Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1199/2024 24.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(062)-21/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır;
2. 18 may 2015-ci il tarixli 049S**********02 saylı və 23 oktyabr 2015- ci il tarıxli 049S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən, zamin kredit məbləğinin qaytarılmasında borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür;
3. 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşmasından görünür ki, 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir;
4. 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşmasından görünür ki, 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir;
5. 23 fevral 2016-cı il tarixli, 20 aprel 2016-cı il tarixli, 05 avqust 2016-cı il tarixli və 27 fevral 2017-ci il tarixli sazişlərdən görünür ki, tərəflər arasında bağlanmış həmin kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir;
6. Problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 may 2015-ci il tarixli 049R********** saylı və 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşmaları üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür və 20 may 2015-ci il tarixli müqavilə üzrə restrukturizasiya olunacaq məbləğ 5072,66 manat, 23 oktyabr 2015-ci il tarixli müqavilə üzrə restrukturizasiya olunacaq məbləğ isə 302,66 manat təşkil edir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətt müqaviləsi, 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 509,65 manat əsas kredit borcu, 291,41 manat məbləğində faiz borcu, 746,16 manat məbləğində cərimə borcu olmaqla cəmi 1455,36 manat borcun, 049R********** saylı kredit razılaşması üzrə 4988,48 ABŞ dolları məbləğində əsas kredit borcu, 2709,67 ABŞ dolları məbləğində faiz borcu, 2913 manat məbləğində cərimə borcu olmaqla cəmi 10611,15 ABŞ dolları borcun, ümumilikdə hər iki kredit razılaşması üzrə cəmi 1455,36 manat məbləğində borcun, 049R********** saylı kredit razılaşması üzrə cəmi 10611,15 ABŞ dolları məbləğində kredit borcunun, dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə edilən vəsait hesabına 1455,36 manat və 10611,15 ABŞ dolları məbləğində kredit borcunun, dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 21 manat dövlət rüsumunun və 10 manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında bağlanmış 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşmasına əsasən, 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşmasına əsasən, 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsi əsasında İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 23 fevral 2016-cı il tarixli, 20 aprel 2016-cı il tarixli, 05 avqust 2016-cı il tarixli və 27 fevral 2017-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Cavabdeh2 ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrin şərtlərinə əsasən zaminlər kredit məbləğinin qaytarılmasında borcalanla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə kredit müqaviləsinin şərtləri pozulmuşdur. Hazırda cavabdehin banka ümumilikdə hər iki kredit razılaşması üzrə cəmi 1455,36 manat məbləğində borcu, 049R********** saylı kredit razılaşması üzrə cəmi 10611,15 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır.
9. Tovuz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(061)-21/2021 nömrəli qətnaməsi ilə (hakim Nofəl Mustafayev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 509,65 manat əsas kredit borcu, 291,41 manat məbləğində faiz borcu, 75 manat məbləğində cərimə borcu olmaqla cəmi 876,06 (səkkiz yüz yetmiş altı manat altı qəpik) manat məbləğində pulun, 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 4988,48 ABŞ dolları məbləğındə əsas kredit borcu, 2709,67 ABŞ dolları məbləğində faiz borcu, 291 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 7989,15 (yeddi min doqquz yüz səksən doqquz dollar on beş sent) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manata məzənnə nisbəti ilə, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması və xidmət haqqı kimi ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqlarının alınaraq İddiaçı QSC-yə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 14000 (on dörd min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetlərinin açıq həracda satılması, əmlakların satışından əldə edilən məbləğlər hesabına cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsi, əmlakların satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra boşaldılması və alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 319.6, 385.1, 386.1, 439.2, 442, 443.1, 458.1, 467 və 739-cu maddələrinə, həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1 və 59.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onların məhkəmə qətnaməsindən məlumatları olmayıb. Həmin qətnamənin mövcudluğundan yalnız Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMCnin onlara ünvanlandığı xx.xx.2023-cü il tarixli 01/15 saylı bildirişdən sonra xəbər tutmuşlar. Ümumiyyətlə hazırki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə onlara məlumat verilməmişdir. Cavabdeh1 İddiaçı QSC-dən 18 may 2015- ci il tarixli kredit xətti müqaviləsinə əsasən 20 may 2015-ci il tarixli kredit razılaşması ilə 7000 ABŞ dolları məbləğində, 23 oktyabr 2015-ci il tarixli kredit razılaşmasına əsasən 2000 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilə üzrə olan borc Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının təsiri dairəsinə düşmüşdür. Həmin Fərmanı nəzərə alaraq borcluların kredit borcu üzrə əsas borcuna əlavə olaraq faiz və cərimə məbləği hesablana bilməz. Buna baxmayaraq İddiaçı QSC tərəfındən məhkəməyə 2021-ci il tarixdə verilmiş iddia ərizəsində İddiaçı QSC-yə olan borca əsassız olaraq faiz və cərimə hesablanmışdır. Məhkəmədə işə baxılan zaman Azərbaycan Respublikasının Prezidenti tərəfındən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının müddəaları nəzərə alınmamış, iddia tələbi İddiaçı QSC nin iddia ərizəsində qeyd edilənə uyğun təmin edilmişdir. Məhkəmə yalnız formal olaraq cərimə məbləğini azaltmaqla kifayətlənmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli 2(104)-1129/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-21/2021 saylı qətnaməsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
e) Kassasiya instansiyası məhkəməsində icraat:
15. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhum cavabdeh X2 hüquq varisi Cavabdeh4 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2024cü il tarixli 2(102)-408/2024 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hüquqi varisi Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(104)- 1129/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, bankla Cavabdeh1 arasındakı kredit razılaşmaları 2015-ci ildə bağlanmışdır. Kredit razılaşmaları üzrə borc məbləğləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. Cavabdehin borcundan 3300 manat silinmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, kredit borcunun restrukturizasiya edilməsi barədə cavabdehə sms xəbərdarlıq göndərilmişdir, lakin xəbərdarlığın çatdırılması barədə sübutları yoxdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
32. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni kredit müqaviləsi üzrə borc tutulması hissədə mübahisələndirmişlər. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir.
33. Bununla yanaşı nəzərə almaq lazımdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli 2(104)-1199/2024 nömrəli qərardadı ilə İddiaçı QSC-nin iddiadan qismən imtina barədə ərizəsi qəbul edilərək, Tovuz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(062)-21/2021 nömrəli qətnaməsi “Cavabdeh3 müştərək qaydada 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 509,65 manat əsas kredit borcu, 291,41 manat məbləğində faiz borcu, 75 manat məbləğində cərimə borcu olmaqla cəmi 876,06 (səkkiz yüz yetmiş altı manat altı qəpik) manat məbləğində pulun, 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 4988,48 ABŞ dolları məbləğındə əsas kredit borcu, 2709,67 ABŞ dolları məbləğində faiz borcu, 291 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 7989,15 (yeddi min doqquz yüz səksən doqquz dollar on beş sent) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manata məzənnə nisbəti ilə, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması və xidmət haqqı kimi ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqlarının alınaraq İddiaçı QSC-yə ödənilməsi, əmlakların satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh3 müştərək qaydada tutulması” hissələrdə ləğv edilmiş və həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir.
34. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit razılaşmaları üzrə borc tutulması hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 509,65 manat əsas kredit borcu, 291,41 manat məbləğində faiz borcu, 75 manat məbləğində cərimə borcu olmaqla cəmi 876,06 (səkkiz yüz yetmiş altı manat altı qəpik) manat məbləğində pulun, 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 4988,48 ABŞ dolları məbləğındə əsas kredit borcu, 2709,67 ABŞ dolları məbləğində faiz borcu, 291 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 7989,15 (yeddi min doqquz yüz səksən doqquz dollar on beş sent) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manata məzənnə nisbəti ilə alınaraq İddiaçı QSC-yə ödənilməsi” hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilməli, 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 302,66 manat, 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 5072,66 manat kredit borcu olmaqla, cəmi 5375,32 manat borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, iddia tələbi kredit razılaşmaları üzrə borc tutulmasına dair qalan hissədə təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında 18 may 2015-ci il tarixli 049L**********26 saylı kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalan Cavabdeh1 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti üzrə tərəflər arasında bağlanmış 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması ilə kreditor tərəfindən borcalan Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 2000 manat kredit verilmişdir. Həmçinin kredit xətti üzrə əsasında 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması ilə kreditor tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 23 fevral 2016-cı il tarixli, 20 aprel 2016-cı il tarixli, 05 avqust 2016-cı ıl tarixli və 27 fevral 2017-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Cavabdeh2 ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən, Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə istifadəsində olan 0,0086 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36,6 kv.m yaşayış, 38,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və zamin kredit məbləğinin qaytarılmasında borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kreditor hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bu qətnamənin 34-cü bəndində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit razılaşmaları üzrə borcun tutulması hissədə yoxlanılır.
37. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
38. Hazırkı apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən məhkəmə kollegiyasına təqdim edilmiş problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 may 2015-ci il tarixli 049R********** saylı və 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşmaları üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür və 20 may 2015-ci il tarixli müqavilə üzrə restrukturizasiyadan sonra qalıq borc məbləği 5072,66 manat, 23 oktyabr 2015-ci il tarixli müqavilə üzrə qalıq borc məbləği isə 302,66 manat təşkil edir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, kredit razılaşmaları üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşərək restrukturizasiya edilsə də, lakin Fərmanın icrası ilə bağlı tərəflər arasında yeni müqavilə bağlanmamışdır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən restrukturizasiya olunan məbləğdə borc tutulmalıdır.
40. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası həm kreditorun, həm də borcalan şəxslərin üzərinə düşür. Kredit razılaşmaları üzrə borcun restruktruzasiya olunması barədə tərəflərin bir-birinə qarşı rəsmi müraciətləri olmamışdır. İddiaçının nümayəndəsi hazırkı məhkəmə iclasında kredit borcunun restrukturizasiya edilməsi barədə cavabdehə sms xəbərdarlıq göndərildiyini bildirsə də, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, kreditor tərəfindən yeni müqavilə bağlanması üçün hər hansı bir tədbir həyata keçirilməmişdir.
41. Məhkəmə kollegiyası həmçinin göstərir ki, kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşərək, restrukturizasiya təklif olunduğundan kredit müqaviləsi üzrə faiz və cərimə borcunun cavabdehlərdən tutulması istisna olunur.
42. Ona görə ki, sözügedən Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyildir ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Yəni dövlət, borclunun buna razılığının olub-olmamasından asılı olmayaraq borcun bir hissəsini qarşılamağı öz üzərinə götürmüş və icra etmişdir.
43. Digər tərəfdən, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli, ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın:
44. 5.1-ci bəndinə görə, kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir.
45. 5.2-ci bəndinə görə, kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir:
46. 5.2.1. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir;
47. 5.2.2. əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir;
48. 5.2.3. əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir:
49. 1. kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə;
50. 2. kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda – kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla.
51. Göründüyü kimi, kredit razılaşmaları üzrə borc Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borcu olduğundan adıçəkilən Qaydanın 5.2.3-cü bəndində nəzərdə tutulmuş qayda həmin borca aid edilə bilməz. Həmin Qaydanın 5.2.1-ci bəndinə müvafiq olaraq, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinməlidir.
52. Birinci instansiya məhkəməsi isə yoxlanılan, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit razılaşmaları üzrə borc tutulması hissədə bu halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilməli, 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 302,66 manat, 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 5072,66 manat kredit borcu olmaqla, cəmi 5375,32 manat borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməli və iddia tələbi kredit razılaşmaları üzrə borc tutulmasına dair qalan hissədə təmin edilməməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(062)-21/2021 nömrəli qətnaməsi yoxlanılan yəni, “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 509,65 manat əsas kredit borcu, 291,41 manat məbləğində faiz borcu, 75 manat məbləğində cərimə borcu olmaqla cəmi 876,06 (səkkiz yüz yetmiş altı manat altı qəpik) manat məbləğində pulun, 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 4988,48 ABŞ dolları məbləğındə əsas kredit borcu, 2709,67 ABŞ dolları məbləğində faiz borcu, 291 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 7989,15 (yeddi min doqquz yüz səksən doqquz dollar on beş sent) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manata məzənnə nisbəti ilə alınaraq İddiaçı QSC-yə ödənilməsi” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilsin. 23 oktyabr 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 302,66 (üç yüz iki manat, altmış altı qəpik) manat, 20 may 2015-ci il tarixli 049R********** saylı kredit razılaşması üzrə 5072,66 (beş min yetmiş iki manat, altmış altı qəpik) manat kredit borcu olmaqla, cəmi 5375,32 (beş min üç yüz yetmiş beş manat, otuz iki qəpik) manat borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. İddia tələbi kredit razılaşmaları üzrə borc tutulmasına dair qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.