Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1212/2023 23.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(042)-91/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 6175 manat, digər Cavabdeh1 1370 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı Cavabdeh1 1370 manat alınaraq ona verilməsi hissədə iddiadan imtina etmiş və Gədəbəy Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(042)-91/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair 2(042)-91/2023 saylı mülki işin icraatına Cavabdeh1 aid hissədə xitam verilməsi qərara alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(042)-91/2023 nömrəli (hakim M.Kazımov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 1900 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 237.5 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 41.37 manat hissəsinin əvəzi, ümumilikdə 2178 (iki min bir yüz yetmiş səkkiz) manat 87 (səksən yeddi) qəpik məbləğində pul alınaraq İddiaçı verilməsi; Ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bitki dərmanlarının satışı ilə məşğul olur. Cavabdeh2 2020-ci ilin may ayında onun yanına gələrək bitki dərmanları lazım olduğunu bildirmiş aralarında olan razılaşmaya əsasən ona nisyə olaraq 110 kisə azot, 5 kisə karbonut, 5 kisə “N.A.Fosforid 16 16” və 1 kisə potosium vermişdir. Cavabdeh2 həmin bitki dərmanlarının pulunu iki ay müddətinə qaytaracağına dair söz vermişdir. Sonuncu aldığı bitki dərmanlarından 15 kisə azot, 5 kisə karbonut, 5 kisə “N.A.Fosforid 16 16” və 1 kisə potosiumu lazım olmadığına görə geri qaytarmış, lakin qalan 95 kisə azotun pulunu verməmişdir. Cavabdehlə azotun bir kisəsini həmin vaxt 65 manatdan razılaşmışlar. O, cavabdehdən pulunu tələb etsə də, lakin o, müxtəlif bəhanələrlə borcunu ödəməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməmiş hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia ərizəsində də qeyd etmişdir ki, cavabdehə azot satdığı vaxt onun qiyməti ucuz olmuşdur. Həmin vaxt azotun qiyməti ucuz olmuş olsa da, lakin cavabdeh hələ də pulu ona qaytarmadığından onun iddia tələbi tam təmin edilməlidir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxılarkən iddiaçıdan götürdüyü azotun qiymətinin müəyyən edilməsinə görə mütəxəssis rəyi alınması barədə vəsatət versə də, lakin vəsatəti təmin edilməmişdir. O, iddiaçıdan 110 kisə azot, 5 kisə karbonut, 5 kisə “N.A.Fosforid 16 16” və 1 kisə potosium almışdır. Sonradan lazım olmadığına görə aldığı bitki dərmanlarından 15 kisə azot, 5 kisə karbonut, 5 kisə “N.A.Fosforid 16 16” və 1 kisə potosiumu iddiaçıya geri qaytarmışdır. Beləliklə, onun iddiaçıya 95 kisə azotun dəyəri olan borcu qalmışdır. Azotu iddiaçıdan aldığı vaxt bir kisə azotun qiyməti 12 manat olmuş və almış olduğu azot kisələrinin ümumi dəyəri 1140 manat olmuşdur. Bundan sonra oğlu Seymur vasitəsilə iddiaçıya olan borcundan 400 manat ödəmiş və 740 manat borcu qalmışdır. Apellyasiya şikayətləri üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etmədiyini qeyd edib izahatında bildirmişdir ki, 2020-ci ildə Cavabdeh2 nisiyə olaraq 110 kisə azot, 5 kisə karbonut, 5 kisə “N.A.Fosforid 16 16” və 1 kisə potosium vermişdir. Sonradan Sakit aldığı bitki dərmanlarından 15 kisə azot, 5 kisə karbonut, 5 kisə “N.A.Fosforid 16 16” və 1 kisə potosiumu lazım olmadığına görə geri qaytarmış, lakin qalan 95 kisə azotun pulundan və digər borcları ilə 2541 manat borcu almışdır. Sakit həmin məbləğdən 368 mana bir 400 manatda bir qaytarıb, hazırda Sakitin ona 1773 manat borcu qalmışdır. Cavabdehə azot satdığı vaxt onun qiyməti 20 manat olmuşdur. Lakin hazırda azotun qiyməti qalxmışdır. Əslində, ona pul lazım deyil, cavabdeh ona satılmış azotu qaytarsın. İddiaçı sonda məhkəmə kollegiyasından onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək əlavə olaraq izahatında bildirmişdir ki, aldığı malların pulunun bir hissəsini qaytarmışdır. Azotun bir kisəsinin qiymətini 20 manata razılaşmışlar. Onun hazırda iddiaçıya 1220 manat borcu qalmışdır. Ancaq borcun ödənilməsinə dair sübutu yoxdur. Cavabdeh2 sonda məhkəmə kollegiyasından onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, işdən göründüyü kimi İddiaçı Cavabdeh2 qarşı iddia tələbi 95 kisə azotun dəyəri olan 6175 manatın Cavabdeh2 alınaraq ona verilməsindən ibarətdir. İşə baxan birinci instansiya məhkəməsi isə verilmiş tələbdən kənara çıxaraq gecikdirilmiş vaxt üçün 237.5 manatın Cavabdeh2 alınaraq İddiaçı verilməsini qət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, prosessual hüquq normalarının pozulması əsası ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddia tələbini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, İddiaçı Cavabdeh2 nisyə olaraq 110 kisə azot, 5 kisə karbonut, 5 kisə “N.A.Fosforid 16 16” və 1 kisə potosium satdığını, sonuncunun aldığı bitki dərmanlarından 15 kisə azot, 5 kisə karbonut, 5 kisə “N.A.Fosforid 16 16” və 1 kisə potosiumu geri qaytardığını, lakin qalan 95 kisə azotun dəyəri olan 6175 manatı vermədiyini əsa gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan əvvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh2 ilə azotun bir kisəsinin qiymətini 20 manata razılaşıblar. Cavabdehin hazırda ona 1773 manat borcu qalıb. Apellyasiya şikayətini ona görə vermişdir ki, azotun qiyməti qalxıb. Əslində, ona pul lazım deyil, cavabdeh ona satılmış azotu qaytarsın. Eləcə də məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı aldığı malların pulunun bir hissəsini qaytarmışdır. Azotun bir kisəsinin qiymətini 20 manata razılaşmışlar. Onun hazırda iddiaçıya 1220 manat borcu qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh2 ona 1773 manat borcu qaldığını bildirmişdir. Cavabdeh2 iddiaçıdan aldığı malların pulunun bir hissəsini qaytardığını və 1220 manat borcu qaldığını bildirsə də, lakin bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin iş materiallarında olan tərəflər arasındakı alqı-satqı münasibətlərini əks etdirən sadə əlyazmadan görünür ki, Cavabdeh2 iddiaçıdan aldığı məhsulların ümumi dəyəri 2541 manat olmuşdur. Alıcı Cavabdeh2 368 manat dəyərində məhsulu geri qaytarmış, 400 manat da ödəniş etmişdir. Belə olan halda Cavabdeh2 İddiaçı qalıq borcu (2541-368-400=1773) 1773 manat təşkil edir. Həmçinin məhkəmə kollegiyası bir xüsusatı da qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozularaq iddiadan kənara çıxılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda nəzərdə göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər İşdən göründüyü kimi İddiaçı iddia ərizəsində tələbi Cavabdeh2 6175 manat pulun alınaraq ona verilməsi ilə olmuşdur. Həmçinin iddiaçının sonradan iddia tələbinin artırılması barədə iş materiallarında hər hansı ərizəsi müəyyən edilmir. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi verilmiş tələbdən kənara çıxaraq həmçinin “geçikdirilmiş vaxt üçün 237.5 manat pulun Cavabdeh2 alınaraq İddiaçı verilməsi”ni də qət etmiş və tələbdən kənara çıxmanın müstəsna hal olmasını əsaslandırmamışdır. Belə olan halda kollegiya hesab edir ki, geçikdirilmiş vaxt üçün pulun Cavabdeh2 alınaraq İddiaçı verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 1773 (min yeddi yüz yetmiş üç) manat pul alınaraq İddiaçı ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, mübahisələndirilən hissədə hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(042)-91/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdeh2 1773 (min yeddi yüz yetmiş üç) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1212/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1212/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver