmiri üçün 2021-2022-ci illər ərzində hissə-hissə olmaqla digər Cavabdeh1 vasitəsilə ümumilikdə 2300 manat vermişdir. Cavabdeh2 ona olan borcundan 320 manat qaytarmışdır. İddiаçı İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı qonşusudur və münasibətləri yaxşı olmuşdur. Cavabdeh2 isə onun xalası oğludur. Cavabdeh2 onun evində olan zaman avtomobilin nasaz olduğunu və onu təmir etdirmək üçün pulu olmadığını bildirmişdir. Həmin vaxt İddiaçı da onun evində qonaq olmuş və o Həsənə bildirmişdir ki, onda qızıl var və təklif etmişdir ki, həmin qızılları girov qoyaraq bankdan pul götürüb Həsəni Quliyevə borca versin. Həmçinin İddiaçı Cavabdeh2 bildirmişdir ki, avtomobilin təmirdən sonra sonuncu pulu hissə-hissə ona qaytarar. Cavabdeh2 də bu təkliflə razılaşmışdır. Beləliklə, İddiaçı onun evində Cavabdeh2 1000 manat pul vermişdir. Bundan 3-4 gün keçdikdən sonra Cavabdeh2 pulun avtomobilin təmirinə çatmadığını bildirmiş, İddiaçı isə əlavə olaraq ona 160 manat borc vermişdir. Cavabdeh2 iddiaçıdan aldığı borcdan üç dəfəyə ümumilikdə 320 manat qaytarmışdır, qalıq borcu isə ödəməmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, İddiaçı onun evində Cavabdeh2 borca pul vermişdir. Həmçinin, iddiaçı həmin pulları borc şəklində ona deyil, Cavabdeh2 özünə vermişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.
13. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı ilə münasibətləri yaxşı olmuşdur. 2022-ci ildə onun avtomobilində nasazlıq yaranmış və avtomobili təmir etdirmək üçün pulu olmamışdır. İddiaçı ona bildirmişdir ki, öz qızıllarını banka girov qoyub kreditə pul götürsün və ona borca pul versin. O da iddiaçının bu təklifi ilə razılaşmışdır. Bundan sonra İddiaçı ona 1000 manat borc pul vermiş və bildirmişdir ki, imkanı olduqca pulu hissə-hissə qaytara bilər. Bundan sonra, avtomobilin təmiri üçün əlavə 160 manat da lazım olduğundan iddiaçı ona olaraq 160 manat borc pul vermişdir. İddiaçı götürdüyü borcdan cəmi 320 manat qaytarmış, qalan məbləği ödəməyə isə imkanı olmamışdır. Qalıq borcu hissə-hissə iddiaçıya ödəməyə razıdır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh2 bildirmişdir ki, İddiaçı cəmi 1160 manat borc pul almışdır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
17. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
27. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 840 manat pul tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 2021-2022-ci illər ərzində bir neçə dəfəyə, ümumilikdə 2600 manat borc pul verdiyini, sonuncunun da həmin vəsaiti digər Cavabdeh2 verdiyini, borcdan cəmi 80 manat ödənildiyinini və qalıq 2520 manat borcun ödənilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də sübut yetərsizliyi əsası ilə iddia tələbini təmin etməmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
35. İlk növbədə qeyd edilməlidir ki, işin hallarından göründüyü kimi tərəflər arasında borc verilməsi barədə kredit müqaviləsi, habelə əlyazma sənəd, akt və.s tərtib edilməmişdir. Lakin, tərəflərin izahatları əlaqəli şəkildə tədqiq olunduqda müəyyən olunur ki, həqiqətən də İddiaçı müxtəlif vaxtlarda Cavabdeh2 borca pul vermişdir. Həmçinin, İddiaçı iddia ərizəsində, o cümlədən apellyasiya baxışı zamanı verdiyi izahatında borca verdiyi pulun bir qisminin qaytarıldığını bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin hərtərəfli, tam və obyektiv həlli üçün tərəflərin izahatı əlaqəli şəkildə tədqiq edilməlidir.
36. Hazırkı məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, 2022-ci ildə İddiaçı öz qızıllarını banka girov qoyaraq kredit götürmüş və ona 1000 manat borc pul vermişdir, iddiaçı ilə öz aralarında razılaşmışlar ki, imkanı olduqca pulu hissə-hissə qaytarmalı, sonradan İddiaçı əlavə olaraq ona 160 manat da borc pul vermişdir, İddiaçı götürdüyü borcdan cəmi 320 manat qaytarmış, qalan məbləği ödəməyə isə imkanı olmamışdır, qalıq borcu hissə-hissə iddiaçıya ödəməyə razıdır.
37. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
38. İddiaçı borca verdiyi pulun 2600 manat olduğunu və həmin borcdan 80 manat ödənildiyindən 2500 manatını tələb etdiyini iddia etmişdir. Lakin iddiaçı borca verdiyi pulun məhz 2600 manat olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
39. Bundan əlavə, İddiaçı pul vəsaitini həm Cavabdeh2, həm də digər Cavabdeh1 borca verdiyini və hər ki cavabdehin borcun qaytarılmasına görə öhdəlik daşıdığını iddia etsə də, lakin pul vəsaitinin Cavabdeh1 borca verilməsi sübut olunmur. Belə ki, Cavabdeh2 vermiş olduğu izhatında iddiaçıdan şəxsi ehtiyacları üçün borca pul aldığını bildirmiş, həmçinin digər Cavabdeh1 da oxşar məzmunda izahat verərək iddiaçının pulu borc şəklində ona deyil, Cavabdeh2 özünə verdiyini bildirmişdir.
40. Kollegiya göstərir ki, iddiaçı tərəfindən borca verilən pul vəsaitinin məhz 2600 manat məbləğində olması və borcun hər iki cavabdehə verilmiş olması barədə irəli sürülən dəlili sübut etmə öhdəliyi MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
43. Xüsusilə nəzərə almaq lazımdır ki, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Hazırkı işin halları isə bu kontekstdə araşdırıldıqda müəyyən olunur ki, iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və iddiasını qeyd olunan hissədə sübuta yetirə bilməmişdir.
44. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh2 (1000+160=1160) ümumilikdə 1160 manat borc pul verilmişdir.
45. Artıq, mübahisənin obyektiv həlli üçün ikinci araşdırılmalı olan məsələ - borca verilmiş 1160 manat pula görə Cavabdeh2 tərəfindən İddiaçı hansı miqdarda vəsait qaytarılmasının müəyyən edilməsidir.
46. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən olunur ki, Cavabdeh2 iddiaçı Nurəstə Mahmudoyava olan borcundan 320 manat ödəniş etmişdir. Qeyd olunan hal İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatı ilə öz təsdiqini tapır.
47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 İddiaçı ödədiyi 320 manat vəsait borc məbləğindən silinməli və qalıq borc məbləği (1160-320=840) 840 manat müəyyən edilməlidir.
48. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət verməmiş və tərəflərin qarşılıq münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 840 (səkkiz yüz qırx) manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun 19 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.
50. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(076)-277/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dаir iddiası qismən təmin edilsin. Cavabdeh2 840 (səkkiz yüz qırx) manat pul, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.