Məhkəmə qərarları › İş №2(104)-1211/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1211/2024

06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1211/2024 06.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-216/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qəhrəman qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-71/2022 saylı qətnaməsinə əsasən 09 iyun 2018-ci il doğumlu X2 üçün cavabdehdən hər ay tutulan aylıq 140 (yüz qırx) manat alimentin miqdarının artırılaraq, hər ay 235 (iki yüz otuş beş) manat məbləğində müəyyən edilməsi və ödədiyi 55 (əlli beş) manat mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-216/2024 saylı qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev ) iddia qismən təmin edilmiş, 09 iyun 2018-ci il tarixdə doğulmuş X2 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)- 71/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırilaraq, hər ay 200 manat miqdarında müəyyən edilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq, İddiaçı və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-216/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ilə narazıdır. Belə ki, məhkəmə onun işsiz olmasını, maddi vəziyyətinin aşaqı olmasını və ailə vəziyyətində heç bir dəyişirlik olmamasını nəzərə almadan qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsassızdır və ləğv olunmalıdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, hal hazırda subaydır və AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X12 filialında poçtalyon vəzifəsində işləyir və əmək haqqısı isə 386 manatdır. O, Gədəbəy Rayon Məhkəməsinin 2022-ci il tarixli, qətnaməsi ilə 09 iyun 2018-ci il tarixdə doğulmuş X1 görə hər ay 140 manat sabit pul məbləğində pul ödəyir. Lakin, hal hazırda təyin olunmuş 200 manat sabit pul olan pul məbləğində alimenti ödəməyə maddi imkanı çatmır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-216/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, işləmir, himayəsində cavabdehlə rəsmi ailəsinnən olan 3 övladı var və uşaqlar onlarla yaşayır. Belə ki, uşaqların ikisi yertkinlik yaşına çatmaqla, tələbədirlər, lakin biri isə balacadır. Hər iki uşaqa görə əvvəl cavabdeh 280 manat sabit pul məbləğində olan aliment ödəmişdir. Uşaqı az yaşlı olduğu üçün onun saxlanılmasına görə maddi cəhətdən cətinlik çəkir. Ona görədə, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-216/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-216/2024 saylı qətnaməsi 09 iyun 2018-ci il doğumlu X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı Qəhrəman qızına ödənilməsi hissəsində dəyişdirilməli, 09 iyun 2018-ci il doğumlu X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı Qəhrəman qızının xeyrinə ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, şikayətin dəlillərində Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-216/2024 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin və ərizənin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına olan : Gədəbəy Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(042)-71/2022 saylı qətnamədən görünür ki, Cavabdeh X8 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 manat, cəmi 280 manat alimentin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. X4 surətindən görünür ki, Cavabdeh ilə X3 birgə ailə münasibətlərindən xx.xx.2018-ci il tarixdə X10 doğulmuşdur. X6 Şəhadətnamənin surtəindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı qismən təmin edərkən gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı uşağın saxlanılması üçün 235 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırki minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Bundan əlavə iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Ona görə də, hər ay Cavabdeh 200 (iki yüz) manat məbləğdə alimentin tutularaq İddiaçı Qəhrəman qızına ödənilməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə təyin edilmiş alimentin məbləği hissəsi ilə qismən razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi hər ay Cavabdeh 200 (iki yüz) manat məbləğdə alimentin tutularaq İddiaçı Qəhrəman qızına ödənilməsi nəticəsinə gələrkən, Cavabdeh maddi vəziyyətini nəzərə almamışdır. İşə əlavə olunan AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X12 filialının arayışından görünür ki, o, poçtalyon vəzifəsində işləyir və əmək haqqısı isə 386 manatdır. İşin qeyd edilən halları onu deməyə əsas verir ki, iddiaçı ailə vəziyyəti və maddi durumunun yaxşı olmaması, rəsmi iş yerindən aldığı maaşdan əlavə başqa qazancının olmaması təyin edilmiş alimenti ödəmək iqtidarında olmamasını təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı Qəhrəman qızı Cavabdeh başqa gəlir mənbəyinin olması barədə iş materiallarına heç bir mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, artırılmış alimentin tutulması bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-216/2024 saylı qətnaməsi 09 iyun 2018-ci il doğumlu X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı Qəhrəman qızına ödənilməsi hissəsində dəyişdirilməli və 09 iyun 2018-ci il doğumlu X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı Qəhrəman qızının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-216/2024 saylı qətnaməsi 09 iyun 2018-ci il doğumuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı Qəhrəman qızına ödənilməsi hissəsində dəyişdirilsin. 09 iyun 2018-ci il doğumuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı Qəhrəman qızının xeyrinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar