Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1223/2024 17.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosessində olan “X14” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra lpo KB ASC LƏSF) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər 06 saylı Notariat ofisi) iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, sübuetmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı lpo “X14” ASC-nin LƏSF-nun nümayəndəsi X5, iddiaçının nümayəndəsi (vəkili) X1 və Cavabdeh1, onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı lpo “X14” ASC-nin LƏSF-nun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(125)- 422/2022 nömrəli qətnaməsindən iddiaçı lpo “X14” ASC-nin LƏSF tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2015-ci il tarixli, 013-İ nömrəli kredit müqaviləsindən görünür ki, «X14» ASC tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 24% olmaqla 50000 (əlli min) manat məbəğində kredit xətti açılmışdır.
2. xx.xx.2015-ci il tarixli, 013-İ nömrəli ipoteka müqaviləsindən görünür ki, «X14» ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0,036 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 2 otaqlı, 54,8 kv.m yaşayış, 62,6 kv.m yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir.
4. X6 ərizəsindən görünür ki, o, əri Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,036 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir.
5. Lpo «X14» ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 həmin tarixə 43999 manat əsas, 59154 manat faiz, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 3177 manat faiz borcu, 7224 manat cərimə borcu olmaqla, cəmi borcu 113555 manat təşkil etmişdir.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 1 və 2 mərtəbəli, 2 otaqlı, 54,8 kv.m yaşayış, 62,6 kv.m yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 0,036 ha torpaq sahəsi ilə birlikdə «X14» ASCnin xeyrinə yüklü edilmişdir.
7. Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı” barədə xəbərdarlıq edilmişdir.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli, 9/2255 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 tərəfindən banka ümumilikdə xx.xx.2015-ci il tarixədək 3577.76 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 3577.76 manat məbləğində puldan 1076.83 manat faiz borcuna, 2500.93 manat isə əsas borca silinmişdir. xx.xx.2015-ci il tarixli, 013-İ saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 banka olan borcu xx.xx.2020-ci il tarixə əsas borc üzrə - 43999.07 manat, faiz borcu üzrə - 51508.24 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə - 43999.07 manat, faiz borcu üzrə - 51508.24 manat, faiz borcu (illik 5%-lə hesablanmaqla) – 3159.38 manat təşkil edir.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2023-cü il tarixli 10/2063-9/2255 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 2 saylı fərdi yaşayış evinin ilkin (likvid) satış qiyməti 111000 manat məbləğində müəyyən edilir.
10. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə 6000 manat məxaric etmişdir.
11. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə 10000 manat məxaric etmişdir.
12. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə 10000 manat məxaric etmişdir.
13. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə 12000 manat məxaric etmişdir.
14. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə 8500 manat məxaric etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı lpo “X15” ASC-nin LƏSF cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış 43999,08 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 59154,55 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 7224,77 manat cərimə və gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5% ilə hesablanan 3177 manat faiz borcu, iş üzrə ödənilmiş 404 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46 manat rüsumun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2-ci döngə 4 №-li fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə sahəsinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan «X15» ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X15” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 013-İ saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 50000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli seriyalı ******* çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2-ci döngə 4 fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 013-İ saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli seriyalı ******* saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.3.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 113555,60 manat təşkil edir.
17. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, qardaşı Cavabdeh2 bundan əvvəl “X15” Açıq Səhmdar Cəmiyyətində rəhbər vəzifəsində işləmişdir. İşlədiyi dövrdə onun çatışmazlıqları aşkar olunduğuna görə, həmin çatışmaqlıqları aradan qaldırmaq üçün ona guya 50000 manat kredit verilməsinə dair bankla onun arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə qardaşı Cavabdeh2 heç bir vəsait ödənilməmişdir. Kredit müqaviləsi bağlanan vaxt qardaşı Bəxtiyar ona müraciət edərək ona məxsus evin sənədlərini istəmişdir ki, evi Bank qarşında ipoteka ilə yüklü etdirsin. Qardaşı ona söz vermişdir ki, evi ilə bağlı gələcəkdə heç bir narahatçılıq yaranmayacaqdır. O da sənədləri qardaşına vermiş və sonra evin ipoteka qoyulmasına dair müqaviləni imzalamışdır. Aradan uzun müddət keçdikdən sonra ona məlum olmuşdur ki, bank ilə qardaşı Mehman arasında kredit müqaviləsi görünüş üçün bağlanmış, qardaşının işlədiyi dövrdə yaranmış çatışmazlıqlarının ört-basdır edilməsi üçün guya ona 50000 manat kredit verilmişdir. Faktiki olaraq qardaşına həmin məbləğdə pul vəsaiti verilməmişdir. Qardaşı Cavabdeh2 uzun müddətdir ki, Azərbaycan hüdudlarından kənarda yaşayır və onun harada olması barədə dəqiq məlumatı yoxdur. Hazırda da, iddiaçı tərəf nə kredit müqaviləsnin əslini, nə də həmin pul məbləğinin həqiqətən də qardaşı Cavabdeh2 verilməsini təsdiq edən heç bir sübutu təqdim edə bilmir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etmişdir.
18. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 oktyabr 2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hüseynov) İddiaçı ləğv prosesində olan «X14» ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi” barədə iddiası rədd edilməsi qət edilmişdir.
19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırlıq iclasında iddiaçının nümayəndəsi yalnız tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə dair notariat işini təqdim etmişdir. Notariat işində kredit müqaviləsinin surətinin mövcud olması həmin müqavilənin mötəbərliliyini göstərmir. Çünki, notariat işi məhz ipoteka müqaviləsinin təsdiq edilməsi ilə bağlı tərtib edilmişdir. Bundan əlavə iddiaçının nümayəndəsi pul vəsaitinin cavabdehin hesabına ödənilməsinə dair hesabdan çıxarışın imzası və möhürü olmayan kserosurətini təqdim etmişdir ki, məhkəmə həmin sənədi pulun verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. İddiaçının nümayəndəsinin şifahi vəsatətinə əsasən sübutların təqdim edilməsi ilə bağlı məhkəmənin hazırlıq iclasları dəfələrlə təxirə salınmasına baxmayaraq, iddiaçı tərəf kredit müqaviləsinin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini, eləcə də kredit müqaviləsi üzrə pul vəsaitinin Cavabdeh2 təqdim edilməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, mövcud vəziyyətdə tərəflər arasında borc (kredit) müqaviləsindən irəli gələn öhdəliyin yaranıb-yaranmamasının müəyyən edilməsi üçün əvvəla etibarlı kredit müqaviləsinin bağlanmasının müəyyən edilməsi lazımdır. Lakin, yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəf kredit müqaviləsinə əsaslanaraq Cavabdeh2 borcun tutulmasını tələb etsə də, bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini, həmçinin kredit müqaviləsində göstərilən pul vəsaitinin Cavabdeh2 verilməsinə dair sübutu təqdim edə bilmədiyindən, tərəflər arasında həqiqətən də kredit müqaviləsinin bağlanıbbağlanılmamasını müəyyən etmək mümkün deyil. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin kredit müqaviləsinin görünüş üçün bağlanması, yəni uydurma əqd olması ilə bağlı dəlilinə cavab olaraq məhkəmə qeyd edir ki, yalnız kredit müqaviləsinin bağlanmasının müəyyən edilməsi halında həmin müqavilənin etibarlı olubolmaması məsələsinə qiymət verilə bilərdi.
21. Məhkəmənin qənaətinə görə iddiaçı tərəflər arasında kredit müqaviləsinin bağlanması və Cavabdeh2 pulun verilməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyinə və bununla da cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliyinin mövcud olduğunu sübut edə bilmədiyinə görə, kredit müqaviləsi üzrə borcun Cavabdeh2 tutulmasına dair hissədə iddia rədd edilməlidir. İddiaçı kredit müqaviləsinin mövcud olmasını və həmin kredit müqaviləsi üzrə Cavabdeh2 pul öhdəliyinin yaranmasını sübut edə bilmədiyindən və beləliklə onun iddiaçı qarşısında öhdəliyinin yaranması müəyyən olunmadığından, onun öhdəliyinin icrasının təminatı kimi Cavabdeh1la bağlanmış ipoteka müqaviləsindən irəli gələn tələb də təmin edilə bilməz.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1. 739.2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
23. İddiaçı lpo “X14” ASC-nin LƏSF apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və işi aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 113,555,60 manat məbləğdə borcunun olması LPO «X14» ASC tərəfindən təqdim edilən maliyyə arayışı, hesabdab çıxarış, ipoteka müqaviləsi və digər kredit sənədləri ilə təsdiq edilir. Digər tərəfdən ən mötəbər sübut olan kredit müqaviləsinin təminatı qismində çıxış edən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli 013-İ saylı ipoteka müqaviləsinə dair notariat işi məhkəməyə təqdim edilmişdir. Həm də, qətnamədə qeyd edildiyi kimi Cavabdeh1 öz izahatında qeyd etmişdir ki, qardaşı borcalan Cavabdeh2 Eıbrus oğlu ilə bank arasında kredit müqaviləsi bağlanmışdır və həmin kreditinin təminatı qismində ona məxsus evi ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Lakin o həmin kredit müqaviləsi üzrə Cavabdeh2 heç bir vəsaitin ödənilməməsini bildirmişdir ki, bu da absurddur. Beləliklə, bank məhkəməyə kredit müqaviləsinin əslini təqdim edə bilməsə belə, faktiki halların mövcudluğunu təsdiq edən digər sənədləri təqdim etmişdir. Kredit müqaviləsinin əsli mövcud olmasa belə Bank əmliyyat sistemində mövcud kreditlə bağlı bütün məlumatlar hal-hazırda da mövcuddur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2(105)-451/2023 nömrəli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev və İslam Həsənov), apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh2 43999,07 manat məbləğində əsas, 51508,24 manat məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% həcmində olmaqla 3159,38 manat məbləğində gecikdirilmiş faiz, 100 manat məbləğində cərimə borcu, cəmi 98766,69 (doxsan səkkiz min yeddi yüz altmış altı manat 69 qəpik) manat məbləğində pulun və iş üzrə ödənilmiş 404 (dörd yüz dörd) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46 manat rüsumun Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan «X14» ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2-ci döngə 4 №-li fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 111.000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan «X15» ASC-yə təhvil verilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, iş üzrə ekspertiza xərci cavabdehlərə aid edilərək, ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
27. Məhkəmə kollegiyası borcun cavabdeh tərəfindən götürülməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, «X14» ASCnin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ saylı saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 60 ay müddətinə illik 6% ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi «X14» ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 013-İ saylı saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 0,036 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.1-ci bəndində ipotekanın predmeti 70000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq, kredit borcunu müəyyən olunmuş ödəniş qrafikinə uyğun olaraq qaytarmaq barədə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçı Banka borclu qalmışdır.
28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı Bankın xx.xx.2022-ci il maliyyə arayışında Cavabdeh2 həmin tarixə 43999 manat əsas, 59154 manat faiz, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 3177 manat faiz borcu, 7224 manat cərimə borcu olmaqla, cəmi borcu 113555 manat təşkil etməsi göstərilmişdir.
29. Məhkəmə kollegiyası həmçinin əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kollegiyasının qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2255 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəyə əsasən, Cavabdeh2 xx.xx.2020-ci il tarixə 43.999.07 manat əsas borc, 51,508,24 manat faiz borcu, xx.xx.2022ci il tarixə isə 43.999.07 manat əsas borc, 51,508,24 manat faiz borcu, 3.159,38 manat illik 5% borcunun olması müəyyən edilmidir. Eyni zamanda xx.xx.2023-cü il tarixli, 9/2255 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 məxsus ünvan 1ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 111000 manat məbləğində olması müəyyən edilmişdir
30. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385, 386, 421, 425, 443, 445, 448, 739.1 və 739.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya instansiya məhkəməsində icraat
31. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianını rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 447/2024 nömrəli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2(104)- 451/2023 nömrəli qətnaməsi ləğv edilməsi və işi yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
33. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Lpo “X15” ASC-nin LƏSFnun nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, “X15” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 013-İ saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 50000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli seriyalı ******* çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2-ci döngə 4 fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 013-İ saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli seriyalı ******* saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.3.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 113555,60 manat təşkil edir. Bundan başqa Cavabdeh2 tərəfindən imzalanmış 5 ədəd kassa məxaric orderinin əslini Məhkəmə Kollegiyasına təqdim edirik. Həmin orderdən görünür ki, Cavabdeh2 kredit müqaviləsində nəzərdə tutulan məbləği almışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, qardaşı Cavabdeh2 bundan əvvəl “X15” Açıq Səhmdar Cəmiyyətində rəhbər vəzifəsində işləmişdir. İşlədiyi dövrdə onun çatışmazlıqları aşkar olunduğuna görə, həmin çatışmaqlıqları aradan qaldırmaq üçün ona guya 50000 manat kredit verilməsinə dair bankla onun arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə qardaşı Cavabdeh2 heç bir vəsait ödənilməmişdir. Kredit müqaviləsi bağlanan vaxt qardaşı Bəxtiyar ona müraciət edərək ona məxsus evin sənədlərini istəmişdir ki, evi Bank qarşında ipoteka ilə yüklü etdirsin. Qardaşı ona söz vermişdir ki, evi ilə bağlı gələcəkdə heç bir narahatçılıq yaranmayacaqdır. O qardaşı ilə notariusa gedərək, sənədləri qardaşına vermiş və sonra evin ipoteka qoyulmasına dair müqaviləni notariusda imzalamışlar. Aradan uzun müddət keçdikdən sonra ona məlum olmuşdur ki, bank ilə qardaşı Bəxtiyar arasında kredit müqaviləsi görünüş üçün bağlanmış, qardaşının işlədiyi dövrdə yaranmış çatışmazlıqlarının ört-basdır edilməsi üçün guya ona 50000 manat kredit verilmişdir. Faktiki olaraq qardaşına həmin məbləğdə pul vəsaiti verilməmişdir. Qardaşı Cavabdeh2 uzun müddətdir ki, Azərbaycan hüdudlarından kənarda yaşayır və onun harada olması barədə dəqiq məlumatı yoxdur. Hazırda da, iddiaçı tərəf nə kredit müqaviləsnin əslini, nə də həmin pul məbləğinin həqiqətən də qardaşı Cavabdeh2 verilməsini təsdiq edən heç bir sübutu təqdim edə bilmir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddiaçı bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi uydurma əqddir. Belə ki, Cavabdeh2 işlədiyi dövrdə maddi catışmazlıqları aşkar olunduğuna görə, həmin çatışmazlıqların aradan qaldırılması üçün bankla onun arasında 50000 manat pulun kredit verilməsinə dair müqavilə bağlanmış, lakin bank tərəfindən cavabdehə faktiki olaraq heç bir vəsait ödənilməmişdir. Həmin kredit müqaviləsi sırf görünüş üçün bağlandığından etibarsızdır. Kredit müqaviləsi etibarsız olduğundan həmin müqavilə üzrə öhdəliyin icrasını təmin etmək üçün bankla digər Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsi də etibarsız sayılır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
38. İş üzrə Cavabdeh2 xx.xx.2024-cü il saat 12-30-də, xx.xx.2024-cü il saat 16-00-da və xx.xx.2024-cü il saat 14-30-da məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
39. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
İnsan Hüquqlarının və X8 X7
40. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
42. Maddə 203. Öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir.
43. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
44. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
45. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
46. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
47. Maddə 317. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
48. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
49. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
50. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
51. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
52. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
53. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
54. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
55. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
56. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
57. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
58. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
59. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
60. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
61. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
62. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.
63. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
64. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
65. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
66. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
67. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
68. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
69. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
70. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
71. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
72. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
73. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
74. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
75. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
76. Maddə 741 (əvvəlki redaksiya). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
77. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
78. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
79. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
80. Maddə 59. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
81. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
82. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
83. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
84. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
85. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
86. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
87. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
88. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
89. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
90. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
91. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
92. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
93. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
94. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
95. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
96. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
97. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
98. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
99. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
100. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar
101. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.“
“R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar
102. “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
103. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
104. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
105. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
106. Bənd 7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
107. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
108. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
109. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
110. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
111. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuş göstərişlərə də əməl edilməlidir.
112. Çünki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
113. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
114. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, işdə iddiaçı lpo “X14” ASCnin LƏSF, Cavabdeh2 qarşı pul tələbinin əsası kimi aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsinə istinad edərək, həmin əqdlərdən irəli gələn, lakin icra edilməmiş öhdəliyin yerinə yetirilməsini, yəni kredit borcunun müqavilə faizləri ilə birlikdə qaytarılmasını tələb edir (15-16&).
115. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsi üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 337, 339.6, 346.1 və 354-cü maddələrini tətbiq etmişdir (18-22&).
116. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları həmin hissədə düzgün tətbiq olunmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.
117. İlk olaraq, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.
118. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).
119. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.
120. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur.
121. Bu kontekstdə, apellyasiya şikayətində Mülki Məcəllənin 324-cü maddəsinə istinad olunaraq qeyd edilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olduğundan tərəflərin iradə ifadəsi araşdırılmalı idi.
122. Belə ki, məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı lpo “X14” ASC tərəfindən xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay meddətinə 50000 manat məbləğində kredit xətti açılmış. Cavabdeh2 hissə-hissə olmaqla xx.xx.2015-ci il tarixdə 6000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 12000 manat və xx.xx.2015-ci il tarixdə 8500 manat məbləğində pul olmqla cəmi 46500 manat pul məxaric etmiş, lakin sonuncu həmin krediti qaytarmamışdır. Buna görə də iddiaçı bank tərəfindən 59154,55 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 7224,77 manat cərimə və gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5% ilə hesablanan 3177 manat faiz borcu hesablanmışdır (11-12&).
123. Nəzərə alınmalıdır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Əqdin tərəfinin iradəsi müqavilənin qurucu ünsürüdür. Başqa sözlə, tərəf arzu olunan hüquqi nəticəni əmələ gətirmək barədə razılığını-iradəsini bəyan edilmədiyi halda müqavilənin bağlanmasından söhbət gedə bilməz. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qayda olaraq, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müavilələrdə iradə tərəfin imzası ilə təsdiqlənir və həmin əqd imzalandığı andan andan bağlanmış hesab edilir.
124. Habelə, Mülki Məcəllənin 337.1-ci maddəsi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olduğunu təsbit etmişdir, göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 2015-ci il tarixdə 50.000 mədləğdə kreditin verilməsinə dair müqavilənin bağlandığı anda etibarlı olması (əhəmiyyətsiz olmaması) sual doğurmur.
125. Belə ki, iddiaçı cavabdehə 50.000 manat məbləğində borcunun qalması barədə xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsini təqdim etmiş, həmin müqavilənin reyestr xidməti tərəfindən təsdiqlənmiş surət olmaqla təqdim edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə biməz. Lakin, işin obyektiv araşdırılması məqsədilə məhkəmə tərəfindən notariat ofisindən sorğu əsasında kredit və ipoteka müqaviləsi əldə edilərək iş materiallarına əlavə edilmişdir.
126. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında 50.000 manat pulun kredit kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlandığından etibarsız hesab edilə bilməz, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər və məhkəmə baxışı zamanı sorğu ilə alınmış sənədlər ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə tərəflər arasında bağlanmış müqavilə əsasında verilmişdir və bu halda cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməlidir.
127. Belə olan vəziyyətdə məhkəmə Mülki Məcəllənin borc ilə bağlı münasibətləri tənzimləyən 739.1, 739.2 və 740.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, tərəflər arasında 50.000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə mövcud olmuş, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər və məhkəmə baxışı zamanı sorğu ilə alınmış sənədlər həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq etdiyindən, cavabdehə 46500 manat pulun verilməsinə dair məxaric orderləri olduğundan, cavabdeh əsas borc, ona hesablanmış faiz və gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5% ilə hesablanan faizi iddiaçının tələbi ilə həmin pul məbləğini tələb etməkdə haqlıdır.
128. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsidir. Həmin normada deyilir ki, borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.
129. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya).
130. Hazırkı mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından kredit müqaviləsinin bağlanmasını və həmi müqavilə üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.
131. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
132. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
133. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
134. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
135. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
136. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
137. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
138. Apellyatorun dəlillərindən görünür ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay meddətinə 50000 manat məbləğində kredit xətti açılmışdır.
139. Belə ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş lpo “X14” ASC notariat orqanına təqdim etdiyi xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay meddətinə 50000 manat məbləğində kredit xətti açılmış, xx.xx.2015-ci il tarixli, 013-İ nömrəli ipoteka müqaviləsinə əsasən « X14 » ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
140. İddiaçı lpo “X14” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 43999,08 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 59154,55 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 7224,77 manat cərimə və gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5% ilə hesablanan 3177 manat faiz borcu olmaqla, cəmi 113555 manat təşkil etmişdir.
141. İddiaçı lpo “X14” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi məxaric orderlərindən görünür ki, xx.xx.2015-ci il tarixli kassa məxaric orderinə əsasən, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə 6000 manat, xx.xx.2015-ci il tarixli kassa məxaric orderinə əsasən, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixli kassa məxaric orderinə əsasən, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015ci il tarixli kassa məxaric orderinə əsasən xx.xx.2015-ci il tarixdə 12000 manat və xx.xx.2015-ci il tarixli kassa məxaric orderinə əsasən xx.xx.2015-ci il tarixdə 8500 manat məxaric etmişdir.
142. İddiaçı lpo “X14” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixli Cavabdeh2 ssuda hesabına əsasən cavabdeh tərəfindən 2500.92 manat məbləğində əsas borcdan ödəniş edilmişdir.
143. İddiaçı bank tərəfindən təqdim edilmiş sənədlərdən və sorğu əsasında əldə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay meddətinə 50000 manat məbləğində kredit xətti açılmış, cavabdeh müqavilənin şərtlərinə əsasən hissə-hissə olmaqla xx.xx.2015-ci il tarixdə 6000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 12000 manat və xx.xx.2015-ci il tarixdə 8500 manat məbləğində pul olmqla cəmi 46500 manat pul məxaric etmiş, lakin sonuncu həmin krediti qaytarmamışdır. “X14” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
144. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən 46500 manat məbləğində pul məxaric edilmiş və sonuncu həmin kredit üzrə əsas borcdan 2500.92 manat pulu qaytarmışdır. Lakin, həmin pulun cavabdeh (və ya başqa şəxs(lər)) tərəfindən məxaric edilməməsi barədə cavabdeh tərəf mötəbər sübutlarını məhkəmə kollegiyasına təqdim etməmişdir.
145. Bundan əlavə, iddiaçı tərəfindən tələb edilən borc məbləği və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı isə əvvəlki apellyasiya baxışı zamanı məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli, 9/2255 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən banka ümumilikdə xx.xx.2015-ci il tarixədək 3577.76 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 3577.76 manat məbləğində puldan 1076.83 manat faiz borcuna, 2500.93 manat isə əsas borca silinmişdir. xx.xx.2015-ci il tarixli, 013-İ saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 banka olan borcu xx.xx.2020-ci il tarixə əsas borc üzrə - 43999.07 manat, faiz borcu üzrə - 51508.24 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə - 43999.07 manat, faiz borcu üzrə - 51508.24 manat, faiz borcu (illik 5%-lə hesablanmaqla) – 3159.38 manat təşkil edir. Bundan başqa Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli 10/2063-9/2255 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus ünvan 2 saylı fərdi yaşayış evinin ilkin (likvid) satış qiyməti 111000 manat məbləğində müəyyən edilir. Tərəflər ekspert rəylərinə mübahisələndirməmiş və ekspert rəyləri ilə razı olmuşlar. Bununla da qeyd olunan ekspert rəyləri ilə borc məbləği və ipoteka predmetinin ilkin satış qiyməti öz təsdiqini tapmışdır.
146. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 3-cü maddəsinə əsasən, ekspertizanın məqsədi Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.
147. Azərbaycan Respublikasının MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
148. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir.
149. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
150. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən, ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
151. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmişdir. Habelə, rəy verilən zaman iş materialarında olan sübutlara əsaslanmışdır.
152. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay meddətinə 50000 manat məbləğində kredit xətti açılmış, cavabdeh müqavilənin şərtlərinə əsasən hissə-hissə olmaqla xx.xx.2015-ci il tarixdə 6000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 12000 manat və xx.xx.2015-ci il tarixdə 8500 manat məbləğində pul olmqla cəmi 46500 manat pul məxaric etmiş, lakin sonuncu həmin kreditdən 2500.92 manat qaytarmışdır. “X14” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
153. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlarla cavadbeh və iddiaçı lpo “X14” ASC arasında xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsinin bağlanması və cavadeh tərəfindən həmin müqavilənin şərtlərinə uyğun olaraq 46500 manat məbləğində kredit borcu götürməsi sübut olunmuşdur.
154. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
155. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yazılı müqavilə mövcud olduğundan, verilən borc üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçinin faktiki illik faiz dərəcəsi və onun hesablanmasına daxil edilən bütün ödənişlər və s barədə məlumatlar göstərildiyindən tələbb edilən faiz məbləğinin tutulması əsaslıdır.
156. Birinci instansiya məhkəməsinin iddia tələbinin xx.xx.2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsi üzrə gəldiyi nəticəni kollegiya əsassız hesab edir.
157. Belə ki, iddia tələbinin xx.xx.2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
158. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
159. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
160. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
161. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
162. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
163. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
164. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.
165. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
166. İddianın dəbbə pulunun tutulması hissəsi ilə bağlı kollegiya bildirir ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
167. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
168. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
169. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
170. Mülki Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
171. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
172. Həmçinin, məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə əsaslar müəyyən edilmişdir. Çünki, tərəflər arasında bağlanılmış müqavilədə cərimənin tutulması barədə göstəriş vardır. Lakin, məhkəmə kollegiyası iddia tələbində göstərilən həcmdə tutulmasını əsaslı hesab etmir. Kollegiya işin hallarını nəzərə alaraq, cərimənin məbləğini azaldaraq, 100 (yüz) manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur.
173. Eyni zamanda kreditor borcalana kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 3177 manat faiz borcu da hesablamışdır.
174. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarının 2-ci bəndinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir
175. Məcəllənin 445.7-ci maddəsinə görə, pul məbləğinin ödənilməsini gecikdirən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, bir şərtlə ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin.
176. Məhkəmə kollegiyası bildirir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdən Bankın gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
177. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, kreditor tərəfindən tələb olunan həddə deyil, yuxarıda qeyd edilən ekspertin 11 aprel 2023-cü il tarixli, 9/2255 nömrəli rəyində göstərilən həcmdə, yəni 3159.38 manat miqdarında müəyyən edilməlidir.
178. Digər tərəfdən, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
179. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsinə görə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
180. Həm bu əsasa, həm də Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü borcalanın üzərinə düşür. Lakin borcalan bu vəzifəsinin öhdəsindən gələ bilməmiş, qeyd etdikləri dəlillər barədə hər hansı sübut təqdim etməmişdir.
181. Tərəflərin dəlillərinin təhlili əsasında iddiaçının Cavabdeh2 pul verməsi tam sübut olunur. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş Cavabdeh2 adına verilmiş 5 ədəd kassa mədaxil orderindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi əsasında həmin pul məbləği imzalanmaqla sonuncu tərəfindən alınmışdır. Bu halda, cavabdehin ona verilən pulun qaytarması və ya almaması barədə etiraz dəlilini sübut etmə yükü cavabdehə keçmiş olur.
182. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
183. Həmçinin, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər.
184. Göründüyü kimi, cavabdeh üzərinə düşən öhdəliyi tam yerinə yetirə bilməmiş və borcunun olmaması, kredit müqaviləsi üzrə verilən pulun onların hesabına mədaxil edilməməsi və onlar tərəfindən qəbul olunmaması barədə dəlilləri yuxarıda qeyd olunan hallara görə əsassızdır.
185. Beləliklə, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olmaqla iş materiallarında olan sənədlərdə sübut edilir. Ona görə də, iddiaçı tərəfindən verilmiş şikayətin dəlilləri məhkəmə kollegiyası tərəfindən əsaslı hesab olunur.
186. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən və onlara qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
187. Bu qaydalara riayət edilməməsi həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, həm də İnsan Hüquqlarının və X8 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.
188. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
189. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
190. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
191. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası qeyd edir ki, halların sübut edilməsi yükünün bölüşdürülməsi zamanı, iddiaçı bank tərəfindən tərəflər arasında xx.xx.2015-ci il tarixli 013-İ nömrəli kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay müddətinə 50000 manat məbləğində kredit xəttinin açılması, cavabdehin müqavilənin şərtlərinə əsasən hissə-hissə olmaqla xx.xx.2015-ci il tarixdə 6000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 12000 manat və xx.xx.2015-ci il tarixdə 8500 manat məbləğində pul olmaqla cəmi 46500 manat pulun məxaric etməsi, lakin sonuncu həmin kreditdən 2500.92 manat qaytarması, «X14» ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilməsisinin təsdiq edilməsi barədə sübutların təqdim edildiyini, lakin cavabdehin verilən pulun kreditora geri qaytarmadığı, üzərinə düşən öhdəliləri yerinə yetirmədiyi və pulun onun tərəfindən məxəaric edilməməsi (və ya başqa şəxs(lər) tərəfindən köçürülən məbləğ olması) barədə mötəbər sübutları məhkəməyə təqdim etmə vəzifəsinin üzərindən gələ bilmədiyi müəyyən edilmişdir.
192. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
193. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
194. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
195. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
196. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh2 43999,07 manat məbləğində əsas, 51508,24 manat məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% həcmində olmaqla 3159,38 manat məbləğində gecikdirilmiş faiz, 100 manat məbləğində cərimə borcu, cəmi 98766,69 (doxsan səkkiz min yeddi yüz altmış altı manat 69 qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 404 (dörd yüz dörd) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46 manat rüsumun Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan «X14» ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmişCavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2-ci döngə 4 №-li fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə yönəldilməli, əmlakın ilkin satış qiyməti 111.000 manat müəyyən edilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra əldə edilmiş vəsait kredit borcuna yönəlməli, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan “X15” ASC-yə təhvil verilməli, iddia qalan hissələrdə təmin edilməməlidir.
197. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən 150 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
198. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı lpo “X14” ASC-nin LƏSF tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 43999,07 (qırx üç min doqquz yüz doxsan doqquz manat yeddi qəpik) manat məbləğində əsas, 51508,24 (əlli bir min beş yüz səksən manat 24 qəpik) manat məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% həcmində olmaqla 3159,38 (üç min yüz əlli doqquz manat 38 qəpik) manat məbləğində gecikdirilmiş faiz, 100 (yüz) manat məbləğində cərimə borcu, cəmi 98766,69 (doxsan səkkiz min yeddi yüz altmış altı manat 69 qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 404 (dörd yüz dörd) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46 (qırx altı) manat rüsum tutularaq, iddiaçı Ləğv prosesində olan “X14” Açıq Səhmdar Cəmiyyəti ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2-ci döngə 4 №-li fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 111.000 (yüz on bir min) manat müəyyən edilsin, həmin əmlak açıq hərracda satılsın və satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra əldə edilmiş vəsait kredit borcuna yönəldilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan “X15” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İddia qalan hissələrdə təmin edilməsin. İş üzrə ekspertiza xərci cavabdehlərə aid edilərək, ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.