Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1209/2024 22.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh və üçüncü şəxs Gədəbəy rayonu X13nə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: yolun açılması Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X4 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X5 (arvadı), eləcədə etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi X12 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Gədəbəy rayonu X13nin sədri X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı yolun açılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 15 fevral 2024cü il tarixli 2(042)-16/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 dekabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy Rayonu, Parakənd kəndində yerləşən 0,1903 ha torpaq sahəsinin 2/5 hissəsi İddiaçı1, 1/5 hissəsi İddiaçı3, 1/5 hissəsi İddiaçı2 və 1/5 hissəsi İddiaçı4 ümumi paylı mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8214 nömrəli ekspert rəyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 24 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Parakənd kəndinin kompleks yerquruluşu planına əsasən İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 məxsus Gədəbəy rayonunun Parakənd kəndində yerləşən torpaq sahəsinə yol nəzərdə tutulmamış və iddiaçılar tərəfindən iddia edilən yol Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı yolun açılması tələbi ilə Gədəbəy Rayon Məhkəməsində iddia qaldıraraq, Gədəbəy rayonunun Parakənd kəndində yerləşən və mülkiyyətlərində olan torpaq sahəsinə gedən avtomobil yolunun cavabdeh tərəfindən tutulmuş hissəsinin açılması və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq iddiaçılara qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən X6 1903,61 kvm torpaq sahəsi verilmişdir. Həmçinin qonşuluqda yerləşən torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli 13 nömrəli qərarı ilə X7 verilmişdir. İddiaçı1 atası İsmayıl İsmayılov 2017-ci ildə vəfat etmiş və bundan sonra torpaq sahəsindən iddiaçılar istifadə etmişlər, eləcədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 dekabr 2022ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Lakin 2020-ci ilin əvvəllərində Cavabdeh onlara məxsus torpaq sahəsinə gediş-gəliş yolunu qanunsuz olaraq bağlamış və maneə yaratmışdır. Cavabdehdən yolun açılmasını tələb etsələr də, sonuncu bundan imtina etmişdir.
5. Birinci instansiya məhkəməsinin icraatı zamanı Gədəbəy rayonu X13 üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
6. Gədəbəy Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2(042)-16/2024 nömrəli (hakim F.Mirzəquliyev) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonunun Parakənd kəndində yerləşən həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun Cavabdeh tərəfindən tutulmuş hissəsinin açılması və çəkilmiş məhkəmə xərclərinin əvəzi olan cəmi, 295 manat Cavabdeh alınaraq, İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 verilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 1098.1 maddələri, Torpaq Məcəlləsinin 18, 20 maddələri və Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 358-360, 362 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtətəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarılmışdır. Belə ki, mübahisəli torpaq sahəsi bələdiyyəyə məxsusdur və arvadı X8 adına rəsmləşdirmək üçün rəsmi qaydada müraciət etmişlər. Lakin Gədəbəy rayon X13 cavab olaraq bildirilmişdir ki, bələdiyyənin bank və poçt şöbəsindəki hesablarına sərəncam qoyulub dondurulduğu üçün pul köçürmək mümkün deyil. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinə 40 ildir avtomobil yolu mövcud olsada, qərəzli şəkildə ona qarşı iddia qaldırmışlar. İddia tələbində qeyd olunan həmin 0,06 ha torpaq sahəsi ona məxsus yaşadığı fərdi yaşayış evinə bitişik və daim istifadəsində olan Gədəbəy rayon Parakənd Bələdiyyəsinə məxsus torpaq sahəsidir. Ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində uzun illərdir istifadə edir. Həmin torpaqda 15 ədəd 20-25 illik meyvə ağacları var. Eləcədə iddiaçılar 2020-ci ildən bu günədək mütəmadi olaraq eyni məzmunlu mübahisə ilə məhkəmələrə müraciət etmişlər, lakin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(102)-752/2022 nömrəli qərarı ilə iddiaçıların iddia tələbləri təmin edilmədiyi müəyyən olunmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və yol kimi nəzərdə tutulmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması barədə bələdiyyəyə müraciət etmişdir. X2 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X5 (arvadı) apellaysiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirtlmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən İddiaçı1 eetibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da apellaysiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Gədəbəy rayonu X13nin sədri X3 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyənin perespektiv inkişaf fonduna aid torpaq olmaqla bələdiyyənin mülkiyyətindədir və həmin torpaqdan yol kimi nəzərdə tutulmayıb. Aqrar islahat keçirilən zaman torpaq sahəsi faktiki olaraq cavabdehin anası Çiçəyin istifadəsində saxlamnılmışdır.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
19. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
22. Maddə 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.
23. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
24. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
26. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
27. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
28. Maddə 175 Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
29. Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
30. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
31. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
39. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
Apellyasiya baxışının hədləri
40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyindən hazırkı apellyasiya baxışının hədlərini, qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
44. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy Rayonu, Parakənd kəndində yerləşən 0,1903 ha torpaq sahəsinin 2/5 hissəsi İddiaçı1, 1/5 hissəsi İddiaçı3, 1/5 hissəsi İddiaçı2 və 1/5 hissəsi İddiaçı4 ümumi paylı mülkiyyətindədir. İddiaçılar mülkiyyətlərində olan həmin torpaq sahəsinə gedən yolun Cavabdeh tərəfindən zəbt edilməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
46. İlkin olaraq kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 22 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8214 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, Parakənd kəndinin kompleks yerquruluşu planına əsasən İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 məxsus Gədəbəy rayonunun Parakənd kəndində yerləşən torpaq sahəsinə yol nəzərdə tutulmamış və iddiaçılar tərəfindən iddia edilən yol Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir.
48. Göründüyü kimi, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə yol nəzərədə tutulmamışdır. Buna baxmayaraq iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən tutulmasını iddia edirlər. İddiaçıların yol kimi nəzərdə tutulduğunu iddia etdikləri torpaq sahəsi perespektiv inkişaf fonduna aid torpaq olmaqla bələdiyyə mülkiyyətindədir.
49. Cavabdeh tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi Gədəbəy rayon X13nin X10 (iş üzrə cavabdehin arvadı) ünvanladığı məktubdan da müəyyən olunur ki, iddiaçıların yol kimi iddia itdikləri mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və qonşular arasında həmin torpaqla bağlı mübahisə olduğundan torpağın Ceyran İsmayılovaya satılması dayandırılmışdır.
50. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Xİ fəslində nəzərdə tutulmşdur.
51. Həmin Məcəllənin 255-ci maddəsinə görə, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmazəşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.
52. Kollegiya yuxarıda göstərilən maddi hüquq normasını nəzərə alaraq qeyd edir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə yol nəzərdə tutulmadığından sonuncular zəruri keçid üçün digər daşınmaz əşya mülkiyyətçisindən servitut tələb edə bilər.
53. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2(042)-16/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh və üçüncü şəxs Gədəbəy rayonu X13nə qarşı yolun açılması tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə ödənilmiş 95 manat iddiaçılara aid edilməlidir.
54. Həmçinin işdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Kollegiya hesab edir ki, ekspertiza tətqiqatının dəyəri 100 manat iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin X9, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 385, 392-393, 402 və 405-c maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2(042)-16/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh və üçüncü şəxs Gədəbəy rayonu X13nə qarşı yolun açılması tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin X9, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu, eləcədə mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə ödənilmiş 95 manat iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.