Məhkəmə qərarları › İş №2(104)-122/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-122/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-122/2025 16.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-586/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1616 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1-ci və 2-ci suallar üzrə; iddiaçı X2 məxsus olan Şəmkir şəhərində yerləşən qeyri-yaşayış sahəsinin (restoranda) təmir işlərinin aparıldığı, belə ki, 42 ədəd pilləkənin üzərinə, eyni zamanda ümumi sahəsi 114.08 və 121,75 kvm təşkil edən lociya tikililərin döşəməsinə metlaq vurulduğu, lociya tikililərin divarlarının 41,25 və 40,25 kvm hissəsinə kafel vurulduğu müəyyən edilmişdir. 3cü sual üzrə; qeyri-yaşayış sahəsində (restoranda) təmit işləri tam yekunlaşdığından, lociya tikililərin və pilləkənlərin üzərinə metlaq vurulmadığından, həmin metlağın altından beton işlərinin görülüb-görülməməsini müəyyən etmək mümkün olmamışdır. 4-cü sula üzrə; bu sualın həlli tikinti texniki obyektlərinin tədqiqi ixtisası üzrə ekspertin səlahiyyətinə aid olmadığından tədqiqat aparılmadı. 5-ci və 6-cı suallar üzrə; qiymətləndirmə fəlaiyyəti elim hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiyməti müəyyən edilmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 2964 manat məbləğində pulun və 50 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi təxminən 25 il əvvəl usta işlədiyi vaxtlar yanında usta şagirdi kimi işlədiyi vaxtdan tanıyır. Təxminən ay yarım əvvəl cavabdehi metlaq ustası olaraq yanına çağıraraq özünə məxsus olan tikintidə 1500 kv.m sahəsi olan sahədə metlaq vurmaq işlərinin icra edilməsini ona həvalə etmiş və aralarındakı şifahi razılaşmaya görə hər kv.m sahəyə metlaq vurması üçün cavabdehə 6(altı) manat məbləğində əmək haqqı verməyə razılaşmışlar. Cavabdeh, işə başlamamış, müxtəlif ehtiyaclarını ödəmək üçün iddiaçıdan hissə ilə cəmisi 2500 manat məbləğində pulu avans olaraq almışdır. İşə başlayandan sonra da, cəmisi 25 gün işləməklə hissə ilə iddiaçıdan əlavə olaraq 2964 manat məbləğində pulu almış və cəmisi 2500 manat dəyərində olan işini icra etdikdən sonra guya onunla razılaşdığı əmək haqqının onu qane etməməsini, başqa yerdə daha baha qiymətə iş danışmasını bildirməklə onun işini yarımçıq qoyaraq, ona ödədiyi əlavə 2964 manat məbləğində pulunu guya ona qaytaracağını bildirərək getmiş, indiyədək müxtəlif bəhanə ilə icra etmədiyi işə görə avans olaraq aldığı 2964 manat məbləğində pulunu qaytarmamışdır. Ona görə, cavabdehə qarşı 2964 manat məbləğində pul tələbinə dair məlum iddianı qaldırmalı olmuşdur.

4. Şəmkir Rayon Məhkəməsinin 2(076)-586/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddia təmin edilərək, Cavabdeh 2964 manat pul məbləğinin və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 50 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh izahatında iddiaçı ilə aralarında olan razılaşmaya əsasən onun bəzi işlər görməli olduğunu, bunun müqabilində isə pul alacağını bildirmişdir. Hazırda isə iddiaçı cavabdehə aralarında olan razılaşmaya əsasən pul ödədiyini, cavabdehin isə həmin işi yarımçıq gördüyünü əsas gətirərək, ona dəymiş ziyanın əvəzini cavabdehdən tələb edir. Belə ki, cavabdeh məhkəmə iclaslarında bildirmişdir ki, iddiaçıdan razılaşdıqların pulun hamısını əvvəldən almışdır, lakin sonra iddiaçının ona gördüyü işi düzgün hesablamadığını bilib, işi tam sona çatdırmadan getmişdir. İndi də, işi tamamlamağa hazırdı. Lakin onun iddiaçıya qaytarmağa pulu yoxdur. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cd diskdə olan səs yazısı ilə də təsdiq olunur. Cavabdeh cd diskdəki səsin ona məxsus olduğunu etiraf etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında olan razılaşma üzrə öhdəliklərin cavabdeh tərəfindən tam icra edilməməsi həm cavabdehin izahatı ilə həmdə işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi pulu tələb etməkdə haqlıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

6. Şəmkir Rayon Məhkəməsinin 2(076)-586/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərk birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia qaldıraraq, guya onun obyektində (şadlıq sarayında) görəcəyi işi yarımçıq qoyaraq, ondan aldığı 2964 manat pula görə işi yerinə yetirmədiyini göstərmişdir. Halbuki, iddiaçının obyektində 2 ədəd lojanın betonunu tökmüş, lojanın yerinin metlağını vurmuş, həmçinin lojaların divarlarının kafelini vurmuş və lojaya qalxan 45 diş pilləkən vurmuşdur. Lojalara qalxan pilləkənlərin biri 22 diş, o biri isə 23 diş olmuşdur. Həmin işlərdən lojaların yerinin metlağının ara dolğusu qalmışdı ki, iddiaçının oğlu Firuz və iddiaçı özü onu obyektdən qovaraq, başqa usta tapdığını, həmin ustanın daha ucuz işləyəcəyini bildirmişlər. Həmin işlərə görə 5250 manat zəhmət haqqı almışdır. İddiaçının obyektində vurduğu bir diş pilləkinin qiymətini 20 manata, lojanın divarının kafelinin 1 kv.m-ni vurmağı 12 manata, lojaların yerinin metlağının 1 kv.m-ni isə 10 manata vurmağa, lojalara yerə tökdüyü betonun 1 kv.m –ni isə 6 manata tökməyə İddiaçılə razılaşmışlar. Lakin, iddiaçı və oğlu sonradan daha ucuz iş görən usta tapdıqlarını bildirərək, onu işini başa çatdırmağa və gördüyü işləri ölçüb hesablamağa imkan vermədilər. İddiaçı ilə onun arasında şifahi podrat müqaviləsi olmuşdur. Podrat müqaviləsində nəzərdə tutulduğu kimi o, iddiaçı –sifarişçi ilə razılaşdıqları işləri görmüşdür. Həmin işlərdən lojaların yerinin metlağının ara dolğusu işi qalmışdı ki, həmin işləri başa çatdırmağa iddiaçı imkan verməmidir. Həmçinin, iddiaçı onun lojaların yerinə tökdüyü betonun pulunu ona verməkdən imtina etmişdir. Həmin betonun pulu təxminən 1500-1600 manat məbləğində olmuşdur ki, iddiaçı həmin məbləği ona verdiyi pula hesablamamışdır. Bütün bunlara görə aralarında narazılıqlar yaranmış və iddiaçı onun gördüyü işlərin haqqını hesablamağa ona imkan verməmişdir. İddiaçının ona qarşı qaldırdığı iddianın heç bir əsası yoxdur. Belə ki, onun iddiaçının tələb etdiyi məbləğdə ona borcu qalmamışdır. O, yuxarıda qeyd etdiyi işlərin hamısını icra etmişdir. Lakin, iddiaçı ona özü işini başa çatdırmağa imkan verməmişdir. Məhkəmə tərəfindən işə baxılarkən isə onun qeyd etdiyi halların heç biri nəzərə alınmamış, o yalnız məhkəmə baxışı iclasında bir dəfə telefon vasitəsilə məlumatlandırılmış və heç bir sübutunu təqdim etməyə ona şərait yaradılmamışdır. O, iddiaçıya məxsus obyektdə gördüyü işləri mübahisələndirsə də, onun qeyd etdiklərinin heç biri nəzərə alınmadan, o, tələb etməyinə baxmayaraq ekspertiza təyin edilmədən məhkəmə qətnaməsi çıxarılaraq iddia tələbi təmin edilmişdir. Halbuki, iddiaçı guya onun aldığı 2964 manat pulun müqabilində onun obyektində işləri görmədiyini qeyd edərək, əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən onun iddiaçının obyektindən 2964 manat məbləğində işi yarımçıq qoyub, başa çatdırmamağı necə müəyyən olunub hələ ona məlum deyil. Onun iddiaçının obyektində yalnız lojaların yerinin metlakının arasının dolğulanması işi qalmışdı. Həmin işin zəhmət haqqı isə təxminən 300- 400 manat təşkil edir. Ona görə də, hesab edir ki, iş üzrə müvafiq ekspertiza təyin edilməli və onun orada gördüyü işlər ölçülərək, qiymətləndirilməli idi. Ona görə də, hesab edir mübahisəli obyektdə apardığı təmir işləri məhkəmə tərəfindən düzgün müəyyən edilmədən əsassız olaraq iddianı təmin etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən qətnaməni əsassız hesab edir. Məhkəmə tərəfindən qətnamədə MM-nin 777.2-ci maddəsinə istinad edilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədən qətnamə çıxarılmışdır. İddiaçı ilə aralarında olan müavilə podrat müqaviləsi olsa da, məhkəmə tərəfindən tapşırıq müqaviləsinə istinad edilməklə iddiaçının tələbi əsassız olaraq təmin edilmişdir. Onun tərəfindən iddiaçı ilə aralarında olan podrat müqaviləsi tam olaraq qüsursuz icra edildiyi halda, iddiaçı əsassız olaraq ona qarşı iddia qaldıraraq, guya işini başa çatdırmadığını bildirərək, əsassız olaraq ondan pul tələb edir. Halbuki, işini bitirdikdən sonra iddiaçı ona orada gördüyü işləri hesablamağa belə imkan verməmişdir. İddiaçı nə iddia ərizəsində, nə də məhkəmə iclasında verdiyi izahatında onun işini qüsurlu yerinə yetirdiyini bildirməmiş, o sadəcə olaraq onun guya onun işini yarımçıq qoyaraq getdiyini bildirmişdir. Halbuki, belə bir hal olmamış, onun iddiaçının obyektində görülməmiş işi yerin metlakının arasının dolğulanmaması olmuşdu ki, onu da başa çatdırmağa iddiaçı imkan verməmişdir. İddiaçı onun obyektində olan işi yarımçıq qoyub getdiyini bildirsə də, həmin halı təsdiq edən heç bir sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı ona onun işini başa çatdırmağı barədə ümumiyyətlə heç bir təklif irəli sürməmişdir. Ona görə də, onun hazırki iddia ilə məhkəməyə müraciət etməsinin heç bir əsası yoxdur. O, onun təklifindən sonra onun işini başa çatdırmasaydı iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Məhkəmə tərəfindən hazırki Qanun normasına istinad edilmiş olsa da, o, iddiaçıya ziyan vuran heç bir hərəkət və hərəkətsizlik etməmişdir. O, iddiaçıya qarşı hər hansı delikt törətmədiyindən hesab edir ki, onun qarşısında da, mülki məsuliyyət daşımır. Lakin, məhkəmə qətnaməsində hazırki normaya istinad etməklə onun iddiaçı qarşısında mülki məsuliyyət daşıdığını müəyyən etmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin olunmadan birbaşa iddiaçının tələbi əsasında qətnamə çıxarılmışdır. Halbuki, o, iddiaçının obyektində gördüyü işləri və onların dəyərini mübahisələndirmişdir. Heç bir ekspertiza rəyi olmadan məhkəmə onun orada gördüyü işlərin dəyərini necə müəyyən edə bilərdi. Ona görə də, məhkəmə tərəfindən təyin edilmədən çıxarılmış qətnamə ilə razı deyildir. Hesab edir ki, ekspertiza təyin edilməli, mübahisəli obyektdə onun gördüyü işlər ölçülməli, yoxlanılmalı və müəyyən edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 9.Əvvəlki məhkəmə iclasında izahat verən cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, iddiaçının obyektində haqqını aldığı bütün işləri görüb qurtarmış, yalnız vurulmuş metlağın dolğusu qalmışdır. İddiaçı ona gördüyü işləri hesablaması üçün imkan verməmiş, telefon vasitəsilə ona zəng edərək 2496 manat dəyərində iş gördüyünü bildirmişdir. Hesab edir ki, iş üzrə ekspertiza təyin edilməlidir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddiaçının obyektinin zalı təxmini 700 kvm-dir. Divarda isə xonçalı kafel vurmuşdur. Döşəməyə vuruluan kafel ilə divara vurulan kafelin zəhmət haqqı eyni olmur. İddiaçı isə bütün hamısını 1 kvm 6 manatdan hesablamışdır. Döşəməyə beton örtük vurmuş, daha sonra isə kafelini vurmuşdur. İddiaçı isə həm beton örtük tökməyi, həm kafeli vurmağı birlikdə 1 kvm 6 manatdan hesablamışdır. İddaçı ilə razışlaşmaları belə olmuşdur ki, yuxarı mərtəbənin divarını 1 kvm 15 manata, döşəmənin kafelini isə 1 kvm 10 manat vuracaq. Çünki, yuxarı mərtəbəyə tikinti materiallarını daşımaq çətin olur. Əgər aşağı mərtəbəni də o, işləsə yuxarı mərtəbəni daha ucuz işləyəcək. Yuxarı mərtəbədə 2 lojanının divar və döşəməsinin kafelini vurmuş və 45 ədəd pilləkən yığmışdır. Fasad hissəyə çatanda isə iddiaçı daha uzuc qiymətə kafel usta tapdığını bildirərək onu qovmuşdur.

10. Əvvəlki məhkəmə iclasında izahat verən iddiaçı İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin sullarına cavabında isə bildirmişdir ki, cavadbeh ondan 2023-cü ilin oktyabr yaında 5400 manat pul almışdır. İşləri 2024-cü ilin mart ayınadək yekunlaşdırmağı öhdəsinə götrümüşdür. Lakin işini yarımçıq qoymuşdur. Cavabdehin gördüyü işlərin haqqı 2496 manat təşkil edir. Cavabdeh tərəfindən görülən işləri cavabdeh yox, onun özü ölçüb hesablamışdır. Cavabdeh döşəməy kafel vurarkən beton tökməmiş, sadəcə yer səthini düzləşdirmişdir. Həmin vaxt kafelin 1 kvm 4 manat vuran ustalar var idi. Cavabdeh cəmi 350 kvm kafel vurmuşdur.

11. Tərəflərə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

13. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

14. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

15. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

16. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

17. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

18. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

19. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-586/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh izahatında iddiaçı ilə aralarında olan razılaşmaya əsasən onun bəzi işlər görməli olduğunu, bunun müqabilində isə pul alacağını bildirmişdir. Hazırda isə iddiaçı cavabdehə aralarında olan razılaşmaya əsasən pul ödədiyini, cavabdehin isə həmin işi yarımçıq gördüyünü əsas gətirərək, ona dəymiş ziyanın əvəzini cavabdehdən tələb edir. Belə ki, cavabdeh məhkəmə iclaslarında bildirmişdir ki, iddiaçıdan razılaşdıqların pulun hamısını əvvəldən almışdır, lakin sonra iddiaçının ona gördüyü işi düzgün hesablamadığını bilib, işi tam sona çatdırmadan getmişdir. İndi də işi tamamlamağa hazırdı. Lakin onun iddiaçıya qaytarmağa pulu yoxdur. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cd diskdə olan səs yazısı ilə də, təsdiq olunur. Cavabdeh cd diskdəki səsin ona məxsus olduğunu etiraf etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında olan razılaşma üzrə öhdəliklərin cavabdeh tərəfindən tam icra edilməməsi həm cavabdehin izahatı ilə həmdə işin materialları ilə təsdiq olunur.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mahiyyəti üzrə həmin nəticə ilə razılaşaraq qeyd edir ki, işin müəyyən edilmiş halları ilə tərəflər arasında podrat müqaviləsindən əmələ gələn münasibətlərin yarandığı müəyyən edilir. Belə ki, iddiaçı X4 məxsus olan Şəmkir şəhərində yerləşən obyektdə (şadlıq sarayında) təmir işləri üçün Cavabdeh müraciət etmiş və sonuncu həmin qeyri-yaşayış sahəsini təmir etməyi üzərinə götürməklə, aralarında şifahi şəkildə podrat müqaviləsi bağlanmışdır. Cavabdeh işləri 2024-cü ilin mart ayınadək yekunlaşdırmağı öhdəsinə götrümüşdür və iddiaçıdan 2023-cü ilin oktyabr ayında 5400 manat xidmət (zəhmət) haqqı almışdır. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və işləri yarımçıq qoyub getmişdir. Bu halı birinci instansiya məhkəməsində izahat verən cavabdeh özü təsdiq etmiş və izahatında iddiaçıdan razılaşdıqların pulun hamİsını əvvəldən almasını, lakin sonra iddiaçının ona gördüyü işi düzgün hesablamadığını biləndən sonra işi tam sona çatdırmadan getdiyini bildirmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

34. Kollegiya qeyd edir ki, Cavabdeh iddiaçı X3 məxsus Şəmkir şəhərində yerləşən obyektin (şadlıq sarayının) təmiri üçün onunla bağladığı podrat müqaviləsinin şərtlərini pozaraq, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, qeyri-yaşayış sahəsini natamam şəkildə təmir etməsi, qüsurlu vəziyyətdə təhvil verməsi cavabdehin birinci instansiya məhkəməsində veridiyi izahatla təsdiq edilir.

35. Həmçinin cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin aradırılması üçün məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1616 saylı xx.xx.2025ci il tarixli ekspert rəyi ilə 1-ci və 2-ci suallar üzrə iddiaçı X2 məxsus olan Şəmkir şəhərində yerləşən qeyri-yaşayış sahəsinin (restoranda) təmir işlərinin aparıldığı, belə ki, 42 ədəd pilləkənin üzərinə, eyni zamanda ümumi sahəsi 114.08 və 121,75 kvm təşkil edən lociya tikililərin döşəməsinə metlaq vurulduğu, lociya tikililərin divarlarının 41,25 və 40,25 kvm hissəsinə kafel vurulduğu müəyyən edilmişdir. 3-cü sual üzrə; qeyri-yaşayış sahəsində (restoranda) təmir işləri tam yekunlaşdığından, lociya tikililərin və pilləkənlərin üzərinə metlaq vurulduğundan, həmin metlağın altından beton işlərinin görülüb-görülməməsini müəyyən etmək mümkün olmamışdır. 4-cü sual üzrə; bu sualın həlli tikinti texniki obyektlərinin tədqiqi ixtisası üzrə ekspertin səlahiyyətinə aid olmadığından tədqiqat aparılmadı. 5-ci və 6-cı suallar üzrə; qiymətləndirmə fəlaiyyəti elim hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiyməti müəyyən edilməmişdir. Tərəflər isə məhkəmə iclasında iştirak etmədiklərindən ekspert rəyinə münasibətlərini öyrənmək mümkün olmamışdır.

36. Cavabdeh həm birinci instansiya məhkəməsində, həm apellyasiya dəlillərində, həm də, məhkəmə kollegiyasının iclası zamanı iddiaçının onu işlərini yekunlaşdırmağı və gördüyü işləri hesablamağa imkan verməməsi ilə bağlı dəlili inandırıcı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh özü işləri yarımçıq qoyub getməsi ilə bağlı izahatla, həmçinin SD diskdə səs yazısında ona verilmiş puldan 1500 manat qaytarmağa hazır olduğunu bildirməsi ilə həmin hal təkzib edilir. Göstərilənlərin əksinə olaraq cavabdeh iddiaçı üçün görməli işlərinin dəyərinin 300-400 manat təşkil etməsi ilə bağlı zidiyyətli izahat vermişdir.

37. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mahiyyəti üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-586/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Həmçinin Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

39. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş ekspertiza xərci Cavabdeh aid edilməli və 100,0 (bir yüz) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin 2(076)-586/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-586/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci Cavabdeh aid edilsin və 100 (yüz) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar